Məhkəmə qərarları › İş №2(001)-3343/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3343/2022

03.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3343/2022 03.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə Ərizəçi 1 saylı Bakı “Asan” xidmət mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində işə cəlb edilməklə “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1966-cı il təvəllüdlü X1 07 aprel 2022-ci il tarixdə müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və iş materiallarında olan sübutlara əsaslanaraq, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş Şahid2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, Ərizəçi ilə eyni binanın eyni girişində yaşayır, onun ailəsini yaxından tanıyır. O, ərizəçi və ərizəçinin anası olmuş Bayramova Humayə ilə yaxşı münasibətdə olmuşdur. Bayramova Humayə 07 aprel 2022-ci il tarixdə ev şəraitində ölmüşdür. Belə ki, həmin gün təxminən saat 12:00 radələrində yaşadığı binanın həyətində insanların yığışdığını görmüş və məsələ ilə maraqlandıqda ona Bayramova Humayənin ölməsi barədə məlumat verilmişdir. Bayramova Humayə növbəti günü dəfn edilmişdir. O, dəfn mərasimində iştirak etməmiş, lakin “XXX” mərasim evində təşkil edilmiş mərasimdə iştirak etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, Ərizəçi qonşusudur, onlar eyni binanın eyni girişində yaşayırlar və onun ailəsini yaxından tanıyır. Hadisə baş verən günü Ərizəçi anasının vəfat etməsi barədə ona məlumat verilmiş və o, Bayramova Humayənin yaşadığı mənzilə getmişdir. Bayramova Humayə növbəti günü dəfn edilmişdir. O, dəfn mərasimində iştirak etməmiş, lakin “Dədə” mərasim evində təşkil edilmiş mərasimdə iştirak etmişdir. Maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçini, habelə şahidlərin ifadəsini dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verib, hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.1966-cı il tarixdə Gürcüstan Respublikasında doğulmuş Bairamova Khumaia Ərizəçi anasıdır. Ərizəçi ünvan 1 ünvanında qeydiyyatda olmaqla, orada yaşayır. Bairamova Khumaia 07 aprel 2022-ci il tarixdə ev şəraitində ölmüşdür. Bu hal həmin tarixdə çağırışa gəlmiş Bakı şəhər Təcili və X3 stansiyasının 9 saylı bölməsinin təcili tibbi yardım briqadası tərəfindən aşkar edilmişdir (briqada evdə qadın cinsli meyit aşkar etmişdir). Bu şəxs 08 aprel 2022-ci il tarixdə Abşeron rayonu Digah qəbiristanlığında dəfn edilmiş və bu barədə Abşeron rayonu Digah bələdiyəsi tərəfindən xx.xx.2022-ci il tarixdə arayış verilmişdir. Ərizəçi ölüm haqqında tibbi şəhadətnamə alınması üçün Bakı şəhər Baş Səhiyyə İdarəsi 10 saylı şəhər Poliklinikasına müraciət etmiş, lakin xxx xxx poliklinikaya hər hansı xəstəliklə bağlı müraciət etmədiyindən şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından Bakı şəhəri 1 saylı Bakı “Asan” xidmət mərkəzində Qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Bu səbəbdən ərizəçi hazırda ərizə ilə məhkəməyə müraciət edərək, anası Bairamova Khumaianın ölüm faktının müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qərarın 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Bununla belə, məhkəmə qeyd edir ki, Ərizəçi anası, xx.xx.1966-cı il tarixdə Gürcüstan Respublikasında doğulmuş Bairamova Khumaia 07 aprel 2022-ci il tarixdə qeydiyyatda olduğu və yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 3 saylı evin, 56 saylı mənzilində ölməsi və 08 aprel 2022-ci il tarixdə Abşeron rayonu Digah qəbiristanlığında dəfn edilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Ərizəçi anasının ölüm faktını təsdiq edən sənədi əldə etmək üçün aidiyyəti tibb müəssisəsinə müraciət etmiş, lakin ona bu sənədin verilməsindən imtina edilmişdir. Bu barədə sənəd olmadığından aidiyyəti qeydiyyat şöbəsində də ölüm barədə qeyd aparmaq mümkün olmamış və nəticədə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hüquqi nəticə etibarı ilə ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Bu sənədin alınması ərizəçiyə anası Bairamova Khumaianın ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi, habelə onun ölümündən sonra yaranmış bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 27 fevral 1966-cı il tarixdə Gürcüstan Respublikasında doğulmuş Bairamova Khumaianın 07 aprel 2022-ci il tarixdə ev şəraitində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1966-cı il tarixdə Gürcüstan Respublikasında doğulmuş xxx xx.xx.2022-ci il tarixdə ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar