Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3328/2021 03.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, X1 21 noyabr 1996-cı il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə 03 may 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək oğlu X1 21 noyabr 1996-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, mərhum oğlu 13 may 1984-cü il tarixdə Ermənistan Respublikasının Spitak rayonunun Kursalı kəndində doğulmuşdur. 1988-ci il tarixdə baş vermiş məlum hadisələrə görə yaşadıqları yerdən qovularaq Bakı şəhərində məskunlaşmalı olmuşlar. X2 07 iyun 1996-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Mərhum oğlu Elməddin anadangəlmə fiziki qüsurlu olmuş, 1996-cı ilin 21 noyabr tarixində Bakı şəhərində vəfat etmiş, atasının məzarının yanında dəfn olunmuşdur. Hüquqi savadsızlıqlarından ölüm haqqında şəhadətnamənin önəm kəsb etməyəcəyini düşünüb bu barədə vaxtında lazımi orqanlara müraciət etməmiş, sonradan isə qeydiyyat şöbəsinə müraciət etdiyində atasının ölümü haqqında tibbi şəhadətnamə olmadığından faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məzmunlu cavab almış, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Sonda Ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin olunması barədə qətnamə çıxarımasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında göstərdi ki, Ərizəçi onunla qonşuluqda yaşayır. Ərizəçi 5 uşağı olmuş, uşaqlardan Elməddinin səhhətində ciddi problemləri var idi, anası ona qulluq edirdi. Lakin, Elməddin 1996-cı ildə vəfat etmiş, Binəqədi qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında ərizəçinin qonşusu olduğunu bildirib digər qonşu Mina Əliyevanın izahatına uyğun izahat verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ərizəçinin bacısı olduğunu bildirib ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verdi. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi X1 anasıdır. - Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 03 fevral 2021-ci il tarixli, 124 saylı arayışından görünür ki, X3 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən Binəqədi Keyrəki qəbirstanlığında 1996-cı il tarixindən dəfn olunub. - Bakı şəhəri Maraqlı şəxs 06.03.2020-ci il tarixli məktubundan görünür ki, X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi tövsiyyə edilmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin, eləcə də şahidlərin izahatını, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X1 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi oğlu X1 21 noyabr 1996-cı il tarixdə vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. 13.05.1984-cü il tarixdə Ermənistan Respublikasının Spitak rayonunun Kursalı kəndində anadan olmuş X1 21 noyabr 1996-cı il tarixdə Bakı şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-3328/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3328/2021
03.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver