Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2913/2024 22.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1941-ci il təvəllüdlü X1nın 05 dekabr 2022-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 05 dekabr 2022-ci ildə yaşadığı mənzildə anası 1941-ci il təvəllüdlü X6 dünyasını dəyişmişdi. Ölüm faktını TTY stansiyasının həkimi təsdiq etmiş və ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdi. Ölüm haqqında şəhadətnamə almaq üçün Binəqədi rayonu 9 saylı poliklinikaya müraciət etmiş və oradan bildirdilər ki, anası poliklinikada qeydiyyatda olmadığı üçün ööölüm haqqında şəhadətnamə verilə bilməz(anası onun yaşadığı ünvanda pasport qeydiyyatda olub və həmin ünvanda yaşayıb). Növbəti dəfə Maraqlı şəxsnə müraciət etmiş və oradan aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ölüm haqqında şəhadətnamə vərəsəlik və digər hüquqi vəziyyətlər üçün tələb olunur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin Maraqlı şəxs məhkəməyə ərizə göndərərək ərizənin təmin edilməsinə etiraz etmədiklərini, işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd etmişlər. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 ifadəsində bildirmişdir ki, Ərizəçi qardaşı, X6 isə onun anasıdır. X1 insult keçirmiş və 05 dekabr 2022-ci il tarixdə yaşadığı evdə ölmüşdür. Mərhumu Sumqayıt şəhər qəbirstanlığında dəfn etmişlər. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qardaşı, X6 isə onun anasıdır. X1 insult keçirmiş və 05 dekabr 2022-ci il tarixdə yaşadığı evdə ölmüşdür. Mərhumu Sumqayıt şəhər qəbirstanlığında atalarının yanında dəfn etmişlər. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 ifadəsində bildirmişdir ki, ərizəçinin həyat yoldaşıdır. Mərhum qaynX1 onlarla birlikdə yaşamış və 05 dekabr 2022-ci il tarixdə yaşadıqları evdə ölmüşdür. Mərhumu Sumqayıt şəhər qəbirstanlığında dəfn etmişlər. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı 01832002 №-li Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X6 1941-ci ildə Dəvəçi rayonunda anadan olmuşdur. Bakı şəhəri Təcili və X5 Stansiyasının 05 dekabr 2022-ci il tarixli Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, həmin günü saat 07:30-da ünvan 2 ünvanına X2 adına çağırış olmuş və çağırış yerinə gələndə, çağırış ünvanında qadın cinsli meyit (həkiməqədər ölüm) aşkar olunmuşdur. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Vətəndaşlara Xidmət İdarəsinin xx.xx.2024-cü il tarixli 07 №-li Arayışdan görünür ki, X6 05 dekabr 2022-ci il tarixdə vəfat etmiş və Sumqayıt Şəhər Qəbristanlığında dəfn olunmuşdur. 1 ədəd qəbirdaşı fotosundan görünür ki, X6 xx.xx.1941-ci ildə anadan olmuş və xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyi” X13 “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” X13 9 №-li Poliklinikanın 09 dekabr 2022-ci il tarixli 542 №-li məktubundan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan 1941-ci il təvəllüdlü X6 05 dekabr 2022-ci il tarixdə həmin ünvanda rəhmətə getmişdir. Mərhum S.Hüseynovanın poliklinikaya müraciəti olmadığı üçün poliklinika tərəfindən ailə üzvlərinə onun ölüm haqqında şəhadətnamə verilməyib. Maraqlı şəxsndən verilmiş 11 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməsi olmadığı üçün X2 ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. 20 fevral 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, 1941-ci il təvəllüdlü X2 05 dekabr 2022-ci il tarixdə, Bakı şəhərində vəfat etməsi faktı təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 1941-ci il təvəllüdlü X2 05 dekabr 2022-ci il tarixdə Bakı şəhərində ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə 1941-ci il təvəllüdlü X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2913/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2913/2024
22.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver