Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2651/2023 06.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış MŞB/18-00193 nömrəli xx.xx.2022-ci il tarixli barışıq sazişinin ödəniləcək alimentin miqdarı və ödənilmə qaydası haqqında olan hissəsinin təsdiq edilməsi, 25 iyul 2016-cı il tarixində anadan olmuş X5 və 03 oktyabr 2019-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat məbləğində alimentin hər ayın 10-a kimi cavabdeh Maraqlı şəxs tutulub Ərizəçi ödənilməsi barədə qətnamə çıxarılmasını, alimentin məbləğinin xx.xx.2023-cü il tarixindən hesablanması, ödənilmiş məhkəmə xərclərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. Nikahları məhkəmə qətnaməsi ilə pozulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 1099/2023 nömrəli qətnaməsi ilə Ərizəçi ilə Maraqlı şəxs arasında 1 saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixdə bağlanmış nikahın pozulması, 25 iyul 2016-cı il tarixdə anadan olmuş X5 və 03 oktyabr 2019-cu il tarixində anadan olmuş X1 analarının yanında saxlanılması qət edilmişdir. Maraqlı şəxs ilə onun arasında mediasiya prosesi nəticəsində MŞB/18-00193 nömrəli, xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlanmış və aralarında mübahisənin həlli şərtlərinə dair aşağıdakı məzmunda razılaşma əldə edilmişdir. - Hər iki tərəf xx.xx.2015-ci il tarixində 26/70 nömrəsi ilə qeydə alınmış nikahın pozulmasına razılığını bəyan edir və etiraz etmirlər. - İkinci tərəf barışıq sazişi imzalandıqdan sonra, yəni xx.xx.2023-cü il tarixindən hər ayın 10-na kimi birgə nikahdan xx.xx.2016-cı il tarixdə anadan olmuş X5 və xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 aylıq 200 manat olmaqla, 400 manat məbləğində aliment haqqını birinci tərəfin bank hesabına ödəməyi öhdəsinə götürür. - İkinci tərəf uşaqların ananın yanında qalmasına etiraz etmir, birinci tərəf isə ata və uşaqların istənilən zamanda, uşağın gündəlik rejiminə, təhsilinə və yaşayış vəziyyətinə təsir etməmək şərti ilə ünsiyyətinə şərait yaradacağını öhdəsinə götürür. - İkinci tərəf birgə nikah dövründə yaşadıları ünvan 1 ünvanında yerləşən mənzildə birinci tərəfin yaşayış hüququnu təmin edəcəyini öhdəsinə götürür. Maraqlı şəxs sözügedən barışıq sazişinin aliment ödənilməsinə dair hissəsi olan 3-cü bəndini pozmuş və xx.xx.2023-cü il tarixdən hər ayın 10-a kimi aliment ödəməli olduğu halda indiyə kimi ödəməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçi və maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər və məhkəmə tərəflərin işitrakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.1 və 355- 25.2-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, Ərizəçi (birinci tərəf) ilə X3 (ikinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi aşağıdakı şərtləri özündə ehtiva edir: - Hər iki tərəf xx.xx.2015-ci il tarixində 26/70 nömrəsi ilə qeydə alınmış nikahın pozulmasına razılığını bəyan edir və etiraz etmirlər. - İkinci tərəf barışıq sazişi imzalandıqdan sonra, yəni xx.xx.2023-cü il tarixindən hər ayın 10-na kimi birgə nikahdan xx.xx.2016-cı il tarixdə anadan olmuş X5 və xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 aylıq 200 manat olmaqla, 400 manat məbləğində aliment haqqını birinci tərəfin bank hesabına ödəməyi öhdəsinə götürür. - İkinci tərəf uşaqların ananın yanında qalmasına etiraz etmir, birinci tərəf isə ata və uşaqların istənilən zamanda, uşağın gündəlik rejiminə, təhsilinə və yaşayış vəziyyətinə təsir etməmək şərti ilə ünsiyyətinə şərait yaradacağını öhdəsinə götürür. - İkinci tərəf birgə nikah dövründə yaşadıları ünvan 2 ünvanında yerləşən mənzildə birinci tərəfin yaşayış hüququnu təmin edəcəyini öhdəsinə götürür. Göründüyü kimi, tərəflər arasında nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən edilməsi və alimentlə bağlı mediasiya prosesində 09 dekabr 2022-ci il tarixli barışıq sazişi imzalanmışdır. Saziş əsasında xx.xx.2023-cü il tarixindən hər ayın 10-na kimi birgə nikahdan xx.xx.2016-cı il tarixdə anadan olmuş X5 və xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 aylıq 200 manat olmaqla, 400 manat məbləğində aliment haqqının Ərizəçi ödənilməsinə dair tərəflər arasında razılıq əldə edilmişdir. Lakin Maraqlı şəxs barışıq sazişi imzalandığı andan hazırki günədək (saziş imzalandığı vaxtdan 2 ay) ərzində sazişin şərtlərini icra etmədiyindən Ərizəçi barışıq sazişinin həmin hissəsinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). İşin hallarından göründüyü kimi barışıq sazişinin təsdiq edildiyi vaxtdan keçən müddət ərzində maraqlı şəxs barışıq sazişi ilə artırılmış alimenti ödəməmiş, yalnız əvvəlki aliment borcundan bir hissə ödəniş etmişdir. Halbuki barışıq sazişinin şərtinə görə Maraqlı şəxs barışıq sazişi bağlandıqdan sonra könüllü olaraq hər ay, hər uşaq üçün 200 manat olmaqla, 400 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Odur ki, Ərizəçi mediasiya prosesində bağlanmış barışıq sazişinin alimentin ödənilməsi hissəsində məcburi icrasi üçün təsdiq edilməsi barədə ərizəsi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa ərizəçi ərizəsində alimentlə bağlı iddia tələbləri üzrə dövlət rüsumunu ödəməkdən azad olunmasına istinad etməsinə baxmayaraq, tələbində ödənilmiş məhkəmə xərclərinin maraqlı şəxsdən onun xeyrinə tutulmasını etmişdir. Məhkəmə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanunun 8.2-ci bəndini (xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir), 9.1.2-ci bəndini (aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar) və MPM-nin 119-cu maddəsini rəhbər turaraq hesab edir ki, iddianın verilməsi üçün ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in, 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Birinci tərəf Maraqlı şəxs ilə ikinci tərəf Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış MŞB/18-00193 nömrəli xx.xx.2022-ci il tarixli barışıq sazişinin bir hissəsi təsdiq edilsin, barışıq sazişi ikinci tərəfin xx.xx.2023-cü il tarixindən hər ayın 10-na kimi birgə nikahdan xx.xx.2016-cı il tarixdə anadan olmuş X5 və xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 aylıq 200 manat olmaqla, 400 manat məbləğində aliment haqqını birinci tərəfin bank hesabına ödəməyi öhdəsinə götürməsi hissəsində məcburi icraya yönəldilsin. Maraqlı şəxs 100(bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2651/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2651/2023
06.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver