Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3/2025 06.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı, ilk iddia üzrə cavabdeh (eləcə də Cavabdeh3 nümayəndəsi) Cavabdeh2, ilk iddia üzrə Cavabdeh2 vəkili Vəkil iştirakları ilə, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1nə qarşı “onun xeyrinə servitutun təyin olunması və s.” tələbinə dair ilk, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı qarşı “eskiz-cizgi planlarına yenidən baxılması, ona məxsus torpaq sahəsinin ona qaytarılması və sair” tələbinə dair qarşılıqlı və ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı qarşı “tikilinin sökülməsi, zəbt etdiyi torpaq sahəsinin qaytarılması və maddi ziyanın ödənilməi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və cavabdehin torpaq sahələrinin sərhəd olduğu sahədə cavabdehə məxsus hasarın sökülərək həmin sahədən onun giriş-çıxışını sərbəst şəkildə həyata keçirilməsinə şərait yaradılması və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdehin torpaq sahəsinin dəyişdirilmiş sərhədlərinə dair yeni plan cizginin tərtib edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək onun və cavabdehin torpaq sahələrinin sərhəd olduğu sahədə cavabdehə məxsus hasarın sökülərək həmin sahədən onun giriş-çıxışını sərbəst şəkildə həyata keçirilməsinə şərait yaradılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, X9ndə yerləşən 1157 saylı torpaq sahəsinə piyada və avtomobillə keçidin təmin edilməsi üçün cavabdehin müvafiq torpaq sahəsinə onun xeyrinə servitutun təyin olunması (cavabdehin torpaq sahəsinin onun xeyrinə servitutla yüklü edilməsi) və servitut hüququnun həyata keçirilməsinə maneə yaradan hasarın müvafiq iki metrlik hissəsinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Novxanı qəsəbəsi Sarıqaya bağları ərazisində Şəfəq və İnşaatçılar pioner düşərgələrinin yanında yerləşən ona məxsus 677 və İddiaçı məxsus 1135 saylı bağların 1993-2010-cu il tarixə qədər olan eskiz cizgi planlarına yenidən baxılması, Ona məxsus torpağın özünə qaytarılması qərarının verilməsi, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 677 saylı bağ həyətinə verilmiş gizgi planı 6 sota Reyetr Xidməti tərəfindən sənədləşdirilərək çıxarışın ona təqdim edilməsi İddiaçı tərəfindən ona dəymiş ziyanın ödənilməsi, iddiaçının iddiasının təmin olunmamasına onun həyətinə açdığı qapının hörülməsinə dair qətnamə qəbul edilməsini xajhiş etmişdir. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, sahəsi 6 sot olan 677 saylı bağ sahəsinin 1 sotunda inşa etdiyi tikilinin sökülməsi, İddiaçı onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, sahəsi 6 sot olan 677 saylı bağ sahəsinin zəbt etdiyi 1 sotundan çıxarılaraq, həmin sahənin ona qaytarılması, İddiaçı onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, sahəsi 6 sot olan 677 saylı bağ sahəsinin daş hasarını sökməsi nəticəsində ona vurduğu 11.080,56 manat maddi ziyanın İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bildirir ki, xx.xx.2011-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, X9ndə yerləşən 1135 saylı bağ sahəsinə olan xüsusi mülkiyyət hüququm müvafiq olaraq dövlət qeydiyyatına alınmışdır. Cavabdeh2 mülkiyyət hüququnu təsdiq edən sənədlər olmadığı halda, eyni zamanda, qanunsuz olaraq onun yola çıxış hüququnu məhdudlaşdıraraq ona məxsus bağ sahəsinin hasarına yaxın məsafədə olmaqla hasar tikmişdir. Onun haqlı şikayəti əsasında həmin hasar icra hakimiyyəti və polisin müdaxiləsi nəticəsində söküldü. Daha sonra cavabdeh həmin torpaq sahəsinə mülkiyyət hüququnu dövlət qeydiyyatına aldıraraq yenidən eyni ərazidə eyni formada hasar çəkdirmişdir. Hal-hazırda cavabdeh tərəfindən tikilən hasar ona məxsus torpaq sahəsinin hasarına sərbəst giriş-çıxışımı məhdudlaşdıracaq şəkildə yaxın məsafədədir. Belə ki, onun darvazası demək olar ki, cavabdehin həyətinə açılır. Ondan dəfələrlə bu qanunsuz hərəkətinə son qoymağı və hasarı sökərək onun giriş-çıxışını sərbəst şəkildə həyata keçirə biləcəyi formada yenidən tikməsini tələb etsə də, onun tələblərinə məhəl qoymamış və öz qanunsuz hərəkətinə davam etmişdir. Belə olan halda o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddia tələbinə dəqiqləşdirilmə barədə ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddia ərizəsində irəli sürdüyü iddia tələbinin 1-ci hissəsində ona məxsus olan torpaq sahəsindən sərbəst giriş-çıxışa şərait yaradılmasını xahiş etmişdir. 2-1(102)-2067/2023 saylı iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarında kassasiya məhkəməsinin mövqeyi ilə tanış olduqdan sonra qənaətə gəlmiş ki, sözügedən iddia tələbi mahiyyətcə servitut hüququnun mövcudluğunun iddia olunmasıdır. Ona görə də iş üzrə iddiasına dəqiqləşmə verilməsi zərurəti yaranmışdır. Yuxarıdakıları nəzərə alaraq, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, X9ndə yerləşən 1157 saylı torpaq sahəsinə piyada və avtomobillə keçidin təmin edilməsi üçün cavabdehin müvafiq torpaq sahəsinə onun xeyrinə servitutun təyin olunması (cavabdehin torpaq sahəsinin onun xeyrinə servitutla yüklü edilməsi) və servitut hüququnun həyata keçirilməsinə maneə yaradan hasarın müvafiq iki metrlik hissəsinin sökülməsi barədə qətnamə qəbul edilməlidir. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan 1993-cü ildən onun mülkiyyətində olan və 2003-cü ildə yenidən 31737 saylı Binəqədi rayon, X3 və istismarı Birliyindən onun öhdəliyinə verilmiş Novxanı qəsəbəsi, Sarıqaya bağlar massivi 677 saylı 6 sotluq bağ həyətimi xx.xx.2018-ci il tarixdə Bakı şəhər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 5 sot torpaq sahəsinin çıxarışı ona verilib. 1 sotu isə İddiaçı və qeyri qonşular tərəfindən zəbt olunub. Buna baxmayaraq 06.08.18-ci il tarixdə məhkəmənin qərarı olmadan, Rüfət öz çirkin əməllərinə son qoymayaraq özbaşınalıq etməklə ona məxsus 18 metr uzunluğunda olan hasarı sökərək ona maddi ziyan vurmuşdur. Onun polisə şikayət ərizəsindən sonra Riifət sökməni icra hakimiyyətinin və polisin üstünə almışdır: Beləliklə Rüfət ona 5-6 min manat dəyərində bağının hasarının sökülməsi nəticəsində maddi- ziyan vurmuşdur. Məlumat üçün bildirir ki, Rüfətin 1135 saylı bağının qapıları və onun divar qonşusunun qapısı mərkəzi yola açılır. Rüfət həmən qapının birini tikərək onun həyətinə ondan xəbərsiz balaca giriş qapısı açıb. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 6 saylı bağ sahəs xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınaraq həmin tarixdə ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışverilmişdir. Həmçinin həmin torpaq sahəsinə dair onun adına **********86 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, sahəsi 6 sot olan 677 saylı bağ sahəsi onun mülkiyyətindədir. Buna görə də göstərilən bağ sahəsinə dair dövlət tərəfindən tanınan və qorunan hüquqlara malikdir. İstər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna (təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, sahəsi 6 sot olan 677 saylı bağ sahəsi onun mülkiyyətində olması əsasına görə göstərilən bağ sahəsinə dair dövlət tərəfindən tanınan və qorunan hüquqlara malik olsa da, həmin bağ sahəsinə dair hüququ İddiaçı tərəfindən pozulmuşdur. Belə ki, İddiaçı onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, sahəsi 6 sot olan 677 saylı bağ sahəsi sahəsinin 1 sotunu zəbt edərək, 1 sot sahədə tövlə inşa etmişdir. Buna görə də həmin tikili (özbaşına tikili) sökülərək, mülkiyyətində olan və İddiaçı tərəfindən qanunsuz zəbt olunmuş torpaq sahəsi ona qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək göstərmişdir ki, cavabdehin çıxarışı 500 kv/metr sahəyədir, ancaq sahə real olaraq 540 kv/metr təşkil edir. Sənəd təqdim etdi, həmin sənəddə də, torpaq sahəsi 0,6 ha yox, 0,5 ha qeyd olunub. Ümumilikdə isə o, verilmiş mütəxəssis rəyi ilə razı deyil. Həmçinin, mütəxəssis onun iştirakı olmadan baxış keçirib. Onun xahişi qapının açılması, giriş-çıxışın bərpa edilməsidir. Bu isə Ali Məhkəmənin qərarında hansı qaydada həll edilməsi qeyd edilib. O, həmçinin göstərdi ki, yola açılan darvaza onun deyil, qonşunundur. O, isə qonşunun həyətindən daxil olur öz həyətinə. Cavabdehin oğlunda o, heç vaxt pul tələb etməmişdir. Ümumilikdə o, cavabdehdən 3 kv/metr torpaq sahəsini qapı açılması üçün istəyir. O, heç bir torpaq sahəsini zəbt etməmişdir. Həmçinin, cavabdeh həmin 3 kv/metr torpağı qiymətləndirsin pulunu verəcəkdir. O, həmçinin əvvəlki məhkəmə iclasında onun tərəfindən verilmiş etirazı müdafiə edərək göstərmişdir ki, etirazını yazaraq məlumat verir ki, Novxanı qəsəbəsində 1135 saylı 0.13 ha olan vərəsəliklə istifadəmə və sahibliyimə keçən bağ sahəsi anası X1 babası X6 tərəfindən vərəsə verilmişdir. Həmən sahə ailəsi tərəfindən 1960 illərdən istifadələrində olub və əsas yola qiriş-çıxıları sozü gedən qapıdan olub. İddiaçı yazdıqlarında yalan istinadlar verərək məhkəmə orqanlarında yalniş təsurat yaratmaq məqsədindən başqa hec bir məna vermir. Ona məxsus olan 1137 nömrəli bağın yerləşmə koordinatlari (hüdudları) Nərimanov rayon Məhkəməsnin xx.xx.2010 il tarixli 2(005)-484 saylı qərarı ilə təyin olunub və həmən qərara istinadən ARDƏDRX-i tərəfindən çıxarış və plan çizgi tərtib olunub. Etirazının səbəblərindən biridə budur ki, Cavabdeh2 icarəsində olan bağ sahəsinin hasarının özəlləşmədən sonra təsdiqləyən sənəd mövcuddur və etirazına əlavə edib. Belə ki, ARDƏDRX tərəfindən 1137 saylı bağ sahəsi üçün xx.xx.2009-cu il tarixli tərtib etdiyi planında В hərfi ilə işarələdikləri 607 saylı bağ sahəsilə təmas hasarı 11.35 m uzunluğundadır. Cavabdeh2 yeni çıxarışında isə hasarın həmən uzunluğu 13,57 m göstərilib. Bu onu göstərir ki, 607 saylı bağ sahəsinin planı tərtib olunurkən kənarlaşmayasəhvə yol verilib və bunun nəticəsində onun bağ sahəsindən əsas yola çıxış bağlanıb. Əlavədə təqdim etdiyi plan cizginin fotoşəkildən belə aydın görünür ki, 677 saylı bağ sahəsinin harda olub və bu günə hardan tikilib. Əlavə olaraq geyd edir ki, Cavabdeh2 607 saylı bağ sahəsini özəlləşdirməsi üçün ARDƏDRX- xx.xx.2018 il tarixində notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edib və sahəsinin 600 kv/m olmasını etiraf edərək bunla bağlı iddası olmadığını və olmayacağını qeyd edib. Bundan əlavə qeyd etmək istəyir ki, Məmmdov Mehmanın aldığı ******* nömrəli çıxarışın (qeydiyyat nömrəsi **********) tarixi xx.xx.2018 ildir. Bu çixarışın keçmiş bağlar idərəsiylə olduğu müqavilənin əsasında aldığını iddia etsə də, tarixləri düz gəlmir. Bağlar idarəsilə müqavilənin müddəti 2013 ildə bitmiş hesab olunur. Burdan sual yaranır ki, ARDƏDRX- ******* nömrəli (çıxarışın qeydiyyat nömrəsi **********) çıxarış təqdim olunarkən hansı ilkin sənədə və əvvəlki yerləşmə koordinatlarına istinad olunub ki, onun sahəsinə olan qapıdan əsas yola giriş çıxış bağlanıb? İnzibati məhkəmə prosessinin birinci və apellyasiya instansiyaları gedişatında ARDƏDRX 677 saylı bağ sahəsinin planı tərtib olunarkən hansı sənədlərə istinad etdiyi haqqında sorğulara və müraciyətlərə baxmayaraq məntiqli cavab və ya sənəd ala bilməmişlər. Heç məhkəməyə belə təqdim edə bilməyiblər. Həttda məhkəmə prosesi getdiyinə baxmayaraq 677 saylı bağ sahəsinin hüdudları mübahisəli olduğuna ramən başqa şəxsin Cavabdeh3 adına çıxarış verilib. İddiasının daha bir bəndində ona məxsus olan sahənin hasarının o, tərəfdən söküldüyünü irad tutaraq ona maddi ziyan tələbini irəli sürür, ona məxsus olan sahənin onun tərəfdən zəbt olunduğunu bildirir, amma yalnız bunla bağlı hec bir sübut və dəlil göstərmir. İnzibati məhkəmədəki prosess zamanı mülkiyyətində olan sahənin çıxarışa əlavə olunan plan cizgiyə uyğun olması və mübahisəli qapının 607 saylı bağ sahəsinə açılması faktı ARƏNMEM tərəfindən təsdiqlənib. Hesab edir, ki insanın fantaziyalarına əsaslanan iddia ərizələri qəbul oluna bilməz. Yuxarıdakı izahlarına əsaslanaraq Cavabdeh3 və Cavabdeh2 tərəfindən təqdim olunmuş iddia ərizələrinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh (eləcə də Cavabdeh3 nümayəndəsi) Cavabdeh2 ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələblərini müdafiə edərək izahatında göstərdi ki, o, mütəxəssis rəyi ilə razıdır. Mübahisə ondan ibarətdir ki, Rüfətin torpağı artıq, onun torpağı əksik gəlir. Yəni, onun torpağı 0.06 ha olmalıdır. Həmçinin qeyd etdi ki, işin həlli üçün oğlu Cavabdeh3 pul təklif edib. Onun pula ehtiyacı yoxdur. Tut ağacı yolda olub, çəkib hasarı onu salıb həyətinə, həyətindəki su çənini qırağa çəkib özünə yol aça bilər. Bundan əlavə tövləsini söküb, işıq dirəyini çıxartsın. Onun 16 kv/metr artıq yeri var, özünə giriş-çıxış açsın. Göstərdiklərini nəzərə alaraq ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh2 vəkili Vəkil ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələblərini müdafiə edərək izahatında göstərdi ki, sözü gedən sahə iddiaçının arvadına məxsus sahədir və həmin sahə ilə cavabdehin sahəsi arasında darvaza yoxdur. Mütəxəssis rəyi qanuni və əsaslıdır, rəyə uyğun da, həll edilməlidir. İddiaçı qonşu dediyi torpaqdakı evdə yaşayır, o, qapıdan girir-çıxır, lakin deyir ki, qonşu sahəsidir. Yerli baxış zamanı hər şey bəlli oldu və iddiaçı həmin qapıdan sərbəst açıb girdi sahəyə. Qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, hazırki işdə servitutdan söhbət gedə bilməz. Göstərdiklərini nəzərə alaraq ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 0,13 ha olan, Bakı şəhəri, Binəqədi rayonu, X9, 1135 saylı bağ sahəsi xx.xx.2011-ci il tarixdə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 0,05 ha olan, ünvan 3 bağ sahəsi xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AN-267170 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, sənəd üzrə 0,06 ha, faktiki 0,05 ha olan ünvan 3 bağ sahəsi xüsusi mülkiyyət kimi Cavabdeh2 adına qeydiyyata alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və Park – X7 Departamenti X3 və İstismarı Birliyinin 31 iyul 2003-cü il tarixli, 31737 saylı müqaviləsindən görünür ki, ünvan 3 bağ sahəsi tikintilər, qurğular vıə ağaclarla birlikdə Cavabdeh2 istifadəsinə verilmişdir. Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 avqust 2018-ci il tarixli qərardan görünür ki, Cavabdeh2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlandığı və Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisində 677 nömrəli bağ sahəsi üznavnında yerləşən 600 kv/metr torpoaq sahəsinin azalaraq faktiki istifadədə olan 500 kv/metr özəlləşməsinə və çıxarış verilməsinə etiraz etməmiş və bununla bağlı gələcəkdə heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. 3 ədəd foto şəkildən görünür ki, şəkillərə əsasən darvaza, hasar və hasarın içərisində ev görüntüsü müəyyən edilir (İddiaçı məxsus). 2 ədəd foto şəkildən görünür ki, şəkillərə əsasən sökülmüş hasar müəyyən edilir (Cavabdeh2 məxsus). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 30 sentyabr 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki; Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edildi: Mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədi ilə tərəflərin iştirakı ilə mübahisəli ərazinin koordinatları müəyyən edilməklə ölçülmüşdür. Araşdırma elektron baza, təqdim edilən mülki iş və daşınmaz əmlakın faktiki göstəriciləri əsasında aparılmışdır.
1. Cavabdeh2 mülkiyyətində olan bağ sahəsinin hasarı dövlət qeydiyyatına alınmış plan-cizgiyə ((plan-ölçüyə) uyğun olaraq çəkilmişdir (sxem əlavə edilir).
2. Cavabdeh2 mülkiyyətində olan bağ sahəsinin hasarının faktiki sahəsi ilə qeydə alınmış plan-cizgi (plan-ölçü) arasında uyğunsuzluq aşkar edilməmişdir.
3. İddiaçı məxsus bağ sahəsinin Cavabdeh2 məxsus bağ sahəsi istiqamətindən əsas yola normal çıxış kimi var olub-olmamasını müəyyən etmək DƏDRX-in səlahiyyətlərinə aid deyil. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 oktyabr 2019-cü il tarixli, 16256 saylı rəyi ilə müəyyən edilir ki, qərardadın birinci sualı üzrə - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi Salman Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Cavabdeh2 mülkiyyətində olan bağ sahəsinin hasarı dövlət qeydiyyatına alınmış plan-cizgiyə (plan-ölçüyə) uyğun olaraq çəkilmişdir (sxem əlavə edilir). qərardadın ikinci sualı üzrə - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi Salman Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Cavabdeh2 mülkiyyətində olan bağ sahəsinin hasarının faktiki sahəsi ilə qeydə alınmış plan-cizgi (plan-ölçü) arasında uyğunsuzluq aşkar edilməmişdir. qərardadın üçüncü sualı üzrə - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi Salman Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir ki, İddiaçı məxsus bağ sahəsinin Cavabdeh2 məxsus bağ sahəsi istiqamətindən əsas yola açılan giriş-çıxış qapısı cavabdehin xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin hüdudları daxilinə açılır və bununla da normal çıxışı məhdudlaşır, (mütəxəssis rəyinə əlavə edilmiş sxem). İşə əlavə edilmiş 14 oktyabr 2019-cü il tarixli, 16256 saylı ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə tikinti-texniki ekspertizası üzrə aparılmış tətqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 0,06 ha olan, ünvan 3 bağ sahəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh3 adına ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlandığı 25 aprel 2023-cü il tarixli məktubdan görünür ki, ********** qeydiyyat nömrəli ərizə icra olunaraq, X3 və istismarı Birliyinin 31737 nömrəli, 31,07.2003-cü il tarixli müqaviləsi əsasında ünvan 3 ünvanda yerləşən bağ sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ tanınmışdır. Həmçinin qeyd edilmişdir ki, aparılan araşdırma zamanı qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin faktiki 0,05 ha təşkil etdiyi müəyyən edilmiş və ərizəçinin razılıq ərizəsi əsasında 0,05 ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış hazırlanmışdır. Sonradan Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 4Ə-759 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsi əsasında həmin torpaq sahəsi Cavabdeh3 adına özgəninkiləşdirilmişdir. Elektron sistemə keçidlə əlaqədar olaraq Cavabdeh3 adına tərtib edilmiş ********** qeydiyyat nömrəli çıxarışda torpaq sahəsinin ölçüsü ilkin hüquqmüəyyənedici sənədə əsasən 0.06 ha olaraq göstərilmiş, lakin sonradan mövcud uyğunsuzluq aradan qaldırılaraq dövlət reyestrindən çıxarışda faktiki sahə (0.05 ha) öz əksini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)- 2067/2023 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər Cavabdeh2, Cavabdeh3 işə cəlb edilməklə “çıxarışın və plan-ölçü sənədinin bir hissədə ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 3 bağ sahəsinə dair Cavabdeh2 adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və xx.xx.2018-ci il tarixli, AN 267170 nömrəli torpaq sahəsinin planı və ölçüsünün həmin bağ sahəsinin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X9 ünvanındakı 1135 saylı bağ sahəsinin giriş-çıxışa mane olan hissəsində (torpaq sahəsinin 13 kv.m hissəsi) ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-493/2022 nömrəli qərarı ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə 3-cü şəxsin mülkiyyətində olan torpaq sahəsinin hər-hansı bir hissədə üst-üstə düşməməsi halını əsas gətirərək, cavabdehin imtinasının qanuni olmasını bildirmiş, iddiaçı ilə 3-cü şəxs arasında olan hazırkı mübahisənin əsasının yəni, giriş-çıxışa maneələrin aradan qaldırılması məsələsinin mülki məhkəmə icraatı qaydasında hüquqi qiymət verilməsi qənaətinə gələrək iddia rədd edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmiş və işə apellyasiya qaydasında baxılarkən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Bakı İnzibati Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2-1(112)- 493/2022 nömrəli qərarının ləğv edilməsi və iddiaçının iddia tələbi təmin edilməklə ünvan 3 bağ sahəsinə dair Cavabdeh3 adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********86 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və **********86 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün həmin bağ sahəsinin 13 kv.m hissəsində (İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X9 ünvanındakı 1135 saylı bağ sahəsinin giriş-çıxışına mane olan hissəsində) ləğv edilməsi öhdəliyinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini, iddiaçı eyni zamanda üçüncü şəxsin cəlb edilməsinə dair ərizə verərək hazırkı iş üzrə birinci instansiya məhkəməsinə Cavabdeh2 məxsus olmuş 677 saylı bağ sahəsinə dair çıxarışın müəyyən hissədə ləğv edilməsi tələbi ilə müraciət etmişlər, lakin sonradan məlum olmuşdur ki, Cavabdeh2 özünə məxsus həmin bağ sahəsini məhkəmə mübahisəsi dövründə oğlu Cavabdeh3 bağışlamış, Cavabdeh3 dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarış vermişdir. Bu səbəbdən, Cavabdeh3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 aprel 2023-cü il tarixli, 2-1(103)-695/2023 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-493/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək ünvan 3 bağ sahəsinə dair Cavabdeh3 adına tərtib edilmiş xx.xx.2021 -ci il tarixli, ********** qeydiyyat nömrəli, **********86 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və **********86 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün həmin bağ sahəsinin 13 kv.m hissəsində (İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X9 ünvanındakı 1135 saylı bağ sahəsinin giriş-çıxışına mane olan hissəsində) ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə 3-cü şəxsin mülkiyyətində olan torpaq sahəsinin hər-hansı bir hissədə üst-üstə düşməməsi halını əsas gətirərək, cavabdehin imtinasının qanuni olmasını bildirmiş, iddiaçı ilə 3-cü şəxs arasında olan hazırkı mübahisənin əsasının yəni, giriş-çıxışa maneələrin aradan qaldırılması məsələsinin mülki məhkəmə icraatı qaydasında hüquqi qiymət verilməsi qənaətinə gəlmişdir. Üçüncü şəxs Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmiş və qeyd edilən qərarla kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 aprel 2023-cü il tarixli, 2- 1(103)-695/2023 nömrəli qərarının ləğv edilməsi, iddiaçının cavabdehə qarşı ünvan 3 bağ sahəsinə dair Cavabdeh3 adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********86 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və **********86 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün həmin bağ sahəsinin 13 kv.m hissəsində (İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X9 ünvanındakı 1135 saylı bağ sahəsinin giriş-çıxışına mane olan hissəsində) ləğv edilməsi barədə iddiasının rədd edilməsi qərara alınmışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd edilən qərarı onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı ünvan 3 bağ sahəsinə dair Cavabdeh3 adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********86 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və **********86 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün həmin bağ sahəsinin 13 kv.m hissəsində (İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X9 ünvanındakı 1135 saylı bağ sahəsinin giriş-çıxışına mane olan hissəsində) ləğv edilməsinə nail olmaqdır. Tələbin əsası isə ondan ibarətdir ki, Cavabdeh2 məxsus hasar daxilində olan 500 kv.m torpaq sahəsinin 13 kv.m hissəsi hazırda onun mülkiyyətində olan bağ sahəsinin yeganə giriş-çıxış hissəsini tutur. Hazırkı iş üzrə iddiaçı və 3-cü şəxs Cavabdeh2 arasında olan mülki məhkəmə mübahisəsi üzrə aparılmış ekspertiza tədqiqatının nəticəsinə əsasən təqdim edilmiş ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh2 mülkiyyətində olan bağ sahəsinin hasarı dövlət qeydiyyatına alınmış plan- cizgiyə (plan-ölçüyə) uyğun olaraq çəkilmiş, Cavabdeh2 mülkiyyətində olan bağ sahəsinin hasarının faktiki sahəsi ilə qeydə alınmış plan-cizgi (plan-ölçü) arasında uyğunsuzluq aşkar edilməmiş, İddiaçı məxsus bağ sahəsinin Cavabdeh2 məxsus bağ sahəsinin istiqamətindən əsas yola açılan giriş-çıxış qapısı, Cavabdeh2 xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin hüdudları daxilinə açılır və bununla da, normal çıxışı məhdudlaşdırır. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi işin hallarını, qanunvericiliyin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmamışdır. İşin hallarından müəyyən olunur ki, iddiaçının üçüncü şəxslərin mülkiyyətində olan daşınmaz əmlaklara qarşı hər hansı iddiası yoxdur, yalnız özünə məxsus bağ sahəsindən əsas yola çıxışı təmin etməyə nail olmaq istəyir. Beləliklə, iddiaçının tələbi üçüncü şəxslərə məxsus daşınmaz əmlaklara dair əmlak hüquqlarının (servitut) mövcudluğunu iddia etdiyi müəyyən olunur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının hüquqi marağına uyğun tələbin inzibati icraatda baxılmalı olub-olmaması baxımından qeyd etmişdir ki, qanunun yuxarıda qeyd edilən tələblərinə əsasən əgər iddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi həyətyanı sahəsindən yola çıxışının əldə olunmasıdırsa, iddiaçıya izah edilməlidir ki, iddiaçının Mülki Məcəllənin 158.1.3-cü maddəsinə uyğun olaraq servitut hüququ vardır. 25 iyun 2024-cü il tarixdə məhkəmə tərəfindən (mülki iş üzrə tərəflərin iştirakları ilə) ilk iddia üzrə İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, X9ndə yerləşən 1135 saylı bağ sahəsinə, ilk iddia üzrə Cavabdeh3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, X9ndə yerləşən 677 saylı bağ sahəsinə baxış keçirilmiş (fotoşəkillər və video çəkilməklə) və yerində müayinə zamanı müəyyən edilmişdir ki, 540.0 kv.m torpaq sahəsi bir tərəfdən mişar daş hasarla, bir tərəfdən isə mişar daş hasar və üzərindəki mövcud tikilinin çöl divarı, bir tərəfdən isə mişar daş hasar qonşunun mövcud tikilisinin və üzərindəki mövcud tikilinin çöl divarı ilə sərhədlənib, bir tərəfdən üzərindəki mövcud tikilinin çöl divarı ilə sərhədlənib. Bundan əlavə İddiaçı məxsus torpaq sahəsinə vizual baxış keçirilərkən müəyyən edilmişdir ki, cavabdehə məxsus darvaza olan hissəyə bitişik yol tərəfdə olan hasarda bəzi rekonstruksiya işləri aparılarsa, İddiaçı həyətinə sərbəst giriş-çıxışı (daravazanın açılması) mümkündür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 15 yanvar 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Sual 1: Cavabdeh3 mülkiyyətində olan torpaq sahəsi (qeydiyyatına alınmış plan-cizgi nəzərə alınmaqla) zəbt olunmuşdurmu? Olunmuşdursa hansı hissədə (koordinatlar göstərilməklə)? Cavab: Bildiririk ki, faktiki olaraq göstərilən 540.0 kv.m torpaq sahəsi bir tərəfdən mişar daş hasarla, bir tərəfdən isə mişar daş hasar və üzərindəki mövcud tikilinin çöl divarı, bir tərəfdən isə mişar daş hasar qonşunun mövcud tikilisinin və üzərindəki mövcud tikilinin çöl divarı ilə sərhədlənib, bir tərəfdən üzərindəki mövcud tikilinin çöl divarı ilə sərhədlənib. Mübahisəli olan 13.0 kv.m torpaq sahəsi 540.0 kv.m olan sahənin bir hissəsini təşkil etməklə üç tərəfdən mişar daş hasarla, bir tərəfdən şərtidir. Faktiki olaraq göstərilən 540.0 kv.m sahənin üzərində ikimərtəbəli+mansardlı yaşayış evi mövcuddur. Mübahisəli olan 13,0 kv/metr torpaq sahəsinə qonşu sahə olan İddiaçı məxsus 1318.0 kv/metr torpaq sahəsindən giriş-çıxış qapısı (əl qapısı) mövcuddur. Qeyd olunan sahələrin koordinatlarını əks etdirən sxem rəyə əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan 13.0 kv/metr sahə Cavabdeh3 məxsus **********86 reyestr nömrəli sahənin bir hissəsinə aiddir. Sual 2: Bakı şəhəri, Binəqədi rayonu, X9, 1135 saylı bağ sahəsinə mülkiyyət hüququ olan İddiaçı özünə məxsus torpaq sahəsindən ictimai yola giriş-çıxışı mümkündürmü, mümkündürsə “Torpaq sahələrinin planı və ölçüsü” nəzərə alınmaqla hansı qaydada mümkündür və hansı qaydada daha yolveriləndir (xərclərin müqayisəsi)? Cavab: İddiaçının iddia etdiyi giriş-çıxış qapısının qarşısındakı 13.0 kv.m torpaq sahəsi cavabdehin mülkiyyətində olan torpaq sahəsinin tərkibindədir. İddiaçı özünə məxsus torpaq sahəsinə yol tərəfdəki hasardan giriş-çıxış qapısının açılması mümkündür. Qeyd olunan digər məsələ idarənin səlahiyyətləri xaricində olduğundan cavablandırılması mümkün olmadı. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 142. Mülkiyyətçinin, başqasının qanunsuz sahib olduğu öz əmlakını tələb etməyə hüququ vardır. Maddə 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Maddə 255.2. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Maddə 255.3. Servitut alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Maddə 255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Maddə 255.5. Mülkiyyətçi özünə mənsub digər daşınmaz əşya hesabına öz daşınmaz əşyasına servitut vermək hüququna malikdir. Maddə 255.6. Servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. Maddə 255.7. Servitutla yüklü edilmiş daşınmaz əşyaya hüquqlar başqa şəxsə keçdikdə servitut saxlanılır. Maddə 255.8. Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. Maddə 256.1. Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. Maddə 256.2. Servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Maddə 257.1. Servitut almış şəxs (ixtiyarlı şəxs) servitutun saxlanması və həyata keçirilməsi üçün tələb olunan hər şeyi edə bilər, lakin o öz hüququndan imkan daxilində elə istifadə etməlidir ki, bu, yüklü olan mülkiyyətçinin mənafelərinə zidd olmasın və ona lüzumsuz narahatlıq yaratmasın. Maddə 257.2. Servitutla yüklü olan mülkiyyətçi servitutun həyata keçirilməsinin qarşısını alan və ya onu çətinləşdirən heç bir hərəkət etməməlidir. Maddə 258.1. Servitutun məzmununa servitutun qüvvədə olma müddəti və şərtləri daxildir. Servitutla yüklü olan daşınmaz əmlakın planı servitutun yeri göstərilməklə müqaviləyə qoşulur. Maddə 258.2. Servitutun məzmunu daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat yazısında qeyd olunmalıdır. Maddə 258.3. Qeydiyyat yazısında servitutla yüklü olan daşınmaz əşyanın planı servitutun yeri ilə birlikdə göstərilməlidir. Maddə 261.1. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər. Maddə 261.2. Haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir. Maddə 262.1. Yüklü olan və ya ixtiyarı verilmiş daşınmaz əşya tamamilə məhv olarkən hər cür servituta xitam verilir. Maddə 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Maddə 262.3. Fiziki və ya hüquqi şəxsə mənsub daşınmaz əşya servitutla yüklü olma nəticəsində öz təyinatına uyğun istifadə edilə bilmədikdə mülkiyyətçi servituta xitam verilməsini məhkəmə yolu ilə tələb edə bilər. Maddə 262.4. Servituta xitam verilməsi daşınmaz əmlakın dövlət reyestrində qeyd edilməlidir. Maddə 262.5. Əgər ixtiyarı verilmiş daşınmaz əşyanın mülkiyyətçisi yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi olursa, o, servituta xitam verə bilər. Xitam verilənədək servitut əşya hüququ kimi saxlanılır. Maddə 262.6. Əgər ixtiyarı verilmiş daşınmaz əşya üçün servituta hər cür maraq itmişdirsə, yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi ona xitam verilməsini tələb edə bilər. Əgər ixtiyarı verilmiş daşınmaz əşyanın mülkiyyətçisinin hələ də marağı varsa, lakin bu marağı yüklülüyə nisbətən cüzidirsə, onda kompensasiya müqabilində servitut qismən və ya tamamilə əvəz edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: İlk iddia tələbinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə ilkin iddia tələbinin Cavabdeh2 qarşı olan hissəsi ilə bağlı qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxt Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən, ümumi sahəsi 0,05 ha olan, ünvan 3 bağ sahəsi xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Lakin sonradan müəyyən edilmişdir ki, Cavabdeh2 qeyd edilən torpaq sahəsini oğlu və iş üzrə əlavə cavabdeh kimi məhkəmə iclarratına cəlb edilmiş Cavabdeh3 bağışlamış və qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışa əsasən Cavabdeh3 adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, 0,05 ha olan, ünvan 3 bağ sahəsinin mülkiyyətçisi dəyişdiyindən, ilk iddia tələbi Cavabdeh2 qarşı yönəldilə bilməz. İlk iddia tələbinin digər cavabdehə (Cavabdeh3) aid hissədə məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, ümumi sahəsi 0,13 ha olan, Bakı şəhəri, Binəqədi rayonu, X9, 1135 saylı bağ sahəsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı, ******* nömrəli Çıxarışa əsasən xx.xx.2011-ci il tarixdən İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Həmçinin müəyyən edilir ki, ümumi sahəsi 0,06 ha olan, ünvan 3 bağ sahəsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışa əsasən xx.xx.2021-ci il tarixdən Cavabdeh3 adına ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi qeydə alınmışdır. İlk iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, X9ndə yerləşən 1157 saylı torpaq sahəsinə piyada və avtomobillə keçidin təmin edilməsi üçün cavabdehin müvafiq torpaq sahəsinə onun xeyrinə servitutun təyin olunması (cavabdehin torpaq sahəsinin onun xeyrinə servitutla yüklü edilməsi) tələbi ilə çıxış edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Hazırkı halda ilk iddiaçının tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255-262-ci maddələri nəzərdən keçirilməlidir. Həmin Məcəllənin 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Həmin Məcəllənin 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Servitut ilə bağlı müddəalarda servitut iki ünsürə: 1- servitutun daşınmaz əşyaya bağlı bir haqq olduğu ünsürünə; 2- servitutun, bağlı olduğu daşınmaz əşyanın mülkiyyətçisinə başqa bir (yüklü) daşınmaz əşyanı istifadə etmək səlahiyyətini təmin etmə ünsürünə əsaslanır. Yəni “Servitut, xeyrinə yüklü edilmiş daşınmaz əşyanın mülkiyyətçisinə yüklü olan daşınmaz əşyanı məhdud bir şəkildə istifadə etmə səlahiyyəti verən bir əşya haqqıdır”. Servitut bir qayda olaraq bir daşınmaz əşyanın başqa bir daşınmaz əşyanın mülkiyyətçisi lehinə müəyyən bir istiqamətdə istifadə edilməsini təmin edən bir əşya haqqıdır. Yəni servitut (daşınmaz) əşyaya bağlı bir haqdır: xeyrinə yüklü edilmiş daşınmaz əşyaya kim malik olursa, servitut haqqının sahibi də o olur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında da vurğulanmışdır ki, “əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka.”. Beləliklə, məhdud bir əşya haqqı olaraq servitut öz sahibinə əşya üzərində birbaşa hakimiyyəti təmin etməklə ona həmin əşya üzərində yalnız istifadə səlahiyyətini təmin edir. Halbuki, tam bir əşya haqqı olaraq mülkiyyət haqqı həm istifadə, həm faydalanma, həm də sərəncam vermə səlahiyyətlərini təmin edir. Bundan başqa, servitut haqqının təmin etmiş olduğu istifadə səlahiyyəti də mülkiyyət haqqının təmin etmiş olduğu istifadə səlahiyyətinin həcmindən daha məhduddur. Belə ki, servitut haqqı yüklü daşınmaz üzərində yalnız müəyyən bir istiqamətdə (məsələn, zəruri yol və ya keçidi təmin etmək ya da mənzərinin örtülməsinə yaxud gurultulu iş yerlərinin tikilməsinin qadağan olunmasını təmin etmə və s.) istifadə səlahiyyəti təmin etdiyi halda, mülkiyyət haqqı öz sahibinə mülkiyyət predmeti üzərində hər bir istiqamətdə istifadə səlahiyyəti təmin edir. Qeyd olunduğu kimi servitut yalnız torpaq sahəsinin (daşınmaz əmlak obyektinin) mülkiyyətçisinin ona məxsus olan ərazidən (obyektdən) istifadə hüququnu həyata keçirmək üçün başqa imkanı olmadıqda müəyyən edilə bilər. İlk iddiaçının belə imkana malik olub-olmaması ilə bağlı məhkəmə araşdırması zamanı mübahisənin obyektiv həlli ilə bağlı mütəxəssis rəyinin alınması zərurəti yaranmış və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 15 yanvar 2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, faktiki olaraq göstərilən 540.0 kv.m torpaq sahəsi bir tərəfdən mişar daş hasarla, bir tərəfdən isə mişar daş hasar və üzərindəki mövcud tikilinin çöl divarı, bir tərəfdən isə mişar daş hasar qonşunun mövcud tikilisinin və üzərindəki mövcud tikilinin çöl divarı ilə sərhədlənib, bir tərəfdən üzərindəki mövcud tikilinin çöl divarı ilə sərhədlənib. Mübahisəli olan 13.0 kv.m torpaq sahəsi 540.0 kv.m olan sahənin bir hissəsini təşkil etməklə üç tərəfdən mişar daş hasarla, bir tərəfdən şərtidir. Faktiki olaraq göstərilən 540.0 kv.m sahənin üzərində ikimərtəbəli+mansardlı yaşayış evi mövcuddur. Mübahisəli olan 13,0 kv/metr torpaq sahəsinə qonşu sahə olan İddiaçı məxsus 1318.0 kv/metr torpaq sahəsindən giriş-çıxış qapısı (əl qapısı) mövcuddur. Bundan əlavə qeyd edilən mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının (İddiaçı) iddia etdiyi giriş-çıxış qapısının qarşısındakı 13.0 kv.m torpaq sahəsi cavabdehin (Cavabdeh3) mülkiyyətində olan torpaq sahəsinin tərkibindədir. İddiaçı özünə məxsus torpaq sahəsinə yol tərəfdəki hasardan giriş-çıxış qapısının açılması mümkündür. Bundan əlavə 25 iyun 2024-cü il tarixdə məhkəmə tərəfindən (mülki iş üzrə tərəflərin iştirakları ilə) mübahisəli sahədə yerində müayinə keçirilərək cavabdehə məxsus darvaza olan hissəyə bitişik yol tərəfdə olan hasarda bəzi rekonstruksiya işləri aparıldığı təqdirdə İddiaçı həyətinə sərbəst giriş-çıxışının (daravazanın açılması) mümkün olduğu aşkar edilmişdir. İşin məhkəmə araşdırılması zamanı, cavabdehin torpaq sahəsindən istifadə etmədən iddiaçının torpaq sahəsinə keçmək və getmək imkanı təsdiqlədiyi üçün məhkəmə hesab edir ki, iddia tələbi Mülki Məcəllənin 255.4-cü maddəsinin dispozisiya şərtlərinə uyğun deyil. Odur ki, İddiaçı ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, X9ndə yerləşən 1157 saylı torpaq sahəsinə piyada və avtomobillə keçidin təmin edilməsi üçün cavabdehin torpaq sahəsinin onun xeyrinə servitutla yüklü edilməsi barədə iddiası əsaslı olmadığından təmin edilə bilməz. Məhkəmə həmçinin ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı qarşı “eskiz-cizgi planlarına yenidən baxılması, ona məxsus torpaq sahəsinin ona qaytarılması və sair” tələbinə dair qarşılıqlı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, o, mülkiyyətində olan ümumi sahəsi 0,06 ha olan, ünvan 3 bağ sahəsini oğlu Cavabdeh3 bağışlamış və həmin torpaq sahəsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışa əsasən xx.xx.2021-ci il tarixdən Cavabdeh3 adına ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Onun iddia tələbinin əsasını isə artıq oğlunun mülkiyyətində olan torpaq sahəsi ilə bağlı mübahisə təşkil edir. Belə olan halda isə Cavabdeh2 qarşılıqlı iddia tələbində göstərilən tələbini irəli sürmək üçün hüquqi əsas aradan qalxmışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh2 Novxanı qəsəbəsi Sarıqaya bağları ərazisində Şəfəq və İnşaatçılar pioner düşərgələrinin yanında yerləşən ona məxsus 677 və Rüfətə məxsus 1135 saylı bağların 1993-2010-cu il tarixə qədər olan eskiz cizgi planlarına yenidən baxılması, Ona məxsus torpağın özünə qaytarılması qərarının verilməsi, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 677 saylı bağ həyətinə verilmiş gizgi planı 6 sota Reyetr Xidməti tərəfindən sənədləşdirilərək çıxarışın ona təqdim edilməsi İddiaçı tərəfindən ona dəymiş ziyanın ödənilməsi, iddiaçının iddiasının təmin olunmamasına onun həyətinə açdığı qapının hörülməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Məhkəmə həmçinin ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı qarşı “tikilinin sökülməsi, zəbt etdiyi torpaq sahəsinin qaytarılması və maddi ziyanın ödənilməi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə münasibət bildirərək qeyd edir ki, qarşılıqlı iddia aşağıdakılara görə əsaslı deyil. Belə ki, Cavabdeh3 iddia edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, sahəsi 6 sot olan 677 saylı bağ sahəsi onun mülkiyyətindədir və İddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin 1 sotunu zəbt edərək, 1 sot sahədə tövlə inşa etmişdir. Buna görə də həmin tikili (özbaşına tikili) sökülərək, mülkiyyətində olan və İddiaçı tərəfindən qanunsuz zəbt olunmuş torpaq sahəsi ona qaytarılmalıdır. Qeyd olunmalıdır ki, mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür. Vindikasiya iddiası petitor iddianın əsas növü sayılır. Vindikasiya iddiası özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək barədə iddiadır. Bu, mülkiyyətçinin əşyaya sahibliyi itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən məcburi tələb etməkdən ibarətdir. Vindikasiya iddiasının anlayışı Mülki Məcəllənin 157.2-ci maddəsində verilmişdir. Həmin anlayışa görə, vindikasiya iddiası əşyaya sahib olmayan mülkiyətçinin ona sahib olan qeyri-mülkiyyətçiyə qarşı iddiasıdır. Bununla da, vindikasiya prosesində tərəflər: iddiaçı, əşyaya faktikı sahibliyiyni itirmiş mülkiyyətçi, cavabdeh isə vicdanlı və vicdansız olmasından asılı olmayaraq, əşyaya faktiki malik olan sahibdir. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülkiyyətçisidir. Burada borclu subyekt iddanın qaldırıldığı anda əşyaya malik olan qeyri qanuni sahibdir. Vindikasiya obyekti natura şəklində fərdi müəyyən edilə bilən əşya olmalıdır. Bir sözlə qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda mövcud olmalıdır: -iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; -mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; -mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; -vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər; -cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Qeyd olunmalıdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, sahəsi 0.06 ha. olan 677 saylı bağ sahəsinin Cavabdeh3 mülkiyyətində olması işin mübahisəsiz halıdır. Lakin Cavabdeh3 mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi üzərindən faktiki sahiblikdən məhrum olması, həmin sahənin İddiaçı faktiki sahibliyində olması bilavasitə sübutetmə ilə bağlıdır. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Həmçinin, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 oktyabr 2019-cü il tarixli, 16256 saylı rəyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 30 sentyabr 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan bağ sahəsinin hasarı dövlət qeydiyyatına alınmış plancizgiyə (plan-ölçüyə) uyğun olaraq çəkilmiş, bağ sahəsinin hasarının faktiki sahəsi ilə qeydə alınmış plan-cizgi (plan-ölçü) arasında uyğunsuzluq aşkar edilməmişdir. Bununla yanaşı işdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 15 yanvar 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, “faktiki olaraq göstərilən 540.0 kv.m torpaq sahəsi bir tərəfdən mişar daş hasarla, bir tərəfdən isə mişar daş hasar və üzərindəki mövcud tikilinin çöl divarı, bir tərəfdən isə mişar daş hasar qonşunun mövcud tikilisinin və üzərindəki mövcud tikilinin çöl divarı ilə sərhədlənib, bir tərəfdən üzərindəki mövcud tikilinin çöl divarı ilə sərhədlənib. Mübahisəli olan 13.0 kv.m torpaq sahəsi 540.0 kv.m olan sahənin bir hissəsini təşkil etməklə üç tərəfdən mişar daş hasarla, bir tərəfdən şərtidir. Faktiki olaraq göstərilən 540.0 kv.m sahənin üzərində ikimərtəbəli+mansardlı yaşayış evi mövcuddur. Mübahisəli olan 13,0 kv/metr torpaq sahəsinə qonşu sahə olan İddiaçı məxsus 1318.0 kv/metr torpaq sahəsindən giriş-çıxış qapısı (əl qapısı) mövcuddur. Qeyd olunan sahələrin koordinatlarını əks etdirən sxem rəyə əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan 13.0 kv/metr sahə Cavabdeh3 məxsus **********86 reyestr nömrəli sahənin bir hissəsinə aiddir. İddiaçının iddia etdiyi giriş-çıxış qapısının qarşısındakı 13.0 kv.m torpaq sahəsi cavabdehin mülkiyyətində olan torpaq sahəsinin tərkibindədir.”. Göründüyü kimi İddiaçı tərəfindən Cavabdeh3 mülkiyyətində olan torpaq sahəsinin 1 sot hissəsinin zəbt edilməsi işin məhkəmə araşdırılması ilə təsdiq olunmamaqla yanaşı, belə bir halın mövcudluğuna dair qarşılıqlı iddiaçı da heç bir mötəbər sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, sahəsi 6 sot olan 677 saylı bağ sahəsinin qanunsuz zəbt olunmuş 1 sotunun qaytarılması və orada inşa edilmiş tikilinin sökülməsi ilə bağlı Cavabdeh3 qarşılıqlı iddiası əsassız olduğundan rədd edilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1nə qarşı “ona məxsus torpaq sahəsinə piyada və avtomobillə keçidin təmin edilməsi üçün cavabdehin müvafiq torpaq sahəsinə onun xeyrinə servitutun təyin olunması və servitut hüququnun həyata keçirilməsinə maneə yaradan hasarın müvafiq iki metrlik hissəsinin sökülməsi” tələbinə dair ilk iddia ərizəsi təmin edilməməli, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı qarşı “eskiz-cizgi planlarına yenidən baxılması, ona məxsus torpaq sahəsinin ona qaytarılması və sair” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməli və ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı qarşı “tikilinin sökülməsi, zəbt etdiyi torpaq sahəsinin qaytarılması və maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manatın, 16,66 manat hissəsi ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı, 16,66 manat hissəsi ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 və 16,66 manat hissəsi isə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1nə qarşı “ona məxsus torpaq sahəsinə piyada və avtomobillə keçidin təmin edilməsi üçün cavabdehin müvafiq torpaq sahəsinə onun xeyrinə servitutun təyin olunması və servitut hüququnun həyata keçirilməsinə maneə yaradan hasarın müvafiq iki metrlik hissəsinin sökülməsi” tələbinə dair ilk iddia ərizəsi təmin edilməsin. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı qarşı “eskiz-cizgi planlarına yenidən baxılması, ona məxsus torpaq sahəsinin ona qaytarılması və sair” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı qarşı “tikilinin sökülməsi, zəbt etdiyi torpaq sahəsinin qaytarılması və maddi ziyanın ödənilməi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manatın, 16,66 manat hissəsi ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı, 16,66 manat hissəsi ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 və 16,66 manat hissəsi isə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X4, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev