Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3261/2025 22.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədov Əli İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1970-ci ildə anadan olmuş X3 xx.xx.2011-ci il tarixində ölüm faktının qeydə alınması haqqında qətnamə qəbul edilməsini xahiş edir. Ərizə onunla əsaslandırılmışdır ki, X2 26 aprel 1970-ci ildə anadan olmuşdur. X2 09 yanvar 2011-ci ildə rəhmətə getmiş, 10 yanvar 2011-ci ildə Abşeron rayon Digah qəsəbəsi qəbristanlığında dəfn olunmuşdur. Qəbrin fotoşəkilini də çəkmişdir ki, ərizəmə əlavə etsin. Eyni zamanda qardaşının ölməsini qonşularda təsdiq edə bilər. Lazım olduğu təqdirdə məhkəmə prosesində həmin sahidləri təqdim edə bilər. Hazırda vərəsəlik işi açılmışdır. Qardaşının ölüm şəhadətnaməsi olmadığından biz vərəsəlik şəhadətnaməsi ala bilmir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixində 3t65/8-15-949/2024 saylı imtina məktubu verilmişdir. Baxmayaraq ki, Bakı şəhər Yasamal Bələdiyyəsi tərəfindən X8 2011-ci ildə rəhmətə getmiş, Abşeron rayon Digah qəsəbəsi qəbristanlığında dəfn olunması barədə arayış verilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin dəlillərinə uyğun izahat vermiş və təmin olunmasını xahiş etmişdir. Ölüm şəhadətnaməsi gələcəkdə sənədləşmə işləri üçün lazımdır. Ailəsi və uşağı yoxdur. Heç vaxt evlənməmişdir. Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, mərhum onun qaynı, ərizəçi isə əridir. Mərhum 2011-ci ilin 9 noyabr tarixində axşam saatlarında təqribən saat 19:00-21:00 aralığından yaşadıqları evdə ölmüşdür. 10 yanvar tarixində səhər saaatlarında Digah qəsəbəsində dəfn edilmişdir. qəbir üzərində ölüm tarixi 10 yanvar kimi qeyd edilmişdir. Həddən çox içki içdiyi üçün xəstəliyi olmuş, müalicə almaqdan imtina etmişdir. Ölən günə qədər günü-gündən arıqlamışdır. Ölən günü təcili yardım çağırmışlar, hətta bu barədə qaynanasına sənəd verilmişdir. Lakin Yasamal rayonundakı evəri plana düşdüyündə, köç ərəfəsi həmin sənəd itmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr-ti 36 ünvanında mərhum və ərizəçi ilə bir həyətdə qalmışlar. Mərhum onun əmisi oğludur. 2011-ci il tarixində axşam saatlarında vəfat etsə də, tarixi yadında deyil. Əmisi oğlunun əziyyət çəkdiyi xəstəliyi var idi. Ölən gün evdə olmuşlar, təcili yardım gəlmişdir. Ölüm tarixi və qəbir daşının üstündəki tarixin fərqli olması ilə bağlı məsələ bir ara müzakirə edilsə də, sonradan unudulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirmişdir ki, mərhumun və ərizəçinin bacanağıdır. Mərhum 2011-ci ildə ölmüş, yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr-ti 40 ünvanında yaşamaqla, ərizəçinin qonşusu olmuşdur. Mərhum 2011-ci ildə yanvar ayında, axşam saatlarında ölmüşdür. Ölüm günü orada olmuş, mərhum Digah qəsəbəsində dəfn edilib. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.1993-cü il tarixdə SSR Səhiyyə Nazirliyi tərəfindən verilən 642 nömrəli tibbi arayışdan görünür ki, Bakı şəhəri Nərimanov rayonunda yaşayan 1970-ci il təvəllüdlü X8 və sağlamdır. Azərbaycan SSR Maarif Nazirliyi tərəfindən verilən şəhadətnamədən görünür ki, 1970ci ildə anadan olmuş, X5 Nəsimi rayonunun 11 nömrəli köməkçi 8 illik məktəbin 8-ci sinifini kafi davranış və qiymətlərlə bitirmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli məktubun mətnində göstərilir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında şəhadətnamə təqdim edilmədiyindən, ölümün qeydə alınması mümkün deyildir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Bakı şəhər Baş Səhiyyə Mərkəzi PHŞ 35 №-li şəhər poliklinikası tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda göstərilir: xx.xx.1970-ci il təvəllüdlü X1 rayonu, 35 №-li şəhər poliklinikasına heç bir müraciəti və tibbi qeydiyyatda olmadığı üçün ölüm səbəbi məlum olmadığı üçün “Ölüm haqqında şəhadətnamə” vermələri mümkün deyildir. Digah Bələdiyyəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X8 xx.xx.2011-ci il tarixində ölmüşdür. xx.xx.2011-ci il tarixində Abşeron rayonu, Digah qəsəə qəbirstanlığında dəfn edilmişdir. İddia tələbindən görünür ki, iddiaçının tələbinin hüquqi əsasını şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi təşkil edir. Belə ki, ərizəçi mərhum qardaşının ölümü ilə bağlı tibbi şəhadətnamənin əldə edilməsinin mümkünsüzlüyünə görə ölüm haqqında şəhadətnamə ala bilmir. Hansı ki, həmin şəhadətnamə ona qardaşının ölümündən sonra yarana biləcək sənədləşmə işləri üçün lazımdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və işin halları ilə müəyyən edilir ki, ölüm faktı müəyyən edilməsi xahiş edilən X8 Ərizəçi qardaşıdır. X3 xx.xx.2011-ci il tarixində ölməsi həm Digah bələdiyyəsi tərəfindən verilən arayış, həm də şahid ifadəsi ilə müəyyən edilir. Belə ki, mərhumun ölümünün hansı şəraitdə baş verməsi ilə bağlı isə şahidlər ətraflı məlumat vermiş və məhkəmə həmin ifadəni mötəbər sübut kimi qəbul etmişdir. Odur ki, xx.xx.1970-ci il təvəllüdlü X3 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində vəfat etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından və ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətli olduğundan ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi qardaşı xx.xx.1970-ci il təvəllüdlü X3 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizəsi təmin edilsin. xx.xx.1970-ci il təvəllüdlü X3 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3261/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3261/2025
22.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver