Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2892/2021 08.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə Ərizəçi əri 18.04.1956-cı il təvəllüdlü X1 17.02.2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi əri 18.04.1956-cı il təvəllüdlü X1 17.02.2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, onun əri X2 17.02.2021-ci il tarixdə vəfat etmiş, yaxınları tərəfindən Mərdəkan qəsəbəsində yerləşən məzarlıqda dəfn olunmuşdur. Y.M.Mustafayevə yaşadıqları ünvanda yas mərasimləri keçirilmiş və bütün qohum, qonşular yas mərasimində iştirak etmişlər. Y.M.Mustafayevin ölməsi barədə tibbi arayış olmadığından sonuncunun ölməsi barədə ölüm haqqında şəhadətnamə almaq mümkün olmamışdır. O, Y.M.Mustafayevin ölməsi ilə bağlı ölüm şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, Maraqlı şəxsndən ona 23.02.2021-ci il tarixli cavab məktubu verilmiş və Y.M.Mustafayevin adına tərtib olunmuş ölüm haqqında tibbi şəhadətnamə olmadığından ərizənin hal-hazırda təmin edilə bilmədiyi, Y.M.Mustafayevin ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Y.M.Mustafayevin dəfnində, yas mərasimində iştirak etmiş, H.G.Həsənov, Ş.B.Hacıyev və R.M.Əliyev akt tərtib edərək Y.M.Mustafayevin 17.02.2021-ci ildə ölməsini təsdiq etmişlər. Onun əri Y.M.Mustafayevin ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə məqsədi mərhumun ölməsi barədə ölüm haqqında şəhadətnamə ala bilməməsidir, bu da Y.M.Mustafayev barəsində məlumatları qeyd edərkən onlara müəyyən çətinliklər yaradır və mərhumun ölməsi barədə sənəd təqdim edə bilmirlər. Ona görə də əri 18.04.1956-cı il təvəllüdlü X1 17.02.2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs 19.03.2021-ci il tarixli məktubu ilə məhkəməyə müraciət edərək iddiaya etiraz edilmədiyini, işin həllinin məhkəmənin mülahizəsinə buraxıldığını bildirmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Bakı şəhəri 26 Bakı komissarı adına rayonun VVAQ şöbəsi tərəfindən verilmiş 29.02.1984-cü il tarixli İİİ-ЖГ № 355875 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, 18.04.1956-cı il təvəllüdlü X2 ilə X5 29.02.1984-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 79 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Mustafayeva soyadı verilmişdir. Bakı şəhər Baş Səhiyyə İdarəsi 10 saylı şəhər poliklinikasının 19.02.2021-ci il tarixli 91 saylı arayışından müəyyən olunur ki, 18.04.1956-cı il təvəllüdlü X2 20.10.2020-ci il tarixdən 10 nömrəli poliklinikada ambulator müayinədə olmuşdur. Poliklinikaya hər hansı bir xəstəliklə müraciəti olmamışdır. Mərhumun ölüm səbəbi məlum olmadığı və poliklinikaya müraciət olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsi 10 nömrəli şəhər poliklinikası tərəfindən imtina edilmişdir. X9 19.02.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, 18.04.1956-cı il təvəllüdlü X2 16.02.2021-ci il tarixdə saat 13:46-da Premimum Sığortanın göndərişi ilə X13 MMC-yə həkim qastroenteroloq Lalə Vəliyevanın müayinəsinə gəlmiş, həkim xəstənin şikayətlərini dinləyib, ilk öncə həkim-kardioloqun müayinəsindən keçməyi tövsiyə etmişdir. Ancaq xəstə həmin gün növbədə olan həkim-kardioloqun konsultasiyasından imtina edib sabah növbədə olan həkim kardioloqun qəbuluna yazılmış, 17.02.2021-ci il tarixdə saat 08:41-də həkim qəbuluna çatmamış dəhlizdə vəfat etmişdir. Hadisə barədə ərazi üzrə 34 saylı PByə məlumat verilmişdir. N.G.Nəsənov, Ş.B.Hacıyev və R.M.Əliyev tərəfindən tərtib olunmuş aktdan müəyyən olunur ki, onların yaxınları olan X2 17.02.2021-ci ildə Bakı şəhərində vəfat etmiş və Mərdəkan qəsəbəsindəki məzarlıqda dəfn edilmişdir. E.Ş.Ağayevin arayışından müəyyən olunur ki, X2 17.02.2021-ci il tarixində Mərdəkan qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, atası18.04.1956-cı il təvəllüdlü X2 17.02.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Mərdəkan qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, uzaq qohumu 18.04.1956-cı il təvəllüdlü X2 17.02.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Mərdəkan qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, qaynatası 18.04.1956-cı il təvəllüdlü X2 17.02.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Mərdəkan qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bakı şəhəri Maraqlı şəxs 23.02.2021-ci il tarixli 05/q-400/13 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktının tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməsi, əri X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınmasının mümkün olmadığı Ərizəçi bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla 18.04.1956-cı il təvəllüdlü X1 17.02.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. 18.04.1956-cı il təvəllüdlü X1 17.02.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2892/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2892/2021
08.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver