Məhkəmə qərarları › İş №2(001)-3338/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3338/2023

17.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3338/2023 17.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Ərizəçi anası xx.xx.1955-ci il təvəllüdlü X1 xx.xx.2019-cu il tarixdə ölməsi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi anası xx.xx.1955-ci il təvəllüdlü X1 xx.xx.2019-cu il tarixdə ölməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılır ki, ərizəçi R.Ərizəçi anası xx.xx.1955-ci il təvəllüdlü X3 xx.xx.2019-cu il tarixdə ölmüş və həmin gün Hövsan qəsəbəsinin Zeytun yaşayış sahəsi qəbristanlığında dəfn edilmişdir. Həmin tarixdə təcili yardım çağırılmış, lakin qeydiyyat aparılmadığından xəbərdarlıq vərəqi alınmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, tibbi şəhadətnamənin olmaması səbəbindən ərizənin təmin edilməsinin mümkün olmaması ona bildirilmişdir. Ölüm faktının müəyyən edilməsi ərizəçiyə ölüm haqqında şəhadətnamənin alınması, hüquqlarının həyata keçirilməsi üçün tələb olunur. Ona görə də X1 xx.xx.2019-cu il tarixdə ölməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib ərizənin məzmunu ilə eyni məzmunlu izahat verib, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. xx.xx.1983-ci il tarixli İV № 335386 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1983-cü il tarixdə Ermənistanın Quqarak rayonunda anadan olmuş, atası X6, anası X2r. Azərbaycan Respublikasının vətəndaşının AZE seriyalı 05371459 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X3 xx.xx.1955-ci ildə Ermənistanın Quqarak rayonunda anadan olmuşdur. 9 nömrəli poliklinikanın xx.xx.2023-cü il tarixli 250 saylı arayışından müəyyən olunur ki, Binəqədi rayonu Rəsulzadə qəsəbəsi sıra 1 ev 241-də yaşamış mərhum X1 poliknikaya müraciəti və heç bir xəstəliklə qeydyyatda olmadığı üçün onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Bakı şəhəri Suraxanı rayonu Hövsan Bələdiyyəsinin 269 saylı xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, X3 xx.xx.2019-cu il tarixdə vəfat etmiş, xx.xx.2019-cu il tarixdə Hövsan qəsəbəsinin Zeytun yaşayış sahəsi qəbiristanlığında dəfn edilmişdir. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/7-13-557\23 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktının tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməsi, anası X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığından ərizəsinin təmin olunmaması Ərizəçi bildirilmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərmişdir ki, nənəsi X3 2019-cu ildə ölmüş, Hövsan qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, anası X3 xx.xx.2019-cu ildə ölmüş, Hövsan qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərmişdir ki, qonşusu X3 2019-cu ildə ölmüş, Hövsan qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, qonşusu X3 2019-cu ildə ölmüş, Hövsan qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla xx.xx.1955-ci il təvəllüdlü X1 xx.xx.2019-cu il tarixdə ölməsi faktı müəyyən olunduğundan, ərizəçinin bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.1955-ci il təvəllüdlü X1 xx.xx.2019-cu il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar