Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2953/2025 14.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X6 katibliyi, Ərizəçi iştirakı ilə, X7 xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Fatmayi bağları, Dalğa sanatoriyasında yerləşən evdə vəfat etmiş anam X7 vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onlar 1993-cü il tarixdə erməni qəsibkarlarının təcavüzü nəticəsində öz el-obalarından məcburi köçkün düşərək Bakı şəhərinə gəlmişlər. Ailə ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Fatmayi bağları, Dalğa sanatoriyasında məskunlaşmışlar. X5 xx.xx.1940-cı ildə Kəlbəcər rayonu Şahkərəm kəndində anadan olmuşdur. X2 son zamanlar kəskin tənəffüs çatışmazlığı tez-tez baş verirdi və nəfəs darlığından əziyyət çəkirdi. Lakin xx.xx.2025-ci il tarxidə saat təxminən 19:00 radələrində anasınn halı qəfil pisləşərək yaşadığıqları evdə vəfat etmişdir. Həmin gün evə təcili tibbi yardım çağırsalar da, təcili tibbi yardım maşını vaxtında gəlib çatmamışdır. Bu səbəbdən də X5 təcili tibbi yardım maşını gələn qədər vəfat etmişdir. Gec gələn təcili tibbi yardım həkimi ölümün səbəbini dəqiq müəyyənləşdirməyərək “həkiməqədər qadın cinsli meyidi” kimi göstərməklə xx.xx.2025-ci il tarixdə ölüm haqqında xəbərdarlıq vərəqəsi vermişdir. O, təcili tibbi yardım tərəfindən verilən ölüm haqqında xəbərdarlıq vərəqəsinə və “Bakı şəhər Baş Səhiyyə Mərkəzi”X23 35№-li Şəhər Poliklinikasının məktubuna əsasən X5na ölüm haqqında şəhadətnamə alması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məkubu ilə bildirmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verə bilmərik. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, xx.xx.2025-ci il tarxidə saat təxminən 19:00 radələrində anasının halı pisləşərək yaşadığıqları evdə vəfat etmişdir. Həmin gün evə təcili tibbi yardım çağırsalar da, təcili tibbi yardım maşını vaxtında gəlib çatmamışdır. Bu səbəbdən də X5 təcili tibbi yardım maşını gələnədək vəfat etmişdir. Sonra o, anası üçün ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Göstərdiklərini nəzərə alaraq ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, mərhum Qəmzə Əmrahova onun anasıdır. 01 mart 20254-ci il tarixdə ona zəng etdilər və o, qardaşının evinə gələndə anası artıq ölmüşdür. X24 ürək xəstəliyindən əziyyət çəkirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, mərhum Qəmzə Əmrahova onun qaynanası olub. Qaynanası ürək xəstəliyindən əziyyət çəkirdi. xx.xx.2025-ci il tarixdə saat təxminən 19:00 radələrində qaynanasının halı pisləşdiyindən təcili tibbi yardım çağırmışlar, həkim briqadası isə 2 saat sonra gəlmişlər. Halbu ki, onlar gələnədək qaynanası artıq dünyasını dəyişmişdir. Mülki iş materiallarında olan: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1978-ci ildə Kəlbəcər şəhərində anadan olmuş, şəhadətnamənin ata qrafasında – X11, ana qrafasında X13 qeyd edilmişdir. 35 nömrəli şəhər polinklinikası tərəfindən Ərizəçi ünvanlanmış 06 mart 2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1940-cı il təvəllüdlü X1 rayonu 35 nömrəli polinklinikasına heç bir müraciəti olmadığına görə, ölüm səbəbi məlum olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyil. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X21 Gülşən Abbasovaya ünvanlandığı 05 fevral 2025-ci il tarixli məktubdan görünür ki, “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 05 nömrəli Qərarının 4-cü və 5-ci maddələrinin müvafiq bəndlərinə əsasən ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparıldıqdan sonra tibb müəssisəsi tərəfindən verilir. Bildirilmişdir ki, patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparılmadığı hallarda tibbi şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 11 mart 2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndlərinə əsasən ölüm faktı tibbi müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Anasının adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənin təmin edilməsi mümkün deyil. Təcili və X14 Stansiyasının 01 mart 2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X13 xx.xx.2025-ci il tarixdə həkimə qədər ölmüşdür. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X4 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə hesab edir ki, Ərizəçi X5nın ölümü qeydinin əldə edilməsinin məhkəmə qaydasından başqa mümkün olmadığından, habelə onun vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməli və X7 01 mart 2025ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1940-cı il təvəllüdlü X7 01 mart 2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-2953/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2953/2025
14.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver