Məhkəmə qərarları › İş №2(103)-312/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-312/2025

01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-312/2025 01.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı LPO İddiaçı ASC-nin X2 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 139/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu , cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli 10/3397DİK saylı kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etdiyini bildirərək, ondan cəmi 98231,83 manat borc olmaqla - bundan 66471,35 əsas, 28243,85 manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 3516,63 manat faiz borcunun, iş üzrə ödənilmiş 391 manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka predmeti 2017-ci il buraxılşlı, Tip: Sedan, Ban: WBAJB310X0G971123, Rəngi: tünd boz metallik olan “BMW 540i” minik markalı, 90ZL008 dövlət qeydiyyat nişanlı yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ləğv prosesində olan LPO İddiaçı ASC-yə ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 04/3633/DİK saylı kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 93000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi AR DİN BDYPİ Qİİ-nin AD 570101 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh məxsus 2017-ci il buraxılşlı, Tip: Sedan, Ban: WBAJB310X0G971123, Rəngi: tünd boz metallik olan “BMW 540i” minik markalı, 90ZL008 dövlət qeydiyyat nişanlı avtomobil ipotekaya qoyulmuş və bu barədə Bank ilə ipoteka qoyan arasında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmçinin tərəflər arasında xx.xx.2019-cu il tarixli 10/3397DİK saylı Kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 6000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi ARQİİ-nin AD 428729 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh məxsus 2008-ci il buraxılşlı, Tip: Sedan, Ban: JN1CFAN16Z0129620, Rəngi: gümüş olan “Nissan Sunny” markalı avtomobil ipotekaya qoyulmuş və bu barədə Bank ilə ipoteka qoyan arasında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqavilələrinin 3.1.4-cü və 3.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********149 saylı xx.xx.2022-ci il tarixli, **********220 saylı xx.xx.2022-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüfədir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 98231,83 manat təşkil edir. Bundan 66471,35 manat əsas, 28243,85 manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz məbləği 3516,63 manat borcu təşkil edir. xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 2243,88 manat təşkil edir. Bundan 1776,01 manat əsas, 323,37 manat faiz və AR MM- nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz məbləği 144,50 manat borcu təşkil edir. Tərəflər arasında bağlanılmış ipoteka müqavilələrinin 9.1-ci bəndlərinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilən hüquq normalarının tələblərinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi tədbiri kimi Bank tərəfindən “İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinn tələblərinə uyğun olaraq ipoteka qoyana bildiriş göndərilmiş və həmin bildirişin müvafiq qaydada Baş Dövlət Yol Polisi İdarəsində qeydiyyatdan keçirilməsi təmin edilmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-139/2024 saylı işi üzrə 13 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh əsas borca görə 66444.19 manat, faiz borcuna görə 17202.09 manat, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 1043.78 manat, ödənilmiş dövlət rüsumunun əvəzi 344.07 manat tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh məxsus olan və xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş olan “BMW 540i" minik markalı 90ZL008 qeydiyyat nişanlı avtomobilə (2017-ci il buraxılışlı, Tip:Sedan, Rəngi: tünd boz metallik rəngli, mühərrik həcmi 2998 m3) yönəldilməsi və həmin avtomobilin ilkin satış qiyməti 68000 manat müəyyən edilməklə açıq hərracdan satılması, realizə edilmiş avtomobilin dəyərindən əldə edilmiş vəsait hesabına Cavabdeh xx.xx.2019-cu il tarixli 04/3633/DİK saylı kredit müqaviləsi üzrə borcu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 391 manat dövlət rüsumunun qalan 46.93 manatının iddiaçının özünə aid edilməsi, iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olan 200 manatın 100 manatının Cavabdeh, 100 manatının iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 60.3, 285, 296.1, 385.1, 442, 445.7, 448,739.1, 739.2; “ İpoteka haqqında” qanunun 33, 34; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 188.3 –cü maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh kredit müqaviləsi əsasında bankdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitinin almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borcunu ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə cavabdehdən tutulmalı olan əsas və faiz borcun məbləğini müəyyən edərkən ekspertiza rəylərinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, cavabdehdən əsas borca görə 66444,19 manat, faiz borcuna 17202,09 manat, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 1043,78 manat tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh bağlanmış kredit müqaviləsi əsasında bankdan kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. Həmçinin kreditin təminatı olaraq cavabdeh özünə məxsus olan “BMW 540i” minik markalı, 90ZL008 qeydiyyat nişanlı avtomobili ipoteka ilə yüklü etmişdir. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Odur ki, iddia tələbi tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində də əsaslıdır və təmin edilməlidir. Beləliklə, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 66.444,19 manat, faiz borcuna 17.202,09 manat, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 1043,78 manat iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, tələb Cavabdeh məxsus olan və xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş BMW 540i” minik markalı, 90ZL008 qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərracdan satılmalı və realizə edilmiş avtomobilin dəyərindən əldə edilmiş vəsait hesabına cavabdehin göstərilən borcu ödənilməli, satışdan əldə olunan vəsaitin borc məbləği ödənildikdən sonra artıq qalan hissəsi Cavabdeh qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçının nümayəndəsinin ipoteka predmetinin qiymətləndirilməsi hissəsində təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi xahişinə dair qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 188.3-cü maddəsinin tələblərini nəzərə alaraq, qeyd olunan məsələnin həllinin mümkün olmadığı nümayəndəyə izah edilmişdir. Bundan əlavə, hazırkı iş üzrə təyin edilmiş ekspertizalar zamanı iddiaçının nümayəndəsinin qeyd olunan məsələ üzrə vəsatət qaldırmaq və yaxud ekspertiza təyin edilmədən öncə müstəqil qiymətləndiriciyə müraciət etməklə, məhkəmə-ekspertinə təqdim edilməsi üçün iş materiallarına arayış əlavə etmək imkanı olmuşdur. Habelə verilmiş məhkəmə-ekspertizasının rəy kifayət qədər əsaslı hesab edilməklə, səlahiyyətli şəxs tərəfindən verilmiş və nəticələri şübhə doğurmamışdır. Odur ki, prosessual pozuntu ilə yanaşı yenidən ekspertizanın təyin edilməsi iş üzrə icraatın əsassız olaraq uzadılmasına şərait yaradacağı qənaətinə gəlinmişdir.

3. İşin icraatı zamanı müəyyən edilmişdir: - İddiaçı ASC-nin Gənclik filialı ilə kreditalan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 04/3633/DİK saylı kredit müqaviləsinin surətinə əsasən, həmin müqavilə bank tərəfindən kreditalana 93000 manat kreditin 24 ay müddətinə 24 faiz ödəmək şərtilə verilməsi haqqında bağlanmışdır; -İpoteka saxlayan İddiaçı ASC-nin Gənclik filialı ilə ipoteka qoyan Cavabdeh arasında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən, həmin müqavilə ipoteka qoyanın ona məxsus 2017-ci il buraxılşlı, Tip: Sedan, Ban: WBAJB310X0G971123, Rəngi: tünd boz metallik olan “BMW 540i” minik markalı, 90ZL008 dövlət qeydiyyat nişanlı avtomobilinin xx.xx.2019-cu il tarixli 04/3633/DİK saylı kredit müqaviləsinin təminatı olaraq yüklü edilməsi haqqında bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışına əsasən, xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi xx.xx.2019- cu il tarixdə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsində qeydə alınaraq, bu barədə AA № 139372 saylı çıxarış verilmişdir; - Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AD seriyalı 570101 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadənaməsinin surətinə əsasən, 2017-ci il buraxılışlı, ban № KMHSU81CDDU147750, qara rəngli, ** VU *** dövlət qeydiyyat nişanlı, «X6» markalı avtomobilin sahibi Cavabdehdur; - , İpoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması haqqında xx.xx.2023-cü il tarixli ərizə Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınmışdır; - İddiaçı ASC tərəfindən cavabdehə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmişdir; - Maliyyə arayışının surətinə əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixə 66471.35 manat əsas, 28243.85 manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 3516.63 manat faiz borcu vardır; - xx.xx.2018-ci il tarixli ödəniş tapşırığın surətinə əsasən, «Azərbaycan Respublikası Beynəlxalq Bankı» ASC tərəfindən 391 manat dövlət rüsumu 0.59 manat xidmət haqqı ödənilmişdir; - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 3-16-16/2-9/6018/2023 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli 04/3633/DİK saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh "xxxx" ASC-nin "Gənclik” filialı olan borcu aşağıdaki kimi müəyyən edilir, o cümlədən xx.xx.2021-ci il tarixə əsas borc üzrə 70.987,38 manat, faiz borcu üzrə 17.202,09 manat, xx.xx.2022-ci il tarixinə əsas borc üzrə 64.786,30 manat faiz borcu üzrə-17.202,09 manat, faiz borcu (5 faizlə)-1043,78 manat təşkil edir. Qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz ödənilməsini tələb etmək hüququna malikdir; - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/9319-9/9399/2023 saylı ekspert rəyinə əsasən, hazırki ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli 04/3633/DİK saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 30 avqust 2022-ci il tarixə (sual üzrə tarixə) "xxxx" ASC olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 09 fevral 2021-ci il tarixə: əsas borc üzrə 73638,64 manat, faiz borcu üzrə 17722,37 manat, 30 avqust 2022-ci il tarixə: əsas borc üzrə - 66444,19 manat, faiz borcu üzrə -17722,37 manat, faiz borcu üzrə (5%lə) -2158,37 manat təşkil edir. Qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcelləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz ödənilməsini tələb etmək hüququna malikdir. Respublikada yerləşən avtobazarlarda, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən avtomobillərin normal vəziyyətdə 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən olunur: bir ədəd 2017-ci il buraxılışlı, Tip:Sedan, Rəngi: tünd boz metallik rəngli, mühərrik həcmi 2998 m3 olan "BMW 540i" minik markalı avtomobilin orta bazar qiyməti- 68000,00 manat təşkil edir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 139/2024 saylı qətnaməsinin qismən – faiz borcunun 17202.09 manat, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış faiz borcunun 1043.78 manat və ipoteka predmetinin ilkin satış qiymətinin 68000 manat müəyyən edilməsi hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin tam şəkildə təmin edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4, 445.7; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarı; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli Qərardadı; Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 25 iyun 1998-ci il tarixli 510-İQ №li Qanununun 8-ci maddəsi; “ Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 13; “ Banklar haqqında qanunun” 1.0.1, 1.0.9; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 102.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə faiz borcunun 17202.09 manat, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış faiz borcunun isə 1043.78 manat və ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş “BMW 540i" minik markalı 90ZL008 qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 68000 manat müəyyən edilməsi ilə bağlı gəldiyi nəticə işin faktiki hallarını əks etdirmir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən nəticəyə gələrkən borclunun mənafeyini üstün tutmaqla, kreditorun qanunla qorunan maraqlarını nəzərə almamışdır. Nəticədə əsassız qətnamə qəbul edilərək mübahisə mahiyyəti üzrə düzgün həll edilməmişdir. Hesab edir ki, məhkəmə kreditor kimi bu maddədə göstərilən hüquqlarını pozmaqla cavabdehin pul öhdəliyinin icrasına təsir göstərir. Belə ki, iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 3-16-16/2- 9/6018/2023 saylı ekspert rəyindən görünür ki, xx.xx.2019-cu il tarixli 04/3633/DİK saylı kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" ASC-yə: - xx.xx.2021-ci il tarixə əsas borc üzrə 70.987,38 manat, faiz borcu üzrə 17.202,09 manat: - xx.xx.2022-ci il tarixinə əsas borc üzrə 64.786,30 manat faiz borcu üzrə -17.202,09 manat, faiz borcu (5 faizlə)- 1043,78 manat təşkil edir. Bundan sonra vəsatətləri əsasında iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16- 16/2-9/9319- 9/9399/2023 saylı ekspert rəyinə əsasən xx.xx.2019-cu il tarixli 04/3633/DİK saylı kredit müqaviləsi üzrə Cavabdeh 30 avqust 2022-ci il tarixə (sual üzrə tarixə) "xxxx" ASC olan borcu aşağıdakı kimi müəyyən edilmişdir. – 09 fevral 2021-ci il tarixə: əsas borc üzrə 73.638,64 manat, faiz borcu üzrə 17.722,37 manat, – 30 avqust 2022-ci il tarixə: əsas borc üzrə - 66.444,19 manat, faiz borcu üzrə -17.722,37 manat, faiz borcu üzrə (5%lə) - 2.158,37 manat təşkil edir. Halbuki, məhkəməyə təqdim etdikləri maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə 66471.35 manat əsas, 28243.85 manat faiz və AR MMnin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 3516.63 manat faiz borcu vardır. Bundan əlavə tərəflərindən məhkəməyə iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə ərizə və eyni zamanda ərizəyə əlavə edilən hesabdan çıxarış məlumatlarından cavabdehin borc öhdəliyinin (əsas, faiz və 5 %) hansı qaydada hesablanması aydın şəkildə qeyd edilmişdir. Lakin birinci instansiya məhkəməsi əsaslığı şübhə doğuran və eyni zamanda tam şəkildə tərtib edilməyən ekspert rəylərinə istinad edərək, borcun tutulması hissəsində düzgün olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş maliyyə arayışı boclunun cari hesab məlumatları əsasında tərtib edilmiş maliyyə sənədidir. Nədənsə iş üzrə təkrar ekspertiza keçirilərkən ekspert tərəfindən bu sübutlar əhəmiyyətli dərəcədə tədqiq edilməmiş və sonda əsaslığı şübhə doğuran rəy tərtib edilmişdir. Bundan əlavə hər iki rəyə diqqət yetirilsə görünər ki, birinci rəydə xx.xx.2022-ci il tarixinə əsas borc üzrə 64.786,30 manat faiz borcu 17.202,09 manat, 5 faizlə hesablanan faiz borcu isə 1043,78 manat təşkil edir. Sonuncu Ekspert rəyində isə 30 avqust 2022-ci il tarixə əsas borc 66.444,19 manat, faiz borcu 17.722,37 manat, 5%lə hesablanan faiz borcu isə 2.158,37 manat təşkil edir. Birinci instansiya məhkəməsi isə əsas borc üzrə xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/9319-9/9399/2023 saylı ekspert rəyini, faiz və 5% faiz borc üzrə isə xx.xx.2019-cu il tarixli 3-16-16/2-9/6018/2023 saylı ekspert rəyini sübut növü kimi kimi qəbul edərək düzgün olmayan nəticəyə gəlmişdir. Hər iki Ekspert rəylərinə nəzər yetirilsə görünür ki, faiz və 5% faiz borc üzrə hesablaşmalarda ziddiyyət var. Ekspertlər öz rəyində silinmələrin hansı qaydada aparılmasını geniş şəkildə təsvir edə bilməmişdir. Bu səbəbdən də, hər iki Ekspert rəylərində ekspertlərin faiz borcu ilə bağlı gəldiyi nəticəni əsaslı hesab etmək olmaz. Bankların əsas fəaliyyət növlərindən biri kreditlərin verilməsidir. Bank krediti isə faizlər ödənilmək şərti ilə verilir. Sözügedən kredit vəsaiti cavabdeh tərəfindən vaxtında ödənilsəydi, bank təbii ki, öz fəaliyyət növü əsasında, həmin vəsaiti təkrar kredit verib daha çox mənfəət əldə imkanına sahib olardı. Birinci instansiya məhkəməsi isə nədənsə bu hala diqqət yetirməmiş, əsaslığı şübhə doğuran ekspert rəylərini sübut növü kimi qəbul edərək faiz məbləğinə aid hissədə düzgün olmayan nəticəyə gəlmişdir. Halbuki iş üzrə obyektiv və düzgün qərar qəbul edilməsi üçün borcun düzgün hesablanıbhesablanmamasının müəyyən edilməsi mühüm əhəmiyyətə malikdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən öhdəliyin icrasının pozulmasına düzgün qiymət verməmiş və yekunda cavabdehin banka olan borc öhdəliyi üzrə faiz məbləğinin hesablanmasında səhv nəticəyə gəlmişdir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin hüquqdan istifadə edərək tərəflərindən, əsas və faiz borcundan başqa kredit müqaviləsinin müddəti bitdiyi tarixdən sonra hesablanan borcun tutulmasını məhkəmədən xahiş etmişdirlər. Lakin məhkəmə qətnamə qəbul edərkən cavabdehdən tələb etdiyi Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanan faiz borcunu təmin etməmişdir. Qanunun tələbində borclu tərəfindən pul öhdəliyinin vaxtında icra edilməməsi halında kreditorun gecikdirilmiş vaxt üçün azı illik beş faiz tələb etmək hüququnu nəzərdə tutulmuş və bunu hər hansı şərtdən asılı etməmişdir. Çünki borclu müqavilə müddəti ərzində öhdəliyini pozmadan müqavilə faizini ödədiyi təqdirdə, müqavilə müddəti bitdikdən və öhdəliyi pozulduqdan sonra icra edilməmiş əsas borcun ən azı illik 5 faizini ödəməlidir. Hazırkı işdə kreditor bank olduğuna görə nəzərə alınmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, onun faizlərinin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Bu baxımdan hər hansı obyektiv və ağlabatan əsas olmadan, kredit üzrə qanuna əsasən hesablanan gecikdirmə faizi azaldıla və ya silinə bilməz . İş materialından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-2378/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9319-9/9399 nömrəli ekspert rəyinə əsasən ipoteka predmeti 2017-ci il buraxılışlı, Tip: Sedan, Ban: WBAJB310X0G971123, Rəngi:tünd boz metallik olan “BMW 540i” minik markalı, 90ZL008 dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiyməti 68000 manat müəyyən edilmişdir. Ekspert rəyinin “TƏDQİQİ HİSSƏ”sində qeyd edilir ki, tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyindən qiymətləndirmə nəzəri qaydada aparılmışdır. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-2378/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilsə də nədənsə qərardadda ekspert qarşısında qoyulmuş sualın həll edilməsi üçün ipoteka predmeti olan 2017- ci il buraxılışlı, Tip: Sedan, Ban:WBAJB310X0G971123, Rəngi: tünd boz metallik olan “BMW 540i” minik markalı, 90ZL008 dövlət qeydiyyat nişanlı avtomobilin ekspertə təqdim edilməsi və ona vizual baxışın keçrilməsi barədə ekspert tərəfindən iddiçıya, cavabdehə nə də ki, məhkəməyə hər hansısa bir vəsatət göndərilməmiş və ekspertizanın keçirilməsinə şərait yaradılması barədə tərəflərə məlumat verilməmişdir. Halbuki, xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında bildirilmişdir ki, ipoteka predmeti 2017-ci il buraxılışlı Tip: Sedan, Ban: WBAJB310X0G971123, Rəngi: tünd boz metallik olan “BMW 540 i” minik markalı,90ZL008 dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin faktiki istifadəsindədir. Bundan əlavə avtomobil olduqca yararsız vəziyyətə salınıb. Heçdə rəydə qeyd edilən qiyməti əks etdirmir. Hətta tərəflərindən yenidən məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət verilsə də, nədənsə məhkəmə bu vəsatətlərinə hər hansısa bir əsaslandırılmış şəkildə qərardad qəbul etmədən ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cüil tarixli 9/9319-9/9399 nömrəli ekspert rəyi ilə razı deyil. Göründüyü kimi ekspert tərəfindən ipoteka predmeti 2017-ci il buraxılışlı, Tip: Sedan, Ban: WBAJB310X0G971123, Rəngi: tünd boz metallik olan “BMW 540i” minikmarkalı, 90ZL008 dövlət qeydiyyat nişanlı avtomobilə vizual baxış keçirilməmiş, ancaq nəzəri qaydada qiymətləndirmə aparılmışdır. Halbuki, likvid dəyərin müəyyən edilməsi üçün avtomobilə vizual baxışın keçirilməsi əsasdır. Cavabdeh qərəzli şəkildə ipoteka predmeti olan avtomobili ekspertə təqdim etməyib ki, yuksək qiymətin təyin edilməsinə nail ola bilsin. Qeyd edilən avtomobil üzrə müəyyənedilmiş qiymət likvid qiyməti əks etdirmir. Bunun üçün avtomobil ekspert baxışına mütləq şəkildə təqdim edilməli və ekspertizanın aparılmasında tərəflərin iştirakı təmin edilməli idi. Bu hallar tərəflərindən birinci instansiya məhkəməsində qeyd edilsə də nədənsə məhkəmə mübahisənin obyektiv həll edilməsi üçün qeyd edilən faktlara əhəmiyyət verməmiş və düzgün olmayan nəticəyə gəlmişdir. Halbuki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun 13-cü maddəsi ekspertin vəzifələrini təsbit edir. Lakin ekspert qeyd edilən normanın tələbi baxımından vəzifəsini yerinə yetirməmiş təqdim edilmiş obyektin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəyin verilməsindən yayınmışdır. Ekspert rəyi məntiqdən kənardır və məhkəmə bu hala formal yanaşmamalı, ciddi araşdırma aparmalı idi. Ekspert tərəfindən qiymətləndirmə aparılan zaman avtomobilin bütün detalları nəzərə alınmalı idi. Bunlara avtomobilin texniki vəziyyəti, istehsal və istismar ili, yürüyüşü və s. göstərmək olar. Lakin ekspert avtomobilə vizual baxış keçirmədən, internet (sayt: Az turbo) məlumatlarına və mərkəzdə olan ekspert praktikası məlumatlarına əsaslanaraq əsaslığı şübhə doğuran rəy tərtib etmişdir. Qeyd edilənləri nəzərə alaraq ipoteka predmetinə baxış keçirmədən likvid qiymətinin müəyyən edilməsi ekspertin öz vəzifələrinə qeyri-ciddi yanaşmasına işarədir. Belə olan məhkəmə iş üzrə həqiqətə nail olmaq üçün obyektiv rəy almalı və təkrar ekspertiza keçirməli idi. Bundan əlavə əmtəəşünaslıq ekspertizası ilə yanaşı iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi iş üçün mühüm əhəmiyyətə malikdir. Hesabdan çıxarış məlumatlarını, ödəniş tarixlərini və iş üçün zəruri olan digər sənədlərin hamısını ətraflı təhlil etdikdə tam aydın olur ki, məhkəmə iddia tələbi üzrə kredit borcunun tam şəkildə tutulması hissəsində düzgün hüquqi nəticəyə gəlməmişdir.

5. Cavabdeh apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, e-2(006)-139/2024 saylı qətnaməsinin iddia tələbinin təmin olunması hissəsində ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60; Mülki Prosessual Məcəlləninin 8, 9, 88, 97.3, 99.1, 101.6, 102.2, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsində icraat cavabdehin iştirakı təmin edilmədən həyata keçirilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdeh Xəlilova təqdim edilməmiş, sübutların tədqiqində iştirakı təmin edilməmiş və qəbul edilmiş yekun məhkəmə aktı cavabdehə təqdim edilməmişdir. Nəticə etibarilə cavabdehin mühüm prosessual hüquqları, o cümlədən ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Şikayət olunan qətnamədən görünür ki, iş üzrə iki dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 3-16-16/2-9/6018/2023 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli 04/3633/Dİ K̇ saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh oğlunun "xxxx"ASC-nin “Gənclik” filialı olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən xx.xx.2021-ci il tarixə əsas borc üzrə 70987,38 manat, faiz borcu üzrə 17202,09 manat, xx.xx.2022-ci il tarixinə əsas borc üzrə 64786,30 manat faiz borcu üzrə-17202,09 manat, faiz borcu (5 faizlə)-1043,78 manat təşkil edir. Qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 (şeb) faiz ödənilməsini tələb etmək hüququna malikdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2- 9/9319-9/9399/2023 saylı ekspert rəyindən görünür ki, hazırki ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli 04/3633/Dİ K̇ saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh oğlunun 30 avqust 2022-ci il tarixə (sual üzrə tarixə) "xxxx" ASC olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 09 fevral 2021-ci il tarixə: əsas borc üzrə 73638,64 manat, faiz borcu üzrə 17722,37 manat, 30 avqust 2022-ci il tarixə: əsas borc üzrə - 66.444,19 manat, faiz borcu üzrə -17722,37 manat, faiz borcu üzrə (5%lə) -2158,37 manat təşkil edir. Qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcelləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 (şeb) faiz ödənilməsini tələb etmək hüququna malikdir. Cavabdehin iş üzrə məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsində iştirak etmək, ekspert qarşısında suallar qoymaq, materiallar təqdim etmək, təqdim edilmiş materiallarla tanış olmaq hüquqları da təmin edilməmişdir. Keçirilən mühasibatlıq ekspertizaları nəticəsində obyektiv və əsaslandırılmış rəylər tərtib edilməmiş, ekspertlər ümumi mülahizələrlə iddia ərizəsində qeyd olunan rəqəmləri rəyə köçürmüşdür.Məhkəmənin əsas borcun hesablanması hissəsində ilkin ekspertiza rəyinə, faiz borcu ilə bağlı hissədə əlavə ekspertiza rəyinə istinadı anlaşılan deyil. Hansı səbəbdən ilkin rəydə göstərilən 64786.30 manat əsas borcun deyil, əlavə ekspertiza rəyində göstərilən 66444.19 manat məbləğin əsas götürülməsi qeyri-müəyyəndir. Məhkəmə öz mövqeyini əsaslandırmamış, sadəcə yekun qənaətini qeyd etməklə, iş üzrə ziddiyyətli məqamların araşdırılmamasını və aradan qaldırılmamasını ört-basdır etmişdir. Ekspertiza rəylərində tədqiqatın hansı metodika ilə aparılması müəyyən olunmur. . İş üzrə tərtib olunmuş mühasibatlıq ekspertizaları üzrə rəylər bir-birindən kəskin fərqləndiyi və belə fərqin necə yaranması aydınlaşdırılmadığı halda məhkəmə bu ziddiyəti aradan qaldırmadan iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlmişdir. Mühasibatlıq ekspertizalarının hansı mötəbər sənədlər əsasında aparılması da məlum deyil. Xüsusilə iş üzrə 12 yanvar 2024-cü il tarixli ekspertiza rəyinin mühasibatlıq tədqiqatı hissəsində qeyd edilmişdir ki, iş materiallarında tərəflər arasında bağlanmış 09 avqust 2019-cu il tarixli, 04/3633/DİK saylı kredit müqaviləsi və müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli mövcud olmadığından həmin müqavilə üzrə tədqiqat aparmaq mümkün olmadı. Habelə, 01 iyun 2021-ci il tarixində tərəfindən 5000 manat vəsait ödənilməsinə baxmayaraq həmin pul banka ödənişlərdə nəzərə alınmamışdır. İddiaçı bank həmin vəsaitin 2000 manat hissəsini 13 sentyabr 2023-cü il tarixli, 9/6018 saylı ekspertiza rəyinə 30 oktyabr 2023-cü il tarixli etirazında göstərsə də, ekspertiza rəylərinin ödəniş cədvəllərində bu məbləğ də özəksini tapmamışdır. Deməli, mühasibatlıq ekspertizasının keçirilməsi üçün əsas olan tərəflər arasında bağlanmış müqavilə, razılaşdırılmış ödəniş cədvəli ekspertiza tədqiqatında tədqiq edilməmiş, ekspert subyektiv mülahizələr əsasında nəticəyə gəlmişdir. Belə olan halda, ödənişlərin hansı qaydada əsas borca, hansı qaydada faiz borcuna silinməsi aydın olmadığından, istinad olunan rəylərin heç biri əsaslı hesab edilə bilməz. Cavabdehin üzərinə əsassız faiz borcu yüklənmiş, müqavilənin qüvvədə olduğu dövrün koronavirus pandemiyasının mövcud olduğu dövrdə təsadüf etməsi, cavabdehin əmək fəaliyyətinin olmaması kimi maddi vəziyyətinə ciddi təsir göstərən hallar nəzərə alınmadan, müqavilədə nəzərdə tutulan faizdən əlavə, müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra illik 5% dərəcəsi ilə faiz də hesablanmışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcelləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 (şeb) faiz ödənilməsini tələb etmək hüququna malikdir. Hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq göndərilməsi və cavabdehin həmin xəbərdarlığı rəsmi qaydada alması təmin edilməmişdir. Habelə, iş üzrə keçirilən əmtəəşünaslıq ekspertizası üzrə 12 yanvar 2024-cü il tarixli rəy də faktiki cəhətdən əsaslı və obyektiv hesab edilə bilməz. Rəydə tədqiqat obyektlərinin tədqiqata təqdim edilmədiyi göstərilsə də, onların təqdim edilməsi ilə bağlı cavabdehə hər hansı məlumat verilməmiş, nəzəri qaydada qiymətləndirmə aparılmışdır. Nəticədə,avtomobillərin dəyəri ilə bağlı həqiqətə uyğun olmayan nəticəyə gəlinmişdir. 15. Beləliklə, birinci instansiya məhkəməsində lazımi qaydada araşdırma aparılmamış, maddi və prosessual normaların düzgün tətbiqi təmin edilməmişdir. Ona görə də, 13 fevral 2024-cü il tarixli qətnamə iddia tələbinin təmin olunması hissəsində ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Apellyasiya icraatında müəyyən edilən hallar :

6. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq və məhkəmə mühasibatlıq ekspertizaları təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, hazırki ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 04/3633/DİK saylı kredit müqaviləsinə əsasən ödənişlər (kredit müqaviləsi üzrə BƏS-də olan borca güzəşt edilməsi barədə protokol N° 158) nəzərə alınmaqla Cavabdeh iddiaçı "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixə və tələb edilən xx.xx.2021ci il tarixə əsas və faiz borcu habelə müqavilə müddəti bitdikdən sonra tələb edilən tarixə illik 5%-lə gecikdirilmiş müddət üçün faiz borcu aşağıdakı kimi müəyyən edilir: 09 avqust 2021-ci il tarixə əsas borc 73638, 64 manat, faiz borcu isə 24559, 0 manat; 30 avqust 2022-ci il tarixə əsas borc üzrə 73638,64 manat, faiz borcu üzrə 15834,17 manat. faiz borcu üzrə (5%ilə) 3896,71 manat.Məhkəmə əmtəəşünaslıq ekspertizasının aparılmasından tədqiqat obyekti olan avtomobil ekspertiza mərkəzinə təqdim edilmədiyindən imtina edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəməmühasibatlıq və məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, təkrar məhkəmə mühasibatlıq ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin ekspertlərinə, məhkəmə əmtəəşünaslıq ekspertizasının aparılması isə “MBA CONSALTİNG” LTD-yə həvalə edilmişdir.

9. “MBA CONSALTİNG” LTD tərəfindən xx.xx.2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş qiymətləndirici rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Nəqliyyat vasitəsinə baxış keçirilməklə 2017-ci il buraxılışlı, Tip: Sedan, Rəngi: tünd boz metallik, mühərrik həcmi 2998 m3 olan “BMW 540i” minik markalı, 90ZL008 dövlət qeydiyyat nişanlı avtomobilin 07 avqust 2025-ci il tarixinə olan likvid dəyəri 62000 manat təşkil edir. ANV baxış keçirmək mümkün olmadığından hesablanmış dəyər anaoloji nəzəri hesablama yolu ilə avtonəqliyyat vasitəsinin işlək yaxşı vəziyyətdə olması nəzərə alınaraq hesablanmışdır.

10. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə mühasibatlıq ekspertizası üzrə xx.xx.2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, iş materiallarınada olan hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2019cu il tarixli 04/3633/DİK saylı kredit müqaviləsinə əsasən ödənişlər ( Əmnaətlərin Sığortalanması Fondunun Kredit Komitəsi iclasının 01 iyun 2021-ci il tarixli 158 saylı protokolunda göstərilən güzəştlər nəzərə alınmaqla) Cavabdeh iddiaçı "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixə və xx.xx.2021-ci il tarixə əsas və faiz borcu, habelə müqavilə müddət bitdikdən sonra tələb edilən tarixə illlik 5 faiz-lə gecikdirilmiş müddət üçün faiz borcu aşağıdakı kimi müəyyən edilir: 09 avqust 2021-ci il tarixə əsas borc üzrə 71838, 64 manat; faiz borcu üzrə 25858, 43 manat; 30 avqust 2022-ci il tarixə əsas borc üzrə 71838, 64 manat; faiz borcu üzrə 17133, 60 manat; faiz borcu üzrə 5%-lə 3801, 46 manat

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı olmadığını, məhkəmə mühasibatlıq ekspertizasına münasibətdə isə etiraz etmədiyini bildirmiş,iddiaçının apellyasiya şikayətinin təmin edilməsini , qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.

12. Cavabdehin nümayəndəsi Vəkil elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı məhkəmə iclası ilə eyni tarixdə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2- 1(112)-1938/2024 saylı və 2-1(112)-12502/2025 saylı inzibati mübahisələr üzrə təyin edilmiş məhkəmə iclaslarında iştirakı zəruri olduğundan hazırki iş üzrə iclasda iştirakının üzrlü səbəbdən mümkün olmayacağını bildirmiş və nəzərə alınmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 445. borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1 əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni mələğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 743. 1.Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 15.“İpoteka Haqqında”Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 34.Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. 16.“İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə: 51.1. Borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı ilə qiymətləndirildiyi, yaxud əmlakın qiymətinin məhkəmə qərarı ilə müəyyən edildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir.

17. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.1.Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır.Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun.2. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər.Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. 3. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.4. Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır.

18. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitinin almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borcunu ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı əsas və faiz borcunun ödənilməsini tələb etməkdə haqlı olduğundan cavabdehin apellyasiya şikayətinin dəlilləri sübuta yetirilmir, kollegiya iddiaçının tələb etdiyi əsas və faiz borcunun və ipoteka predmetinin ilkin satış qiyməti məbləğinə münasibətdə isə mövcud ziddiyyatlərə aydınlıq gətirmək üçün iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, hazırkı mərhələdə sonuncu ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, digər tərəfdən iddiaçının apellyasiya şikayətində yalınz faiz borcunu və müqavilə müddəti bitdikdən sonra 5%-lə hesablanmış faiz borcunu, habelə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, cavabdehin isə qətnaməni tam mübahisələndirdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, qətnamə Cavabdeh, faiz borcu və müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış borc hissəsinə münasibətdə dəyişdirilməli və mülki iş üzrə sonuncu ekspert rəyinə nəzərə alınmaqla Cavabdeh faiz borcuna görə 17133, 60 manat, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 3516, 46 manat pul vəsaiti iddiaçı ləğv prosesində olan “NBC Bank “ ASC-yə ödənilməlidir. Qeyd edilməlidir ki, sonuncu ekspert rəyində 5%lə hesablanmış faiz borcunun məbləği iddia tələbində qeyd edilən məbləğdən daha yüksək hesablandığından və Mülki Prosessual Məcəllənin 218-ci maddəsinə müvafiq olaraq müstəsna hallar çıxılmaq şərti ilə hakimin tələbdən kənara çıxmaq səlahiyyəti olmadığından 5% faiz borcuna münasibətdə tələb iddianın həcmi həddində təmin edilməlidir.. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi tutmanın cavabdehə məxsus olan (2017-ci il buraxılışlı, Tip:Sedan, Rəngi: tünd boz metallik rəngli, mühərrik həcmi 2998 m3) ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, kollegiya tərəfindən dəfələrlə avtomobilin likvid dəyərinin müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin edilmiş, iddiaçı tərəf avtomobilin cavabdehdə olduğunu bildirmiş, cavabdeh isə avtomobili qiymətləndirməyə təqdim etməmişdir. Sonunucu qiymətləndirici hesabatından görünür ki, rəy verilərkən həmin avtomobil deyil, oxşar parametrli avtomobillərə internet vasitəsi ilə baxış keçirilərək, avtomobilin ilkin satış qiyməti müəyyən edilmişdir. Qeyd edilənlərə görə (ipoteka predmetinin qiymətinin dəqiq müəyyən edilməsi) və daşınar əmlak üzrə tənzimlənən qiymət müəyyən edilməsi mümkünsüzlüyü nzəzərə alınmaqla, ipoteka predmenin qiymətləndirilməsi zaman və dəyişən qiymətlər faktoruna müvafiq icra qaydasında həll edilməlidir.

19. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki,iddiaçı ləğv prosesində olan İddiaçı ASC və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri və müvafiq olaraq iddia qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 139/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirməklə faiz borcu 17133.60 manat, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış borc 3516.63 manat müəyyən edilməli, iddia tələbin Cavabdeh məxsus olan və xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş olan “BMW 540i" minik markalı 90ZL008 qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməlidir. ( belə bir tələb olmadığından artıq bu hissəyə münasibət bildirməyə ehtiyac qalmır)

20. Apellyasiya şikayətləri qismən təmin edildiyindən iş üzrə məhkəmə xərci dövlət rüsumuna aid hissədə onu ödəyən şəxslərə və ekspertiza xərci tərəflərə aid edilməlidir.

21. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı LPO İddiaçı ASC və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-139/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilsin: Faiz borcu 17133.60 ( on yeddi min yüz otuz üç manat, altmış qəpik) manat, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış borc 3516.63 ( üç min beş yüz on altı manat, altmış üç qəpik) manat pul müəyyən edilsin. Qətnamə ipoteka ilə yüklü edilmiş olan “BMW 540i" minik markalı 90ZL008 qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 ( iki yüz) manat pul vəsaiti İddiaçı ASC və Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə, 300 (üç yüz) manat məbləğində pul vəsaiti İddiaçı ASC və Cavabdeh alınaraq "xxxx" MMC Qiymətləndirici şirkətinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi ( elektron məhkəmə informasiya sistemi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar