Məhkəmə qərarları › İş №e-2(005)-121/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-121/2025

02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-121/2025 02.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı (Kərimova Xanım Səxavət qızı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) (açar sözlər: tutmanın ipoteka predmetinə yönəlməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı (Kərimova Xanım Səxavət qızı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2629/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən "xxxx" KB ASC ilə Kərimova Xanım Səxavət qızı arasında xx.xx.2018-ci il tarixli, 24UM/18 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli, 141UB/19 saylı əlavə kredit müqaviləsi üzrə əsas kredit borcuna görə 52.597,34 AZN, faiz borcuna görə 412,75 AZN, cəmi 53.010,09 AZN borcun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 45 AZN məbləğində pul tələbi üzrə tutmanın ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2629/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən "xxxx" KB ASC ilə Kərimova Xanım Səxavət qızı arasında xx.xx.2018-ci il tarixli, 24UM/18 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli, 141UB/19 saylı əlavə kredit müqaviləsi üzrə əsas kredit borcuna görə 52.597,34 AZN, faiz borcuna görə 412,75 AZN, cəmi 53.010,09 AZN borcun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 45 AZN məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, İpoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 150.000 (yüzəlli min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində Cavabdeh həmin mənzildən çıxarılmaqla boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə borclu Kərimova Xanım Səxavət qızı arasında xx.xx.2018-ci il tarixli, 24UM/18 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli, 141UB/19 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, xx.xx.2021-ci il tarixədək, illik 18% ödəmək şərtilə 80.000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" ASC ilə X8 arasında bağlanmış xx.xx.2018- ci il tarixli, 24UMİ/18 saylı ipoteka müqaviləsinə əsasən X5 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evi "xxxx" Kommersiya Bankı ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsində **********18-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X8 xx.xx.2020-ci il tarixdə ağciyər ürək çatmamazlığı səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 644 nömrə ilə qeyd edilmişdir. Bununla əlaqədar notariat ofisində vərəsəlik işi açılmış, Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və vərəsə kimi tanınmışdır. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. Kərimova Xanım Səxavət qızının Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2629/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən 141UB/19 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 52.597,34 AZN, faiz borcu üzrə 412,75 AZN, cəmi 53.010,09 AZN təşkil edir. xx.xx.2018-ci il tarixli, 24UMİ/18 saylı ipoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 150.000 (yüz əlli min) manat məbləğində qiymətləndirilmişdir. Qeyd olunanlara əsasən borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, əsas kredit müqaviləsinin icrasının təminat üsulu kimi çıxış edən həmin əmlak hərracda satılmalı və boşaldılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına borclunun iddiaçıya olan kredit borcu, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar çəkilmiş məhkəmə xərcləri ödənilməlidir. Məhkəmə araşdırması zamanı Kərimova Xanım Səxavət qızı nümayəndəsi və vəkilinin vəsatətinə əsasən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili bildirmişdir ki, iddia tələbinin təmin edilməsinə etiraz etmir. Kredit ipoteka ilə təmin olunmuşdur. Kredit ödənilmədiyindən onun təminatı kimi ipoteka predmetinə yönəlməlidir. Öhdəlik isə vərəsənin üzərinə düşür. Mənzilin dəyərinin müəyyən olunmasını məhkəmənin mülahizəsinə buraxır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: - "xxxx" KB ASC ilə borclu X4 arasında xx.xx.2018-ci il tarixli, 24UM/18 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli, 141UB/19 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, xx.xx.2021-ci il tarixədək, illik 16% ödəmək şərtilə 80.000,90 AZN məbləğində kredit verilmişdir. - "xxxx" Kommersiya Bankı ilə X8 arasında bağlanmış xx.xx.2018- ci il tarixli, 24UMİ/18 saylı ipoteka müqaviləsinə əsasən X5 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evi xx.xx.2018-ci il tarixli, 24UM/18 saylı əsas kredit müqaviləsinin təminatı olaraq "xxxx" Kommersiya Bankı ASC-yə ipotekaya qoyulmuşdur. - 1307732 saylı, RX seriyalı çıxarışa əsasən X12 ogluna məxsus Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən 123G nömrəli fərdi yaşayış evi 180 ay müddətə xx.xx.2018-ci il tarixli, 24UM/18 saylı əsas kredit müqaviləsin üzrə öhdəliyə görə "xxxx" KB ASC-nin xeyrinə yüklü edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-157/2022 saylı iş üzrə 05 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Kərimova Xanım Səxavət qızından, Cavabdeh və X2 müştərək qaydada əsas kredit borcu üzrə 52.597,34 manat, faiz borcu üzrə 1.174,20 manat, cəmi 53.771,54 manat (əlli üç min yeddi yüz yetmiş dörd manat əlli dörd qəpik) manat məbləğində borcun, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödınilmiş 40 manatın tutularaq iddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tələb Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evi açıq hərracdan satılması, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 155.000 (yüz əlli beş min) manat müəyyən edilməsi, əldə olunan vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin Cavabdeh qaytarılması, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər Cavabdeh və Kərimova Xanım Səxavət qızı həmin evdən çıxarılmaları və evin boşaldılması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2629/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-157/2022 saylı iş üzrə 05 sentyabr 2022-ci il tarixli qətnaməsi “cavabdehlər Kərimova Xanım Səxavət qızından və X2 müştərək qaydada 1.174,20 manat faiz borcunun tutulması” hissəsində dəyişdirilərək faiz borcu 412,75 (dörd yüz on iki manat yetmiş beş qəpik) manat müəyyən edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2629/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-157/2022 saylı iş üzrə 05 sentyabr 2022-ci il tarixli qətnaməsi “iddia tələbinin Cavabdeh əsas kredit borcu üzrə 52.597,34 manat, faiz borcu üzrə 1.174,20 manat, cəmi 53.771,54 manat (əlli üç min yeddi yüz yetmiş dörd manat əlli dörd qəpik) manat məbləğində borc, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat tutularaq iddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tələb Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 155.000 (yüz əlli beş min) manat müəyyən edilməsi, əldə olunan vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaiti Cavabdeh qaytarılması, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər Cavabdeh və Kərimova Xanım Səxavət qızının həmin evdən çıxarılmaları və evin boşaldılmasının”təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissələrdə iş üzrə icraata xitam verilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-4098/2023 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2629/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. -14 yanvar 2021-ci il tarixli reyestrdə 2V-12 № ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X5 vərəsəsi Cavabdehdır və o əmlakdan tam hissədə pay almalıdır. Miras əmlak Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ev 123G ünvanında yerləşən ümumi sahəsi 116,6 kv.m olan fərdi yaşayış evidir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ev 123G ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydə alınmışdır. - "xxxx" KB ASC tərəfindən Cavabdeh ünvanlanmış ipoteka predmetinə məhkəmə qaydasında tutma yönəldilməsi barədə bildirişdən görünür ki, ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəlməyə başlandığı bildirilmişdir. - "xxxx" KB ASC tərəfindən DƏDRX 1 saylı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024cü il tarixli ərizədən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 123G əmlakına tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir. - “X3” MMC-nin 09 sentyabr 2025-ci il tarixli ETM-018/t/25 saylı qiymətləndirici rəyindən görünür ki, rəyin tədqiqat hizssəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 123G nömrəli ünvanda yerləşən fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 249.850,0 (iki yüz qırx doqquz min səkkiz yüz əlli manat) məbləğində müəyyən edilir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsini və üçüncü şəxsin nümayəndəsi-vəkilinin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" KB ASC ilə borclu Kərimova Xanım Səxavət qızı arasında xx.xx.2018-ci il tarixli, 24UM/18 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli, 141UB/19 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, xx.xx.2021-ci il tarixədək, illik 18% ödəmək şərtilə 80.000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" ASC ilə X8 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 24UMİ/18 saylı ipoteka müqaviləsinə əsasən X5 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evi "xxxx" Kommersiya Bankı ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsinə əsasən yüklülük xx.xx.2018-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X8 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bununla əlaqədar notariat ofisində vərəsəlik işi açılmış, Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və vərəsə kimi tanınmışdır. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. Kərimova Xanım Səxavət qızının Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasnının 2(103)-2629/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən 141UB/19 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 52.597,34 AZN, faiz borcu üzrə 412,75 AZN, cəmi 53.010,09 AZN təşkil edir. Hazırda iddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasnının 2(103)-2629/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə tutmanın ipoteka predmetinə yönəlməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Göründüyü kimi hazırki tələb Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasnının 2(103)-2629/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə tutulması borcun ipoteka predmetinə yönəlməsi, əmlakın satılaraq onun satışından əldə edilmiş vəsait hesabına ödənilməsi və mənzilin boşaldılması barədədir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.6-cı maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: - 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. - 37.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. - 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: - 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. - 39.3.2. ipoteka predmetinin təsviri; - 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; - 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. -41-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. - 47.4-cü maddəsinə əsasən, bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. - 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. -59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. -59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: -59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; -59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. -59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının 22 iyun 2023-cü il tarixli № 02/2023 qərardadı: Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Göründüyü kimi qanunverici öhdəliklərin təminatı olaraq ipoteka münasibətini müəyyən etmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi kredit müqaviləsinin təminat üsullarından biridir. İpoteka müqaviləsinə görə ipoteka qoyan əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, ipoteka saxlayan isə borclunun həmin öhdəliyi icra etmədiyi halda kreditor borcun həmin predmetlərə yönəldilməklə, onların satışı nəticəsində əldə edilən vəsait hesabına borcun ödənilməsini tələb edə bilər. Hazırki iş üzrə əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının - ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Belə ki, həmin daşınmaz əmlak Kərimova Xanım Səxavət qızının kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və ipotekanın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı həyata keçirilmişdir. Həmçinin, ipoteka saxlayan ipoteka predmetinin hazırki mülkiyyətçisi Cavabdeh “İpoteka haqqında” Qanunun 36.2-ci bəndində uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, həmin bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadının 11-12-ci bəndlərində qeyd edilir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazardəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. (11-ci bənd) Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özüözlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir (12-ci bənd). Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti onun likvid dəyərini ehtiva edir. "xxxx" KB ilə X8 arasında bağlanmış xx.xx.2018- ci il tarixli, 24UMİ/18 saylı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinin dəyəri 150000 manat müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, ipoteka müqaviləsinin bağlanılmasından 8 ildən artıq vaxt keçmişdir. Bu müddət ərzində ölkə ərazisində daşınmaz əmlak bazarında qiymət artımının olması inkarolunmazdır. Məhkəmə iş üzrə obyektiv qərar qəbul edilməsi məqsədilə mübahisəli əmlakın likvid dəyəri ilə bağlı qiymətləndirmə təyin etmişdir. “X3” MMC-nin 09 sentyabr 2025-ci il tarixli ETM-018/t/25 saylı qiymətləndirici rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 123G nömrəli ünvanda yerləşən fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 249.850,0 (iki yüz qırx doqquz min səkkiz yüz əlli manat) məbləğində müəyyən edilir. Hazırkı halda, qeyd olunan mütəxəssis rəyini şübhə altına salacaq əsaslı, şübhədənkənar və təkzibedilməzliklə bağlı tələblərə cavab verən sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinin likvid dəyəri – ilkin satış qiyməti 249850 (iki yüz qırx doqquz min səkkiz yüz əlli) manat həddində müəyyən olunmalıdır. İddiaçı həmçinin ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan ən geci 1 ay ərzində Cavabdeh həmin mənzildən çıxarılmaqla boşaldılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə də əsaslıdır. İlkin olaraq məhkəmə qeyd edir ki, ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək, yəni xx.xx.2018-ci il tarixdə bağlanmışdır. Bu səbəbdən qeyd olunan tələbə mahiyyəti üzrə baxılır. Qeyd olunur ki, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda, ipoteka predmetinin mülkiyyətçisinin və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin yaşayış sahəsini ən geci bir ay ərzində boşaltmaları ipoteka predmetinə tutmanın yönəldilməsi qaydasının ayrılmaz tərkib hissəsidir və bu qayda ipoteka predmetinin hərracda realizə olunmasını asanlaşdırır. Bu zaman nəzərə alınır ki, iddiaçının belə bir tələbi olmadığı təqdirdə də, tələbin ipoteka predmetinə yönəldilməsi barədə icra sənədinə əsasən ipoteka predmeti satıldıqdan bir ay ərzində cavabdehlərin ipoteka predmetini boşaltmaları qanunda təsbit olunmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının 22 iyun 2023-cü il tarixli № 02/2023 qərardadı: -“Əvvəla, qeyd olunmalıdır ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olmaları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “İpoteka haqqında” Qanun) 59.3-cü maddəsinin tələblərindən irəli gəlir. Həmin maddənin tələbləri baxımından, bunun üçün aşağıdakı 2 şərtdən ən azı birinin mövcud olması zəruridir: - yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulması və ya; - ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmaları. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Beləliklə, təkcə fərdi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka ilə yüklü edilməsi “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsindəki dispozisiya şərtinin reallaşması üçün yetərlidir. Bu zaman, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələri tələb olunmur.” Məhkəmə qeyd edir ki, ipoteka müqaviləsi bağlanmaqla mənzilin ipoteka ilə yüklü edilməsi ilə artıq orada yaşayan şəxslər evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə öhdəlik götürmüş sayılırlar. Məhkəmə hesab edir ki, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evi bağlanmış kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edildiyindən və kredit müqaviləsi üzrə borc ödənilməməklə tutmanın ipoteka predmetinə yönəldilməli olması müəyyənləşdirildiyindən iddia tələbi ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan ən geci 1 ay ərzində Cavabdeh həmin mənzildən çıxarılmaqla boşaldılması hissədə də əsaslıdır. Bununla yanaşı məhkəmə AR MM-nin 319.6-cı maddəsinə əsasən hesab edir ki, əgər ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıq olarsa, artıq məbləğ ipoteka verənə, yəni cavabdehə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. - 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. - 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və cavabdehin məhkəmə xərclərindən azad olması halı müəyyən olunmadığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 45 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, bu tələb üzrə tutma da ipoteka predmetinə yönəlməli, eyni zamanda cavabdehdən 260 manat ekspertiza xərci tutularaq təqdim edilmiş rekvizitlər üzrə “X3” MMC-nin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2629/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən "xxxx" KB ASC ilə Kərimova Xanım Səxavət qızı arasında xx.xx.2018-ci il tarixli, 24UM/18 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli, 141UB/19 saylı əlavə kredit müqaviləsi üzrə əsas kredit borcuna görə 52.597,34 manat, faiz borcuna görə 412,75 manat, cəmi 53.010,09 manat borc, habelə hazırki iş üzrə iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 45 (qırx beş) manat məbləğində pul tələbi üzrə tutma ipoteka predmeti – Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinə yönəldilməli, əmlak açıq hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına pul tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməli, ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 249850 (iki yüz qırx doqquz min səkkiz yüz əlli) manat məbləğində müəyyən edilməli, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan ən geci 1 ay ərzində Cavabdeh həmin mənzildən çıxarılmaqla, mənzil boşaldılmalı, eyni zamanda ekspertiza tədqiqatının dəyərini təşkil edən 260 (iki yüz altmış) manat Cavabdeh tutularaq “X3” MMC-nin hesabına ödənilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2629/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən "xxxx" KB ASC ilə Kərimova Xanım Səxavət qızı arasında xx.xx.2018-ci il tarixli, 24UM/18 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli, 141UB/19 saylı əlavə kredit müqaviləsi üzrə əsas kredit borcuna görə 52.597,34 manat, faiz borcuna görə 412,75 manat, cəmi 53.010,09 manat borc, habelə hazırki iş üzrə iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 45 (qırx beş) manat məbləğində pul tələbi üzrə tutma ipoteka predmeti – Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən ev 123 G nömrəli fərdi yaşayış evinə yönəldilsin, əmlak açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borc tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. İpoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən ev 123 G nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 249850 (iki yüz qırx doqquz min səkkiz yüz əlli) manat məbləğində müəyyən edilsin. İpoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ünvanında yerləşən ev 123 G nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan ən geci 1 (bir) ay ərzində Cavabdeh həmin mənzildən çıxarılmaqla, mənzil boşaldılsın. İpoteka predmetinin satışından əldə edilən vəsait ipoteka saxlayanın tələblərindən artıq olduğu təqdirdə, artıq məbləğ ipoteka predmetinin mülkiyyətçisi Cavabdeh qaytarılsın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 260 (iki yüz altmış) manat Cavabdeh tutularaq “X3” MMC-nin hesabına (“X3” MMC; VÖEN: **********; Bank Rekvizitləri: Azər- Türk Bank ASC AZ1022, Azərbaycan, Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 85; 192/193 VÖEN: ********** Kod: 507699 M/h: AZ02NABZ******************** S.W.İ.F.T: AZRTAZ22 H/h: AZ69AZRT********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar