Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3079/2022 12.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, X2 07 noyabr 2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qardaşı X2 07 noyabr 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, qardaşı X5 07 noyabr 2021-ci il tarixdə yaşadıqları Bakı şəhəri, Binəqədi rayonunda yerləşən evdə vəfat etmişdir. Belə ki, qardaşı ankoloji xəstəlikdən əziyyət çəkmişdir. X14 dərhal çağırılmış, lakin, həkimlər gələndə artıq qardaşı vəfat etmişdir. Bu barədə onlara xəbərdarlıq vərəqəsi verilmişdir. Mərhum qardaşı elə həmin gün Ağsu rayonu İlxıcı bələdiyyəsinin İlxıcı kənd qəbirstanlığında dəfn olunmuşdur. O, ölüm haqqında şəhadətnamənin alınması üçün müvafiq qeydiyyat şöbəsinə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda Ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs səlahiyyətli nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, ərizənin təmin olunmasına etiraz etmədiklərini bildirib, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, mərhum onun dayısı olmuşdur. Dayısı ankoloji xəstəlikdən vəfat etmiş, dəfn mərasimində o şəxsən iştirak etmişdir. Mərhum Ağsu rayon İlxıcı kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X4 digər şahidin ifadəsinə uyğun ifadə verdilər. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Ərizəçi X2 bacısıdır. - ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 07 noyabr 2021-ci il tarixdə, saat 11:00-da ünvan 2 ünvanında 72 yaşlı X2 meyiti aşkar edilmişdir. - Ağsu rayonunu İlxıcı bələdiyyəsi tərəfindən verlmiş 10 dekabr 2021-ci il tarixli arayışda göstərilmişldir ki, X1 rayonunun İlxıcı bələdiyyəsinin İlxıcı kənd qəbirstanlığında 07 noyabr 2021-ci il tarixdə yaxın qohumları və kənd camaatının iştirakı ilə dəfn edilmişdir. - Bakı Baş Səhiyyə Mərkəzi 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş məktubda göstərilmişdir ki, 05 aprel 1950-ci il təvəllüdlü mərhum X5 müəssisədə ambulator müalicədə olmadığı üçün ona ölüm haqqında tibbi arayış verilməsi mümkün deyil. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X5 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi qardaşı X2 07 noyabr 2021-ci il tarixdə Bakı şəhərində ankoloji xəstəlikdən vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 05 aprel 1950-ci il tarixdə doğulmuş X2 07 noyabr 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-3079/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3079/2022
12.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver