Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2902/2025 19.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında Bakı 16 saylı Mediasiya Təşkilatı vasitəsilə bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/16/2024-00213 nömrəli barışıq sazişinin 1. 2-ci tərəf Maraqlı şəxs tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 1-ci tərəfin Ərizəçi yanında qalmasına etiraz etmir, 2. tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4 ilə atası Maraqlı şəxs arasında görüş günü şənbə günü saat 12:00-dan başlayaraq bazar günü saat 12:00-a qədər təyin olunur. Görüş imkanının yaradılması, uşağın maraqlarına və hüquqlarına toxunmamaq şərti ilə ağlabatan məkanda baş tutması üçün hər iki valideynin səy göstərəcəyini tərəflər öz üzərinə götürür, 3. tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2015ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf Ərizəçi, hər ay 235 manat aliment ödəməyi öhdəsinə götürür, 4. Aliment ödənilməsi 2024-cü ilin mart ayından başlayaraq hər ayın 1-dən 10-na kimi 1-ci tərəfin Ərizəçi kart hesabına ödəniləcək barışıq sazişinin maddələrinin təsdiq olunması və 100 manat ödədiyi dövlət rüsumunun Maraqlı şəxsdan alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 13 yanvar 2004-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, “Leyla” Nikah Evi 37 nömrəli nikah akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Nikahın pozulmasına dair məsələ ilə bağlı ilk olaraq Mediasiya Təşkilatına müraciət etmiş, Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatında olarkən qarşı tərəflə hər ikisinin razılığı ilə 1. 2-ci tərəf Maraqlı şəxs tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 1-ci tərəfin Ərizəçi yanında qalmasına etiraz etmir,
2. tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4 ilə atası Maraqlı şəxs arasında görüş günü şənbə günü saat 12:00-dan başlayaraq bazar günü saat 12:00-a qədər təyin olunur. Görüş imkanının yaradılması, uşağın maraqlarına və hüquqlarına toxunmamaq şərti ilə ağlabatan məkanda baş tutması üçün hər iki valideynin səy göstərəcəyini tərəflər öz üzərinə götürür, 3. tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2015ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf Ərizəçi, hər ay 235 manat aliment ödəməyi öhdəsinə götürür, 4. Aliment ödənilməsi 2024-cü ilin mart ayından başlayaraq hər ayın 1-dən 10-na kimi 1-ci tərəfin Ərizəçi kart hesabına ödəniləcək bəndləri ilə barışıq sazişi bağlamışlar. Göründüyü kimi aralarında olan mübahisənin barışıq sazişi imzalanmaqla həll edərək, bütün məsələlər üzrə qarşı tərəflə razılığa gəlmişlər. Lakin hazırda aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizə təqdim edərək bildirdi ki, barışıq sazişində alimentlə yanaşı uşaqla görüş məsələsi də həll edilmişdir, lakin ərizəçi uşağı ona göstərmir. Ona görə o da alimenti icra etmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İİİ seriyalı 563137 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X2 atası Maraqlı şəxs, anası Ərizəçidır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-185/2025 saylı qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs Babaxan oğlu arasında 13 yanvar 2004-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu “Leyla” nikah evində bağlanmış və akt qeydləri kitabında 37 nömrəli ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. X1 vasitəsi ilə Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 06 fevral 2024-cü il tarixli MŞB/16/2024-00213 nömrəli barışıq sazişindən görünür ki, tərəflər (Ərizəçi və Maraqlı şəxs Babaxan oğlu) xx.xx.2004-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonu, “Leyla” nikah evi 37 №-li nikah akt qeydinin pozulması barədə razılığa gəlirlər. 2-ci tərəf Maraqlı şəxs tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 1-ci tərəfin Ərizəçi yanında qalmasına etiraz etmir. Tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4 ilə atası Maraqlı şəxs arasında görüş günü şənbə günü saat 12:00-dan başlayaraq bazar günü saat 12:00-a qədər təyin olunur. Görüş imkanının yaradılması, uşağın maraqlarına və hüquqlarına toxunmamaq şərti ilə ağlabatan məkanda baş tutması üçün hər iki valideynin səy göstərəcəyini tərəflər öz üzərinə götürür. Tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf Ərizəçi, hər ay 235 manat aliment ödəməyi öhdəsinə götürür. Aliment ödənilməsi 2024-cü ilin mart ayından başlayaraq hər ayın 1-dən 10-na kimi 1-ci tərəfin Ərizəçi kart hesabına ödənilməsini Maraqlı şəxs öz öhdəsinə götürür. 12 fevral 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin məhkəməyə verilməsi üçün ərizəçi tərəfindən cəmi 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir; 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir; 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişini təhlil edərək və Mülki Prosessual Məcəllənin 355-26.1-ci göstərilən barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün əsasların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, maraqlı şəxs barışıq sazişi üzrə öhdəliyini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, ərizə təmin edildiyindən hazırki ərizənin verilməsi üçün məhkəməyə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən alınaraq ərizəçiyə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi: Ərizə təmin edilsin. 06 fevral 2024-cü il tarixdə X1 vasitəsi ilə Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinin aşağıda göstərilən hissələri məcburi icrası üçün təsdiq edilsin: -2-ci tərəf Maraqlı şəxs tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 1-ci tərəfin Ərizəçi yanında qalmasına etiraz etmir, -Tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4 ilə atası Maraqlı şəxs arasında görüş günü şənbə günü saat 12:00-dan başlayaraq bazar günü saat 12:00a qədər təyin olunur. Görüş imkanının yaradılması, uşağın maraqlarına və hüquqlarına toxunmamaq şərti ilə ağlabatan məkanda baş tutması üçün hər iki valideynin səy göstərəcəyini tərəflər öz üzərinə götürür, -Tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf Ərizəçi, hər ay 235 manat aliment ödəməyi öhdəsinə götürür, -Aliment ödənilməsi 2024-cü ilin mart ayından başlayaraq hər ayın 1-dən 10-na kimi 1-ci tərəfin Ərizəçi kart hesabına ödəniləcək. Qətnamə barışıq sazişinin alimentin tutulması hissəsində dərhal icra edilsin. İş üzrə ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Fərid Hətəmzadə