Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3063/2022 18.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “vəfat etmə faktının müəyyən edilməsi”-nə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası 1933-cü il təvəllüdlü X2 15 iyul 2000-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum anası 1933-cü il təvəllüdlü X6 15 iyul 2000-ci il tarixdə evdə xəstəlikdən vəfat etmişdir. Həmin vaxt evə təcili tibbi yardım çağırılmamışdır. Mərhum Qobustan ərazisində Qırxlar qəbirstanlığında dəfn edilmişdir. Tərəfindən ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı Qeydiyyat şöbəsinə müraciət edilmişdir. Lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması barədə cavab verilmişdir. Maraqlı şəxs tərəfindən X6 barəsində ölüm haqqında akt qeydinin aşkar olunmadığı barədə arayış verilmişdir. Hüquqlarını bilmədiklərindən aaları vəfat edərkən vaxtında poliklinikaya müraciət etməmişlər. Bu səbəbdən də tibbi şəhadətnamənin alınması mümkün olmamışdır. Məhkəmə iclasında ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, ərizəçinin ərizəsinə etiraz etdiklərini bildirməklə, işin həllini məhkəmənin mülahizəsinə buraxıldığını bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirmişdir ki, ərizəçi atasının ögey qardaşıdır. Solmaz onun nənəsidir. Nənəsi 15 iyun 2000-ci il tarixdə ölmüş, Qobustan rayonunda dəfn olunmuşdur. Qəbirüstünə getmişdir. O, nənəsi öləndən sonra doğulmuş, atası ona nənəsinin 15 iyun 2000-ci il tarixdə öldüyünü demişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirmişdir ki, mərhum Solmaz xanımla qonşu olmuşlar. O, Biləcəri qəsəbəsində həyət evində yaşayırdı. Solmaz xanım 2000-ci ilin iyun ayının 10-20-si arası bir tarixdə ölmüş, Qobustan rayonunda dəfn olunmuşdur. Həmin vaxt özü ev tikdirdiyindən, vəfat tarixi dəqiq olaraq yadında qalmamışdır. Mərhumun yasında iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirmişdir ki, mərhum Solmaz xanımla qonşu olmuşlar. Solmaz xanım 2000-ci ilin iyun ayında ölmüş, Qobustan rayonunda dəfn olunmuşdur. Mərhumun yasında iştirak etmişdir. O, yoldaşı Xeyrulla kişi ilə yaşayırdı, uşaqları evlərinə gəlib-gedirdi. İndi Xeyrulla kişi də rəhmətə gedib. Onların uşaqları Nofəl və Seyfəllə tanışlığı vardır. Seyfəl rəhmətə getmişdir. Nofəl isə hələdə Biləcəri qəsəbəsində yaşayır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: V-ЖГ-seriyalı, 441928 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1956-cı il tarixində Bakı şəhərində doğulmuşdur. X1, anası X5r. Sovet Sosialist Respublikası vətəndaşının Xİİ-ЖГ seriyalı, 556107 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X6 1933-cü il tarixində Göyçə rayonunda doğulmuşdur. Bakı şəhəri Binəqədi rayon İcra qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2021-c il tarixli, 2942/15 saylı arayışdan görünür ki, X6 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları 1997-2003-cü illərə dair ilkin, 2001-2007ci illərə dair bərpa qeydləri üzrə yoxlanılmışdır. Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilən xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatın qaydası”–nın 8.5-ci bəndinə əsasən tələb edilən sənədlər tam olmadığından ölümün qeyd edilməsi mümkün deyildir. Ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından X2 ölümünün qeydə alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və işin halları ilə müəyyən edilir ki, Ərizəçi mərhum X2 oğludur. Belə ki, X2 2000-ci il tarixində Bakı şəhərində vəfat etməsi, şahid ifadələri və fotoşəkillərlə ilə sübut olunur. Lakin mərhumun ölüm günü ilə bağlı məhkəməyə sübutlar təqdim edilməmişdir. Belə ki, ərizəçi ərizəsində mərhumun xx.xx.2000-ci ildə öldüyünü iddia etsə də, məhkəmə iclasında şahidlər mərhumun 2000-ci ili iyun ayında vəfat etdiyini bildirmişlər. Fotoşəkildə olan qəbir daşında belə həmin izlər oxuna bilmir, lakin ölümün 2000-ci il tarixində olması şahid ifadələri ilə öz təsdiqini tapır. Ərizəçi anasının vəfat etməsi ilə əlaqədar səhiyyə orqanlarından tibbi şəhadətnamə əldə edə bilmir. Həmin sənədin alınması ərizəçiyə anasının ölüm haqqında şəhadətnaməsini almaq, habelə onun ölümündən sonra yaranmış bir sıra hüquqi məsələləri həll etmək üçün lazımdır. Odur ki, Ərizəçi anası 1933-cü il təvəllüdlü X2 2000-ci il tarixində Bakı şəhərində vəfat etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından və ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətli fakt olduğundan ərizə əsaslıdır. Eyni zamanda qeyd edilməlidir ki, vəfat edən şəxsin ölüm günü ilə bağlı kifayət qədər sübutların olmaması şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etmə faktının müəyyən edilməsindən imtina üçün əsas deyildir və hüquq haqqında mübahisə doğurmur.Bu baxımdan məhkəmə müvafiq orqanın ölümün baş vermə tarixi ilə bağlı sənədlərdə qeydiyyatı natamam aparmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, 1933-cü il təvəllüdlü X2 2000-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməli, ərizə ölüm günü ilə bağlı hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi qismən təmin edilsin. Ərizəçinin anası 1933-cü il təvəllüdlü X2 2000-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ölüm vaxtı ilə bağlı natamam qeydiyyatın aparılması məqsədəmüvafiq hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3063/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3063/2022
18.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver