Məhkəmə qərarları › İş №2(001)-3264/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3264/2020

11.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3264/2020 11.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs qeyd edərək, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin xx xxxxxx 1979-cu il təvəllüdlü oğlu X7 xx xxxxxx 2019-cu il tarixdə ölmüşdür. Ərizəçi bu günə qədər onun ölümünu təsdiq edən sənədi ala bilməmişdir. Hal-hazırda bəzi sənədləşmə işlərinin aparılması üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Ərizəçi bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər baş səhiyyə idarəsi 15 saylı şəhər poliklinikasına və Maraqlı şəxsnə yazılı ərizə ilə müraciət etmiş, laki bu heç bir nəticə verməmiş, ərizəçiyə məhkəməyə müraciət edilməsitövsiyyə edimişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verdi, ərizənin təmin edilməsini, oğlu - xx.xx.1979-cu il təvəllüdlü X4 xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Təcili və X3 Stansiyasının xx xxxxxx 2020ci il tarixli, 112 nömrəli cavab məktubunda aşağıdakılar göstərilmişdir: “ ... Sizin xx.xx.2020-ci il tarixli ərizənizə cavab olaraq bildiririk ki, xx.xx.2019-cu il tarixdə saat 16;43-də “103” xidmətinə Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, ev 36 ünvanından naməlum kişinin adına “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 17 saylı bölmənin həkimi Ruslan Məmmədov icra edərək, xəstə X6 “Kəskin miokard infarktı. Kardiogen şok. Ağ ciyər ödemi” diaqnozu qoyaraq, müvafiq tibbi yardım göstərmiş, 6 saylı X5 hospitalizasiya edərkən, avtomobildə xəstənin vəziyyəti ağırlaşmış, reanimasion tədbirlər aparmasına baxmayaraq, xəstə həkimin yanında keçinmişdir. Meyit 43-cü polis bölməsinin əməkdaşına təhvil verilmişdir. Hadisə barədə 43-cü polis bölməsinin əməkdaşı Tural Əliyevə məlumat verilmişdir”. İş materiallarında olan Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli, A-209 nömrəli arayışından görünür ki, X7 xx.xx.2019-ci il tarixində Biləcəri qəsəbəsindəki 1 saylı qəbiristanlıqda dəfn edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx xxxxxx 2020-ci il tarixli cavab məktubundan görünür ki, həmin məktubla vətəndaşa X4 ölümünün qeydiyyata alınması üçün şəxsin ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməli olması izah edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, o, X4 həyat yoldaşıdır. Əri xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərində vəfat edib. Ölüm haqqında şəhadətnaməsini bu günə qədər ala bilməyiblər, bu da sənədləşmədə müəyyən maneələr yaradır. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, X7 onun qardaşıdır, xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərində vəfat edib və Biləcəri qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə müvafiq olaraq, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən isə, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1979-cu il təvəllüdlü X4 xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan və bu faktın müəyyən edilməsi ərizəçiyə lazım olduğundan həmin hüquqi fakt müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi oğlu - xx.xx.1979-cu il təvəllüdlü X4 xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar