Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3124/2024 15.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə, daha sonra dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanılmış Barışıq Sazişinin 2, 3 və 4-cü bəndlərinin təsdiq edilərək, Maraqlı şəxs ilə birgə nikahlarından olmayan xx.xx.2018-ci il tarixdə dünyaya gəlmiş X2 bioloji atalıq faktorunun müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət edərək, birgə nikahda olmayan dövrdə xx.xx.2018-ci il tarixdə doğulmuş X2 bioloji atası Maraqlı şəxsdur. Hazırki iş üzrə Maraqlı şəxs ilə aralarında xx.xx.2018-ci ildə anadan olmuş X2 bioloji atası Maraqlı şəxs olması barədə xx.xx.2023-cü il tarixdə MŞB/2/2023-04094 nömrəli barışıq sazişi bağlanılmışdır. O, Maraqlı şəxs ilə xx.xx.2010-cu il tarixində 797 nömrə ilə Nərimanov rayon qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. xx.xx.2017-ci il tarixdə nikah pozulmasına və onun X5 ilə nikaha girməsinə baxmayaraq xx.xx.2018-ci il tarixində dünyaya gələn X2 bioloji atası Maraqlı şəxsdur. Barışıq sazişinin şərtlərinə uyğun olaraq tərəflər yuxarıda sözügedən faktın müəyyən olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nə müraciət etmiş və “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin xx.xx.2023-cü il tarixli 01p/2023-MTŞB nömrəli Aktı ilə atalıq faktı təsdiq edilmişdir. Hər iki tərəf qəbul edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin xx.xx.2023-cü il tarixli 01p/2023-MTŞB nömrəli Aktı ilə müəyyən olunmuş nəticə onlar üçün mötəbərdir və bundan sonrakı sənədləşmə prosesində həmin Aktla müəyyən olunmuş nəticələrə istinad edəcəklər. Hər iki tərəf qəbul edir ki, Aktla müəyyən olunmuş nəticə gələcəkdə heç vaxt mübahisə predmeti olmayacaqdır. xx.xx.2023-cü il tarixdə MŞB/2/2023-04094 nömrəli barışıq sazişinin şərtlərinə Maraqlı şəxs əməl etməmişdir. Məhkəmə iclasında iştirak edən ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs barışıq sazişinin ərizədə göstərilən hissədə təsdiq edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İV 114651 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüldü X2 atası X5, anası Ərizəçidır; xx.xx.2023-cü il tarixdə, Bakı 2 saylı Mediasiya təşkilatı vasitəsi ilə Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış barışıq sazişindən görünür ki:
1. Tərəflər qəbul edirlər ki, Maraqlı şəxs və Ərizəçi xx.xx.2010-cu il tarixində 797 nömrə ilə Nərimanov rayon Qeydiyyat şöbəsində nikaha daxil olmuşlar.
2. Hər iki tərəf qəbul edir ki, xx.xx.2017-ci il tarixində nikahın pozulmasına və ikinci tərəf Ərizəçi X5 ilə nikaha girməsinə baxmayaraq 01 sentyabr 2018-ci il tarixində dünyaya gələn X2 biyoloji atası Maraqlı şəxsdur.
3. Tərəflər yuxarıda sözügedən faktın müəyyən olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nə müraciət etmiş və “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin xx.xx.2023-cü il tarixli 01p/2023- MTŞB nömrəli Aktı ilə (bundan sonra Akt adlandırılacaq) atalıq faktı təsdiq edilmişdir.
4. Hər iki tərəf qəbul edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin xx.xx.2023-cü il tarixli 01p/2023-MTŞB nömrəli Aktı ilə müəyyən olunmuş nəticə onlar üçün mötəbərdir və bundan sonrakı sənədləşmə prosesində həmin Aktla müəyyən olunmuş nəticələrə istinad edəcəklər.
5. Hər iki tərəf qəbul edir ki, Aktla müəyyən olunmuş nəticə gələcəkdə tərəflər arasında heç vaxt mübahisə predmeti olmayacaqdır.
6. Hər iki tərəf qəbul edir ki, məsələnin həlli ilə bağlı məhkəmənin başqa bir mövqeyi olarsa (məsələn sadələşdirilmiş icraat qaydasında xüsusi icraat qaydasına keçirilmə) bununla mübahisəsiz olaraq razılaşacaqlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin xx.xx.2023-cü il tarixli ekspert aktından görünür ki, mübahisəli atalıq ekspertizasına görə qan və ağız suyunun tədqiqinə əsasən aşağıdakı nəticəyə gəlir:
1. Maraqlı şəxs qrup göstəriciləri: B alfa /İİİ/, Rezus-D /+/.
2. Ərizəçi qrup göstəriciləri: B alfa/İİİ/, Rezus-D /+/.
3. X2 qrup göstəriciləri: B alfa/İİİ/, Rezus-D /+/.
4. Ağız suyunun tədqiqinə görə ata, ana və uşaq “ifraz edənlər” kateqoriyasına aiddir.
5. Yuxarıda tədqiq olunmuş sistemlər üzrə qrup faktorlarına görə alınmış göstəricilərə əsasən Maraqlı şəxs ekspertizaya təqdim olunmuş X4 adlı uşaq barəsində atalıq faktı inkar olunmadı. AZ-İİ seriyalı 392793 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında olan nikah 2 saylı Bakı “ASAN xidmət mərkəzi” qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixdə bağlanmışdır. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin məhkəməyə verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir; 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir; 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 2, 3 və 4-cü bəndlərini təhlil edərək və Mülki Prosessual Məcəllənin 355- 26.1-ci göstərilən barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün əsasların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, maraqlı şəxs barışıq sazişi üzrə qeyd olunan bəndləri icra etmədiyinə görə, barışıq sazişinin həmin hissələrdə məcburi icrasının təmin edilməsi məqsədilə məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, hazırki ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
Ərizə təmin edilsin. xx.xx.2023-cü il tarixdə, Bakı 2 saylı Mediasiya təşkilatı vasitəsi ilə Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış barışıq sazişi “ 2. Hər iki tərəf qəbul edir ki, xx.xx.2017-ci il tarixində nikahın pozulmasına və ikinci tərəf Ərizəçi X5 ilə nikaha girməsinə baxmayaraq 01 sentyabr 2018-ci il tarixində dünyaya gələn X2 biyoloji atası Maraqlı şəxsdur; 3. Tərəflər yuxarıda sözügedən faktın müəyyən olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nə müraciət etmiş və “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin xx.xx.2023-cü il tarixli 01p/2023-MTŞB nömrəli Aktı ilə (bundan sonra Akt adlandırılacaq) atalıq faktı təsdiq edilmişdir; 4. Hər iki tərəf qəbul edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin xx.xx.2023-cü il tarixli 01p/2023-MTŞB nömrəli Aktı ilə müəyyən olunmuş nəticə onlar üçün mötəbərdir və bundan sonrakı sənədləşmə prosesində həmin Aktla müəyyən olunmuş nəticələrə istinad edəcəklər.” hissədə məcburi icra üçün təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Rəşad Qoşqarlı