Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2831/2025 05.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi X1, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 19 oktyabr 2024-cü il tarixdə Rusiya Federasiyası Donetski şəhərində vəfat etmiş əri X3 ölüm faktının müəyyən edilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin: - 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. - 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. - 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. - 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. - 153.6-cı maddəsinə əsasən isə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, 18 yanvar 2025-ci il tarixdə X3 19 oktyabr 2024-cü il tarixdə, Donetsk Xalq Respublikası, Krasnoqorvka şəhərində ölməsi barədə İİİ-ДН seriyalı, 750757 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi məhkəmədə mülki icraat qaydasında baxılmalı olmadığından icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin icraata qəbulundan imtina edilsin. Ərizəçi tərəfindən ödənilmiş xx.xx.2025-ci il tarixli, ********** nömrəli 100 (bir yüz) manat dövlət rüsumu ona qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Lətifə Məmmədova AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, A.Kunanbayev küçəsi 4E. AZ 1116 № 2(001)-2831/2025 10 mart 2025-ci il Ərizəçi: Ərizəçiyə Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi, ev 7, mənzil 196 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2831/2025 saylı, 05 mart 2025-ci il tarixli qərardadının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qərardadın surəti Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi: Lətifə Məmmədova İş № 2(001)-2831/2025 MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏTLƏR BARƏDƏ PROTOKOL Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi X1, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsini nəzərdən keçirərək 05 mart 2025-ci il tarixdə ərizənin icraata qəbulundan imtina edilməsi barədə qərardad qəbul etdim. Hakim: Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(001)-2831/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2831/2025
05.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver