Məhkəmə qərarları › İş №2(001)-3278/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3278/2024

14.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3278/2024 14.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, Ərizəçi nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsini qeyd edərək, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X7 izahatında məhkəməyə bildirdi ki, ərizəçinin oğlu X8 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı kəndi, Qızılqumda yerləşən bağ evində vəfat etmişdir. Bir gün qabaq o, bağda ağaclar əkmiş, növbəti gün də əkdiyi ağacları sulamağa getmişdir. Ərizəçi gəlib oğlunu ayaqyolunda huşsuz vəziyyətdə tapmışlar. Təcili tibbi yardı çağırış anından 2 saat sonra gəlmişdir. Həkimlər gələndə oğlu artıq ölmüşdür. Hal-hazırda ölüm haqqında şəhadətnaməni ala bilmir və bu sonrakı sənədləşməni mümkünsüz edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan seriya AZE 04181433 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1977-ci il tarixdə Ermənistanın Stepanavan rayonunda doğulmuşdur. İş materiallarında olan 25 nömrəli şəhər poliklinikasının 08 aprel 2024-cü il tarixli cavab məktubundan görünür ki, ölüm səbəbini bilmədiklərinə görə ölüm haqqında şəhadətnaməni verə bilmirlər. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin 27 mart 2024cü il tarixli cavab məktubundan görünür ki, X6 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə ölümün qeydə alınmasından imtina edilmişdir. İş materiallarında olan Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin 08 aprel 2024-cü il tarixli, 30 saylı arayışından görünür ki, X8 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Abşeron rayonu Mehdiabad ərazisindəki qəbirstanlıqda dəfn edilmişdir. İş materiallarında olan Təcili və X5 Stansiyasının 16 saylı bölməsinin xx.xx.2024-cü il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə X6 adına çağırış edilmiş və həkimə qədər ölüm, kişi cinsli meyid aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində məhkəməyə bildirdi ki, X8 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində baş evində vəfat etmiş və Abşeron rayonu Mehdiabad ərazisindəki qəbirstanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində məhkəməyə bildirdi ki, X8 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində baş evində vəfat etmiş və Abşeron rayonu Mehdiabad ərazisindəki qəbirstanlıqda dəfn edilmişdir. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən isə, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1977-ci il tarixdə Ermənistanın Stepanavan rayonunda doğulmuş X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1977-ci il tarixdə Ermənistanın Stepanavan rayonunda doğulmuş X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar