Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3153/2023 19.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi və onun adından ölüm haqqında şəhadətnamənin verilməsinin qeydiyyat şöbəsinə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum anası X6 xx.xx.1981-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında yaşamışdır və xx.xx.2022-ci il tarixində yaşadığı ünvanda vəfat etmişdir. Təcili və X4 Stansiyasına çağırış edilsə də təcili yardım briqadası gələnədək anası Ramilə Şəmiyeva vəfat etmişdir. Təcili və X4 Stansiyası tərəfindən xx.xx.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi təqdim edilmişdir. Daha sonra ölüm haqqında tibbi şəhadətnamə verilməsi üçün tərəfindən 15 nömrəli Şəhər Poliklinikasına müraciət edilmişdir. Lakin, mərhun anası 15 saylı Şəhər Poliklinikasına müraciət etmədiyi, adına ambulator karta açılmadığı və digər səbəblərə görə ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Mərhum anasına ölüm haqqında şəhadətnamə alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxsnə tərəfindən müraciət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli imtina məktubuna əsasən anası Ramilə Şəmiyevanın adına ölüm haqqında tibbi arayışın olmadığı səbəbindən ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Hal-hazırda isə anasının ölümü haqqında şəhadətnaməin alınması zərurəti yaranmışdır. Qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamə verilməsindən imtin etdiyi səbəbindən ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X7 bildirdi ki, ərizəçi onun bacısı, mərhum Şəmiyeva Ramilə isə onun anasıdır. Anası şəkər və təzyiq xəstəliyindən əziyyət çəkirdi. Anası xx.xx.2022-ci il tarixdə Bakı şəhərində yaşadığı ünvanda vəfat etmişdir. O, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmədə şahid X1 ifadəsində göstərdi ki, ərizəçi onun qonşusudur. Onların yaxın dostluq münasibətləri vardır. Mərhum Ramilə uzun müddət idi ki, şəkər və təzyiq xəstəliyindən əziyyət çəkirdi. Mərhum xx.xx.2022-ci il tarixdə Bakı şəhərində yaşadığı ünvanda vəfat etmişdir. O, dəfn mərasimində iştirak etməsə də, yas mərasimində iştirak etmişdir. Onların adətinə görə qadınlar dəfn mərasimində iştirak etməməlidir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: Vİİ-ЖГ 461198 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü X3 atası Şamiyev Valeh, anası isə Şamiyeva Validədir. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1981-ci il tarixdə anadan olmuşdur. Təcili və X4 Stansiyasının “ölüm haqqında xx.xx.2022-ci il tarixli xəbərdarlıq vərəqəsi”ndən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18:08-də Bakı şəhəri, Biləcəri qəsəbəsi, R.İsmayılov, 23Q ünvanında yaşayan X3 adına çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda qadın cinsli meyid aşkar etmişdir. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X3 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığından, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” X12 15 nömrəli Şəhər Poliknikanın xx.xx.2023-cü il tarixli, 20 nömrəli məktubdan görünür X6 15 nömrəli şəhər poliknikasına müraciət etmədiyindən, adına ambulator karta açılmamışdır. Xəstə kimi dispanser qeydiyyata da alınmamışdır. Ona görə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi imkan xaricindədir. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Yeddioymaq kənd İƏD üzrə nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, X6 xx.xx.2022-ci il tarixdə yaşadığı ünvanda vəfat etmiş, xx.xx.2022-ci il tarixdə ünvan 5ında dəfn edilmişdir. xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X6 ünvan 6 ünvanında yaşamışdır. Məhkəmə araşdırması zamanı ərizəçinin, şahidlərin izahatı və işin materialları ilə həqiqətən xx.xx.1981-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktı sübut olunur. Lakin Bakı şəhəri Maraqlı şəxs məktubla ölüm haqqında qeydiyyat aparmaqdan imtina etdiyindən ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Şərh edilənləri məhkəmə hesab edir ki, xx.xx.1981-ci il təvəllüdlü X3 yaşadığı ünvan 6 ünvanında xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1981-ci il təvəllüdlü X3 yaşadığı ünvan 6 ünvanında xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-3153/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3153/2023
19.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver