Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-56/2025 18.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi, vəkil X1, Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi, vəkil Nümayəndə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO QSC “Bank Standart” KB-nin nümayəndəsi X4 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan QSC “Bank Standard” KB-nin xx.xx.2014-cü il tarixli, KBU14-1592 nömrəli kredit müqaviləsi üzrə 9.250.000,00 (doqquz milyon iki yüz əlli min) manat əsas, 231.780,88 (iki yüz otuz bir min yeddi yüz səksən manat, səksən səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 9.481.780,88 (doqquz milyon dörd yüz səksən bir min yeddi yüz səksən manat, səksən səkkiz qəpik) manat və xx.xx.2014-cü il tarixli, KBO14-1618 nömrəli kredit müqaviləsiüzrə 5.194.444,45 (beş milyon yüz doxsan dörd min dörd yüz qırx dörd manat, qırx beş qəpik) manat əsas, 63.395,64 (altmış üç min üç yüz doxsan beş manat, altmış dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 5.257.840,09 (beş milyon iki yüz əlli yeddi min səkkiz yüz qırx manat, doqquz qəpik) manat olmaqla, cəmi 14.739.620,97 (on dörd milyon yeddi yüz otuz doqquz min altı yüz iyirmi manat, doxsan yeddi qəpik) manat kredit borcunun ödənilməsi üçün tutmanın Cavabdeh2 ASC-yə məxsus ünvan 1 ünvanında 1,43973 ha torpaq sahəsində yerləşən 14987,2 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə və Cavabdeh1 QSC-yə məxsus "xxxx" ASC-nin nominal dəyəri 24 (iyirmi dörd) manat olan 843.113 (səkkiz yüz qırx üç min yüz on üç) ədəd sənədsiz adlı səhmə yönəldilməsinə; 2. İpoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) göstərilməklə açıq hərracdan satılması, o cümlədən səhmlərin açıq hərracdan satışından əldə olunmuş pul vəsaitləri hesabına QSC “Bank Standard” KB-nin qeyd olunan kredit müqavilələri üzrə iddiaçı qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra cavabdeh əmlak kompleksini boşaltmadıqda, məcburi qaydada tam boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tərəflər hər biri ayrı-ayrılıqda xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti, müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu arasında aşağıdakı məzmunda xx.xx.2025-ci il tarixli barışıq sazişi imzalamışlar və məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər: Müqavilənin Predmeti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinə əsasən aşağıda qeyd olunan Barışıq sazişinin predmeti üzrə bütün mübahisələrə son qoymaq, eyni zamanda hüquqlar və iddialar barədə mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəşt yolu ilə həll etmək, bu Sazişdə göstərilən razılaşma əldə edildikdən sonra eyni predmet üzrə gələcəkdə yarana biləcək hər hansı bir iddia tələbinin olmayacağı barədə öhdəlik götürmək və bu Saziş üzrə götürülmüş öhdəlikləri vicdanla yerinə yetirmək üçün zəruri tədbirlərin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, LPO QSC “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Cavabdeh1 QSC və Cavabdeh2 ASC aşağıdakı şərtlərlə bu Sazişi imzalayır və təsdiq edirlər.
1. Sazişin Predmeti 1.1. Bu Saziş tərəflər arasında olan kredit borcunun tutulması, tutmanın girova, ipoteka predmetinə, zaminə yönəldilməsinə dair tələblər üzrə məhkəmə mübahisələrini, habelə məhkəmə qərarı üzrə icra icraatını yekunlaşdırmaq məqsədi ilə Sazişin notarial qaydada təsdiq olunmasından sonra tərəflər arasındakı münasibətlərin Sazişə uyğun olaraq nizamlanmasını nəzərdə tutur. 1.2. Ləğvedici və Cavabdeh1 QSC təsdiq edir ki, Saziş notarial qaydada təsdiq edildikdən və Sazişin 2.5.3-cü bəndində nəzərdə tutulan qaydada Cavabdeh1 QSC tərəfindən ödənişlər edildikdən sonra Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-89/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilməsi üçün Ləğvedici müvafiq icra qurumuna müraciət edir. 1.3. Tərəflər təsdiq edir ki, Mərkəzi Bankın iddiası əsasında Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-56/2025 nömrəli iş üzrə icraatın dayandırılmasına əsas olmuş bütün hallar aradan qaldırıldıqdan sonra Sazişin 2.11-ci bəndinə uyğun olaraq təsdiq olunması üçün məhkəməyə təqdim olunur. 1.4. Sazişin təsdiq olunmasına məhkəmə tərəfindən baxılması notarial qaydada təsdiq olunmuş Sazişin icrasını dayandırmır.
2. Sazişin Şərtləri 2.1. Mərkəzi Bank və Ləğvedicinin qalıq borc məbləğlərinə dair tələbləri aşağıdakı kimi olmuşdur: 2.1.1. Ləğvedicinin "X11" QSC-yə qarşı tələbi: - QSC "Bank Standard" KB ilə "X11" QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1xx/xx/1592/14 saylı kredit müqaviləsi üzrə qalıq -7.097.654,44 manat əsas borc, 2.377.005,05 manat faiz borcu, 791.704,96 manat cərimə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 1.015.363,70 manat məbləğində faiz məbləği, ümumilikdə 11.281.728,15 manat-Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-55/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia müddətinin keçməsi səbəbindən iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-675/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-55/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ləğvedici tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2-2(102)-644/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 675/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - QSC "Bank Standard" KB ilə "X11" QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1xx/xx/3365/14 saylı kredit müqaviləsi üzrə qalıq - 4.888.889,30 manat əsas borc, 536.704,79 manat faiz borcu, 667.469,30 manat cərimə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 724.503,67 manat məbləğində faiz məbləği, ümumilikdə 6.817.567,06 manat Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-207/2021 nömrəli qətnaməsi ilə borc 4.931.734,60 (dörd milyon doqquz yüz otuz bir min yeddi yüz otuz dörd manat altmış qəpik) manat məbləğində müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-89/2023 saylı, xx.xx.2023-cü il qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-207/2021 nömrəli qətnaməsi dəyişdirilmiş, girov predmeti olan tutma yönəldilmiş "xxxx" ASC-nin 843.113 sənədsiz adlı səhmlərin ilkin satış qiyməti 12.512.866 manat müəyyən edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)- 67/2024 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-89/2023 saylı, xx.xx.2023-cü il qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icraya yönəldilmiş. hazırda "X11" QSC-nin xahişi ilə Ləğvedicinin müraciəti əsasında qətnamənin icrası dayandırılmışdır. - QSC "Bank Standard" KB ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1xx/xx/3212/14 saylı kredit müqaviləsi üzrə qalıq -2.450.451,61 manat əsas borc, 563.767,66 manat faiz borcu, 260.912,28 manat cərimə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 537.737,20 manat məbləğində faiz məbləği, ümumilikdə 3.812.868,75 manat Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1009/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia müddətinin keçməsi səbəbindən iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-162/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1009/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ləğvedici tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-265/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-2 2-2(103)-162/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu Sazişin 2.1.1-ci bəndində qeyd olunan 3 (üç) kredit müqaviləsi üzrə cəmi 21.912.163,96 manat. 2.1.2. X3rşı tələbi: - Mərkəzi Bank ilə QSC "Bank Standard" KB arasında bağlanmış xx.xx.2014-cü il tarixli, KBU14-1592 nömrəli kredit müqaviləsi üzrə 9.250.000,00 manat əsas, 231.780,88 manat faiz borcu olmaqla, ümumilikdə 9.481.780,88 manat; - Mərkəzi Bank ilə QSC "Bank Standard" KB arasında bağlanmış xx.xx.2014-cü il tarixli, KBO14-1618 nömrəli kredit müqaviləsi üzrə 5.194.444,45 manat əsas, 63.395,64 manat faiz borcu olmaqla, ümumilikdə 5.257.840,09 manat; Bu Sazişin 2.1.2-ci bəndində qeyd olunan 2 (iki) kredit müqaviləsi üzrə cəmi 14.739.620,97 manat. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5427/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Mərkəzi Bankın iddia tələbi üzrə icraat Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-916/2023 və e-2-2(113)-1009/2023 saylı, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2-2(103)-89/2023 saylı kommersiya işləri üzrə mübahisələr həll edilənə kimi dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-1054/2023 saylı, xx.xx.2023- cü il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5427/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilməden saxlanılmışdır. 2.2. Tərəflər mübahisələrin barışıqla yekunlaşdırılması məqsədi ilə "X11" QSC tərəfindən ümumilikdə 16.200.000 manat məbləğində pulun ödəniləcəyini qəbul və təsdiq edirlər. 2.3. Tərəflər razılığa gəlirlər ki, bütün iddialar üzrə ümumi tələblərin əvəzinə hazırkı Barışıq Sazişi ilə "X11" QSC-ninin 60 ay müddətində ödənilməklə ümumilikdə 16.200.000 (on altı milyon iki yüz min) manat müəyyənləşdirilən ödənişinin ilkin olaraq 1.460.379, 79,03 manat hissəsinin LPO QSC "Bank Standard" KB-nin və 14.739.620,97 manat hissəsinin Mərkəzi Bankın xeyrinə ödənilməsinə razıdırlar və bu məbləğlər ödənildikdən sonra Sazişin tərəflərinin bir-birinə qarşı hər hansı məbləğdə borcu qalmayacaqdır. Tərəflər "X11" QSC tərəfindən Mərkəzi Banka ödənilən 14.739.620,97 manat məbləğin Mərkəzi Bank ilə QSC "Bank Standard" KB arasında bağlanmış xx.xx.2014-cü il tarixli, KBU14-1592 saylı və xx.xx.2014-cü il tarixli, KBO14-1618 saylı kredit öhdəliyi üzrə Mərkəzi Banka olan kredit borcunun QSC "Bank Standard" KB-nin əvəzinə ödənilməsi kimi qəbul edirlər. 2.4. Sazişin tərəfləri xx.xx.2014-cü il tarixli, GBU14-1592 nömrəli girov və xx.xx.2014-cü il tarixli, GBO14-1618 nömrəli girov müqavilələri və xx.xx.2014-cü il tarixli, 1xx/xx/1592/14/-1 saylı və xx.xx.2015-ci il tarixli, 1xx/xx/3365/14 saylı girov müqavilələri üzrə müvafiq olaraq Mərkəzi Bank və Ləğvedicinin xeyrinə girov qoyulmuş "X11" QSC-yə məxsus "xxxx" ASC-nin hər birinin nominal dəyəri 24 manat olan 843.113 ədəd sənədsiz adlı adi səhminin girov müqavilələrində qeyd olunmuş nominal qiyməti ümumilikdə 20.234.712 manat və xx.xx.2015-ci il tarixli, İBO14-1618 nömrəli ipoteka müqaviləsi üzrə Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş "xxxx" ASC-yə məxsus ünvan 1 ünvanında 1,43973 ha torpaq sahəsində yerləşən 14987,2 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin ipoteka müqaviləsində qeyd olunmuş qiymətinin 17.000.000 manat olduğunu və Sazişin şərtləri icra olunmadığı halda səhmlərin fond birjasindan və daşınmaz əmlakın açıq hərracdan satışı nəticəsində əldə olunan vəsaitin qeyd olunan kredit müqavilələri üzrə Sazişin 2.3-cü bəndində nəzərdə tutulan qaydada ödənilməsinə yönəldiləcəyini qəbul edirlər. Sazişin 2.3-cü bəndinə uyğun ödənişlərin icra edilərək tam başa çatması həmin tarixə yüklülükdə qalan girovun, o cümlədən sonrakı girovun və ipotekanın yüklülükdən azad edilməsini şərtləndirir və təminatlar Mərkəzi Bank və Ləğvedici tərəfindən yüklüllülükdən azad edilməlidir. Eyni zamanda tərəflər təsdiq edirlər ki, girovsaxlayan kimi səhmlərin sonrakı girov olaraq Ləvğedicidə girovda qalma alası yalnız hazırkı Saziş üzrə "X11" QSC-nin ümumilikdə 16.200.000 (on altı milyon iki yüz min) manat məbləğin ödənilməsi haqqında vədinin və öhdəliyinin icrasının təminatı üçündür və heç bir əlavə məqsəd üçün nəzərdə tutulmamışdır. 1.460.379,03 manat LPO QSC "Bank Standard" KB-yə ödənildikdən sonra girova və (və ya) ipoteka predmetinə tələbin yönəldilməsi yalnız Mərkəzi Bank tərəfindən də həyata keçirilə bilər. 2.5. Tərəflər aşağıdakı qaydada razılaşırlar ki, Saziş təsdiqləndikdən sonra 16.200.000 manat ümumilikdə 60 (altmış) ay müddətində hər 6 (altı) ayda bir dəfədən az olmayaraq, cəmi 10 dəfəyə Sazişin 2.6-cı bəndində qeyd olunmuş qrafikə uyğun olaraq ödəniləcəkdir. 2.5.1. "X11" QSC tərəfindən ümumilikdə ödənilməli olan 16.200.000 manat məbləğin əvvəlcə 1.460.379,03 manat hissəsinin LPO QSC "Bank Standard" KB-nin hesabına birdəfəlik qaydada, daha sonra, qalan 14.739.620,97 manatın Mərkəzi Bank ilə QSC "Bank Standard" KB arasında bağlanmış xx.xx.2014-cü il tarixli, KBU14-1592 saylı və xx.xx.2014-cü il tarixli, KBO14-1618 saylı kredit müqavilələri üzrə LPO QSC "Bank Standard" KB-nin Mərkəzi Banka olan kredit borcuna ödəniləcəkdir. "X11" QSC razılıq verir ki, onun tərəfindən Mərkəzi Banka ödənilməli olan məbləğlər Sazişin 2.6-cı bəndində göstərilən qrafikdən 10 gündən artıq müddətə gecikdirildiyi təqdirdə gecikdirilmiş məbləğə münasibətdə gecikdirilmiş müddət üçün illik 10% olmaqla cərimə hesablanacaqdır və Mərkəzi Bankın gecikdirilmiş məbləği cərimə ilə birlikdə "X11" QSC-yə məxsus ölkədəki istənilən bank (poçt) hesabından Mərkəzi Bankın xeyrinə akseptsiz qaydada silinməsi üçün müvafiq banka (banklara) və poçt rabitəsinin milli operatoruna müraciət etmək hüququ vardır. Bununla əlaqədar "X11" QSC öhdəlik götürür ki, Saziş notarial qaydada təsdiq edildikdən sonra 5 iş günü ərzində mövcud bütün bank (poçt) hesabları üzrə müvafiq vəsaitlərin akseptsiz qaydada ("X11" QSC-nin ödəniş sərəncamı olmadan) silinməsi barədə sərəncam verəcək və bu barədə Mərkəzi Banka yazılı şəkildə məlumat verəcəkdir. Bu öhdəlik Sazişin qüvvədə olduğu müddətdə "X11" QSC tərəfindən açılan yeni bank (poçt) hesablarına da şamil olunur. Qeyd olunan tələbə əməl edilməməsi nəticəsində ödəniş öhdəliyi vaxtında icra olunmadıqda bu, Sazişə uyğun olaraq məcburi icra tədbirlərinin həyata keçirilməsinə əsas verəcəkdir. 2.5.2. "X11" QSC tərəfindən ilk dəfə edilən 1.691.735 manat ödənişin ilkin olaraq 1.460.379,03 manat hissəsi LPO QSC "Bank Standard" KB-nin hesabına, qalan 231.355,97 manat hissəsi Mərkəzi Bankın hesabına ödəniləcəkdir. 2.5.3. LPO QSC "Bank Standard" KB-yə ödənilən 1.460.379,03 manat Ləğvedici tərəfinden "X11" QSC-nin Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-89/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində müəyyən edilmiş 4.931.734,60 (dörd milyon doqquz yüz otuz bir min yeddi yüz otuz dörd manat altmış qəpik) manat məbləğində borcundan silinir. İcra sənədi üzrə qalıq borcun 3.471.355,57 manat "X11" QSC tərəfindən Mərkəzi Banka edilən ödənişlər həcmində hissə-hissə azaldılacaqdır və bu məbləğ bitdikdə icra sənədi üzrə öhdəlik yerinə yetirilmiş hesab ediləcəkdir. İcra sənədi üzrə qalıq borc həddində Mərkəzi Banka ödəniş tam ödənildikdən sonra Ləğvedici tərəfindən icra sənədinə xitam verilməsi ilə bağlı aidiyyatı üzrə icra şöbəsinə müraciət olunacaqdır. 2.6. Tərəflər razılaşırlar ki, Sazişin təsdiq edildiyi tarix qeyd olunaraq ödənişin təyinatında "Saziş üzrə ödəniş" ifadələri göstərilməklə aşağıdakı cədvələ uyğun olaraq "X11" QSC tərəfindən Sazişin 2.3-cü bəndində nəzərdə tutulan 16.200.000 manat məbləğdən əvvəlcə 1.460.379,03 manat hissəsinin LPO QSC "Bank Standard" KB-nin aşağıdakı hesabına, daha sonra 14.739.620,97 manat hissəsinin Mərkəzi Bank ilə QSC "Bank Standard" KB arasında bağlanmış xx.xx.2014-cü il tarixli, KBU14-1592 saylı və xx.xx.2014-cü il tarixli, KBO14-1618 saylı kredit müqavilələri üzrə LPO QSC "Bank Standard" KB-nin Mərkəzi Banka olan kredit borcuna silinməsi üçün Mərkəzi Bankın aşağıdakı hesabına ödənilir:
№ Ödənişin tarixi Ödənişin Ödənişi alacaq tərəf Ödənişdən sonra gorovdan, sonrakı məbləği(manatla) girovdan, ipoekadan azad ediləcək səhm sayı(ədəd/səhm), əmlak və azad edən tərəf, habelə yerinə yetirilməli digər hərəkətlər 1.1. 01-20 fevral 2026 1.460.379,03 Ləğvedici 70.489 ədəd səhm Mərkəzi Bank tərəfindən 1.2. 01-20 fevral 2026 231.355,97 Mərkəzi Bank 70.489 ədəd səhm Ləğvedici tərəfindən (sonrakı girov)
2. 01-20 avqust 2026 1.620.000 Mərkəzi Bank 67.500 ədəd səhm Mərkəzi Bank tərəfindən 67.500 ədəd səhm Ləğvedici tərəfindən (sonrakı girov)
3. 01-20 fevral 2027 1.620.000 Mərkəzi Bank 67.500 ədəd səhm Mərkəzi Bank tərəfindən 67.500 ədəd səhm Ləğvedici tərəfindən (sonrakı girov) Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 89/2023 saylı, xx.xx.2023-cü il qətnaməsi üzrə icra icraatına xitam verilir, bununla bağlı Ləğvedici tərəfindən müvafiq hərəkətlər edilir.
4. 01-20 avqust 2027 1.620.000 Mərkəzi Bank 67.500 ədəd səhm Mərkəzi Bank tərəfindən 67.500 ədəd səhm Ləğvedici tərəfindən (sonrakı girov)
5. 01-20 fevral 2028 1.620.000 Mərkəzi Bank 67.500 ədəd səhm Mərkəzi Bank tərəfindən 67.500 ədəd səhm Ləğvedici tərəfindən (sonrakı girov)
6. 01-20 avqust 2028 1.620.000 Mərkəzi Bank 67.500 ədəd səhm Mərkəzi Bank tərəfindən 67.500 ədəd səhm Ləğvedici tərəfindən (sonrakı girov)
7. 01-20 fevral 2029 1.620.000 Mərkəzi Bank 67.500 ədəd səhm Mərkəzi Bank tərəfindən 67.500 ədəd səhm Ləğvedici tərəfindən (sonrakı girov)
8. 01-20 avqust 2029 1.620.000 Mərkəzi Bank 67.500 ədəd səhm Mərkəzi Bank tərəfindən 67.500 ədəd səhm Ləğvedici tərəfindən (sonrakı girov)
9. 01-20 fevral 2030 1.620.000 Mərkəzi Bank 67.500 ədəd səhm Mərkəzi Bank tərəfindən 67.500 ədəd səhm Ləğvedici tərəfindən (sonrakı girov)
10. 01-20 avqust 2030 1.548.265 Mərkəzi Bank Girovda qalan bütün səhmlər həm Mərkəzi Bank, həm də Ləğedici tərəfindən, o cümlədən Cavabdeh2 ASC-nin ipoeka ilə yüklü edilmiş əmlakı Mərkəzi Bank tərəfindən yüklülükdən azad edilir.
Mərkəzi Bankın rekvizitləri: Kodu: 501004; VÖEN: **********; Hesablaşma hesabı: AZ13NABZ**********000007944; Müxbir hesab: AZ74NABZ********************; S.W.İ.F.T. BİC: NABZAZ2C.
LPO QSC “Bank Standart” KB-nin rekvizitləri: Kodu: 501004; VÖEN: **********; Hesablaşma hesabı: AZ54NABZ********************, Müxbir hesabı: AZ74NABZ********************; S.W.İ.F.T. BİC: NABZAZ2C.
2.7. Mərkəzi Bank təsdiq edir və öhdəsinə götürür ki, hər 6 (altı) aydan bir "X11" QSC tərəfindən ödənilmiş məbləğlərə uygun olaraq Mərkəzi Bank tərəfindən LPO QSC "Bank Standard" KB-nin in xx.xx.2014-cü il tarixli, KBU14-1592 saylı və xx.xx.2014-cü il tarixli, KВО14-1618 saylı kredit müqavilələri üzrə kredit öhdəliklərini həmin vəsait (məbləğlər) həcmində azaldılmasını (silinməsini) təmin edəcək və bu barədə Ləğvediciyə və müraciət olduqda "X11" QSC-yə yazılı məlumat verəcəkdir. 2.8. Ləğvedici və Mərkəzi Bank öhdələrinə götürürlər ki, bu Sazişin 2.6-cı bəndinə uyğun olaraq ödənişlər Mərkəzi Bank və LPO QSC "Bank Standard" KB-nin hesablarına daxil olduqdan sonra həmin tarixdən 1 ay müddətində Sazişin 2.6-cı 2.6 bəndində göstərilən cədvələ uyğun sayda səhmin və ödəniş tam şəkildə başa çatdırıldıqdan sonra isə ipoteka predmetinin yüklülüyünə xitam verilməsi məqsədilə girovun və ipotekanın (girovun) qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət edərək səhmlərin girovdan, daşınmaz əmlakın ipotekadan azad edilməsini təmin edəcəklər və bununla əlaqədar "X11" QSC-nin və "xxxx" ASC-nin müraciəti olduqda girov (ipoteka) qoyanı yazılı qaydada məlumatlandıracaqlar. Eyni zamanda, tərəflər razılaşır ki, Ləğvedici və Mərkəzi Bank hazırkı bənddə göstərilən səhmlərin və ipotekanın yüklülüyünə xitam verilməsi öhdəliklərini yerinə yetirmədiyi halda "X11" QSC-nin Sazişdə göstərilən hüquqi müdafiə tədbirlərindən əlavə, ödənişləri Ləğvedici və Mərkəzi Bank tərəfindən bu pozuntular aradan qaldırılanadək dayandırmaq hüququna malik olacaqdır və növbəti ödənişlərin müddəti dayandırma müddəti qədər artacaqdır. Bu zaman ödənişlərin gecikməsinə görə "X11" QSC hər hansı məsuliyyət daşımayacaq, ona qarşı tədbirlər, o cümlədən Sazişdə nəzərdə tututulan cərimə, məcburi satış, akseptsiz qaydada silinmə tədbirləri tətbiq edilə bilməz. 2.9. Ümumilikdə 16.200.000 manat məbləği təşkil edən öhdəlik bu Sazişin 2.6-cı bəndində nəzərdə tutulan ödənişlər olunduqca müvafiq azalmalar aparmaqla Ləğvedici bank əməliyyat sistemində və mərkəzləşdirilmiş kredit reyestrində "X11” QSC-nin xx.xx.2014-cü il tarixli, 1xx/xx/1592/14 saylı və xx.xx.2014-cü il tarixli, 1xx/xx/3365/14 saylı kredit müqavilələri və "xxxx" MMC-nin xx.xx.2014-cü il tarixli, 1xx/xx/3212/14 saylı kredit müqaviləsi üzrə kredit öhdəliyinin azaldılmasını, Sazişdə razılaşdırılmış 16.200.000 manat tam ödənildikdən sonra isə borcun qalmaması barədə müvafiq düzəlişlər edilməsini öhdəsinə götürür və yekunda kreditin tam ödənilməsi barədə "X11" QSC-yə arayış verilməsini və eyni zamanda bank əməliyyat sistemi üzrə qalıq məbləğlərin silinməsini öhdəsinə götürür. 2.10. Tərəflər təsdiq edir ki, "X11" QSC tərəfindən Mərkəzi Banka həyata keçirələcək ödənişlər (həcmində) müqabilində Mərkəzi Bank, onunla QSC "Bank Standard" KB arasında bağlanmış xx.xx.2014-cü il tarixli, KBU14-1592 saylı və xx.xx.2014-cü il tarixli, KВО14-1618 saylı kredit müqavilələri üzrə 14.739.620,97 manat məbləğində tələb hüquqları "X10" QSC-yə keçir. Bu keçən hüquqlar və tələblər "X11" QSC ilə Ləğvedici arasında Ləğvedicinin "X11" QSC-yə qarşı hər hansı tələbi, o cümlədən 2- 2(103)-89/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzə ödəniş tələbi ilə əvəzləşdirilir və Ləğvedici bu əvəzləşdirmələri icra edir. 2.11. X8 bağlanması ilə Mərkəzi Bankın iddiası əsasında Bakı Kommersiya Məhkənəməsinin icraatında olan e-2-2(113)-56/2025 nömrəli iş üzrə icraatın dayandırılmasına əsas olmuş bütün hallar aradan qaldırıldıqdan sonra MəMərkəzi Bank "X11" QSC, "xxxx" ASC iş üzrə icraatın təzələnərək Barışıq Sazişinin təsdiqi üzrə ərizə ilə məhkəməyə müraciət etməyi öhdələrinə götürürlər.
3. Öhdəliklərin İcrası 3.1. Sazişin razılaşdırılmış şərtlər üzrə icra edilməməsi Sazişin 2.3-cü bəndindəki tələblərin barışıq sazişi əsasında məhkəmə tərəfindən verilmiş icra vərəqəsi və ya məcburi icra tədbirləri tətbiq olunmaqla girov və (və ya) ipoteka predmetinin realizə olunmması yolu ilə ödənilməsi üçün tədbirlərin görülməsinə əsas yaradacaqdır. 3.2. 4. Sazişin şərtlərinin icra olunmamasına görə öhdəlik daşıyan tərəf digər tərəfə (tərəflərə) vurulmuş zərərin əvəzini ödəməyə borcludur. 4.Fors-Major 4.1. Tərəflər fors-major səbəblərinə görə Sazişin şərtlərinə uyğun olaraq göstərilmiş vaxtda öz öhdəliklərini tam və lazımınca icra edə bilməməsi ilə əlaqədar məsuliyyətdən azad edilirlər və həmin öhdəliyin icrası vaxtı, baş vermiş fors-major halının müddəti qədər uzadılır. Bu bənddə "fors-major" dedikdə, təbii fəlakət, epidemiya, pandemiya, partlayış, yanğın, zəlzələ, qasırğa, sunami, tufan, müharibə, vətəndaş müharibəsi, xarici dövlətlər tərəfindən hərbi müdaxilə, inqilablar, vətəndaş iğtişaşları və s. analoji hadisələr, hökumətin, bələdiyyənin və digər səlahiyyətli orqanların qanuni qərarları başa düşülür. 4.2. Bir tərəf bu Saziş üzrə öhdəliyin icrasını gecikdiren fors-major hadisəsinin baş verməsi barədə digər tərəfi (tərəfləri) təxirə salınmadan yazılı şəkildə məlumatlandırmalıdır. Fors-major hadisəsi 1 (bir) aydan çox davam edərsə tərəflərdən biri fors-major hadisəsi bitənədək Saziş üzrə öhdəliklərin icrasının təxirə salınması məsələsinə baxılması üçün digər tərəflərə müraciət edə bilər.
5. Digər Müddəalar 5.1. Saziş tərtib olunarkən və imzalanarkən tərəflərin iradə ifadəsi nəzərə alınmışdır. Yalnız görünüş üçün deyil, hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmış, başqa əqdi pərdələmək məqsədi daşımır, sui-istifadə, zorakılıq və aldatma hallarına yol verilməmiş, yad təsir altında, bir tərəfin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmamışdır. 5.2. Bu razılaşma bütün tərəflərin arzuladığı və şəxsən özlərinin razılıq verib bəyəndikləri Sazişdir. Tərəflər bu Saziş ilə üzərlərinə götürdükləri bütün öhdəlikləri layiqincə və lazımi qaydada yerinə yetirməlidirlər. 5.3. Tərəflər bu Sazişdən irəli gələn bütün mübahisələri ilk növbədə danışıqlar yolu ilə həll edəcəklər. Tərəflər nəzərdə tuturlar ki, danışıqlar nəticə vermədikdə, bu Sazişdən irəli gələn bütün mübahisələr məhkəmə tərəfindən həlledilir. 5.4. Saziş 6 (altı) vərəqdə, 6 (altı) nüsxədə tərtib edilir. Bir nüsxəsi Sazişi təsdiq edən notariat ofisində, digər nüsxələri Sazişin tərəflərinpe saxlanmaqla, habelə müvafiq məhkəmə işi üzrə materiallara əlavə olunmaqla hər bir nüsxəsi eyni hüquqi qüvvəyə malikdir. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında barışıq sazişi əldə olunduğuna və həmin sazişi imzalamağa tərəflərin nümayəndələrinin səlahiyyətləri olduğuna görə, həmçinin həmin saziş qanuna zidd olmadığı, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: Müqavilənin Predmeti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinə əsasən aşağıda qeyd olunan Barışıq sazişinin predmeti üzrə bütün mübahisələrə son qoymaq, eyni zamanda hüquqlar və iddialar barədə mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəşt yolu ilə həll etmək, bu Sazişdə göstərilən razılaşma əldə edildikdən sonra eyni predmet üzrə gələcəkdə yarana biləcək hər hansı bir iddia tələbinin olmayacağı barədə öhdəlik götürmək və bu Saziş üzrə götürülmüş öhdəlikləri vicdanla yerinə yetirmək üçün zəruri tədbirlərin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, LPO QSC “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Cavabdeh1 QSC və Cavabdeh2 ASC aşağıdakı şərtlərlə bu Sazişi imzalayır və təsdiq edirlər.
1. Sazişin Predmeti 1.1. Bu Saziş tərəflər arasında olan kredit borcunun tutulması, tutmanın girova, ipoteka predmetinə, zaminə yönəldilməsinə dair tələblər üzrə məhkəmə mübahisələrini, habelə məhkəmə qərarı üzrə icra icraatını yekunlaşdırmaq məqsədi ilə Sazişin notarial qaydada təsdiq olunmasından sonra tərəflər arasındakı münasibətlərin Sazişə uyğun olaraq nizamlanmasını nəzərdə tutur. 1.2. Ləğvedici və Cavabdeh1 QSC təsdiq edir ki, Saziş notarial qaydada təsdiq edildikdən və Sazişin 2.5.3-cü bəndində nəzərdə tutulan qaydada Cavabdeh1 QSC tərəfindən ödənişlər edildikdən sonra Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-89/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilməsi üçün Ləğvedici müvafiq icra qurumuna müraciət edir. 1.3. Tərəflər təsdiq edir ki, Mərkəzi Bankın iddiası əsasında Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-56/2025 nömrəli iş üzrə icraatın dayandırılmasına əsas olmuş bütün hallar aradan qaldırıldıqdan sonra Sazişin 2.11-ci bəndinə uyğun olaraq təsdiq olunması üçün məhkəməyə təqdim olunur. 1.4. Sazişin təsdiq olunmasına məhkəmə tərəfindən baxılması notarial qaydada təsdiq olunmuş Sazişin icrasını dayandırmır.
2. Sazişin Şərtləri 2.1. Mərkəzi Bank və Ləğvedicinin qalıq borc məbləğlərinə dair tələbləri aşağıdakı kimi olmuşdur: 2.1.1. Ləğvedicinin "X11" QSC-yə qarşı tələbi: - QSC "Bank Standard" KB ilə "X11" QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1xx/xx/1592/14 saylı kredit müqaviləsi üzrə qalıq -7.097.654,44 manat əsas borc, 2.377.005,05 manat faiz borcu, 791.704,96 manat cərimə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 1.015.363,70 manat məbləğində faiz məbləği, ümumilikdə 11.281.728,15 manat-Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-55/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia müddətinin keçməsi səbəbindən iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-675/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-55/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ləğvedici tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2-2(102)-644/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 675/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - QSC "Bank Standard" KB ilə "X11" QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1xx/xx/3365/14 saylı kredit müqaviləsi üzrə qalıq - 4.888.889,30 manat əsas borc, 536.704,79 manat faiz borcu, 667.469,30 manat cərimə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 724.503,67 manat məbləğində faiz məbləği, ümumilikdə 6.817.567,06 manat Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-207/2021 nömrəli qətnaməsi ilə borc 4.931.734,60 (dörd milyon doqquz yüz otuz bir min yeddi yüz otuz dörd manat altmış qəpik) manat məbləğində müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-89/2023 saylı, xx.xx.2023-cü il qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-207/2021 nömrəli qətnaməsi dəyişdirilmiş, girov predmeti olan tutma yönəldilmiş "xxxx" ASC-nin 843.113 sənədsiz adlı səhmlərin ilkin satış qiyməti 12.512.866 manat müəyyən edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)- 67/2024 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-89/2023 saylı, xx.xx.2023-cü il qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icraya yönəldilmiş. hazırda "X11" QSC-nin xahişi ilə Ləğvedicinin müraciəti əsasında qətnamənin icrası dayandırılmışdır. - QSC "Bank Standard" KB ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1xx/xx/3212/14 saylı kredit müqaviləsi üzrə qalıq -2.450.451,61 manat əsas borc, 563.767,66 manat faiz borcu, 260.912,28 manat cərimə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 537.737,20 manat məbləğində faiz məbləği, ümumilikdə 3.812.868,75 manat Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1009/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia müddətinin keçməsi səbəbindən iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-162/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1009/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ləğvedici tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-265/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-2 2-2(103)-162/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu Sazişin 2.1.1-ci bəndində qeyd olunan 3 (üç) kredit müqaviləsi üzrə cəmi 21.912.163,96 manat. 2.1.2. X3rşı tələbi: - Mərkəzi Bank ilə QSC "Bank Standard" KB arasında bağlanmış xx.xx.2014-cü il tarixli, KBU14-1592 nömrəli kredit müqaviləsi üzrə 9.250.000,00 manat əsas, 231.780,88 manat faiz borcu olmaqla, ümumilikdə 9.481.780,88 manat; - Mərkəzi Bank ilə QSC "Bank Standard" KB arasında bağlanmış xx.xx.2014-cü il tarixli, KBO14-1618 nömrəli kredit müqaviləsi üzrə 5.194.444,45 manat əsas, 63.395,64 manat faiz borcu olmaqla, ümumilikdə 5.257.840,09 manat; Bu Sazişin 2.1.2-ci bəndində qeyd olunan 2 (iki) kredit müqaviləsi üzrə cəmi 14.739.620,97 manat. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5427/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Mərkəzi Bankın iddia tələbi üzrə icraat Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-916/2023 və e-2-2(113)-1009/2023 saylı, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2-2(103)-89/2023 saylı kommersiya işləri üzrə mübahisələr həll edilənə kimi dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-1054/2023 saylı, xx.xx.2023- cü il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5427/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilməden saxlanılmışdır. 2.2. Tərəflər mübahisələrin barışıqla yekunlaşdırılması məqsədi ilə "X11" QSC tərəfindən ümumilikdə 16.200.000 manat məbləğində pulun ödəniləcəyini qəbul və təsdiq edirlər. 2.3. Tərəflər razılığa gəlirlər ki, bütün iddialar üzrə ümumi tələblərin əvəzinə hazırkı Barışıq Sazişi ilə "X11" QSC-ninin 60 ay müddətində ödənilməklə ümumilikdə 16.200.000 (on altı milyon iki yüz min) manat müəyyənləşdirilən ödənişinin ilkin olaraq 1.460.379, 79,03 manat hissəsinin LPO QSC "Bank Standard" KB-nin və 14.739.620,97 manat hissəsinin Mərkəzi Bankın xeyrinə ödənilməsinə razıdırlar və bu məbləğlər ödənildikdən sonra Sazişin tərəflərinin bir-birinə qarşı hər hansı məbləğdə borcu qalmayacaqdır. Tərəflər "X11" QSC tərəfindən Mərkəzi Banka ödənilən 14.739.620,97 manat məbləğin Mərkəzi Bank ilə QSC "Bank Standard" KB arasında bağlanmış xx.xx.2014-cü il tarixli, KBU14-1592 saylı və xx.xx.2014-cü il tarixli, KBO14-1618 saylı kredit öhdəliyi üzrə Mərkəzi Banka olan kredit borcunun QSC "Bank Standard" KB-nin əvəzinə ödənilməsi kimi qəbul edirlər. 2.4. Sazişin tərəfləri xx.xx.2014-cü il tarixli, GBU14-1592 nömrəli girov və xx.xx.2014-cü il tarixli, GBO14-1618 nömrəli girov müqavilələri və xx.xx.2014-cü il tarixli, 1xx/xx/1592/14/-1 saylı və xx.xx.2015-ci il tarixli, 1xx/xx/3365/14 saylı girov müqavilələri üzrə müvafiq olaraq Mərkəzi Bank və Ləğvedicinin xeyrinə girov qoyulmuş "X11" QSC-yə məxsus "xxxx" ASC-nin hər birinin nominal dəyəri 24 manat olan 843.113 ədəd sənədsiz adlı adi səhminin girov müqavilələrində qeyd olunmuş nominal qiyməti ümumilikdə 20.234.712 manat və xx.xx.2015-ci il tarixli, İBO14-1618 nömrəli ipoteka müqaviləsi üzrə Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş "xxxx" ASC-yə məxsus ünvan 1 ünvanında 1,43973 ha torpaq sahəsində yerləşən 14987,2 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin ipoteka müqaviləsində qeyd olunmuş qiymətinin 17.000.000 manat olduğunu və Sazişin şərtləri icra olunmadığı halda səhmlərin fond birjasindan və daşınmaz əmlakın açıq hərracdan satışı nəticəsində əldə olunan vəsaitin qeyd olunan kredit müqavilələri üzrə Sazişin 2.3-cü bəndində nəzərdə tutulan qaydada ödənilməsinə yönəldiləcəyini qəbul edirlər. Sazişin 2.3-cü bəndinə uyğun ödənişlərin icra edilərək tam başa çatması həmin tarixə yüklülükdə qalan girovun, o cümlədən sonrakı girovun və ipotekanın yüklülükdən azad edilməsini şərtləndirir və təminatlar Mərkəzi Bank və Ləğvedici tərəfindən yüklüllülükdən azad edilməlidir. Eyni zamanda tərəflər təsdiq edirlər ki, girovsaxlayan kimi səhmlərin sonrakı girov olaraq Ləvğedicidə girovda qalma alası yalnız hazırkı Saziş üzrə "X11" QSC-nin ümumilikdə 16.200.000 (on altı milyon iki yüz min) manat məbləğin ödənilməsi haqqında vədinin və öhdəliyinin icrasının təminatı üçündür və heç bir əlavə məqsəd üçün nəzərdə tutulmamışdır. 1.460.379,03 manat LPO QSC "Bank Standard" KB-yə ödənildikdən sonra girova və (və ya) ipoteka predmetinə tələbin yönəldilməsi yalnız Mərkəzi Bank tərəfindən də həyata keçirilə bilər. 2.5. Tərəflər aşağıdakı qaydada razılaşırlar ki, Saziş təsdiqləndikdən sonra 16.200.000 manat ümumilikdə 60 (altmış) ay müddətində hər 6 (altı) ayda bir dəfədən az olmayaraq, cəmi 10 dəfəyə Sazişin 2.6-cı bəndində qeyd olunmuş qrafikə uyğun olaraq ödəniləcəkdir. 2.5.1. "X11" QSC tərəfindən ümumilikdə ödənilməli olan 16.200.000 manat məbləğin əvvəlcə 1.460.379,03 manat hissəsinin LPO QSC "Bank Standard" KB-nin hesabına birdəfəlik qaydada, daha sonra, qalan 14.739.620,97 manatın Mərkəzi Bank ilə QSC "Bank Standard" KB arasında bağlanmış xx.xx.2014-cü il tarixli, KBU14-1592 saylı və xx.xx.2014-cü il tarixli, KBO14-1618 saylı kredit müqavilələri üzrə LPO QSC "Bank Standard" KB-nin Mərkəzi Banka olan kredit borcuna ödəniləcəkdir. "X11" QSC razılıq verir ki, onun tərəfindən Mərkəzi Banka ödənilməli olan məbləğlər Sazişin 2.6-cı bəndində göstərilən qrafikdən 10 gündən artıq müddətə gecikdirildiyi təqdirdə gecikdirilmiş məbləğə münasibətdə gecikdirilmiş müddət üçün illik 10% olmaqla cərimə hesablanacaqdır və Mərkəzi Bankın gecikdirilmiş məbləği cərimə ilə birlikdə "X11" QSC-yə məxsus ölkədəki istənilən bank (poçt) hesabından Mərkəzi Bankın xeyrinə akseptsiz qaydada silinməsi üçün müvafiq banka (banklara) və poçt rabitəsinin milli operatoruna müraciət etmək hüququ vardır. Bununla əlaqədar "X11" QSC öhdəlik götürür ki, Saziş notarial qaydada təsdiq edildikdən sonra 5 iş günü ərzində mövcud bütün bank (poçt) hesabları üzrə müvafiq vəsaitlərin akseptsiz qaydada ("X11" QSC-nin ödəniş sərəncamı olmadan) silinməsi barədə sərəncam verəcək və bu barədə Mərkəzi Banka yazılı şəkildə məlumat verəcəkdir. Bu öhdəlik Sazişin qüvvədə olduğu müddətdə "X11" QSC tərəfindən açılan yeni bank (poçt) hesablarına da şamil olunur. Qeyd olunan tələbə əməl edilməməsi nəticəsində ödəniş öhdəliyi vaxtında icra olunmadıqda bu, Sazişə uyğun olaraq məcburi icra tədbirlərinin həyata keçirilməsinə əsas verəcəkdir. 2.5.2. "X11" QSC tərəfindən ilk dəfə edilən 1.691.735 manat ödənişin ilkin olaraq 1.460.379,03 manat hissəsi LPO QSC "Bank Standard" KB-nin hesabına, qalan 231.355,97 manat hissəsi Mərkəzi Bankın hesabına ödəniləcəkdir. 2.5.3. LPO QSC "Bank Standard" KB-yə ödənilən 1.460.379,03 manat Ləğvedici tərəfinden "X11" QSC-nin Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-89/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində müəyyən edilmiş 4.931.734,60 (dörd milyon doqquz yüz otuz bir min yeddi yüz otuz dörd manat altmış qəpik) manat məbləğində borcundan silinir. İcra sənədi üzrə qalıq borcun 3.471.355,57 manat "X11" QSC tərəfindən Mərkəzi Banka edilən ödənişlər həcmində hissə-hissə azaldılacaqdır və bu məbləğ bitdikdə icra sənədi üzrə öhdəlik yerinə yetirilmiş hesab ediləcəkdir. İcra sənədi üzrə qalıq borc həddində Mərkəzi Banka ödəniş tam ödənildikdən sonra Ləğvedici tərəfindən icra sənədinə xitam verilməsi ilə bağlı aidiyyatı üzrə icra şöbəsinə müraciət olunacaqdır. 2.6. Tərəflər razılaşırlar ki, Sazişin təsdiq edildiyi tarix qeyd olunaraq ödənişin təyinatında "Saziş üzrə ödəniş" ifadələri göstərilməklə aşağıdakı cədvələ uyğun olaraq "X11" QSC tərəfindən Sazişin 2.3-cü bəndində nəzərdə tutulan 16.200.000 manat məbləğdən əvvəlcə 1.460.379,03 manat hissəsinin LPO QSC "Bank Standard" KB-nin aşağıdakı hesabına, daha sonra 14.739.620,97 manat hissəsinin Mərkəzi Bank ilə QSC "Bank Standard" KB arasında bağlanmış xx.xx.2014-cü il tarixli, KBU14-1592 saylı və xx.xx.2014-cü il tarixli, KBO14-1618 saylı kredit müqavilələri üzrə LPO QSC "Bank Standard" KB-nin Mərkəzi Banka olan kredit borcuna silinməsi üçün Mərkəzi Bankın aşağıdakı hesabına ödənilir:
№ Ödənişin tarixi Ödənişin Ödənişi alacaq tərəf Ödənişdən sonra gorovdan, sonrakı məbləği(manatla) girovdan, ipoekadan azad ediləcək səhm sayı(ədəd/səhm), əmlak və azad edən tərəf, habelə yerinə yetirilməli digər hərəkətlər 1.1. 01-20 fevral 2026 1.460.379,03 Ləğvedici 70.489 ədəd səhm Mərkəzi Bank tərəfindən 1.2. 01-20 fevral 2026 231.355,97 Mərkəzi Bank 70.489 ədəd səhm Ləğvedici tərəfindən (sonrakı girov)
2. 01-20 avqust 2026 1.620.000 Mərkəzi Bank 67.500 ədəd səhm Mərkəzi Bank tərəfindən 67.500 ədəd səhm Ləğvedici tərəfindən (sonrakı girov)
3. 01-20 fevral 2027 1.620.000 Mərkəzi Bank 67.500 ədəd səhm Mərkəzi Bank tərəfindən 67.500 ədəd səhm Ləğvedici tərəfindən (sonrakı girov) Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 89/2023 saylı, xx.xx.2023-cü il qətnaməsi üzrə icra icraatına xitam verilir, bununla bağlı Ləğvedici tərəfindən müvafiq hərəkətlər edilir.
4. 01-20 avqust 2027 1.620.000 Mərkəzi Bank 67.500 ədəd səhm Mərkəzi Bank tərəfindən 67.500 ədəd səhm Ləğvedici tərəfindən (sonrakı girov)
5. 01-20 fevral 2028 1.620.000 Mərkəzi Bank 67.500 ədəd səhm Mərkəzi Bank tərəfindən 67.500 ədəd səhm Ləğvedici tərəfindən (sonrakı girov)
6. 01-20 avqust 2028 1.620.000 Mərkəzi Bank 67.500 ədəd səhm Mərkəzi Bank tərəfindən 67.500 ədəd səhm Ləğvedici tərəfindən (sonrakı girov)
7. 01-20 fevral 2029 1.620.000 Mərkəzi Bank 67.500 ədəd səhm Mərkəzi Bank tərəfindən 67.500 ədəd səhm Ləğvedici tərəfindən (sonrakı girov)
8. 01-20 avqust 2029 1.620.000 Mərkəzi Bank 67.500 ədəd səhm Mərkəzi Bank tərəfindən 67.500 ədəd səhm Ləğvedici tərəfindən (sonrakı girov)
9. 01-20 fevral 2030 1.620.000 Mərkəzi Bank 67.500 ədəd səhm Mərkəzi Bank tərəfindən 67.500 ədəd səhm Ləğvedici tərəfindən (sonrakı girov)
10. 01-20 avqust 2030 1.548.265 Mərkəzi Bank Girovda qalan bütün səhmlər həm Mərkəzi Bank, həm də Ləğedici tərəfindən, o cümlədən Cavabdeh2 ASC-nin ipoeka ilə yüklü edilmiş əmlakı Mərkəzi Bank tərəfindən yüklülükdən azad edilir.
Mərkəzi Bankın rekvizitləri: Kodu: 501004; VÖEN: **********; Hesablaşma hesabı: AZ13NABZ**********000007944; Müxbir hesab: AZ74NABZ********************; S.W.İ.F.T. BİC: NABZAZ2C.
LPO QSC “Bank Standart” KB-nin rekvizitləri: Kodu: 501004; VÖEN: **********; Hesablaşma hesabı: AZ54NABZ********************, Müxbir hesabı: AZ74NABZ********************; S.W.İ.F.T. BİC: NABZAZ2C.
2.7. Mərkəzi Bank təsdiq edir və öhdəsinə götürür ki, hər 6 (altı) aydan bir "X11" QSC tərəfindən ödənilmiş məbləğlərə uygun olaraq Mərkəzi Bank tərəfindən LPO QSC "Bank Standard" KB-nin in xx.xx.2014-cü il tarixli, KBU14-1592 saylı və xx.xx.2014-cü il tarixli, KВО14-1618 saylı kredit müqavilələri üzrə kredit öhdəliklərini həmin vəsait (məbləğlər) həcmində azaldılmasını (silinməsini) təmin edəcək və bu barədə Ləğvediciyə və müraciət olduqda "X11" QSC-yə yazılı məlumat verəcəkdir. 2.8. Ləğvedici və Mərkəzi Bank öhdələrinə götürürlər ki, bu Sazişin 2.6-cı bəndinə uyğun olaraq ödənişlər Mərkəzi Bank və LPO QSC "Bank Standard" KB-nin hesablarına daxil olduqdan sonra həmin tarixdən 1 ay müddətində Sazişin 2.6-cı 2.6 bəndində göstərilən cədvələ uyğun sayda səhmin və ödəniş tam şəkildə başa çatdırıldıqdan sonra isə ipoteka predmetinin yüklülüyünə xitam verilməsi məqsədilə girovun və ipotekanın (girovun) qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət edərək səhmlərin girovdan, daşınmaz əmlakın ipotekadan azad edilməsini təmin edəcəklər və bununla əlaqədar "X11" QSC-nin və "xxxx" ASC-nin müraciəti olduqda girov (ipoteka) qoyanı yazılı qaydada məlumatlandıracaqlar. Eyni zamanda, tərəflər razılaşır ki, Ləğvedici və Mərkəzi Bank hazırkı bənddə göstərilən səhmlərin və ipotekanın yüklülüyünə xitam verilməsi öhdəliklərini yerinə yetirmədiyi halda "X11" QSC-nin Sazişdə göstərilən hüquqi müdafiə tədbirlərindən əlavə, ödənişləri Ləğvedici və Mərkəzi Bank tərəfindən bu pozuntular aradan qaldırılanadək dayandırmaq hüququna malik olacaqdır və növbəti ödənişlərin müddəti dayandırma müddəti qədər artacaqdır. Bu zaman ödənişlərin gecikməsinə görə "X11" QSC hər hansı məsuliyyət daşımayacaq, ona qarşı tədbirlər, o cümlədən Sazişdə nəzərdə tututulan cərimə, məcburi satış, akseptsiz qaydada silinmə tədbirləri tətbiq edilə bilməz. 2.9. Ümumilikdə 16.200.000 manat məbləği təşkil edən öhdəlik bu Sazişin 2.6-cı bəndində nəzərdə tutulan ödənişlər olunduqca müvafiq azalmalar aparmaqla Ləğvedici bank əməliyyat sistemində və mərkəzləşdirilmiş kredit reyestrində "X11” QSC-nin xx.xx.2014-cü il tarixli, 1xx/xx/1592/14 saylı və xx.xx.2014-cü il tarixli, 1xx/xx/3365/14 saylı kredit müqavilələri və "xxxx" MMC-nin xx.xx.2014-cü il tarixli, 1xx/xx/3212/14 saylı kredit müqaviləsi üzrə kredit öhdəliyinin azaldılmasını, Sazişdə razılaşdırılmış 16.200.000 manat tam ödənildikdən sonra isə borcun qalmaması barədə müvafiq düzəlişlər edilməsini öhdəsinə götürür və yekunda kreditin tam ödənilməsi barədə "X11" QSC-yə arayış verilməsini və eyni zamanda bank əməliyyat sistemi üzrə qalıq məbləğlərin silinməsini öhdəsinə götürür. 2.10. Tərəflər təsdiq edir ki, "X11" QSC tərəfindən Mərkəzi Banka həyata keçirələcək ödənişlər (həcmində) müqabilində Mərkəzi Bank, onunla QSC "Bank Standard" KB arasında bağlanmış xx.xx.2014-cü il tarixli, KBU14-1592 saylı və xx.xx.2014-cü il tarixli, KВО14-1618 saylı kredit müqavilələri üzrə 14.739.620,97 manat məbləğində tələb hüquqları "X10" QSC-yə keçir. Bu keçən hüquqlar və tələblər "X11" QSC ilə Ləğvedici arasında Ləğvedicinin "X11" QSC-yə qarşı hər hansı tələbi, o cümlədən 2- 2(103)-89/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzə ödəniş tələbi ilə əvəzləşdirilir və Ləğvedici bu əvəzləşdirmələri icra edir. 2.11. X8 bağlanması ilə Mərkəzi Bankın iddiası əsasında Bakı Kommersiya Məhkənəməsinin icraatında olan e-2-2(113)-56/2025 nömrəli iş üzrə icraatın dayandırılmasına əsas olmuş bütün hallar aradan qaldırıldıqdan sonra MəMərkəzi Bank "X11" QSC, "xxxx" ASC iş üzrə icraatın təzələnərək Barışıq Sazişinin təsdiqi üzrə ərizə ilə məhkəməyə müraciət etməyi öhdələrinə götürürlər.
3. Öhdəliklərin İcrası 3.1. Sazişin razılaşdırılmış şərtlər üzrə icra edilməməsi Sazişin 2.3-cü bəndindəki tələblərin barışıq sazişi əsasında məhkəmə tərəfindən verilmiş icra vərəqəsi və ya məcburi icra tədbirləri tətbiq olunmaqla girov və (və ya) ipoteka predmetinin realizə olunmması yolu ilə ödənilməsi üçün tədbirlərin görülməsinə əsas yaradacaqdır. 3.2. 4. Sazişin şərtlərinin icra olunmamasına görə öhdəlik daşıyan tərəf digər tərəfə (tərəflərə) vurulmuş zərərin əvəzini ödəməyə borcludur. 4.Fors-Major 4.1. Tərəflər fors-major səbəblərinə görə Sazişin şərtlərinə uyğun olaraq göstərilmiş vaxtda öz öhdəliklərini tam və lazımınca icra edə bilməməsi ilə əlaqədar məsuliyyətdən azad edilirlər və həmin öhdəliyin icrası vaxtı, baş vermiş fors-major halının müddəti qədər uzadılır. Bu bənddə "fors-major" dedikdə, təbii fəlakət, epidemiya, pandemiya, partlayış, yanğın, zəlzələ, qasırğa, sunami, tufan, müharibə, vətəndaş müharibəsi, xarici dövlətlər tərəfindən hərbi müdaxilə, inqilablar, vətəndaş iğtişaşları və s. analoji hadisələr, hökumətin, bələdiyyənin və digər səlahiyyətli orqanların qanuni qərarları başa düşülür. 4.2. Bir tərəf bu Saziş üzrə öhdəliyin icrasını gecikdiren fors-major hadisəsinin baş verməsi barədə digər tərəfi (tərəfləri) təxirə salınmadan yazılı şəkildə məlumatlandırmalıdır. Fors-major hadisəsi 1 (bir) aydan çox davam edərsə tərəflərdən biri fors-major hadisəsi bitənədək Saziş üzrə öhdəliklərin icrasının təxirə salınması məsələsinə baxılması üçün digər tərəflərə müraciət edə bilər.
5. Digər Müddəalar 5.1. Saziş tərtib olunarkən və imzalanarkən tərəflərin iradə ifadəsi nəzərə alınmışdır. Yalnız görünüş üçün deyil, hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmış, başqa əqdi pərdələmək məqsədi daşımır, sui-istifadə, zorakılıq və aldatma hallarına yol verilməmiş, yad təsir altında, bir tərəfin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmamışdır. 5.2. Bu razılaşma bütün tərəflərin arzuladığı və şəxsən özlərinin razılıq verib bəyəndikləri Sazişdir. Tərəflər bu Saziş ilə üzərlərinə götürdükləri bütün öhdəlikləri layiqincə və lazımi qaydada yerinə yetirməlidirlər. 5.3. Tərəflər bu Sazişdən irəli gələn bütün mübahisələri ilk növbədə danışıqlar yolu ilə həll edəcəklər. Tərəflər nəzərdə tuturlar ki, danışıqlar nəticə vermədikdə, bu Sazişdən irəli gələn bütün mübahisələr məhkəmə tərəfindən həlledilir. 5.4. Saziş 6 (altı) vərəqdə, 6 (altı) nüsxədə tərtib edilir. Bir nüsxəsi Sazişi təsdiq edən notariat ofisində, digər nüsxələri Sazişin tərəflərinpe saxlanmaqla, habelə müvafiq məhkəmə işi üzrə materiallara əlavə olunmaqla hər bir nüsxəsi eyni hüquqi qüvvəyə malikdir. İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Kənan Hüseynov