Məhkəmə qərarları › İş №2(001)-2680/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2680/2025

25.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2680/2025 25.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X22 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, onun xx.xx.1961-ci il təvəllüdlü mərhum qardaşı X10 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Həmin vaxt cağırılmış Təcili və X8 Stansiyasiyası tərəfindən X14 vərəqəsi verilmişdir. Xəbərdarlıq vərəqəsində qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 02:31 radələrində 64 yaşlı X6 məxsus kişi cinsli meyid Məhəmmədi qəsəbəsi, Nəsrəddin Tusi küçəsində aşkarlanmışdır. O, ərazi üzrə poliklinikaya tibbi şəhadətnamənin alınması üçün müraciət etsə də, ölüm haqqında tibbi şəhadətnaməni almaq mümkün olmamışdır. Ona məlumat verilmişdir ki, ölüm səbəbi məlum olmadığından ölüm haqqında şəhadətnamə verilməmişdir. X1 ölməsini təsdiq edən sənəd hər bir halda hansısa orqan tərəfindən tələb olunacaqdır və bu səbəbdən ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Eyni zamanda qardaşının ölümünün qeydə alınması məqsədi ilə ərazi üzrə qeydiyyat şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdir, lakin ona ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməli olması bildirilmişdir. Bu səbəbdən o, ölüm haqqında şəhadətnamənin digər qaydada alınması qeyri-mümkün olduğundan məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ərizəçi göstərilənləri nəzərə alaraq, xx.xx.1961-ci il təvəllüdlü mərhum X1 xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, məhkəməyə dəqiqləşmə barədə ərizə təqdim edərək, 29 oktyabr 1961-ci il təvəllüdlü mərhum X1 11 yanvar 2025-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X23 “Abşeron Rayon Mərkəzi Xəstəxanası“ X23 tərəfindən Ərizəçi ünvanlanmış 18-1-20/2-A-578-42-439/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, T.Qasımovun “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi ilə bağlı müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli ‘‘İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”-nın təsdiq edilməsi barədə 05 nömrəli Qərarının 4.3cü bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4 və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. X3 ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi tərəflərindən mümkün deyildir. İş materiallarında olan Gədəbəy rayonu Nərimankənd kənd İƏD-si tərəfindən verilmiş AZ T seriyalı, 195003 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1961-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuşdur. İş materiallarında olan АЗ seriyalı, 493228 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1963-cü il tarixdə Gədəbəy rayonunda anadan olmuşdur, atası X11, anası isə X2r. İş materiallarında olan Təcili və X9 Stansiyası tərəfindən verilmiş X14 vərəqəsindən görünür ki, 11 yanvar 2025-ci il tarixdə X7 üçün çağırış edilmiş, həmin gün saat 02:31-də həkimə qədər ölüm, kişi cinsli meyit aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 yanvar 2025-ci il tarixli 3-16-5/8-172/25 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətandaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədi təqdim edə bilmədikləri üçün ərizənin hazırda təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan Abşeron rayon Məmmədli Bələdiyəsi tərəfindən verilmiş 10 aprel 2025-ci il tarixli A91 nömrəli arayışdan görünür ki, həqiqətən TTTYS-in “X14 Vərəqəsinə” əsasən xx.xx.2025-ci il tarixdə dünyasını dəyişmiş mərhum Hasymov Teiub (Qasımov Teyyub) Abşeron rayon Məmmədli kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ərizəçinin qohumu olmaqla yanaşı, ərizəçinin X1 qaraciyər xəstəliyindən əziyyət çəkdiyini və xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ərizəçinin qohumu olmaqla yanaşı, ərizəçinin X1 xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktını təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin normalarını rəhbər tutaraq hesab edir ki, 29 oktyabr 1961-ci il təvəllüdlü X4 11 yanvar 2025-ci il tarixdə vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar olduğundan, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Odur ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, 29 oktyabr 1961-ci il təvəllüdlü X4 11 yanvar 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 29 oktyabr 1961-ci il təvəllüdlü X4 11 yanvar 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar