Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2981/2023 24.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi (vəkili) X5 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1943-cü il təvəllüdlü anası X1 xx.xx.2022-ci il tarixdə, ev şəraitində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun xx.xx.2023-cü il tarixli ərizəsi məhkəmənin xx.xx.2023-cü ii tarixli, 2(001)-2777/2023 saylı qərardadı ilə geri qaytarılmışdır. Buna səbəb kimi ərazi üzrə poliklinkaya müraciət edilməməsi və müvafiq tibbi şəhadətnamənin verilməsinin mümkünlüyü barədə işə sənəd əlavə edilməməsi göstərilmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq, qərardaddan şikayət verməmiş və qərardadda göstərilən çatışmazlığı aradan qaldırıb yenidən ərizə ilə məhkəməyə müraciət etmişdir. O, ərizə ilə poliklinkaya müraciət etmiş və müraciətini vəkil sorğusuna əlavə etmişdir. Poliklinikadan verilmiş xx.xx.2023-cü ii tarixli məktubu hazırkı ərizəsinə əlavə etmişdir. Qeyd edir ki, xx.xx.1943-cü il təvəllüdlü anası X2 xx.xx.2022-ci il tarixdə yaşadıqları ünvan 1 ünvanda vəfat etmişdir. X14 Hipertaniya xəstəliyindən əziyyət çəkirdi. O, təcili yardım çağırmışdır. Lakin, təcili yardım gələnə kimi artıq anası vəfat etmişdi. Təcili yardım gəlib anasının vəfat etməsini müəyyən etmiş və ona anasının evdə vəfat etməsi barədə müvafiq arayış vermişdir. Anası artıq vəfat etdiyi üçün TTYS-nın həkimi onu xəstəxanaya aparmamışdır. Bir gün sonra, yəni dekabr ayının 28-də o, qonşular və tanışlarla birlikdə anasını Biləcəri qəsəbəsindəki Xristian qəbiristanlığında dəfn etmişdir. Hazırda anasının ölümü haqqında şəhadətnaməsinin əldə edilməsi zəruridir. Çünki qeydiyyatda olmaqla yaşadığı mənzil anasından miras qalmışdır. Maraqlı şəxsnə müraciət etmiş, ona məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Anasının ölümünün müvafiq icra hakimiyyəti orqanında qeydə alınması mümkün olmadığından arzu etdiyi sənədi əldə etmək üçün məhkəməyə müraciət etməlidir. Qeyd edilənlərə əsasən, xx.xx.1943-cü il təvəllüdlü anası X1 xx.xx.2022-ci il tarixdə, ev şəraitində vəfat etməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Eyni zamanda suallara cavab olaraq bildirmişdir ki, mərhum anası X2 xx.xx.2022-ci ildə yaşadıqları ünvan 1 ünvanında ölmüşdür. Hazırki faktın müəyyən edilməsi anasından miras qalmış evi sənədləşdirmək üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi (vəkili) X11 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin Maraqlı şəxs məhkəməyə ərizə göndərərək ərizənin təmin edilməsinə etiraz etmədiklərini, işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd etmişlər. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin və onun nümayəndəsinin(vəkilinin) izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 ifadəsində bildirmişdir ki, o, Ərizəçi qonşusudur. Mərhum X2 xx.xx.2022-ci ildə yaşadığı ünvan 1 ünvanında yerləşən evdə ölmüş və onu Biləcəri qəsəbəsindəki Xristian qəbiristanlığında dəfn etmişlər. Ərizəçinin anası təzyiqdən əziyyət çəkmişdir. xx.xx.2022-ci ildə onun vəziyyəti pisləşmiş, təcili yardım çağırmışlar. Təcili yardım gələnə kimi artıq Nella vəfat etmişdir. O, yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X13 ifadəsində bildirmişdir ki, o, Ərizəçi qonşusudur. Mərhum X2 təzyiq xəstəsi olmuşdur. xx.xx.2022-ci il tarixdə onun vəziyyəti pisləşmiş, təcili yardım çağırmışlar. Lakin, təcili yardım gələnə kimi Nella Bakı şəhərində yaşadığı evdə rəhmətə getmiş və o, Biləcəri qəsəbəsindəki Xristian qəbiristanlığında dəfn edilmişdir. O, yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 ifadəsində bildirmişdir ki, o, Ərizəçi qonşusudur. Mərhum X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində yaşadığı evdə rəhmətə getmişdir. Mərhum təzyiqdən əziyyət çəkmişdir. O, xəstəxanaya getməyi sevmədiyi üçün həkimə müraciət etmirdi. O, yas mərasimlərində iştirak etmişdir. İş materiallarında olan AZE 02228312 №-li Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1943-cü ildə, Bakı şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil- Kommunal Təsərrüfat Depertamenti 113 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi, ev 22 ünvanında qeydiyyatda olmaqla yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı X1 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1968-ci ildə X10 nikaha daxil olmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı 220864 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci ildə, Bakı şəhərində anadan olmuş, anası X2, atası X8. İş materiallarında olan Bakı şəhəri Təcili və X6 Stansiyasının xx.xx.2022-ci il tarixli Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, həmin günü saat 11:15-də ünvan 1 ünvanına X1 adına çağırış olmuş və çağırış yerinə gələndə, çağırış ünvanında qadın cinsli meyit (həkiməqədər ölüm) aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi ərazi X4” Bakı şəhər Baş Səhiyyə Mərkəzi X17 15 nömrəli şəhər Poliklinkasının xx.xx.2023-cü il tarixli, 99 №-li məktubundan görünür ki, xx.xx.1943-cü il təvəllüdlü X2 15 saylı şəhər Poliklinkasına müraciət etməyib, adına amulator karta açılmayıb, xəstə kimi dispanser qeydiyyata alınmayıb, xəstəliklə bağlı qeydiyyata alınmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan X3, X9 və X7 iştirakı ilə 28 mart 2023-cü il tarixdə tərtib edilmiş Aktdan görünür ki, onlar X1 xx.xx.2022-ci il tarixdə, ev şəraitində vəfat etdiyini təsdiq etmişlər. İş materiallarında olan Maraqlı şəxsndən verilmiş 29 mart 2023-cü il tarixli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnaməsi olmadığı üçün X1 ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş 2 ədəd qəbirdaşı fotosundan görünür ki, X2 xx.xx.1943-cü ildə anadan olmuş və xx.xx.2022-ci il tarixində ölmüşdür. Beləliklə də, məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edilmişdir ki, X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölmüş və Biləcəri qəsəbəsindəki Xristian qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, xx.xx.1943-cü il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə, Bakı şəhərində vəfat etməsi faktı təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1943-cü il təvəllüdlü X1 xx.xx.2022-ci ildə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamə xx.xx.1943-cü il təvəllüdlü X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2981/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2981/2023
24.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver