Məhkəmə qərarları › İş №2(001)-274/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-274/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-274/2021 16.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə X2 Cavabdeh qarşı «pul tələbi, tələbin əmlaka yönəldilməsi» tələbinə dair mülki işə 16 iyun 2021-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X1 İlqar Rəcəb oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13.12.2014-cü il tarixdə 3M-950 saylı reyestrlə kredit müqaviləsində nəzərdə tutulmuş məbləğin (200000 manat) cavabdehdən alınaraq ona ödənilməsi, tələbin girovun təminatı olaraq 13.12.2014-cü il tarixli 3M-954 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması və 13.12.2014-cü il tarixli 3M-949 saylı reyestrlə 200000 manat məbləğinə dair kredit müqaviləsində nəzərdə tutulmuş məbləğin cavabdehdən alınaraq ona verilməsi, tələbin 13.12.2014-cü il tarixli 3M-954 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi E.Q.Əmirəliyev məhkəməyə ərizə ünvanlayaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.2-ci maddəsinə əsasən, .... iddiaçının iddiadan imtina etməsi.... halında hakim iş üzrə icraata xitam verir. Hesab edirəm ki, iddiaçının nümayəndəsinin ərizəsi iddiadan imtina kimi qiymətləndirilməli, buna görə də, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: X2 Cavabdeh qarşı «pul tələbi, tələbin əmlaka yönəldilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad elan olunduqdan sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar