Məhkəmə qərarları › İş №e-2-2(113)-55/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-55/2025

06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-55/2025 06.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası xxxının cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cəlb edilməklə) tutmanın ipoteka predmetinə yönəldilməsi və əmlakın boşaldılması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, Cavabdeh2 nümayəndə və vəkilləri Vəkil1 və Vəkil2, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkil2, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası xxxının cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cəlb edilməklə) tutmanın ipoteka predmetinə yönəldilməsi və əmlakın boşaldılması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə İşin halları:

1. İddiaçı Azərbaycan Respublikasının xxxı (AR xxxı) cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) və Cavabdeh2 (ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu üçüncü şəxs olmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli, KBO15-1779 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 83119,99 manat faiz borcu olmaqla, ümumilikdə 5083119,99 manat (beş milyon səksən üç min yüz on doqquz manat doxsan doqquz qəpik), xx.xx.2015-ci il tarixli, KBO15-1783 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 73888,87 manat faiz borcu olmaqla, ümumilikdə 5073888,87 manat (beş milyon yetmiş üç min səkkiz yüz səksən səkkiz manat səksən yeddi qəpik) olmaqla, cəmi 10157008,86 manat (on milyon yüz əlli yeddi min səkkiz manat səksən altı qəpik) kredit borcunun ödənilməsi üçün tutmanın Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında 0,02044 ha torpaq sahəsində yerləşən 437,3 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə və ünvan 2 ünvanında 0.01753 ha torpaq sahəsində yerləşən 430 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə və "xxxx" MMC-yə mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında olan, 1.645 ha torpaq sahəsində yerləşən 4594.6 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiyməti (likvid qiymət) göstərilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına "xxxx" ASC-nin qeyd olunan kredit müqavilələri üzrə xxx qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi, əmlaklar satıldıqdan sonra cavabdehlər yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının xxxı (bundan sonra – xxx) ilə borclu "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixli, KBO15-1779 nömrəli və xx.xx.2015-ci il tarixli, KBO15-1783 nömrəli kredit müqavilələri bağlanmışdır. xxx tərəfindən "xxxx" ASC-yə xx.xx.2015-ci il tarixli, KBO15-1779 nömrəli kredit müqaviləsi üzrə 720 gün müddətinə, illik 3.5% ödəməklə ******* (beş milyon) manat, xx.xx.2015-ci il tarixli, KBO15-1783 nömrəli kredit müqaviləsi üzrə isə 720 gün müddətinə, illik 3.5% ödəməklə ******* (beş milyon) manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrində kredit üzrə əsas borcun müvafiq olaraq xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixə qədər ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan kredit müqavilələrinin təminatı kimi Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında 0,02044 ha torpaq sahəsində yerləşən 437,3 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi barəsində xx.xx.2015-ci il tarixli, İBO15-1779/2 nömrəli və xx.xx.2015-ci il tarixli, İBO15-1783/2 nömrəli, habelə ona mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında 0.01753 ha torpaq sahəsində yerləşən 430 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi barəsində xx.xx.2015-ci il tarixli, İBO15-1779/3 nömrəli və xx.xx.2015-ci il tarixli, İBO15-1783/3 nömrəli ipoteka müqavilələri bağlanılmışdır. Eyni zamanda qeyd olunan kredit müqavilələrinin təminatı kimi "xxxx" MMC-yə mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında olan, 1.645 ha torpaq sahəsində yerləşən 4594.6 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi barəsində xx.xx.2015-ci il tarixli, İBO15-1779/1 nömrəli və xx.xx.2015-ci il tarixli, İBO15-1783/1 nömrəli ipoteka müqavilələri bağlanılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-3620/16 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu qeyd edilən bankın ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Hazırda bank barəsində iflas prosedurunun həyata keçirilməsi davam etdirilir. Göstərilən kredit müqavilələri üzrə qalıq borc məbləği həcmində xxxın kreditor tələbləriтшт Bankın ləğvedicisinə xx.xx.2016-cı il tarixli, 05-00909-2016 nömrəli məktubla təqdim edilməsinə və bu tələblərin ləğvedici tərəfindən qeydə alınmasına baxmayaraq, bankın vəsaitinin olmaması səbəbindən borcun ödənilməsi indiyə kimi mümkün olmamışdır. Bildirilmişdir ki, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixinə xxx qarşısında kredit müqavilələri üzrə borcu aşağıdakı kimidir: xx.xx.2015-ci il tarixli, KBO15-1779 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 83119,99 manat faiz borcu olmaqla, ümumilikdə 5083119,99 manat (beş milyon səksən üç min yüz on doqquz manat doxsan doqquz qəpik), xx.xx.2015-ci il tarixli, KBO15-1783 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 73888,87 manat faiz borcu olmaqla, ümumilikdə 5073888,87 manat (beş milyon yetmiş üç min səkkiz yüz səksən səkkiz manat səksən yeddi qəpik). Göstərilən kredit müqavilələri üzrə faiz borcları “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq xx.xx.2016-cı il tarixinədək, yəni bankın iflası barədə məhkəmə qərarı qüvvəyə mindiyi günədək hesablanmışdır. xxx ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişləri ipoteka qoyan Cavabdeh2 xx.xx.2016-cı il tarixli, 05-00917-2016 nömrəli məktubla, ipoteka qoyan "xxxx" MMC-yə xx.xx.2016-cı il tarixli, 05-00913-2016 nömrəli məktublarla göndərmişdir. xxx tərəfindən ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlər “İpoteka haqqında” Qanunun 36.3-cü maddəsinə uyğun olaraq qeydə alınması üçün aidiyyəti üzrə göndərilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli məktubları ilə bildirişlərin qeydə alındığı bildirilmişdir. Yuxarıda qeyd edilən ipoteka müqavilələrinin 1.3-cü bəndinə uyğun olaraq, ipoteka qoyulan əmlaklar istinad edilən müvafiq kredit müqavilələrinə əsasən xxx tərəfindən "xxxx" ASC-yə verilmiş kredit müqavilələrində qeyd olunan son tarixədək qaytarılacağının, habelə kredit müqavilələrinə uyğun olaraq hesablanan və ödənilməli faizlərin və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin əvəzinin ödəniləcəyinin təminatıdır. Qeyd edilir ki, ipoteka predmetinin hazırkı likvid qiyməti barədə tərəflər arasında razılaşma olmadığından ipoteka predmeti məhkəmənin təyin etdiyi müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməli və ilkin satış qiyməti (yəni, likvid qiymət) qətnamədə öz əksini tapmalıdır. Həmçinin qanunvericiliyin tələblərinə əsasən yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həll olunmasından ötrü cavabdehə mediasiya təklifi göndərilmişdir. Daha sonra ilkin mediasiya sessiyasının keçirilməsi üçün Bakı 16 saylı Mediasiya Təşkilatına müraciət göndərilmişdir. Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/16-01794 nömrəli, xx.xx.2023-cü il tarixli arayış verilmişdir.

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317, 442-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 39.3.3-cü maddələrinə istinad edilmişdir.

4. Cavabdeh2 tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası xxxı cavabdehlər Cavabdeh2, "xxxx" Firması MMC və LPO "xxxx" ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı məhkəmədə iddia qaldıraraq 720 gün müddətinə, illik 3.5% ödənilməklə xx.xx.2015ci il tarixli, KBO-15-1779 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 83119,99 manat faiz borcu olmaqla, ümumilikdə 5083119,99 manat, xx.xx.2015-ci il tarixli, KBO15- 1783 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 73888,83 manat faiz borcu olmaqla, ümumillikdə 5073888,87 manat olmaqla, cəmi 10157008,86 manat kredit borcunun təminatı kimi tutmanın Cavabdeh2 Y.Hüseynov, Tanrıverdiyev küçələrindəki fərdi yaşayış evlərinə və "xxxx" Firması MMC-yə mülkiyyət hüququ ilə məxsus B.Çobanzadə küçəsi, 32 E ünvandında olan 1.645 ha torpaq sahəsində yerləşən 4594.6 kv.metr sahəsi olan əmlak kompleksinə yönəldilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli, 2-2(103)- 770/2020 saylı qərardadla qüvvədə saxlanılmış və Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-168/2020 saylı mülki işlə birlikdə baxılması üçün birləşdirilmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli, e-2-2(82)-729/2019 saylı qərardadı ilə işlərin birləşdirilməsi məqsədəmüvafiq hesab edilmişdir. xx.xx.2022-ci il tarixli, 2(001)-107/2022 saylı qərardadla iddiaçı Azərbaycan Respublikası xxxının Cavabdeh2 və "xxxx" Finnası MMC-yə qarşı tutmanın ipoteka predmetinə yönəldilməsi və sair tələblərinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam vermişdir. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-2318/2022 saylı qərardadı və Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)-2679/2022 saylı qərarı ilə qüvvədə saxlanılmışdır. xxxın direktorunun əlavə kassasiya şikayətinin Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 13(102)- 222/2022 saylı qərardadı ilə Plenuma göndərilməsindən imtina edilmişdir. 2012-ci ilin oktyabr ayının 24-ü və həmin ilin dekabr ayının 29-da borc alan Cavabdeh2 və faktiki əvvəlinciyə məxsus "xxxx" MMC ilə borc verən "xxxx" ASC arasında xxxın iştirakı ilə 36 ay müddətinə 2015-ci ilin dekabr ayının 11 və sentyabr ayının 27-nə illik 8% ödəmək şərti ilə mal-material alınması üçün kredit verilməsinə dair 120/12 və 155/12 saylı kredit müqavilələri bağlanmış və hər iki müqavilənin borc alan qrafasına Cavabdeh2 imza etmişdir. 26 dekabr 2012-ci il tarixli, İBO-1485/2 saylı və həmin tarixli, İBO-1485/3 saylı ipoteka müqaviləsi ilə Cavabdeh2 özünə məxsus Nərimanov rayonu, Y.Hüseynov küçəsi, ev 4 ünvanında 0,02044 ha torpaq sahəsində yerləşən 437.3 kv.metr fərdi yaşayış evi və Tanrıverdiyev küçəsi, 41 ünvanında 0,01753 ha torpaq sahəsində yerləşən 430 kv.metr fərdi yaşayış evinin hər biri ******* manata qiymətləndirilərək, 11 dekabr 2015-ci il tarixədək qaytarılacaq ******* manatın təminatı olmuşdur. 15 oktyabr 2012-ci il tarixli, İBO-1462 saylı ipoteka müqaviləsinə əsasən "xxxx" MMC-nin balansında olan Bəkir Çobanzadə küçəsi, 32E ünvanında yerləşən 1,645 ha torpaq sahəsində yerləşən 4594.6 kv.metr ümumi sahədən ibarət ******* manata qiymətləndirilən əmlak kompleksi isə xx.xx.2015-ci il tarixədək qaytarılacaq ******* manat kreditin təminatı olmuşdur. 5 noyabr 2015-ci il tarixli, İBO15-1779/2 və İBO15-1779/3 saylı sonrakı ipoteka müqavilələri ilə hər biri ******* manata qiymətləndirilmiş ipoteka qoyan Cavabdeh2 məxsus iki fərdi yaşayış evi ipoteka saxlayan xxxa borcalan "xxxx" ASC-nin əvəzinə kredit və faizlərin ödənilmədiyi təqdirdə tutmanın yönəldilməsi ilə əlaqədar sonrakı ipoteka müqaviləsilə yüklü edilir. 20 noyabr 2015-ci il tarixli, İBO15-1783/2, İBO1573/3 saylı sonrakı ipoteka müqavilələri ilə ipoteka saxlayan xxxın borcalan "xxxx" ASC ilə 17 noyabr 2015-ci ildə bağladığı ******* manat kredit müqaviləsinə görə hər biri ******* manata qiymətləndirilən Cavabdeh2 ünvan 4 ünvanındakı 0.02044 ha torpaq sahəsində yerləşən 437.3 kv.metr fərdi yaşayış evi və Tarıverdiyev küçəsi, 41 ünvanında 0.01753 ha torpaq sahəsində yerləşən 430 kv.metr fərdi yaşayış evləri ipoteka ilə yüklü edilmişdir. 15 oktyabr 2012-ci il tarixdə borc verən xxxla və borcalan "xxxx" ASC arasında KB012-1462 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən xxx borc alan "xxxx" ASC xx.xx.2012-ci il tarixdən etibarən 1080 gün müddətinə illik 5.69% olmaqla, ******* manat məbləğində kredit verir. 15 oktyabr 2012-ci il tarixli, İBO12-1462, ipoteka müqaviləsi üzrə ümumi dəyəri 10000000 manat məbləğində qiymətləndirilən ipoteka qoyan "xxxx" MMC-yə mülkiyyət hüququ ilə məxsus Bəkir Çobanzadə 32E ünvanında olan 1,645 ha torpaq sahəsində yerləşən 4594,6 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi 15 oktyabr 2012-ci il tarixdə Bakı şəhərində xxxla "xxxx" ASC arasında bağlanmış müqaviləyə görə, yəni borc alan "xxxx" ASC-nin 30 sentyabr 2015-ci il tarixədək ******* manat krediti qaytaracağının təminatıdır. xx.xx.2012-ci il tarixli kredit müqaviləsi ilə "xxxx" MMC-yə ayrılmış ******* manat və 29 dekabr 2012-ci il tarixli kredit müqaviləsi ilə Cavabdeh2 ayrılmış ******* (beş milyon) manat olmaqla, cəmi 10000000 (on milyon) manat krediti müqavilələri sonuncunun adından rəsmiləşdirildiyindən və hər iki kredit müqaviləsinə də özü imza etmişdir. "xxxx"xxxx"xxxx" MMC-yə aid hissəsindən ******* (dörd milyon doqquzyüz otuz doqquz min yüz əlli bir) manatını hissə-hissə 285851-285873 saylı nağd pul çek kitabçasına imza edib, xx.xx.2012-ci ildən xx.xx.2014-cü ilədək olan dövrdə rəsmi qaydada götürmüşdür. Kredit şəxsən ona və faktiki ona məxsus MMC-yə ayrıldığı üçün hansından nə vaxt və nə qədər götürməyinə fikir verməmiş və fikirləşmişdir ki, hər iki kredit mal-material almaq üçün ona ayrılıb, müqavilələrə də o imza etmiş, ondan da başqa krediti heç kim götürə bilməz və krediti də ancaq özü ödəyəcək. 2014-cü ilin dekabr ayının sonunda növbəti dəfə öz adına olan kredit müqaviləsi üzrə bankda qalmış ******* manatı götürmək istəyən zaman "xxxx" ASC-nin müşahidə şurasının sədri N.İsmayılov ona bildirmişdir ki, onun hesabında qalmış ******* manat pulu ona versin, həmin verəcəyi ******* manat pulun əvəzində ona illik 2 faiz məbləğində gəlir verəcək və həm də götürdüyü ******* manatı da xxxa ödəyəcəyini vəd etmişdir. "xxxx" ASC-nin müşahidə şurasının sədri Nadir İsmayılovla münasibəti olduğundan ona inanıb onun şifahi şərtini qəbul etmişdir. Belə ki, aralarında bağlanmış xx.xx.2012 il tarixli, 155/12 saylı ******* (beş milyon) manat məbləğində olan kredit müqaviləsi üzrə ancaq "xxxx" MMC-yə aid olan kreditin ******* (dörd milyon doqquz yüz doqquz min yüz əlli bir) manatını "xxxx" ASC-dən götürdüyündən ora ödəməyə başlamışdır. Belə ki, krediti həmin bankdan götürdüyündən əmlakın da həmin banka kreditə görə girov qoymasını əsas tutmuşdur. Buna görə də 29 dekabr 2014-cü ildə 3028/KD saylı qəbz ilə 410100000, 47600000 saylı hesaba Cavabdeh2 tərəfindən faizin ödənilməsi üçün 400000 manat, xx.xx.2016-cı ildə ******* manat cari hesabda olan 36148,22 manat, cəmi 1036148,22 manat, xx.xx.2016-cı ildə 986666,65 manat, 24 avqust 2016-cı ildə, ******* manat, cəmi 5986666,15 manat kredit və faizin ödənilməsi üçün qəbzlərdə göstərilən "xxxx" ASC-nin hesabına hissə-hissə götürdüyü krediti və onun faizlərini tam ödəmişdir ki əmlaklarının üzərindən yüklülük götürülsün. 24 dekabr 2012-ci il tarixdə faktiki sahibi olduğu "xxxx" MMC-nin əsas və borcunun faizi ödənilməsi üçün "xxxx" ASC-yə 1294/KD nömrəli qəbzlə 400000 manat, 29 yanvar 2016-cı ildə iki dəfəyə "xxxx" ASC-nin 410100000, 47600000 kredit və faiz hesabına ******* (bir milyon iki yüz əlli min), ******* (iki milyon qırx min) manat, 16 fevral 2016-cı il tarixdə həmin hesaba ******* (bir milyon səkkiz yüz min) manat, 06 iyun 2016-cı il tarixdə isə ******* (bir milyon beş yüz min) manat, cəmi ******* (altı milyon doqquz yüz doxsan) manat kredit və faiz borcunu etibarnamə əsasında ödəmişdir. Sonradan ona məlum olmuşdur ki, ******* manatı artıq kredit müqaviləsi bağlanan gün ondan xəbərsiz onun adına yazdığı xx.xx.2012-ci il tarixli, 148/12 saylı kassa məxaric orderinə özü və işçiləri imza edib əvvəldən götürmüşlər. Buna görə də, məcbur olub xx.xx.2016-cı ildə ******* manat, xx.xx.2016-cı ildə də ******* (bir milyon otuz altı min) əlavə pul ödəmişdir ki, əmlaklarının üzərindən yüklülük götürülsün. Bunlar Binəqədi Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2(001)-168/2020 saylı qətnaməsi ilə də hər iki kredit müqaviləsi üzrə 12926000 manat borc ödənilməsi sübuta yetirilmişdir. xx.xx.2015-ci il tarixli, KB015-1779 nömrəli və xx.xx.2015-ci il, KBO-1783 nömrəli hər biri ******* (beş milyon) olmaqla iki kredit müqavilələri bağlamışdır. Hər iki kredit müqavilələrinin 720 gün müddətinə illik 3,5% ödəməklə üçün ayrılmış krediti müqavilələr rəsmiləşdirmişdir. Kredit müqavilələri üzrə ödənişlərin xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixədək ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan kredit müqavilələri üçün Cavabdeh2 məxsus Y.Hüseynov küçəsi ünvanda 0.02044 ha torpaq sahəsində yerləşən 437.3 kv.metr sahəsi olan fərdi yaşayış evin xx.xx.2015-ci il tarixli, İB015-1779/2 və xx.xx.2015-ci il tarixli, İB015-1782/2 nömrəli, habelə Tarıverdiyev küçəsi 41 ünvanında 0.01753 ha torpaq sahəsində yerləşən 430 kv.metr sahədən ibarət fərdi yaşayış evi xx.xx.2015-ci il tarixli, İBO15-1779/3 saylı və xx.xx.2015-ci il tarixli, İBO 15-1778/3 saylı müqavilələrə görə yüklü edilmişdir. Nizami rayonu B.Çobanzadə küçəsi 32E-də yerləşən 1.645 hektar sahəsi 4594.6 kv.metr ümumi sahəsi olan əmlak kompleksini isə xx.xx.2015ci il tarixli, İBOl 5-1779/1 nömrəli və xx.xx.2015-ci il tarixli, İBOl5-1 783/1 nömrəli ipoteka müqavilələri üçün "xxxx" ASC-dən götürülən və hazırda tam ödənilən kreditə görə yüklü edilmiş və hal-hazırda da, əmlakın üzərindən yüklülük götürülməmişdir. Bildirilmişdir ki, cavabdehlər üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirmişlər. Belə ki, hər iki epizod üzrə ümumilikdə əsas və faiz borcları ilə birlikdə 12476666,7 manat məbləğində ödəniş aparılmışdır. Qeyd olunan fakt, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-168/2020 saylı, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-1854/2021 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-3824/2021 saylı qərarları ilə tam təsdiqini tapmışdır. Öhdəlik tam şəkildə yerinə yetirildiyinə görə, eləcə də bu fakt məhkəmə qərarları ilə tam təsdiq olunduğuna görə qeyd olunan fakt üzrə məhkəmə qərarları qüvvədə olduğu halda həmin qərarları əsassız olaraq şübhə altına almağa cəhd etmək və yenidən məhkəmələrdə əsassız və lüzumsuz məhkəmə baxışları aparılması görüntüsünü yaratmaq reallıqdan uzaq bir fəaliyyətdir. Əmanətlərin Sığortalanması fondunun borc öhdəliyinin olub-olmaması barədə xx.xx.2022-ci il tarixdə verdiyi **********298 saylı məktubundan görünür ki, 29 dekabr 2012ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə ******* manat kredit verilmişdir. Ləğv prosedurunda olan "xxxx" ASC xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə guya 500000 manat əsas, 220110,22 manat məbləğində faiz, 71444,38 manat cərimə borcu olmaqla, cəmi 791554,6 manat borc öhdəliyi mövcuddur. Cavabdeh2 791554,6 borcun olmasına dair ləğv prosedurunda olan "xxxx" ASC iddiası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2(001)-168/2020 saylı qətnaməsi ilə rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında Azərbaycan Respublikası” Qanunun 71,81 və 82-ci maddələrinə dair 05 may 2022-ci il tarixli qərarının qərara aldım nəticə hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasl Konstitusiyasının 29-cu maddəsi baxımından fiziki və ya hüquqi şəxslər tərəfindən ləğv prosedurunda olan kommersiya bankına kredit borcu ləğv edici Əmanətlərin Sığortalanması Fonduna ödənildiyi təqdirdə həmin şəxslərin əmlakı üzərində Azərbaycan Respublikası xxxının ipoteka hüququna xitam verilməsi və əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması ilə bağlı gözləntilər əsaslı hesab edilməlidir. Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Plenum qərarının “qərara aldım” hissəsinin 2-ci bəndində göstərilir ki, ipoteka predmetinə tutmanın yönəldiməsi ilə əlaqədar tələbə mülki icraat qaydasında baxılır. Göründüyü kimi, Cavabdeh2 öz adına olan və faktiki ona məxsus "xxxx" MMC-nin adına olan kredit borcunu kommersiya bankına etibarnamə əsasında tam ödədiyindən tutmanın onun əmlaklarına yönəldilməsi əsassızdır. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

5. Cavabdeh "xxxx" MMC tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xxx tərəfindən qaldırılmış iddia tələbi üzrə müddət keçmişdir. Belə ki, iddia tələbindən aydın olur ki, tələb tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, KBO15-1779 nömrəli kredit müqaviləsinə, xx.xx.2015-ci il tarixli, KBO15-1783 nömrəli kredit müqaviləsinə, eləcə də 2017-ci ilədək qüvvədə olan həmin kredit öhdəliklərinin təminatı kimi tərəflər arasında bağlanmış 05 noyabr 2015-ci il tarixli, 3M-1001 reyestr nömrəli və 05 noyabr 2015-ci il tarixli, 3M-1051 reyestr nömrəli sonrakı ipoteka müqavilələrinə əsaslanır. Həm əsas tələb olan kredit müqavilələri və həm də aksessor tələb olan ipotekaya tutma tələbi üzrə iddia müddəti ötmüşdür. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli kredit müqavilələri üzrə son icra müddəti müvafiq olaraq xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixdə bitmişdir. xx.xx.2015-ci il tarixli, 3M-1001 reyestr nömrəli və 3M-1051 reyestr nömrəli sonrakı ipoteka müqavilələrinin 1.3-cü bəndində qeyd edilir ki, bu müqaviləyə əsasən ipoteka qoyulan əmlak 28 oktyabr 2015-ci il tarixində Bakı şəhərində bağlanmış müqaviləyə əsasən Bankın borcalana verdiyi ******* (beş milyon) manat kreditin 17 oktyabr 2017-ci il tarixədək qaytarılacağının, habelə kredit müqaviləsinə uyğun olaraq hesablanan və ödənilməli olan faizləri və dəbbə pulunun və s. ödəniləcəyinin təminatıdır. Burdan da aydın olduğu kimi, sonrakı ipoteka müqaviləsində öhdəliyin icra müddəti konkret olaraq qeyd edilmiş, müvafiq olaraq 06 noyabr 2015-ci ilədək və 17 oktyabr 2017-ci ilədək təminatın verilməsi şərtləndirilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5ci maddəsinin tərəflər arasında ipoteka müqaviləsi bağlanarkən qüvvədə olan redaksiyasına görə ipoteka müqaviləsində öhdəliyin mahiyyəti və icra müddəti göstərilməlidir. Buna uyğun olaraq Qanunun 11.3-cü maddəsində də qeyd edilir ki, ipotekanın qeydiyyatı ilə əlaqədar olaraq qeydiyyat məlumatlarında öhdəliyin mahiyyəti və icra müddəti göstərilməlidir. Tərəflər arasında bağlanmış bütün ipoteka müqavilələrinin 1.3-cü bəndində qanuna uyğun olaraq ipotekanın icra müddəti qeyd edildiyi üçün 2017-ci ildən etibarən ipoteka qüvvədən dümüşdür. Çünki ipoteka üzrə öhdəlik aksessor öhdəlik hesab edildiyi üçün onun müddəti əsas öhdəliyin müddəti ilə şərtlənir, əsas öhdəliyin ləğv edilməsi, etibarsız hesab edilməsi, müddətinin bitməsi ilə bağlı yaranan nəticələr ipoteka müqaviləsinə də şamil edilir. Eyni zamanda sonrakı ipoteka müqavilələrinin 1.4-cü bəndində ipotekanın hüquqi qüvvəsinin əsas öhdəliyin müddətindən asılı olduğunu bir daha vurğulayaraq qeyd edilir ki, “...təmin olunmuş kreditin müddəti bank və bocalan arasında bağlanmış müqavilə əsasında uzadıldığı halda, hazırkı ipoteka qüvvədə qalır .......”. Göründüyü kimi, müqavilədə hazırkı sonrakı ipoteka müqavilələrinin müddət bitdikdən sonra qüvvədə qalmasının yeganə şərti kimi kredit müqaviləsinin müddətinin uzadılmalı olması vurğulanmışdır. Yəni kredit müqaviəsinin müddəti uzadılmazsa, sonrakı ipoteka müqaviləsinin də müddəti bitmiş hesab edilir. İş materiallarda isə nə kredit müqaviləsi, nə də ipoteka müqavilələrinin müddətinin uzadılması ilə bağlı hər hansı məlumat və sənəd yoxdur. Bundan başqa, xxx iddianı xx.xx.2023-cü il tarixli iddia ərizəsi əsasında qaldırmışdır. Bütün bunların qarşılıqlı təhlili onu göstərir ki, həm kredit və həm də ipoteka müqavilələri üzrə tələbə dair iddia müddətindən 3 ildən də çox vaxt keçmişdir. Odur ki, bu kimi hal özülüyündə iddia müddətinin tətbiqinə dair ərizsənin verilməsini şərtləndirir. İddia ərizəsinə əlavə edilmiş kredit və sonrakı ipoteka müqavilələrindən görünür ki, kredit müqavilələri müvafiq olaraq 28 oktyabr və 17 noyabr 2015-ci il, ipoteka müqavilələri isə 05 noyabr və 20 noyabr 2015-ci il tarixlərdə bağlanmışdır. Həm kredit və həm də ipoteka müqavilələrindən görünür ki, müvafiq olaraq xx.xx.2017-ci və xx.xx.2015ci il tarixlərdə qüvvədən düşmüşdür. Bununla da öhdəliyin sonuncu icra edilməli olduğu tarixdən 3 ildən çox zaman ötmüşdür ki, bu da iddia müddətinin ötmüş olması anlamına gəlir. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir. İpoteka müqaviləsinə görə ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi halının baş verməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Maddənin məzmunundan da göründüyü kimi, mülki qanunvericilik müəyyən öhdəliklərin konkret müddət keçdikdən sonra tələb edilməsinə də vaxt qoyaraq onu şərtləndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarı ilə borclu tərəfindən öhdəliklərin icra edilməməsi halında kreditorun tələbinin məhkəmə müdafiəsi (iddia qaldırmaq hüququ) ilə təmin edilməməsi qeyd edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarla belə qənaətə gəlmişdir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar. Göründüyü kimi, iddiaçı (sifarişçi) müqavilə üzrə öhdəliyin yarandığı, yəni 2017-ci il tarixdən keçən bu müddət ərzində öhdəliyin icrasını tələb etməyərək, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini tələb etmək hüququnu müddətin keçməsinə görə itirmişdir. Həmçinin iddiaçı Mülki Məcəllənin 373-cü maddəsi ilə müəyyən edilmiş bu tip işlər üzrə 3 illik iddia müddətini də ötürmüşdür. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq xxx tərəfindən qaldırılmış iddia tələbinə iddia müddətini tətbiq edərək, müddətin ötürülməsi əsası ilə tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədə xahiş edilmişdir.

6. İddiaçı tərəfindən Cavabdeh2 etirazına etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsində "Zaminbank” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 155/12 saylı və "Zaminbank” ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 120/12 saylı kredit müqavilələrinə hüquqi qiymət verilmişdir. xxx və "Zaminbank” ASC arasında kredit müqavilələri xx.xx.2015-ci il tarixdə və xx.xx.2015-ci il tarixdə bağlanmış və qeyd olunan qətnamədə müzakirə mövzusu olmamış və olması mümkün deyildi. Belə ki, qeyd olunan işdə məhkəmə tərəfindən iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə cavabdehlər Cavabdeh2 və "xxxx" MMC arasında olan məhkəmə mübahisəsinə baxılmış və məhkəmə araşdırması tərəflər arasında yaranmış kredit münasibətləri üzrə öhdəliklərin icra olunub-olunmamasından ibarət olmuşdur. Qeyd edilir ki, xxx və "Zaminbank” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, KBO15-1779 nömrəli kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli, KBO15-1783 nömrəli kredit müqaviləsində, həmçinin bu müqavilələrə əlavə olaraq bağlanmış xx.xx.2015-ci il tarixli, İBO15-1779/2 nömrəli və xx.xx.2015-ci il tarixli, İBO15-1783/2 nömrəli və xx.xx.2015-ci il tarixli, İBO15-1779/3 nömrəli və xx.xx.2015-ci il tarixli, İBO15- 1783/3 nömrəli ipoteka müqavilələrində Cavabdeh2 və "xxxx" MMC-nin "xxxx" ASC-dən götürdüyü kredit üzrə sonradan ediləcək ödənişlərin "xxxx" ASC tərəfindən xxx qarşısındakı kredit öhdəliklərinin icra edilməsinə yönəldiləcəyinə dair hər hansı şərt nəzərdə tutulmamışdır. İpoteka əmlaklarının yüklü edilməsininin məqsədi ipoteka müqavilələrinin 1.3-cü bəndində qeyd olunduğu kimi, yuxarıda göstərilən kredit müqavilələri üzrə "xxxx" ASC tərəfindən öhdəliklər müqavilə üzrə lazımi qaydada icra edilmədikdə, banka verilmiş kreditin, habelə kredit müqavilələrinə uyğun olaraq hesablanan və ödənilməli faizlərin və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin, ipoteka predmetinə tutma yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin əvəzinin ödənilməsini təmin etməkdən ibarət olmuşdur. Göründüyü kimi, ipotekaya qoyulmuş əmlaklar xxx tərəfindən "xxxx" ASC-yə verilmiş cəmi 10000000 (on milyon) manat məbləğindəki kreditin, habelə kredit müqavilələrinə uyğun olaraq hesablanan və ödənilməli faizlərin və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin əvəzinin ödəniləcəyinin təminatı qismində nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunmuş ipoteka müqavilələri notarial qaydada təsdiq olunmaqla, qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və ipoteka qoyan "xxxx" MMC adından Qanuni nümayəndə tərəfindən və Cavabdeh2 tərəfindən şəxsən imzalanmaqla şərtləri ilə razı olmasına dair iradəsini sərbəst surətdə ifadə etmişdir. Bununla əlaqədar bildirilmişdir ki, təmin olunmuş kredit müqavilələri üzrə borcalan qismində "xxxx" ASC çıxış edir və onun KBO15-1779 və KBO15-1783 nömrəli kredit müqavilələri üzrə xxx qarşısında borc öhdəlikləri icra edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)- 3620/16 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilərək bank barəsində iflas proseduruna başlanılmış və xxx tərəfindən kreditor tələbləri bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təqdim edilmiş və kreditor tələbləri qeydə alınmışdır. Hazırkı vaxtadək qeyd olunan kredit müqavilələri üzrə LPO "xxxx" ASC-nin ləğvedicisi tərəfindən xxxa hər hansı vəsaitin ödənilməsi təmin edilməmişdir. xxx ipoteka saxlayan kimi hüquqlarından istifadə edərək, ilk dəfə xx.xx.2020-ci il tarixli iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsində ipoteka qoyanlar Cavabdeh2 və "xxxx" MMC-yə qarşı iddia qaldırmış, lakin Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-107/2022-ci il nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmiş və məhkəmə öz qərardadını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsi ilə və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81.1-ci maddəsi ilə əsaslandırmışdır. Qeyd olunan qərardaddan xxxın verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-2318/2022 nömrəli qərardadı ilə təmin edilməmişdir. xxxın kassasiya və əlavə kassasiya qaydasında şikayətləri isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-2679/2022 nömrəli və xx.xx.2022-ci il tarixli, 13(102)-222/2022 nömrəli qərarları təmin edilməmişdir. xxx tərəfindən ləğvetməyə nəzarət edən məhkəməyə - Bakı Apellyasiya Məhkəməsinə də iddia ilə müraciət olunmuş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən icraat dayandırılmışdır. Beləliklə, göründüyü kimi, xxx cavabdehin ərizəsində qeyd etdiyi kimi, 2023-cü ildə deyil, artıq neçə ildir ki, aktiv olaraq pozulmuş hüquqlarının məhkəmə qaydasında müdafiə olunaraq bərpası üçün bütün məhkəmə müdafiə hüquqlarından istifadə etməsinə baxmayaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı qəbul edilənədək məhkəmələr tərəfindən yuxarıda qeyd olunan prosessual əsasla işə mahiyyəti üzrə baxılmaqdan imtina edilmişdir. Cavabdehin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71, 81 və 82-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına istinad edərək, LPO "xxxx" ASC qarşısında kredit öhdəliyi icra olunduğundan xxxın ipoteka hüququna xitam verilməsinə dair gözləntisinin əsaslı hesab olunduğuna dair dəlili də əsassızdır. Belə ki, qeyd olunan Qərarda həm xxx, həm də ləğv prosesində olan bankların xeyrinə ipoteka ilə yüklü edilmiş əmlaklara münasibətdə ləğv prosesində olan banka borc tam şəkildə ödənildiyi halda ipoteka qoyanların həm ləğv prosesində olan bankdan, həm də xxxdan ipotekaya xitam verilməsi ilə bağlı gözləntilərinin əsaslı hesab olunmasına da mövqe ifadə etmişdir. Lakin hazırkı işdə cavabdehlərə məxsus ipoteka əmlakları ləğv prosesində olan bankda ipoteka ilə yüklü olmamış, yalnız LPO "xxxx" ASC-nin kredit öhdəliyi üzrə xxxın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Odur ki, qeyd olunan qərar hazırkı iş üzrə cavabdehlərin xeyrinə nəzərə alına bilməz. İddia müddətinin ötürülməsi əsası ilə iddia tələbinin rədd edilməsi barədə məhkəməyə təqdim edilmiş ərizəyə münasibətdə bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 2020-ci ildə xxx tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia formal iddia müddəti çərçivəsində verilmişdir. Lakin bütün məhkəmə instansiyalarının yanlış prosessual mövqeyi səbəbindən hazıradək mahiyyəti üzrə baxılması mümkün olmamışdır. Beləliklə, qeyd olunanlara əsasən Cavabdeh2 iddia ərizəsinə qarşı təqdim edilmiş etirazın və iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinin əsassız hesab olunması xahiş edilmişdir.

7. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən məhkəməyə ünvanlanmış ərizə ilə qeyd edilmişdir ki, eyni tərəflər arasında eyni predmetə dair iddia tələbi üzrə Binəqədi Rayon Məhkəməsində xx.xx.2022-ci il tarixli, 2(001)-107/2022 nömrəli iş üzrə qərardad çıxarılmışdır. Həmin qərardad üzrə məhkəmə aşağıda qeyd edilən səbəblərdən mülki işin icraatına xitam vermişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153,2.1 və 261.0.1-ci maddələri ilə eləcə də, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2017-ci il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırılma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutulur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. İstinad edilən normalara əsasən məhkəmə hesab etmişdir ki, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı olan bütün aktivlərin açıq hərracda satılmasının ləğvedici tərəfindən həyata keçirilməli olduğu “Banklar haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulduğundan, ləğvetmə prosesi çərçivəsində həll edilməli olan tələbə məhkəmə tərəfindən iddia icraatı qaydasında baxılması yolverilməzdir. Azərbaycan Respublikası xxxının Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından vermiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 2318/2022 nömrəli qərardadı ilə təmin edilmədən, Binəqədi Rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin həmin qərardadından kassasiya şikayəti verərək, şikayəti belə əsaslandırmışdır ki, qanunverici ləğvetmə prosesi çərçivəsində yalnız bank aktivlərinə daxil olan girova (ipotekaya) qoyulmuş əmlakların ləğvedici tərəfindən satışını nəzərdə tutmuşdur. Hazırkı iş üzrə iddia tələbinin predmeti isə ləğv prosesində olan bankın aktivinə daxil olmayan, onun öhdəliklərinin təminatı üçün üçüncü şəxs tərəfindən ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsindən ibarətdir. İpotekaya qoyulmuş əmlak xüsusi mülkiyyət hüququ əsasında üçüncü şəxslərə, yəni hazırkı iş üzrə cavabdehlərə məxsusdur və bu əmlaklar heç bir hissədə bankın aktivlərinə daxil deyildir. Ali Məhkəmə iddiaçının kassasiya şikayətini təmin etmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanması barədə xx.xx.2022-ci il tarixli, 2(102)-2679/2022 nömrəli qərarı qəbul etmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-3620 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və bank barəsində iflas proseduruna başlanmışdır. Daha sonra ləğv prosesində olan "xxxx" ASC iddia ərizəsi ilə cavabdehlər Cavabdeh2, "xxxx" Firmasına və müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb olunmuş Azərbaycan Respublikası xxxına qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və iş məhkəmənin icraatına götürülərək mahiyyəti üzrə baxılaraq xx.xx.2020-ci il tarixli, 2(001)- 168/2020 nömrəli qətnamə qəbul edilmişdir. Həmin iş üzrə məhkəmə qətnaməsi ilə xx.xx.2015-ci il tarixli, 155/12 saylı kredit müqaviləsi (borc alan Cavabdeh2) və xx.xx.2012ci il tarixli, 120/12 saylı kredit müqaviləsi üzrə (borcalan "xxxx" MMC) iş araşdırılaraq iddia rədd edilmişdir. Adıçəkilən həmin qətnamə ilə hər iki borcalan şəxsin bank qarşısında heç bir ödənilməmiş borcunun qalmadığı və iş üzrə keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 16515 nömrəli və xx.xx.2019-cu il tarixli, 16514 nömrəli ekspert rəyləri mötəbər sübut kimi qiymətləndirilmiş və ödəniş qəbzlərinin həqiqi olması müəyyən edilmişdir. Həmin iş üzrə Azərbaycan Respublikası xxxı üçüncü şəxs kimi işə cəlb edilmiş və kreditor tələblərinin bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təqdim edildiyini və kreditor tələblərinin qeydə alındığını bildirmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-168/2020 nömrəli qətnaməsindən ləğv prosesində olan "xxxx" ASC-nin vermiş olduğu apellyasiya şikayəti (ümumilikdə 12476666 manat ödəniş edilməsi və bu halın keçirilmiş məhkəmə mühasibatlıq və sənədlərin texniki ekspertizasının rəyləri ilə təsdiq olunması səbəbi ilə) Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-1854/2021 nömrəli qətnaməsi ilə təmin edilməmişdir. Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(102)-3824/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Üçüncüsü, qeyd edilən məhkəmə işləri gedən dövrdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71, 81 və 82-ci maddələrinə dair xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi baxımından fiziki və ya hüquqi şəxslər tərəfindən ləğv prosesində olan kommersiya bankına kredit borcu ləğvedici Əmanətlərin Sığortalanması Fonduna ödənildiyi təqdirdə, həmin şəxslərin əmlakı üzərində Azərbaycan Respublikası xxxının ipoteka hüququna xitam verilməsi və əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması ilə bağlı gözləntiləri əsaslı hesab edilməlidir; bu gözləntilərin reallaşdırılmasının təmin edilməsi üçün Əmanətlərin Sığortalanması Fondu və Azərbaycan Respublikasının xxxı tərəfindən zəruri tədbirlər qısa müddətdə həyata keçirilsin; fiziki və ya hüquqi şəxslər kommersiya bankına olan kredit borcunu bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödədiyi təqdirdə, həmin vəsaitlər Fondun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsində nəzərdə tutulan vəzifələrinin yerinə yetirilməsi üçün istifadə olunmalı, ipoteka hüququna xitam verilməsi isə Azərbaycan Respublikası xxxının funksionallığına xələl gətirməməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edildiyi kimi kredit borcunu bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödədiyi təqdirdə, həmin vəsaitlər Fondun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsində nəzərdə tutulan vəzifələrinin yerinə yetirilməsi üçün istifadə olunmalı, ipoteka hüququna xitam verilməli olduğu halda xxx təkrar eyni tələblə məhkəməyə müraciət etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2022-ci il tarixli qərarında belə hesab etmişdir ki, bank sisteminə etibarın qorunması, habelə bankların ləğvedicisi tərəfindən “Banklar haqqında” Qanunun 71-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin daha effektiv və səmərəli şəkildə icrasına imkanlar yaratmaq məqsədi ilə ləğvetmə prosesində olan bank qarşısındakı öhdəlik tam şəkildə icra edildikdən sonra xxx tərəfindən girov (ipoteka) hüququndan istifadə olunmamalı, həm xxx, həm də ləğv prosesində olan bankın xeyrinə girovla (ipoteka ilə) yüklü edilmiş əmlak yüklülükdən azad edilməlidir. Kommersiya Məhkəməsinin icraatında olan hazırkı iddia ərizəsi üzrə kredit borcun ödənilməsi ilə bağlı tələb üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borcun olmadığı öz təsdiqi tapmışdır. Göründüyü kimi, yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edildiyi kimi Əmanətlərin Sığortalanması Fondunun hazırkı cavabdehlərə qarşı “kredit borcun tutulması” ilə bağlı tələbi kredit məbləğinin tam ödənilməsi səbəbi ilə təmin edilməmişdir. Qeyd olunmalıdır ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. Bu səbəbdəndir ki, girov (ipoteka) müqaviləsi aksessor müqavilə olaraq aqibəti əsas müqavilədən asılıdır. Əsas öhdəliyin xitamı, o cümlədən etibarsızlığı ipoteka müqaviləsinin də xitamına səbəb olur. İpotekanın xitamı əsasları isə “İpoteka haqqında” Qanunun 48-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, əsas öhdəliyə xitam verildikdə ipotekaya da xitam verilir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-168/2020 nömrəli qətnaməsi ilə ləğv prosesində olan "xxxx" ASC-nin (ümumilikdə 12476666 manat ödəniş edilməsi və bu halın keçirilmiş məhkəmə mühasibatlıq və sənədlərin texniki ekspertizasının rəyləri ilə təsdiq olunmuşdur.) cavabdehlər Cavabdeh2, "xxxx" MMC-yə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb olunmuş Azərbaycan Respublikası xxxa qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” barədə iddia tələbi Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-168/2020 nömrəli qətnaməsi ilə təmin edilməmişdir (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-1854/2021 nömrəli qətnaməsi və Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(102)-3824/2021 nömrəli qərarı ilə qüvvədə saxlanılmışdır).

8. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən məhkəməyə ünvanlanmış ərizə ilə qeyd edilmişdir ki, iddia ərizəsinə əlavə edilmiş (sonrakı ipoteka) müqavilələrindən göründüyü kimi müqavilələr iddiaçı ilə Cavabdeh2 arasında 05 noyabr və 20 noyabr 2015ci il tarixlərdə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin formasından göründüyü kimi müqavilə ipoteka müqaviləsi olmuşdur. İpoteka müqaviləsinə görə ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır, ipoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər, ipoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Tərəflər arasında bağlanmış ipoteka müqavilələrinin 1.3-cü bəndinə əsasən xxxın borcalana verdiyi kreditə görə ipoteka qoyan müvafiq olaraq 6 noyabr 2017-ci il və 17 oktyabr 2017-ci il tarixədək borcun qaytarılacağına dair təminat verilmişdir. Göründüyü kimi, üçüncü şəxslə bağlanmış ipoteka müqaviləsinin 1.3-cü bəndinə əsasən öhdəlik konkret olaraq 2017-ci ilədək icra olunması şərtləndirilmişdir. 2015-ci ildə borcalanla bağlanmış kredit müqavilələrinə görə təminat kredit və ipoteka müqavilələrindən göründüyü kimi yalnız 2017-ci ilədək verilmişdir. Bu müddət ərzində isə ipoteka saxlayan yəni xxx bu tələblər üçün Mülki Məcəllə ilə müəyyən edilmiş qaydada nə borcluya nə də ki ipoteka qoyana qarşı müvafiq tələblər irəli sürməyərək iddia müddətini ötürmüşdür. Həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası haqqında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinə əsasən ipoteka saxlayan qanunla müəyyənləşdirilən müvafiq məlumatları əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarı ilə borclu tərəfindən öhdəliklərin icra edilməməsi halında kreditorun tələbinin məhkəmə müdafiəsi (iddia qaldırmaq hüququ) ilə təmin edilməməsi qeyd edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarla belə qənaətə gəlmişdir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar. Göründüyü kimi, iddiaçı (sifarişçi) müqavilə üzrə öhdəliyin yarandığı yəni 2017-ci il tarixdən keçən bu müddət ərzində öhdəliyin icrasını tələb etməyərək tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini tələb etmək hüququnu müddətin keçməsinə görə itirmişdir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyində natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" 2001-ci il 27 dekabr tarixli Qərarı). Göründüyü kimi, qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Bu səbəbdən iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbinin rədd edilməsi qaçılmazdır.

9. Cavabdeh2 Məhəmmdə oğlu tərəfindən məhkəməyə ünvanlanmış ərizə ilə qeyd edilmişdir ki, iddiaçı xxx tərəfindən qaldırılmış iddia tələbi üzrə müddət keçmişdir. Belə ki, iddia tələbindən aydın olur ki, tələb tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, KBO15-1779 nömrəli kredit müqaviləsinə, xx.xx.2015-ci il tarixli, KBO15-1783 nömrəli kredit müqaviləsinə, eləcə də 2017-ci ilədək qüvvədə olan həmin kredit öhdəliklərinin təminatı kimi tərəflər arasında bağlanmış 05 noyabr 2015-ci il tarixli, 3M-999 reyestr nömrəli, 05 noyabr 2015-ci il tarixli, 3M-1000 reyestr nömrəli, 20 noyabr 2015-ci il tarixli, 3M-1049 reyestr nömrəli və 20 noyabr 2015-ci il tarixli, 3M-1050 reyestr nömrəli sonrakı ipoteka müqavilələrinə əsaslanır. Həm əsas tələb olan kredit müqavilələri və həm də aksessor tələb olan ipotekaya tutma tələbi üzrə iddia müddəti ötmüşdür. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli kredit müqavilələri üzrə son icra müddəti müvafiq olaraq xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixdə bitmişdir. 05 noyabr 2015-ci il tarixli, 3M-999 reyestr nömrəli, 05 noyabr 2015-ci il tarixli, 3M-1000 reyestr nömrəli, 20 noyabr 2015-ci il tarixli, 3M-1049 reyestr nömrəli və 20 noyabr 2015-ci il tarixli, 3M-1050 reyestr nömrəli sonrakı ipoteka müqavilələrinin 1.3-cü bəndində qeyd edilir ki, bu müqaviləyə əsasən ipoteka qoyulan əmlak 28 oktyabr 2015-ci il tarixində Bakı şəhərində bağlanmış müqaviləyə əsasən Bankın Borcalana verdiyi ******* (beş milyon) manat kreditin 17 oktyabr 2017-ci il tarixədək qaytarılacağının, habelə kredit müqaviləsinə uyğun olaraq hesablanan və ödənilməli olan faizləri və dəbbə pulunun və s. ödəniləcəyinin təminatıdır”. Burdan da aydın olduğu kimi sonrakı ipoteka müqaviləsində öhdəliyin icra müddəti konkret olaraq qeyd edilmiş, müvafiq olaraq 06 noyabr 2015-ci ilədək və 17 oktyabr 2017-ci ildək təminatın verilməsi şərtləndirilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 10.5-ci maddəsinin tərəflər arasında ipoteka müqaviləsi bağlanarkən qüvvədə olan redaksiyasına görə ipoteka müqaviləsində öhdəliyin mahiyyəti və icra müddəti göstərilməlidir. Buna uyğun olaraq Qanunun 11.3-cü maddəsində də qeyd edilir ki, ipotekanın qeydiyyat ilə əlaqədar olaraq qeydiyyat məlumatlarında öhdəliyin mahiyyəti və icra müddəti göstərilməlidir. Tərəflər arasında bağlanmış bütün ipoteka müqavilələrinin 1.3-cü bəndində qanuna uyğun olaraq ipotekanın icra müddəti qeyd edildiyi üçün, 2017-ci ildən etibarən ipoteka qüvvədən dümüşdür. Çünki ipoteka üzrə öhdəlik aksessor öhdəlik hesab edildiyi üçün onun müddəti əsas öhdəliyin müddəti ilə şərlənir, əsas öhdəliyin ləğv edilməsi, etibarsız hesab edilməsi, müddətinin bitməsi ilə bağlı yaranan nəticələr ipoteka müqaviləsinə də şamil edilir. Eyni zamanda sonrakı ipoteka müqavilələrinin 1.4-cü bəndində ipotekanın hüquqi qüvvəsinin əsas öhdəliyin müddətindən asılı olduğunu bir daha vurğulayaraq qeyd edilir ki, “...təmin olunmuş kreditin müddəti bank və borcalan arasında bağlanmış müqavilə əsasında uzadıldığı halda, hazırkı ipoteka qüvvədə qalır .......”. Göründüyü kimi müqavilədə hazırkı sonrakı ipoteka müqavilələrinin müddət bitdikdən sonra qüvvədə qalmasının yeganə şərti kimi kredit müqaviləsinin müddətinin uzadılmalı olması vurğulanmışdır. Yəni kredit müqaviləsinin müddəti uzadılmazsa, sonrakı ipoteka müqaviləsinin də müddəti bitmiş hesab edilir. İş materiallarda isə nə kredit müqaviləsinin nə də ipoteka müqavilələrinin müddətinin uzadılması ilə bağlı hər hansı məlumat və sənəd yoxdur. Bundan başqa xxx iddianı xx.xx.2023-cü il tarixli iddia ərizəsi əsasında qaldırmışdır. Bütün bunların qarşılıqlı təhlili onu göstərir ki, həm kredit və həm də ipoteka müqavilələri üzrə tələbə dair iddia müddətindən 3 ildən də çox vaxt keçmişdir. Odur ki, bu kimi hal özülüyündə iddia müddətinin tətbiqinə dair ərizsənin verilməsini şərtləndirir. İddia ərizəsinə əlavə edilmiş kredit və sonrakı ipoteka müqavilələrindən görünür ki, kredit müqavilələri müvafiq olaraq 28 oktyabr və 17 noyabr 2015-ci il, ipoteka müqavilələri isə 05 noyabr və 20 noyabr 2015ci il tarixlərdə bağlanmışdır. Həm kredit və həm də ipoteka müqavilələrindən görünür ki, müvafiq olaraq xx.xx.2017-ci və xx.xx.2015-ci il tarixlərdə qüvvədən düşmüşdür. Bununla da öhdəliyin sonuncu icra edilməli olduğu tarixdən 3 ildən çox zaman ötmüşdür ki, bu da iddia müddətinin ötmüş olması anlamına gəlir. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir. İpoteka müqaviləsinə görə ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarı ilə borclu tərəfindən öhdəliklərin icra edilməməsi halında kreditorun tələbinin məhkəmə müdafiəsi (iddia qaldırmaq hüququ) ilə təmin edilməməsi qeyd edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarla belə qənaətə gəlmişdir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar. Göründüyü kimi iddiaçı (sifarişçi) müqavilə üzrə öhdəliyin yarandığı yəni 2017-ci il tarixdən keçən bu müddət ərzində öhdəliyin icrasını tələb etməyərək tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini tələb etmək hüququnu müddətin keçməsinə görə itirmişdir. Həmçinin iddiaçı Mülki Məcəllənin 373-cü maddəsi ilə müəyyən edilmiş bu tip işlər üzrə 3 illik iddia müddətinidə ötürmüşdür. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq xxx tərəfindən qaldırılmış iddia tələbinə iddia müddətini tətbiq edərək, müddətin ötürülməsi əsası ilə tələbin rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

10. Cavabdeh2 səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 tərəfindən məhkəməyə ünvanlanan ərizədə qeyd edilmişdir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Plenum Qərarına əsasən qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (Məcəllənin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (Məcəllənin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. Mülki Prosessual Məcəllənin 254.1-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsi Plenumunun həmin normanın şərhinə dair hüquqi mövqeyindən belə nəticəyə gəlmək olar ki, iş üzrə icraatın dayandırılması üçün aşağıdakı şərtlər olmalıdır: işin məhkəmənin icraatında baxılması ilə iş üzrə obyektiv və operativ qərar qəbul olunmasına mane olan halların mövcudluğu; bu cür halların müvəqqəti xarakterli olması və aradan qalxmasının prosessual imkanının məhkəməyə bəlli olması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71, 81 və 82-ci maddələrinə dair xx.xx.2022-ci il tarixli qərar qəbul etmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi baxımından fiziki və ya hüquqi şəxslər tərəfindən ləğv prosesində olan kommersiya bankına kredit borcu ləğvedici Əmanətlərin Sığortalanması Fonduna ödənildiyi təqdirdə, həmin şəxslərin əmlakı üzərində Azərbaycan Respublikası xxxının ipoteka hüququna xitam verilməsi və əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması ilə bağlı gözləntiləri əsaslı hesab edilməli; Bu gözləntilərin reallaşdırılmasının təmin edilməsi üçün Əmanətlərin Sığortalanması Fondu və Azərbaycan Respublikasının xxxı tərəfindən zəruri tədbirlər qısa müddətdə həyata keçirilməli; Fiziki və ya hüquqi şəxslər kommersiya bankına olan kredit borcunu bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödədiyi təqdirdə, həmin vəsaitlər Fondun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsində nəzərdə tutulan vəzifələrinin yerinə yetirilməsi üçün istifadə olunmalı, ipoteka hüququna xitam verilməsi isə Azərbaycan Respublikası xxxının funksionallığına xələl gətirməməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edildiyi kimi, kredit borcunu bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödədiyi təqdirdə, həmin vəsaitlər Fondun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsində nəzərdə tutulan vəzifələrinin yerinə yetirilməsi üçün istifadə olunmalı, ipoteka hüququna xitam verilməlidir. Banklar haqqında Qanunun 87-ci maddəsinə əsasən kreditor tələbləri ilə bağlı iflas proseduru çərçivəsində ləğvedicinin həyata keçirdiyi növbəti ləğvetmə tədbirləri və öhdəlikləri, təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda, ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. Tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir. Məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz. Ödənişlərin aparılması qrafiki məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğvedici dərhal həmin qrafikdə nəzərdə tutulan ödənişləri icra edir. Göründüyü kimi bank kreditorlarına ödənişlərin aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilmiş və qrafik təsdiq edilmişdir. Hazırda bankın kreditorlarına müəyyən edilmiş qrafik əsasında ödənişlər həyata keçirilir. Ləğvetmə prosedurunda olan bankın öhdəlikləri üzrə “Banklar haqqında” Qanunun tələblərindən kənara çıxaraq və eyni zamanda ödənişlərin aparılması üçün məhkəmə tərəfindən təsdiq edilmiş qrafikdə nəzərdə tutulmuş ödəmələrin aparıldığı bir zamanda hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət olunması bu sahədə olan qanunvericilik aktları arasında bir ziddiyyət yaradır. Belə ki, məhkəmə tərəfindən təsdiq edilmiş tələblər üzrə ödənişlərin aparılması qrafikinin qəti olması hətda ondan şikayət verilə bilməməsi halında təkrar bank kreditorlarına ödənişlərin aparılması üçün tələbin ipoteka predmetinə yönəldilməsi tələbi anlaşılmazdır. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2022-ci il tarixli qərarında belə hesab etmişdir ki, bank sisteminə etibarın qorunması, habelə bankların ləğvedicisi tərəfindən “Banklar haqqında” Qanunun 71-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin daha effektiv və səmərəli şəkildə icrasına imkanlar yaratmaq məqsədi ilə ləğvetmə prosesində olan bank qarşısındakı öhdəlik tam şəkildə icra edildikdən sonra xxx tərəfindən girov (ipoteka) hüququndan istifadə olunmamalı, həm xxx, həm də ləğv prosesində olan bankın xeyrinə girovla (ipoteka ilə) yüklü edilmiş əmlak yüklülükdən azad edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25 mart 2004-cü il tarixli Qərarında qeyd olunduğu kimi, “məhkəmə prosesi zamanı elə hallar meydana çıxır ki, onlar mübahisənin operativ və obyektiv həll olunmasına mane olur. İcraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır. Qeyd edilənlərin müəyyənləşdirilməsi üçün aidiyyəti üzrə Konstitusiya Məhkəməsinə müraciət edilməsi məhkəmədən xahiş edilmişdir. Tədqiq olunan sübutlar:

11. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində və məhkəməyə ünvanladığı, yuxarıda qeyd olunan ərizələrə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

12. Cavabdeh2 nümayəndə və vəkilləri məhkəmə iclasında etiraz ərizəsində və məhkəməyə ünvanlanan mülahizədə qeyd edilənlərə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi.

13. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkil2 məhkəmə iclasında etiraz ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

14. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

15. Azərbaycan Respublikasının xxxı (bank) ilə "xxxx" ASC (borcalan) arasında bağlanmış 17 noyabr 2015-ci il tarixli, KBO15-1783 nömrəli kredit müqaviləsinə əsasən borcalana illik 3,5 % olmaqla, 720 gün müddətinə ******* manat məbləğində kredit verilmişdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir.

16. Azərbaycan Respublikasının xxxı (bank) ilə "xxxx" ASC (borcalan) arasında bağlanmış 28 oktyabr 2015-ci il tarixli KBO15-1779 nömrəli kredit müqaviləsinə əsasən borcalana illik 3,5 % olmaqla 720 gün müddətinə ******* manat məbləğində kredit verilmişdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir.

17. İpoteka saxlayan Azərbaycan Respublikasının xxxı, borc alan "xxxx"xxxx"xxxx" MMC arasında bağlanmış 20 noyabr 2015-ci il tarixli, İBO15-1783/1 saylı sonrakı ipoteka müqaviləsindən müəyyən olunur ki, "xxxx" MMC mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 3 ünvanında olan 1,645 ha torpaq sahəsində yerləşən 4594,6 kv.m ümumi sahədən ibarət əmlak kompleksini 17 noyabr 2015-ci il tarixli, KBO15-1783 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən müqavilə əsasında ipoteka qoyulan əmlak xx.xx.2015-ci il tarixində Bakı şəhərində bağlanmış müqaviləyə əsasən bankın borcalana verdiyi ******* manat kreditin 6 noyabr 2017-ci il tarixinədək qaytarılacağının, habelə kredit müqavilələrinə uyğun olaraq hesablanan və ödənilməli faizləri və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərinin əvəzinin ödəniləcəyinin təminatıdır.

18. İpoteka saxlayan Azərbaycan Respublikasının xxxı, borc alan "xxxx" ASC və ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 20 noyabr 2015-ci il tarixli, İBO15-1783/2 saylı sonrakı ipoteka müqaviləsindən müəyyən olunur ki, "xxxx" MMC mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 5 ünvanında 0,02044 ha torpaq sahəsində yerləşən 437,3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini 17 noyabr 2015-ci il tarixli KBO15- 1783 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin müqavilənin 1.3cü bəndinə əsasən müqavilə əsasında ipoteka qoyulan əmlak xx.xx.2015-ci il tarixində Bakı şəhərində bağlanmış müqaviləyə əsasən bankın borcalana verdiyi ******* manat kreditin 6 noyabr 2017-ci il tarixinədək qaytarılacağının, habelə kredit müqavilələrinə uyğun olaraq hesablanan və ödənilməli faizləri və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərinin əvəzinin ödəniləcəyinin təminatıdır.

19. İpoteka saxlayan Azərbaycan Respublikasının xxxı, borc alan "xxxx"xxxx"xxxx" MMC arasında bağlanmış 20 noyabr 2015-ci il tarixli, İBO15-1783/3 saylı sonrakı ipoteka müqaviləsindən müəyyən olunur ki, "xxxx" MMC mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 2 ünvanında 0,01753 ha torpaq sahəsində yerləşən 430 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini 17 noyabr 2015-ci il tarixli KBO15-1783 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən müqavilə əsasında ipoteka qoyulan əmlak xx.xx.2015-ci il tarixində Bakı şəhərində bağlanmış müqaviləyə əsasən bankın borcalana verdiyi ******* manat kreditin 6 noyabr 2017-ci il tarixinədək qaytarılacağının, habelə kredit müqavilələrinə uyğun olaraq hesablanan və ödənilməli faizləri və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərinin əvəzinin ödəniləcəyinin təminatıdır.

20. İpoteka saxlayan Azərbaycan Respublikasının xxxı, borc alan "xxxx"xxxx"xxxx" MMC arasında bağlanmış 05 noyabr 2015-ci il tarixli, İBO15-1779/1 saylı sonrakı ipoteka müqaviləsindən müəyyən olunur ki, "xxxx" MMC mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 3 ünvanında olan 1,645 ha torpaq sahəsində yerləşən 4594,6 kv.m ümumi sahədən ibarət əmlak kompleksini 28 oktyabr 2015-ci il tarixli, KBO15-1779 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən müqavilə əsasında ipoteka qoyulan əmlak xx.xx.2015-ci il tarixində Bakı şəhərində bağlanmış müqaviləyə əsasən bankın borcalana verdiyi ******* manat kreditin 6 noyabr 2017-ci il tarixinədək qaytarılacağının, habelə kredit müqavilələrinə uyğun olaraq hesablanan və ödənilməli faizləri və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərinin əvəzinin ödəniləcəyinin təminatıdır.

21. İpoteka saxlayan Azərbaycan Respublikasının xxxı, borc alan "xxxx"xxxx"xxxx" MMC arasında bağlanmış 05 noyabr 2015-ci il tarixli, İBO15-1779/2 saylı sonrakı ipoteka müqaviləsindən müəyyən olunur ki, Cavabdeh2 mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 5 ünvanında 0,02044 ha torpaq sahəsində yerləşən 437,3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini 28 oktyabr 2015-ci il tarixli, KBO15-1779 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən müqavilə əsasında ipoteka qoyulan əmlak xx.xx.2015-ci il tarixində Bakı şəhərində bağlanmış müqaviləyə əsasən bankın borcalana verdiyi ******* manat kreditin 6 noyabr 2017-ci il tarixinədək qaytarılacağının, habelə kredit müqavilələrinə uyğun olaraq hesablanan və ödənilməli faizləri və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərinin əvəzinin ödəniləcəyinin təminatıdır.

22. İpoteka saxlayan Azərbaycan Respublikasının xxxı, borc alan "xxxx"xxxx"xxxx" MMC arasında bağlanmış 05 noyabr 2015-ci il tarixli, İBO15-1779/3 saylı sonrakı ipoteka müqaviləsindən müəyyən olunur ki, Cavabdeh2 mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 2 ünvanında 0,01753 ha torpaq sahəsində yerləşən 430 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini 28 oktyabr 2015-ci il tarixli, KBO15-1779 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən müqavilə əsasında ipoteka qoyulan əmlak xx.xx.2015-ci il tarixində Bakı şəhərində bağlanmış müqaviləyə əsasən bankın borcalana verdiyi ******* manat kreditin 6 noyabr 2017-ci il tarixinədək qaytarılacağının, habelə kredit müqavilələrinə uyğun olaraq hesablanan və ödənilməli faizləri və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərinin əvəzinin ödəniləcəyinin təminatıdır.

23. Azərbaycan Respublikası xxxın "xxxx" MMC, Cavabdeh2 və Əmanətlərin Sığortalanması Fonduna ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bildirişlər göndərmişdir.

24. Azərbaycan Respublikası xxxının "xxxx" MMC və Cavabdeh2 ünvanlanmış pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, 28 oktyabr 2015-ci il tarixli, KBO15-1779 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas və 83119,99 manat faiz borcu və 17 noyabr 2015-ci il tarixli, KBO15-1783 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas və 73888,87 manat faiz borcu vaxtında ödənilmədiyindən, xxx ipoteka müqavilələrinə müvafiq olaraq məhkəmədənkənar qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi üçün notariat qaydasında razılaşmanın təsdiq edilməsi üçün dəvət edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

25. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, "xxxx" MMC-yə mülkiyyət hüququ əsasında məxsus olan ünvan 3 ünvanında olan əmlak kompleksi xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Azərbaycan Respublikasının xxxının xeyrinə hüquq yüklü edilmiş və 25 noyabr 2015-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 833 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).

26. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Cavabdeh2 mülkiyyət hüququ əsasında məxsus olan ünvan 5 ünvanında olan fərdi yaşayış evi xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Azərbaycan Respublikasının xxxının xeyrinə hüquq yüklü edilmiş və 26 noyabr 2015-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində 216 nömrəli reyestr kitabının 19959 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).

27. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Cavabdeh2 mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Azərbaycan Respublikasının xxxının xeyrinə hüquq yüklü edilmiş və 25 noyabr 2015-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 1482 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).

28. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, "xxxx" MMC-yə mülkiyyət hüququ əsasında məxsus olan ünvan 3 ünvanında olan əmlak kompleksi xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Azərbaycan Respublikasının xxxının xeyrinə hüquq yüklü edilmiş və 10 noyabr 2015-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 833 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).

29. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Cavabdeh2 mülkiyyət hüququ əsasında məxsus olan ünvan 5 ünvanında olan fərdi yaşayış evi xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Azərbaycan Respublikasının xxxının xeyrinə hüquq yüklü edilmiş və 10 noyabr 2015-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində 216 nömrəli reyestr kitabının 19959 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).

30. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Cavabdeh2 mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Azərbaycan Respublikasının xxxının xeyrinə hüquq yüklü edilmiş və 10 noyabr 2015-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 1482 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).

31. İddiaçı tərəfindən iş materiallarına “xxxdan alınmış kreditlər” adlı sənədlər və hesabdan çıxarış əlavə edilmişdir.

32. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi xx.xx.2016-cı il tarixdə **********45 nömrəli məktubla Azərbaycan Respublikasının xxxına məlumat verərək, Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatının aparıldığını bildirmişdir.

33. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi xx.xx.2016-cı il tarixdə **********70 nömrəli məktubla Azərbaycan Respublikasının xxxına məlumat verərək, Cavabdeh2 məxsus ünvan 5 ünvanında olan fərdi yaşayış evinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatının aparıldığını bildirmişdir.

34. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi xx.xx.2016-cı il tarixdə **********24 nömrəli məktubla Azərbaycan Respublikasının xxxına məlumat verərək, "xxxx" MMC-yə məxsus ünvan 3 ünvanında olan əmlak kompleksinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatının aparıldığını bildirmişdir.

35. Azərbaycan Respublikası 1 saylı Bakı İqtisadi-İnzibati Məhkəməsinin xx.xx.2016cı il tarixli qərarı ilə "xxxx" ASC-nin məcburi ləğv edilməsi, Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixindən etibarən "xxxx" ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır.

36. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 168/2020 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası rədd edilmişdir.

37. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-1854/2021 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-168/2020 saylı, 12 iyun 2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-3824/2021 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2021-ci il tarixli, 2(103)- 1854/2021 saylı qətnaməsindən iddiaçı “LPO "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməmişdir.

39. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 107/2022 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası xxxının cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı kredit müqavilələri üzrə borcun ödənilməsi üçün tutmanın ipoteka predmetlərinə yönəldilməsinə və sair tələbinə dair iddia ərizəsi bağlı 2(001)-107/2022 saylı mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

40. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-2318/2022-ci il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası xxxının şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-107/2022 saylı 12 yanvar 2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qət edilmişdir.

41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2679/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 mart 2022-ci il tarixli, 2(103)- 2318/2022 nömrəli qərardadından iddiaçı və cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmişdir.

42. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 3(103)-18/2023 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası xxxının cavabdehlər Cavabdeh2 və "xxxx" Firması MMC-yə qarşı “kredit borcunun ödənilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır.

43. Ləğv prosesində olanda "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib edilmiş arayışın məzmunundan müəyyən olunur ki, xx.xx.2015-ci il tarixli, KBO15-1779 nömrəli kredit müqaviləsi üzrə ümumilikdə 69032,77 manat, xx.xx.2015-ci il tarixli, KBO15-1783 nömrəli kredit müqaviləsi üzrə ümumilikdə 70972,23 manat ödəniş edilmiş və həmin məbləğlər yalnız faiz borcları üzrə silinmişdir.

44. Azərbaycan Respublikasının xxxı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 6-1-11/3/13268/2023 nömrəli maliyyə arayışının məzmunundan müəyyən olunur ki, xx.xx.2015-ci il tarixli, KBO15-1779 nömrəli kredit müqaviləsinə əsasən ******* manat məbləğində kredit verilmişdir. "xxxx" ASC tərəfindən həmin kredit üzrə əsas borcu ödənilməmişdir. Faiz borcu 152152,76 manat hesablanmış və cəmi 69032,77 manat məbləğində ödəniş edilmişdir. Hal-hazırda faiz borcu üzrə qalıq 83119,99 manat təşkil edir. xx.xx.2015-ci il tarixli, KBO15-1783 nömrəli kredit müqaviləsi üzrə ******* manat məbləğində kredit verilmişdir. "xxxx" ASC tərəfindən həmin kredit üzrə əsas borcu ödənilməmişdir. Faiz borcu 144861,12 manat hesablanmış və cəmi 70972,23 manat məbləğində ödəniş edilmişdir. Hal-hazırda faiz borcu üzrə qalıq 73888,87 manat təşkil edir.

45. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/10426 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" ASC-nin xxxa ödənilmiş pul vəsaitlərinə dair xxxda olan hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli, KBO15-1779 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla "xxxx" ASC-nin xx.xx.2016-cı il tarixı xxxa olan əsas və faiz borcu 5081178,56 (5000000 manat əsas, 81178,56 manat faiz borcu) manat məbləğində və xx.xx.2023-cü il tarixə banka olan əsas borcu ******* manat məbləğində müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" ASC-nin xxxa ödənilmiş pul vəsaitlərinə dair xxxda olan hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli, KBO15-1783 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla "xxxx" ASC-nin xx.xx.2016-cı il tarixə xxxa olan əsas və fai borcu 5071944,44 (5000000 manat əsas, 71944,44 manat faiz) manat məbləğində və xx.xx.2023-cü il tarixə banka olan əsas borcu ******* manat məbləğində müəyyən olunmuşdur.

46. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli, LP-043/2025 saylı mütəxəssis rəyindən müəyyən olunur ki, Cavabdeh2 məxsus ünvan 6 ünvanında yerləşən fərdi evinin hazırkı bazar dəyəri ******* manat, likvid dəyəri ******* manat müəyyən edilmişdir.

47. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli, LP-044/2025 saylı mütəxəssis rəyindən müəyyən olunur ki, "xxxx" MMC-yə məxsus ünvan 7 ünvanında yerləşən əmlak kompleksinin hazırkı bazar dəyəri 22000000 manat, likvid dəyəri 19800000 manat müəyyən edilmişdir.

48. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli, LP-045/2025 saylı mütəxəssis rəyindən müəyyən olunur ki, Cavabdeh2 məxsus ünvan 8 ünvanında yerləşən fərdi evinin hazırkı bazar dəyəri ******* manat, likvid dəyəri ******* manat müəyyən edilmişdir. Tətbiq edilən hüquq:

49. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2-ci maddəsinə əsasən satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

50. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 34-cü maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı nəzərdə tutulur. 39.3-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.4-cü maddəsinə əsasən (xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliyə qədər olan redaksiyada) bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.

51. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun: 72.1-ci maddəsinə əsasən bankın müflis elan olunmasına dair qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatına başlanılmır. 82.1-ci maddəsinə əsasən müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülür.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmənin mövqeyi:

53. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Azərbaycan Respublikasının xxxı ilə "xxxx" ASC arasında bağlanmış kredit müqavilələri əsasında "xxxx" ASC-yə yuxarıda qeyd olunan müddətlərə və məbləğlərdə kredit verilmişdir. Kredit müqavilələrinin təminatı olaraq iddiaçı ilə cavabdehlər arasında yuxarıda qeyd olunan sonrakı ipoteka müqavilələri bağlanmışdır. Eləcə də, "xxxx" ASC ilə cavabdehlər arasında hər hansı ipoteka müqaviləsinin bağlanmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Sonrakı ipoteka müqavilələrinə əsasən cavabdehlərə məxsus yuxarıda qeyd edilən ünvanlarda yerləşən daşınmaz əmlaklar iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır. Beləliklə, iddiaçı kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, "xxxx" ASC tərəfindən götürülən kredit iddiaçıya qaytarılmamış, bununla da iddiaçının cavabdehlərə qarşı hazırkı tələb hüququ yaranmışdır.

54. Yuxarıda qeyd olunan hər iki ipoteka müqaviləsinin 1.3-cü bəndinə əsasən ipoteka qoyulan əmlaklar istinad edilən müvafiq kredit müqaviləsinə əsasən xxx tərəfindən "xxxx" ASC-yə verilmiş kreditlərin müqavilələrdə qeyd olunan tarixlərədək qaytarılacağının, habelə kredit müqavilələrinə uyğun olaraq hesablanan və ödənilməli faizlərin və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin əvəzinin ödəniləcəyinin təminatıdır.

55. İddia tələbininin bir hissəsini ləğv prosesində olan "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli, KBO15-1779 nömrəli kredit müqaviləsi üzrə 5 000 000 manat əsas, 83 119.99 manat faiz borcu olmaqla, ümumilikdə 5083119,99 manat (beş milyon səksən üç min yüz on doqquz manat doxsan doqquz qəpik), xx.xx.2015-ci il tarixli, KBO15-1783 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 73888,87 manat faiz borcu olmaqla, ümumilikdə 5073888,87 manat (beş milyon yetmiş üç min səkkiz yüz səksən səkkiz manat səksən yeddi qəpik) olmaqla, cəmi 10157008,86 manat (on milyon yüz əlli yeddi min səkkiz manat səksən altı qəpik) kredit borcunun ödənilməsi üçün tutmanın Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında 0,02044 ha torpaq sahəsində yerləşən 437,3 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə və ünvan 2 ünvanında 0.01753 ha torpaq sahəsində yerləşən 430 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə və "xxxx" MMCyə mülkiyyət hüququ ilə məxsus ünvan 9 ünvanında olan, 1.645 ha torpaq sahəsində yerləşən 4594.6 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə yönəldilməsi təşkil edir.

56. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, işin hallarını, təqdim olunmuş sübutları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən (faiz məbləğlərinə münasibətdə: ekspert rəyi ilə müəyyən olunmuş faiz məbləğləri əsas götürülmüşdür) təmin edilməli, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası xxxına xx.xx.2015-ci il tarixli, KBO15-1779 nömrəli kredit müqaviləsi üzrə ******* (beş milyon) manat əsas borc, 81175,56 manat (səksən bir min yüz yetmiş beş manat əlli altı qəpik) faiz borcu olmaqla, ümumilikdə 5081175,56 manat (beş milyon səksən bir min yüz yetmiş beş manat əlli altı qəpik), xx.xx.2015-ci il tarixli, KBO15- 1783 nömrəli kredit müqaviləsi üzrə ******* (beş milyon) manat əsas borc, 71944,44 manat (yetmiş bir min doqquz yüz qırx dörd manat qırx dörd qəpik) faiz borcu olmaqla, ümumilikdə 5071944,44 manat (beş milyon yetmiş bir min doqquz yüz qırx dörd manat qırx dörd qəpik) olmaqla, cəmi 10153120 (on milyon yüz əlli üç min yüz iyirmi) manat borcun ödənilməsi üçün tutma Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan, ünvan 1 ünvanında 0,02044 ha torpaq sahəsində yerləşən 437,3 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə və ünvan 2 ünvanında 0.01753 ha torpaq sahəsində yerləşən 430 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə mülkiyyət hüququ ilə məxsus olan, ünvan 9 ünvanında olan, 1.645 ha torpaq sahəsində yerləşən 4594.6 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə yönəldilməli, qalan hissədə isə təmin olunmamalıdır.

57. İddia tələbinin digər hissəsini ipoteka predmetlərinin ilkin satış qiyməti (likvid qiymət) göstərilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına "xxxx" ASC-nin qeyd olunan kredit müqavilələri üzrə xxx qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin ödənilməsi təşkil edir.

58. Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 6 ünvanında yerləşən fərdi evinin likvid dəyəri ******* manat, "xxxx" MMC-yə məxsus ünvan 7 ünvanında yerləşən əmlak kompleksinin likvid dəyəri 19800000 manat, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi evinin likvid dəyəri ******* manat müəyyən edilmişdir.

59. Belə olan halda məhkəmə hesab edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməi, qeyd olunan əmlaklar açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kredit müqavilələri üzrə xxx qarşısındakı borcu ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ müvafiq olaraq Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılmalıdır. Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında 0,02044 ha torpaq sahəsində yerləşən 437,3 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti ******* manat, Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında 0.01753 ha torpaq sahəsində yerləşən 430 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti ******* manat, "xxxx" MMC-yə mülkiyyət hüququ ilə məxsus olan ünvan 9 ünvanında olan, 1.645 ha torpaq sahəsində yerləşən 4594.6 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin ilkin satış qiyməti 19800000 manat məbləğində müəyyən edilməlidir.

60. İddia tələbinin satışdan əldə olunmuş pul vəsaitləri hesabına "xxxx" ASC-nin qeyd olunan kredit müqavilələri üzrə tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi hissəsində məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş tutmanın ipoteka predmetlərinə yönəldilməsi barədə bildirişlərin qeydiyyata alınması haqqında məktublar iddiaçı tərəfindən iş materiallarına əlavə edilsə də, tutmanın yönəldilməsi ilə bağlı xərclərin ödənilməsini təsdiq edən sənədlər iş materiallarına əlavə edilməmişdir.

61. İddia tələbinin digər hissəsini əmlaklar satıldıqdan sonra cavabdehlər yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması təşkil edir.

62. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.4-cü maddəsinə əsasən (xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliyə qədər olan redaksiyada) bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.

63. Qeyd edilən normanın tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, tutma yönəldikdən və satıldıqdan sonra 1 ay müddətində əmlaklar tam boşaldılmalıdır.

64. Cavabdehlər yuxarıda qeyd olunan əsaslarla iddiaya etiraz etmişlər. Məhkəmə hesab edir ki, etirazlar əsaslı sayıla bilməz. Belə ki, ilk öncə qeyd olunmalıdır ki, iddiaçı ilə "xxxx" ASC arasında bağlanılan mübahisə ilə bağlı olan kredit müqavilələrinin cavabdehlərlə "xxxx" ASC arasında bağlanmış digər kredit müqavilələrinə aidiyyatı olmamış, mübahisə ilə bağlı olan hazırkı iş üzrə müqavilələr daha sonra bağlanılmışdır.

65. Məhkəmə cavabdehlərin iddia müddətinin keçməsi ilə əlaqədar etirazlarına münasibətdə hesab edir ki, etiraz əsassızdır. Belə ki, Azərbaycan Respublikası 1 saylı Bakı İqtisadi-İnzibati Məhkəməsi xx.xx.2016-cı il tarixində "xxxx" ASC-nin məcburi ləğv edilməsi barədə qərar qəbul etmişdir. Həmin qərarın qüvvəyə minməsi ilə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən "xxxx" ASC barəsində məhkəmə icraatına başlanılması dayandırılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Qeyd edilən maddənin tələblərinə əsasən ipoteka müqaviləsi üzrə yaranan öhdəlik əsas öhdəliklə birbaşa bağlı olmaqla, onun təminatına xidmət edir və əsas öhdəliyin mövcud olduğu dövr ərzində mövcuddur. Bundan əlavə, məhkəmə qeyd etməyi lazım bilir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, 2020-ci ildən etibarən xxx tərəfindən iddia qaldırılmış, hazırkı məhkəməyə müraciət edənədək də davam etmiş, lakin prosessual məsələlərlə bağlı mahiyyəti üzrə baxılması mümkün olmamışdır (yuxarıda səbəblər qeyd olunmuşdur). Beləliklə, əsas tələb üzrə iddia müddəti keçmədiyindən əlavə tələblər (ipoteka) üzrə də iddia müddəti keçməmişdir.

66. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının xxxı dövlət rüsumunun bütün növlərinin ödənilməsindən azaddır. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

67. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 müştərək qaydada 5466,56 manat (beş min dörd yüz altmış altı manat əlli altı qəpik) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir.

68. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (yüz) manat cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

69. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 1750 (min yeddi yüz əlli) manat cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30AZRT********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ02NABZ********************, kod: 512565, SWİFT: AZRT AZ 22) köçürülməlidir.

70. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası xxxına xx.xx.2015-ci il tarixli, KBO15-1779 nömrəli kredit müqaviləsi üzrə ******* (beş milyon) manat əsas borc, 81175,56 manat (səksən bir min yüz yetmiş beş manat əlli altı qəpik) faiz borcu olmaqla, ümumilikdə 5081175,56 manat (beş milyon səksən bir min yüz yetmiş beş manat əlli altı qəpik), xx.xx.2015-ci il tarixli, KBO15-1783 nömrəli kredit müqaviləsi üzrə ******* (beş milyon) manat əsas borc, 71944,44 manat (yetmiş bir min doqquz yüz qırx dörd manat qırx dörd qəpik) faiz borcu olmaqla, ümumilikdə 5071944,44 manat (beş milyon yetmiş bir min doqquz yüz qırx dörd manat qırx dörd qəpik) olmaqla, cəmi 10153120 (on milyon yüz əlli üç min yüz iyirmi) manat borcun ödənilməsi üçün tutma Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan, ünvan 1 ünvanında 0,02044 ha torpaq sahəsində yerləşən 437,3 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə və ünvan 2 ünvanında 0.01753 ha torpaq sahəsində yerləşən 430 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə mülkiyyət hüququ ilə məxsus olan, ünvan 9 ünvanında olan, 1.645 ha torpaq sahəsində yerləşən 4594.6 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə yönəldilsin. Həmin əmlaklar açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kredit müqavilələri üzrə xxx qarşısındakı borcu ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ müvafiq olaraq Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. İpoteka predmetləri olan, Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında 0,02044 ha torpaq sahəsində yerləşən 437,3 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti ******* manat, Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında 0.01753 ha torpaq sahəsində yerləşən 430 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti ******* manat, "xxxx" MMC-yə mülkiyyət hüququ ilə məxsus olan ünvan 9 ünvanında olan, 1.645 ha torpaq sahəsində yerləşən 4594.6 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin ilkin satış qiyməti 19800000 manat müəyyən edilsin. Tutma yönəldikdən və satıldıqdan sonra 1 ay müddətində əmlaklar tam boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 müştərək qaydada 5466,56 manat (beş min dörd yüz altmış altı manat əlli altı qəpik) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (yüz) manat cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 1750 (min yeddi yüz əlli) manat cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30AZRT********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ02NABZ********************, kod: 512565, SWİFT: AZRT AZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar