Məhkəmə qərarları › İş №2(001)-2880/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2880/2022

01.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2880/2022 01.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Ərizəçi nənəsi 1929-cu il təvəllüdlü X6 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi nənəsi 1929-cu il təvəllüdlü X6 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, nənəsi X13 atasına məxsus ünvan 1 ünvanında yerləşən evdə onlarla birlikdə yaşamışdır. 1929-cu il təvəllüdlü X13 xx.xx.1991-ci il tarixdə ev şəraitində vəfat etmişdir. Mərhum X2 qəbrirstanlığında dəfn edilmişdir. Lakin, xəstəxanada qeydiyyatda olmadığından xəstəxana ona nənəsinin ölümü ilə bağlı tibbi şəhadətnamə verməmişdir. Həmin vaxt ehtiyac olmadığından onun atası öz anasının ölüm haqqında şəhadətnaməni almamışdır. Sonradan xx.xx.2017-ci il tarixdə atası da dünyasını dəyişmişdir. Hazırda o, qeydiyyatda olub yaşadığı nənəsinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir. O, ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ona nənəsinin ölümü haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması bildirilərək məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Ona görə də, nənəsi 1929-cu il təvəllüdlü X6 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizəçinin izahatını tədiq edərək 1929-cu il təvəllüdlü X6 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Bakı şəhəri Kirov rayonu icraiyyə komitəsinin daxili işlər şöbəsi tərəfindən verilmiş xx.xx.1978-ci il tarixli SSRİ vətəndaşının pasportunun surətindən müəyyən olunur ki, X13 1929-cu ildə İsmayıllı rayonunda doğulmuşdur. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.1963-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası X14, anası X7r. Binəqədi rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ İ № 877983 saylı xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 xx.xx.2017-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 361 nömrəsi ilə ölüm akt qeydi tərtib edilmişdir. Bakı şəhəri Binəqədi rayonu X5 xx.xx.2022-ci il tarixli 406 saylı arayışından müəyyən olunur ki, X13 1991-ci ildə Binəqədi rayonu Binəqədi qəsəbəsinin kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X12 ifadəsində göstərmişdir ki, qaynanası X13 onun ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşamış, o, daim qaynanasının qayğısına qalmışdır. 1929cu il təvəllüdlü X13 xx.xx.1991-ci il tarixdə, onun həyat yoldaşı olan X14 isə xx.xx.2017-ci il tarixdə vəfat etmişlər. X13 yaşadığı evdə dünyasını dəyişdiyindən onun ölümü barədə tibbi arayışın alınması mümkün olmamışdır. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, qohumu X13 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində yaşadığı evdə ölmüş, Binəqədi qəsəbəsinin kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, qohumu X13 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində yaşadığı evdə ölmüş, Binəqədi qəsəbəsinin kənd qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 05/9-431/13 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəsinin təmin olunmaması X10 bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla 1929-cu il təvəllüdlü X6 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan, ərizəçinin bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. 1929-cu il təvəllüdlü X6 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar