Məhkəmə qərarları › İş №2(001)-2854/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2854/2025

05.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2854/2025 05.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) “şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən olunması” barədə ərizəsinə dair mülki işə məhkəmənin açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1998-ci il təvəllüdlü mərhum oğlu X2 xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1998-ci il təvəllüdlü mərhum oğlu X5 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Həmin vaxt çağırılmış Təcili və X9 Stansiyasiyası tərəfindən, ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Xəbərdarlıqda bunlar qeyd edilir: xx.xx.2025-ci il tarixdə saat 10:11 radələrində 26 yaşlı X3 məxsus kişi cinsli meyid Xətai rayonu, Kazımağa Kərimov küçəsi, bina 206, mənzil 54-də aşkarlanmışdır. Ərazi üzrə poliklinikaya tibbi şəhadətnamənin alınması üçün müraciət etsə də, olüm haqqında tibbi şəhadətnamənin almaq mümkün olmamışdır. Ölüm səbəbi məlum olmadığı üçün ölüm haqqında şəhadətnamə verə bilmirlər kimi cavab verilmişdir. Oğlu - X2 ölməsini təsdiq edən sənəd hər bir halda hansısa orqan tərəfindən tələb olunacaqdır. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Eyni zamanda qardaşının ölümünün qeydə alınması məqsədi ilə ərazi üzrə qeydiyyat şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin ona qeydiyyat şöbəsindən ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir kimi cavab verilmişdir. Ona görə də ölüm haqqında şəhadətnaməsinin başqa qaydada alınması qeyri- mümkün olduğundan məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdir. İş üzrə maraqlı şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X6 ifadəsində göstərdi ki, o, ərizəçinin bacısıdır. Bacısı oğlu X2 böyrəkləri ağrıyırdı, xx.xx.2025-ci il tarixdə evdə rəhmətə gedmişdir. Şağan qəsəbəsində dəfn olunmuşdur. Məhkəmədə şahid X10 ifadəsində göstərdi ki, o, ərizəçinin qonşusudur. xx.xx.2025ci il tarixdə səs-küy eşitmiş və öyrənmişdir ki, X5 vəfat etmişdir. X1 qəsəbəsində dəfn olunmuşdur və o, yas mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: AA1654525 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1998-ci il tarixdə doğulmuşdur. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış, oğlu X2 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığından, ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 9 nömrəli şəhər poliklinikasının Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixindən 9 saylı şəhər poliklinikasında tibbi qeydiyyatdadır və bu müddət ərzində poliklinikaya heç bir xəstəliklə müraciəti olmayıb. Buna görə də ölüm haqqında tibbi şəhadətnamənin verilməsinə əsas vermir. Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Respublika Təcili və X8 Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixində saat 10:11-də “Respublika Təcili və X8 Mərkəzi” PHŞ-nin Mərkəzi Cağrı Xidmətinə (103) ünvan 2 ünvanından Əliskəndər Qurbanov (26 yaş) adına “ölüm” səbəbi ilə çağırış daxil olmuşdur. Cağırışı Xətai TTTYS bölməsinin həkimi icra edərək, ünvanda X4 (26 yaş) məxsus meyit ilə rastlaşmış “Həkimə qədər ölüm. kişi cinsli meyit” diaqnozu qoymuşdur. Məhkəmə araşdırması zamanı ərizəçinin, şahidlərin izahatı və işin materialları ilə həqiqətən xx.xx.1998-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktı sübut olunur. Lakin Bakı şəhəri Maraqlı şəxs məktubla ölüm haqqında qeydiyyat aparmaqdan imtina etdiyindən ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Şərh edilənləri məhkəmə hesab edir ki, xx.xx.1998-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1998-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar