Məhkəmə qərarları › İş №2(001)-2933/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2933/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2933/2020 14.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 Cavabdeh iştirakı ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı icarə haqqı üzrə borcun ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 160 ünvanında yerləşən 28.4 kv.m qeyri-yaşayış sahəsinin alğı-satqısına dair xx.xx.2018-ci il tarixli, 6963 nömrəli müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə olunması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 5800 manat məbləğində vəsaitin satıcıya vurulmuş zəzərin əvəzi kimi qəbul edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respubliksaının xx xxx 2000-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 160 ünvanında yerləşən 28,4 kv.metr qeyri-yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanılmış xx xxxx 2018-ci il tarili,6963 nömrəli alğı-satqı müqaviləsinə əsasən 10000 manata X1. Cavabdeh ona satılmış qeyri-yaşayış sahəsinin müqavilə üzrə müəyyən edilmiş satış qiymətindən 5800 manatını ödəmiş, 4200 manatını isə ödəməmişdir. Halbuki, alğı-satqı müqaviləsinin 2.2.2ci bəndinə əsasən alıcı müqavilə imzalandığı andan 30 gün müddətində əmlakın tam dəyərini, yəni 10000 manatı satıcının Azərbaycan Respublikasının Mərkəzi Bankındakı tranzit hesabına köçürməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini icra etməməklə əmlakın mülkiyyətçisinə maddi ziyan da vurmuşdur ki, buna görə də, cavabdehin müqavilə üzrə ödədiyi 5800 manat məbləğində pul vəsaiti vurulmuş zərərin əvəzi kimi nəzərə alınmlı və alıcıya qaytarılmamalıdır. Sonda H.Ə.Nuriyev məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, o, iddiaçıya borcunun olmasını qəbul edir. xx xxxx 2020-ci il tarixdə borcundan daha 1300 manat ödəniş etmişdir. Belə olan halda onun iddiaçıya 2900 manat borcu qalır ki, bu borca görə əmlakın ondan geri alınması əsaslı ola bilməz. Sonda Cavabdeh məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan: xx xxxx 2018-ci il tarixli, 6963 nömrəli “icarəyə verilmiş əmlakın alğı-satqı müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 160 ünvanında yerləşən 28,4 kv.metr ölçülü qeyri-yaşayış sahəsini 10000 manata Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsindən almış, müqavilə imzalandığı andan 30 gün ərzində əmlakın dəyərini tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. xx xxxx 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, həmin tarixdə Cavabdeh tərəfindən 1300 manat ödəniş edilmişdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 5-ci bəndinə əsasən, icarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı qarşısında götürdükləri öhdəliklərə tam əməl etmədiyinə görə iddianın qismən təmin olunması üçün hüquqi əsaslar mövcuddur. Buna görə də, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 160 ünvanında yerləşən 28.4 kv.m qeyri-yaşayış sahəsinin alğı-satqısına dair xx.xx.2018-ci il tarixli, 6963 nömrəli müqavilə ləğv edilməli, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır. Məhkəmə iddia tələbinin X4 tərəfindən ödənilmiş vəsaitin iddiaçının xeyrinə cərimə kimi hesablanmasına münasibətdə isə qeyd edir ki, iddiaçı iddianın bu hissəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 424.5 və 443.1-ci maddələri ilə əsaslandırmış, həmin maddələrin dispozisiyasında dəymiş zərərin əvəzinin ödənilməsi göstərilsə də, həmin zərərin miqdarının məhz 5800 manat olmasını təsdiq edən hər-hansı sübut məkhəməyə təqdim edilmədiyindən iddia həmin hissədə təmin oluna bilməz. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14 – cü maddəsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi məhkəmə qərarlarından verilən şikayətlər və mhəkəməyə verilən iddia ərizələri üçün ödənilən dövlət rüsumundan azad olunur. Həmin Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan az olduqda 20 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia tələbi 500 manatdan az olduğuna və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 160 ünvanında yerləşən 28.4 kv.m qeyri-yaşayış sahəsinin alğı-satqısına dair xx.xx.2018-ci il tarixli, 6963 nömrəli müqavilə ləğv edilsin və həmin qeyri-yaşayış sahəsi boşaldılaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti təhvil verilməsi vəzifəsi Cavabdeh həvalə olunsun. İddia digər hissədə rədd edilsin. Dövlət rüsumu kimi 10 manat məbləğində pul vəsaiti Cavabdeh dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar