Məhkəmə qərarları › İş №2(001)-2946/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2946/2025

02.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2946/2025 02.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1925-ci il təvəllüdlü mərhum X1 xx.xx.2008-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1925-ci il təvəllüdlü mərhum babası X7 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Lakin bugünə kimi babasına ölüm haqqında şəhadətnamə alınmamışdır. Anasının rəhmətə getməsi ilə əlaqədar vərəsəlik işinin açılması üçün ərazi üzrə notariat kontoruna müraciət edərkən ona bildirilmişdir ki, babasının ölüm haqqında şəhadətnaməsi gətirilməlidir. Lakin sorğular verilməsinə baxmayaraq müəyyən olundu ki, babasına ölüm haqqında şəhadətnamə alınmamışdır. Ərazi üzrə “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsə şəhadətnamənin alınması üçün müraciət etsə də, ölüm haqqında tibbi şəhadətnaməni almaq mümkün olmamışdır. Belə ki, ona, “ölüm səbəbi məlum olmadığı üçün ölüm haqqında şəhadətnamə verə bilmirik” kimi cavab verilmişdir. X1 ölməsini təsdiq edən sənəd hər bir halda hansısa orqan tərəfindən tələb olunacaqdır. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Eyni zamanda babasının ölümünün qeydə alınması məqsədi ilə ərazi üzrə qeydiyyat şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin ona qeydiyyat şöbəsindən ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir kimi cavab vermişlər. Ona görə də ölüm haqqında şəhadətnaməsinin başqa qaydada alınması qeyri-mümkün olduğundan məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ünvanlanmış məktubda iddiaya etiraz etmədiklərini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirdi ki, o, ərizəçinin xalası oğludur. X2 onun babasıdır. 2008-ci ilin yay aylarında Xırdalanda rəhmətə gedib. Mərhumun heç bir xəstəliyi olmamışdır. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, o, ərizəçinin qardaşıdır. Mərhum babası X4 o baxmışdır. Babası 2008-ci ilin iyul ayında vəfat etmiş, Xırdalanda Saray qəbiristanlığında dəfn olunmuşdur. Mərhumun dəfn mərasimini o təşkil etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, mərhumun oğludur. Atası Xırdalanda yaşamış və 2008-ci ilin iyul ayında vəfat etmişdir. Mərhum Saray qəbiristanlığında dəfn olunmuşdur. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. İş materiallarında olan: ЗЖ-056897 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 atası X5r. İ-CЛ 250134 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi anası X10r. Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 noyabr 2024-cü il tarixli 3-16- 5/8-69-1207/2024 saylı Arayışdan görünür ki, X3 barəsində Abşeron rayon qeydiyyat şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları Abşeron rayon qeydiyyat şöbəsində 2005-2011-ci illərə dair ilkin akt qeydləri yoxlanılmışdır. Abşeron rayon qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, onun vəfat edən babası – X7 üçün ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edlmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Babasının adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması imkanları xaricindədir və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunur. “Abşeron rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X3 ölümünün baş vermə səbəbi olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” onlar tərəfindən verilmir. Abşeron rayon Saray Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X7 xx.xx.2008-ci il tarixdə vəfat etmiş və Saray qəsəbə qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ərizəçinin babası – xx.xx.1925-ci il təvəllüdlü X7 xx.xx.2008-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ev şəraitində vəfat etmiş, lakin ərizəçinin bu faktı təsdiq edə biləcək sənədi məhkəməyə müraciət etmədən əldə etməsi mümkün olmamışdır. Buna görə də məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1925-ci il təvəllüdlü X3 xx.xx.2008-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ev şəraitində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1925-ci il təvəllüdlü X3 xx.xx.2008-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar