Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3057/2023 21.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Ərizəçi anası xx.xx.1923-cü il təvəllüdlü X2 xx.xx.1980-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi anası xx.xx.1923-cü il təvəllüdlü X2 xx.xx.1980-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılır ki, Ərizəçi anası X6 xx.xx.1923-cü il tarixdə Bakı şəhərində anadan olmuş, xx.xx.1980-ci il tarixdə səhhətində qəflətən yaranan xəstəlikdən vəfat etmişdir. Bundan sonra anası qohumlarının da iştirakı ilə Hökməli qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Anasının ölümü ərəfəsində ailəsində olan problemlər, eləcə də savadsızlığından anasının ölümünü təsdiqləyən ölüm haqqında şəhadətnaməni ərizəçi almamışdır. Sonradan anasının ölüm şəhadətnaməsini almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs 05/Q-2789/69 saylı xx.xx.2022-ci il tarixli arayış ilə ölüm haqqında akt qeydinin aşkar olunmadığını ərizəçiyə bildirmişdir. Hazırda sənədləşmə işlərinin aparılması üçün anasının ölümü haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. X1 1980-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi ərizəçiyə mərhumun adına olan Bakı şəhəri Ləhiş 1528 saylı bağ sahəsinin sənədləşdirilməsi üçün tələb olunur. Anasının ölümündən sonra onun vərəsəsi kimi mərhumdan miras qalmış Bakı şəhəri Ləhiş 1528 saylı bağ sahəsi Ərizəçi istifadəsindədir. Ona görə də, anası xx.xx.1923-cü il təvəllüdlü X2 xx.xx.1980-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizəni müdafiə edib ərizənin məzmunu ilə eyni məzmunlu izahat verib, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. xx.xx.1952-ci il tarixli İE № 798616 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1228 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X7, anası X4r. Hökməli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 781 saylı xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, xx.xx.1923-cü il təvəllüdlü X6 xx.xx.1980-ci il tarixdə vəfat etmiş və Hökməli qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 05/Q-2789/69 saylı arayışından müəyyən olunur ki, Maraqlı şəxsndə 1977-1983-cü illərə dair ilkin akt qeydləri yoxlanılmış və X6 barəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-2675/2023 saylı qətnaməsindən müəyyən olunur ki, Ərizəçi ərizəsi təmin edilərək 1906-cı il tarixdə doğulmuş X3 xx.xx.1988-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair hüquqi faktı müəyyən edilmişdir. Məhkəmə iclasında şahid X12 ifadəsində göstərmişdir ki, anası X6 xx.xx.1980-ci il tarixdə Bakı şəhərində ölmüş, Hökməli qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, anası X6 xx.xx.1980-ci il tarixdə Bakı şəhərində ölmüş, Hökməli qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla xx.xx.1923-cü il təvəllüdlü X2 xx.xx.1980-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan, ərizəçinin bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.1923-cü il təvəllüdlü X2 xx.xx.1980-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-3057/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3057/2023
21.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver