Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2712/2025 10.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili X1, Cavabdeh Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış MŞB/11/2025-00014 nömrəli, xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxs alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırılması: Maraqlı şəxs ilə xx.xx.2013-cü il tarixində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Maraqlı şəxs öz ailəsinə, uşağının maddi cəhətdən təmin olunmasına tam məsuliyyətsiz yanaşdığından alimentin Maraqlı şəxs tutulması tələbi ilə bağlı mediasiya prosesinə başlamışdır. Uzun danışıqlardan sonra tərəflər arasında xx.xx.2025-ci il tarixli Barışıq sazişi bağlanmışdır. Sazişin 1-ci bəndinə əsasən, tərəflər razılığa gəlmişlər ki, ikinci tərəf yəni Maraqlı şəxs xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ayın 15-dək 750 (yeddi yüz əlli) manat olmaqla sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişinin şərtləri bu günədək icra edilmir və o sazişin icra edilməsindən yayınır. Görünür uşağının müqqədəratı, maddi cəhətdən saxlanması ümumiyyətlə, onu narahat etmir. Hesab edir ki, barışıq sazişinin şərtlərinin icra edilməməsi ilk olaraq yetkinlik yaşına çatmamış uşağımın qanunla qorunan hüquq və mənafelərinin birbaşa pozulmasıdır. Məhkəmənin nəzərinə çatdırır ki, hazırki dövrdə uşağına qulluq etdiyi üçün onun dolanacaq xərclərini tam təmin edə bilmir. Bununla yanaşı bildirir ki, yetkinlik yaşına çatmayan övladının saxlanması üçün xərclər tələb edildiyindən, uşağmın gündəlik xərcləri artdığından və bu xərcləri təkbaşına təmin edə bilmədiyindən cavabdeh tərəfindən aliment ödənilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, maraqlı şəxsin səsləndirdiyi ifadələrdə səmimi olmadığını düşünür. Maraqlı şəxs uşağın saxlanılmasında faktiki olaraq iştirak etmir. Bülletendə olan dövrdə də, uşağı ilə maraqlanmayıb. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs izahatında bildirmişdir ki, fevral ayı boyunca bülletendə olduğundan həmin ay işə çıxmamışdır. İşləmədiyi dövrdə əmək haqqı ala bilmədiyindən, sazişi icra edə bilməmişdir. Təcili yardım maşınında sürücü işləyir və aylıq əmək haqqı 1400-1500 manat təşkil edir. Həmin ay maaş ala bilməyəcəyini qarşı tərəfə bildirmişdir. Hazırda isə sazişin təsdiq edilməsinə etiraz etmir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtləri özündə ehtiva edir: - İkinci tərəf birinci tərəfə xx.xx.2025-ci il tarixindən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ayın 15-dək 750 (yeddi yüz əlli) manat olmaqla sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür.Sazişin bu bəndi alimenti məbləğinin gələcəkdə artırılıb, azaldıması üçün məhdudiyyət yaratmır. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 868019 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X2 arasında xx.xx.2013-cü il tarixində nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 796 № ilə qeyd edilmişdir. 3 saylı Bakı “ASAN Xidmət Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İV seriyalı, 607931 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixində Bakı şəhərində doğulmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır. Göründüyü kimi, tərəflər arasında alimentlə bağlı mediasiya prosesində xx.xx.2025ci il tarixli barışıq sazişi imzalanmışdır. Sazişin şərtinə əsasən Maraqlı şəxs xx.xx.2025-ci il tarixindən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ayın 15-dək 750 (yeddi yüz əlli) manat olmaqla sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Lakin barışıq sazişinin icrası təmin edilmir. Odur ki, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədiyindən Ərizəçi mediasiya prosesində bağlanmış barışıq sazişinin alimentin ödənilməsi hissəsində məcburi icrasi üçün təsdiq edilməsi barədə ərizəsi aşağıda qeyd edilən normalara görə əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsaəsn iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanunun 8.2-ci bəndini (xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir), 9.1.2-ci bəndini (aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar) və MPM-nin 119-cu maddəsini rəhbər turaraq hesab edir ki, iddianın verilməsi üçün ödənilmiş olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in, 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İkinci tərəfin birinci tərəfə xx.xx.2025-ci il tarixindən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ayın 15-dək 750 (yeddi yüz əlli) manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürməsi barədə birinci tərəf Ərizəçi ilə ikinci tərəf Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2712/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2712/2025
10.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver