Məhkəmə qərarları › İş №2(011)-5431/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5431/2025

24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5431/2025 24.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X2, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi İddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı Cavabdeh 25.289 ABŞ dolları məbləğində əsas borc, 10249 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 35538 ABŞ dolları məbləğində kredit borcunun həmçinin ödənilmiş 272 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-MU-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz-E240” markalı minik avtomobilinə (buraxılış ili 2003, Ban – WDB2110611A007850, rəngi – gümüşü met.) yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri İddianın dəlilləri ondan ibarət olmuşdur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1848 saylı, 05 yanvar 2018- ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Nərimanov filialı ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Borclan”) arasında xx.xx.2004-cü il tarixdə, 905 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 24 % tətbiq edilməklə, 18 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-MU-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz – E 240” markalı minik avtomobili (buraxılış ili 2003, Ban – WDB2110611A007850, rəngi – gümüşü met.) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X6 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2004-cü il tarixli, AG seriyalı, ******* №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan”a 30000 ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. (2.2. bənd) “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytamağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitnin köçürüldüyü təqvim tarixdən başlanır. (5.4. bəndi) “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 18 aydır. (5.5. bənd) kreditin vəsaitnin istifadə müddəti 06 aprel 2006-cı il tarixdə bitir. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 24 (iyirmi dörd) faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan 25289 ABŞ dolları məbləğində əsas borc, 10249 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 35 538 ABŞ dolları məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Həmçinin, məhkəmənin diqqətinə onu da çatdırmaq istərdik ki, cavabdehin qeydiyyat ünvanınının dəyişib dəyişilməməsi ilə bağlı AR DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli **********1 saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum “X9 Edilməsi Agentliyi” MMC tərəfindən xx.xx.2024-cü il tarixli 76 saylı müraciət məktubu ilə müraciət edilmiş və İdarə tərəfindən xx.xx.2024-cü il tarixli 18/2-1555/2024 saylı cavab məktubu ilə bildirilmişdir ki, “İnformasiya əldə etmək haqqında” AR Qanununun 15.3-cü maddəsinə əsasən “Fərdi məlumatlar haqqında” 13.1-ci maddəsinə əsasən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı əsasında yol verilir. Bu səbəbdən də iddiaçı olaraq cavabdeh barədə MAPS arayışını məhkəməyə təqdim edə bilmirik. Cavabdehin etirazının dəlilləri: Cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin keçməsi ilə bağlı ərizə ilə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmn edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmdən iddianın rədd edilməsini xahiş etdi. İşin halları: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2004-cü il tarixli 950 nömrəli kredit müqaviləsinə əsasən borcverən avtomobil alınması məqsədi ilə istifadə etmək üçün borc alana 30000 ABŞ dolları məbləğində krediti illik 24% ilə 18 ay müddətinə vermiş, borcalan isə həmin krediti qəbul etməyi, 06 aprel 2006-cı ilədək müqavilədə göstərilən qaydada qaytarmağı və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə verilən kreditin və onlara hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər arasında xx.xx.2004-cü il tarixli 950 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “Mercedes Benz E-240” markalı minik avtomobili (buraxılış ili 2003, Ban – WDB2110611A007850, rəngi – gümüşü met.) ipoteka ilə yüklü edilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2018-ci il tarixdə Cavabdeh banka olan 25289 ABŞ dolları əsas borcunu, 10249 ABŞ dolları faiz borcunu, ümumilikdə 35538 ABŞ dolları borcunu tələb etmək hüququ "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına ötürülmüşdür. Kredit müqaviləsi üzrə son ödəniş xx.xx.2025-ci il tarixində aparılmışdır. Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin A-0756 saylı, xx.xx.2005-ci il tarixli hökmündən görünür ki, Kənan Hüseynov qohumu Cavabdeh aldadaraq onun adına avtomaşın almaq istədiyini və alacağı avtomaşını bankda girov qoymaqla kredit götürəyəcəyini və aldığı krediti özü ödəyəcəyini bildirmiş, Cavabdeh ona inanaraq razılıq verdikdən sonra, tanışı X1 adına olan «Mersedes Bens E 240» markalı, 2003-cü il buraxılışlı, ban № WDB 211061/A007850, mühərrik №**********7927, qeydiyyat nömrə nişanı Az **-BM-*** olan avtomaşının Cavabdeh satılması barədə rəsmiləşdirmə apartdırmış və V. İmamverdiyevlə Azərbaycan Beynəlxalq Bankının Nərimanov filialı arasında xx.xx.2004-cü il tarixli 905 №-li kredit yə girov müqavilələri bağlatdıraraq, Cavabdeh adına olan həmin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində bankın girovunda olması barədə qeydiyyat aparıldıqdan sonra Cavabdeh aldığı 30000 ABŞ dolları məbləğində kredit vəsaitini və avtomaşını özü götürmüşdür. Bundan sonra o, həmin kreditin tam həcmdə ödənməsi barədə eyni üsulla hazırlayaraq BDYPİ-nə təqdim etdiyi xx.xx.2004-cü il tarixli 924 №-li saxta məktub əsasında həmin avtomaşını Azərbaycan Beynəlxalq bankının Nərimanov filialının girovundan azad etdirməklə banka 30000 ABŞ dolları, manata məzənnəsi ilə 147.176.100 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Hökmə əsasən X8 Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1, 320.2 maddələri ilə təqsirli bilinib CM-nin 178.3.2 maddəsi ilə 10 (on) il müddətinə, CM-nin 320.1 maddəsi ilə 1 (bir) il müddətinə, CM-nin 320.2 maddəsi ilə 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3 maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, “Mersedes Bens E 240” markalı, 2003-cü il buraxılışlı, ban № WDB 211061/A007850, mühərrik №**********7927, qeydiyyat nömrə nişanı Az **-BM-*** olan avtomaşının X5 geri qaytarılması və Kənan Hüseynovdan 185.731.030 manat Azərbaycan Beynəlxalq Bankının xeyrinə tutulması hökm edilmişdir. Tətbiq edilən hüquq: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 10. İpoteka müqaviləsi 10.1 İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Maddə 34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsaslar. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki,iddia aşağıda göstərilən əsaslara görə rədd edilməlidir. Belə ki, "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və sonuncuya avtomobil alınması məqsədi ilə istifadə etmək üçün 30000 ABŞ dolları məbləğində kredit vəsaiti ayrılmışdır. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq “Mercedes Benz E-240” markalı minik avtomobili ipoteka ilə yüklü edilmişdir. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Kənan Hüseynov adlı şəxs dələduzluq növündə cinayət əməlini törədərək qohumu Cavabdeh aldadaraq sonuncunun adına «Mersedes Bens E 240» markalı minik avtomobili "xxxx" ASC-də ipoteka yüklü əmlak kimi qeydiyyata aldıraraq kredit götürmüşdür və həmin kredit müqaviləsi üzrə ödənişləri özü ödəyəcəyini bildirmişdir. Bundan sonra o, həmin kreditin tam həcmdə ödənməsi barədə saxta məktub hazırlayaraq BDYPİ-yə təqdim edərək nəqliyyat vasitəsini Azərbaycan Beynəlxalq bankının Nərimanov filialının girovundan azad etdirməklə banka 30000 ABŞ dolları, manata məzənnəsi ilə 147.176.100 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin A-0756 saylı, xx.xx.2005-ci il tarixli hökmünə əsasən, X8 Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1, 320.2 maddələri ilə təqsirli bilinib CM-nin 178.3.2 maddəsi ilə 10 (on) il müddətinə, CM-nin 320.1 maddəsi ilə 1 (bir) il müddətinə, CM-nin 320.2 maddəsi ilə 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3 maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, “Mersedes Bens E 240” markalı, 2003-cü il buraxılışlı, ban № WDB 211061/A007850, mühərrik №**********7927, qeydiyyat nömrə nişanı Az **-BM-*** olan avtomaşının X5 geri qaytarılması və Kənan Hüseynovdan 185.731.030 manat azərbaycan Beynəlxalq Bankının xeyrinə tutulması hökm edilmişdir. Göründüyü kimi "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncuya ayrılmış kredit vəsaitinin ödənilməsinə dair artıq qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur. Odur ki, hazırki iddia təmin edilərək kredit müqaviləsi üzrə borcun təkrarən Cavabdeh tutulması iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının cavabdeh hesabına əsassız varlanmasına gətirib çıxaracaqdır. Digər tərəfdən məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə qiymət verərək qeyd edir ki, "xxxx" ASC tərəfindən təqdim olunmuş hesabdan çıxarışa əsasən, sonuncu dəfə Cavabdeh tərəfindən ödəniş xx.xx.2016-ci il tarixdə edilmişdir. Belə olan halda borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdiyindən iddia müddəti həmin tarixdən yenidən hesablanmalıdır. Hazırki mülki iş üzrə iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı xx.xx.2025-ci il tarixdə, yəni 5 ildən artıq iddia müddətini ötürməklə, məhkəməyə müraciət etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı Cavabdeh 25.289 ABŞ dolları məbləğində əsas borc, 10249 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 35538 ABŞ dolları məbləğində kredit borcunun həmçinin ödənilmiş 272 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-MU-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz-E240” markalı minik avtomobilinə (buraxılış ili 2003, Ban – WDB2110611A007850, rəngi – gümüşü met.) yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-5, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı Cavabdeh 25289 (iyirmi beş min iki yüz səksən doqquz) ABŞ dolları məbləğində əsas borc, 10 249 (on min iki yüz qırx doqquz) ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 35538 (otuz beş min beş yüz otuz səkkiz) ABŞ dolları məbləğində kredit borcunun həmçinin ödənilmiş 272 (iki yüz yetmiş iki) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-MU-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz-E240” markalı minik avtomobilinə (buraxılış ili 2003, Ban – WDB2110611A007850, rəngi – gümüşü met.) yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsi tələblərinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar