Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2675/2023 04.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə X1 12 fevral 1988-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə 04 may 2023-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 1906-cı ildə doğulmuş atası X1 12 fevral 1988-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, X4 mədə xəstəliyindən əziyyət çəkmiş, təxminən 1 ay yataq xəstəsi olduqdan sonra 12 fevral 1988-ci il tarixdə yaşadıqları evdə vəfat etmiş, Hökməli qəbirstanlığında dəfn olunmuşdur. Həmin vaxt ailədə olan problemlər, həmçinin hüquqi savadsızlıqlarından ölüm haqqında şəhadətnamə alınmamışdır. Lakin, hazırda sənədləşmə işləri ilə bağlı ölüm haqqında şəhadətnamə alınması zərurəti yaranmışdır. Ərizəçi bunun üçün Maraqlı şəxsnə müraciət etsə də, müraciətinin icrasından imtina olunmuşdur. Həmçinin, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün o, 16 saylı şəhər poliklinikasına ərizə ilə müraciət etsə də, müraciətinə cavab verilməmişdir. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb, ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, mərhum Ərizəçi oğludur. Atası 12 fevral 1988-ci il tarixdə Bakı şəhərində, yaşadıqları evdə vəfat etmişdir. Mədəsində problem yaranmış, təxminən 1 ay yataq xəstəsi olmuş, sonra da vəfat etmişdir. Vəfat etdikdən sonra Hökməli kənd qəbirstanlığında el adətlərinə uyğun dəfn olunmuş, 3, 7, 40 mərasimləri keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X9 digər şahid C.C.Atakişiyevin ifadəsinə uyğun ifadə verdilər. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X1 oğludur. - Abşeron rayon İcra Hakimiyyəti Başçısının Hökməli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06 mart 2023-cü il tarixli arayışdan görünür ki, mərhum X4 1906-cı ildə Abşeron rayon Hökməli qəsəbəsində anadan olmuş, 1988-ci ildə vəfat etmiş və Hökməli qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. - ərizəçinin nümayəndəsi tərəfindən 16 saylı şəhər poliklinikasına ünvanlandırılmış 27 fevral 2023-cü il tarixli ərizədən görünür ki, ərizəçinin nümayəndəsi X1 ölümü haqqında tibbi şəhadətnamənin verilməsinə köməklik göstərilməsi üçün həmin poliklinikaya müraciət etmiş, lakin müraciətinə cavab verilməmişdir. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 27 avqust 2022-ci il tarixli arayışda göstərilmişdir ki, X4 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin nümayəndəsinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X1 ölüm faktını müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi atası X1 12 fevral 1988-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 1906-cı il tarixdə doğulmuş X1 12 fevral 1988-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-2675/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2675/2023
04.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver