Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2904/2025 15.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədov Əli İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1977-ci il təvəllüdlü X2 18 yanvar 2025-ci il tarixində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin qardaşı xx.xx.1977-ci il təvəllüdlü X1 18 yanvar 2025-ci il tarixdə vəziyyəti pisləşmiş bununla bağlı X15 Stansiyasına məlumat vermişlər. Lakin X15 Stansiyasından gələn olmamışdır. Bundan sonra onlar məcbur olub mərhum qardaşını Ə.D.Məlikov adına Binəqədi Tibb X5 xəstəxanaya aparmışlar, lakin xəstəxanaya çatan zaman qardaşı 18 yanvar 2025-ci il tarixdə vəfat etmişdir. O, ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etsə də, Qeydiyyat Şöbəsindən ona xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-419/2025 saylı imtina məktubu verərək bildirmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bildiririk ki, siz ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyiniz üçün ölümün qeydə alınması imkanımız xaricindədir. Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyinizi tövsiyə edir. Bundan əlavə "ölüm haqqında tibbi şəhadətnamə"nin alınması üçün mərhum qardaşının faktiki yaşadığı ərazi üzrə poliknikaya ərizə ilə müracət etsə də, "Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi" X17 "Abşeron Rayon Mərkəzi Xəstəxanası" X17 xx.xx.2025-ci il tarixli, 18-1-20/2-Ş-370-42-293/2025 saylı imtina məktubu verərək bildirilmişdir ki, "Sizin xx.xx.2025-ci il tarixli, qardaşınız X1 adına "ölüm haqqında tibbi şəhadətnamə" verilməsi ilə bağlı müraciətinizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli "İnsanın ölüm anının müəyyən edilməsi reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası"nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən "ölüm haqqında tibbi şəhadətnamə" ölümün baş vermə səbəbi məlum olan hallarda "xəbərdarlıq vərəqəsi" və (və ya) tibbi sənədlər (ambulator tibb kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. H.Şıxəliyevin ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına "ölüm haqqında tibbi şəhadətnamə" tərəfimizdən verilmir. Əlavə olaraq bildirir ki, dəfn üçün birdəfəlik müavinətin alınması üçün ölüm haqqında şəhadətnamə lazım olduğundan həmin müavinəti ala bilmir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin dəlillərinə uyğun izahat vermiş və təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qardaşı üçün evə təcili yardım çağırsa da, gec olduğundan onu özləri xəstəxanaya aparmış, qardaşı xəstəxanaya çatanaqədər ölmüşdür. Tibbi şəhadətnamənin alınması üçün mərhumun qeydiyyatda olduğu ərazi üzrə Abşeron rayon Mərkəzi xəstəxanasına müraciət etmiş, lakin şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bundan başqa qardaşının vəziyyəti ağırlaşdığı gün aparıldığı Binəqədi rayonunda yerləşən xəstəxanaya müraciət etsə də, həkiməqədər ölüm halı olduğundan ora da, şəhadətnamə verməkdən imtina etmişdir. Hadisə vaxtı dostları olmuşdur. Ölüm haqqında sənəd yarana biləcək sənədləşmələr üçün lazımdır. Mərhumun nikahı pozulmuş və uşağı olmamışdır. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirmişdir ki, mərhumu 1997-ci ildən tanıyır, uşaqlıq dostudur. xx.xx.2025-ci il tarixində axşam saatlarında dostu zəng etdi ki, bəs bir xanım yığıb ki, Həsənəlinin halı pisdir. Xəstəxanaya gələndə özündə deyildir. Ürəyində bir balaca problem var idi. Maştağada anasının yanında dəfn edilib. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA seriyalı, ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1977-ci il tarixində doğulmuşdur. V-ЖГ seriyalı, 344691 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 17 iyul 1977-ci il tarixində Bakı şəhərində doğulmuş, atası Müzəffər Həsən-Əli oğlu, anası X3r. Azərbaycan Respublikası Bakı şəhəri, Sabunçu rayonu Maştağa Bələdiyyəsi tərəfindən verilən xx.xx.2025-cü il tarixli, 116 nömrəli arayışda qeyd edilmişdir ki, həqiqətən X4 xx.xx.2025-ci il tarixində Maştağa qəsəbəsi, “Seyidlər” qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2025-ci il tarixli məktubun mətnində göstərilir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında şəhadətnamə təqdim edilmədiyindən, ölümün qeydə alınması mümkün deyildir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Abşeron rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda göstərilir: Sizin xx.xx.2025-ci il tarixli, qardaşınız X1 adına "ölüm haqqında tibbi şəhadətnamə" verilməsi ilə bağlı müraciətinizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli "İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası"nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən "ölüm haqqında tibbi şəhadətnamə" ölümün baş vermə səbəbi məlum olan hallarda "xəbərdarlıq vərəqəsi" və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. H.Şıxəliyevin ölümünün baş vermə səbəbi məlum olmadığından onun adına "ölüm haqqında tibbi şəhadətnamə" tərəfimizdən verilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Həkimə qədər ölüm halını təsdiq edən 17 № aktdan görünür ki, X4 xx.xx.2025-ci il tarixində ölmüşdür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2025-ci il tarixində Binəqədi RPİ-nin 4-cü PŞ-nə Ə.D.Məlikov adına X13 X12 tibb bacısı müraciət edərək, bildirmişdir ki, ünvan 3 ünvanında yaşayan vətəndaş X4 xəstəxanaya gətirilmiş, lakin tibbi müayinə zamanı vəfat etməsi müəyyən olunmuşdur. İddia tələbindən görünür ki, iddiaçının tələbinin hüquqi əsasını şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi təşkil edir. Belə ki, ərizəçi mərhum qardaşının ölümü ilə bağlı tibbi şəhadətnamənin əldə edilməsinin mümkünsüzlüyünə görə ölüm haqqında şəhadətnamə ala bilmir. Hansı ki, həmin şəhadətnamə ona qardaşının ölümündən sonra yarana biləcək sənədləşmə işləri üçün lazımdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və işin halları ilə müəyyən edilir ki, ölüm faktı müəyyən edilməsi xahiş edilən X4 Ərizəçi qardaşıdır. X1 xx.xx.2025-ci il tarixində ölməsi həm həkimə qədər ölüm halını təsdiq edən akt, həm Maştağa bələdiyyəsi tərəfindən verilən arayış, həm də şahid ifadəsi ilə müəyyən edilir. Belə ki, mərhumun ölümünün hansı şəraitdə baş verməsi ilə bağlı isə şahid ətraflı məlumat vermiş və məhkəmə həmin ifadəni mötəbər sübut kimi qəbul etmişdir. Odur ki, xx.xx.1977-ci il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından və ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətli olduğundan ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi qardaşı xx.xx.1977-ci il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizəsi təmin edilsin. xx.xx.1977-ci il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2904/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2904/2025
15.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver