Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2838/2022 06.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, X1 21 iyun 2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək atası X1 21 iyun 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, atası X3 21 iyun 2021-ci il tarixdə yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən evdə qəfil vəfat etmişdir. X10 dərhal çağırılmış, lakin, həkimlər gələndə artıq atası vəfat etmişdir. Bu barədə onlara xəbərdarlıq vərəqəsi verilmişdir. Mərhum atası elə həmin gün Maştağa qəbirstanlığında dəfn olunmuşdur. O, ölüm haqqında şəhadətnamənin alınması üçün müvafiq qeydiyyat şöbəsinə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda Ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs səlahiyyətli nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, ərizəçinin qohumudur. X9 içki düşgünü idi. Vəfatı da böyük ehtimal bu səbəbdən baş vermiş, 21 iyun 2021-ci il tarixdə öz yaşadığı evdə qəfil vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 digər şahidin ifadəsinə uyğun ifadə verdi. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Ərizəçi X1 qızıdır. - ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 21 iyun 2021-ci il tarixdə, saat 14:22-də ünvan 2 ünvanında 1969-cu il təvəllüdlü X1 meyiti aşkar edilmişdir. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 21 yanvar 2022-ci il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyiniz üçün xahişinizin təmin edilməsi imkan xaricindədir. - Bakı Baş Səhiyyə Mərkəzi 16 saylı Şəhər Poliklinikası tərəfindən verilmiş 21 yanvar 2022-ci il tarixli məktubda göstərilmişdir ki, Yasamal rayonu, A.Qarayev 36a ünvanın qeydiyyatda olmuş, Zərdabi 14-də yaşamış, 21 iyun 2021-ci il tarixdə Biləcəri qəsəbəsi, A.Şəmşir 5a ünvanında vəfat edən X2 ölüm haqqında tibbi şəhadətnamənin verilməməsiin səbəbləri – poliklinikaya heç bir müraciətin olmaması, ölümün səbəbinin aydın olmaması, 21 iyun 2021-ci il tarixdə Biləcəri qəsəbəsində vəfat etməsi olmuşdur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X3 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi atası X1 21 iyun 2021-ci il tarixdə Bakı şəhərində spirtli içkilərin təsirindən qəfil vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 19 dekabr 1969-cu il tarixdə doğulmuş X1 21 iyun 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-2838/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2838/2022
06.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver