Məhkəmə qərarları › İş №2(001)-3383/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3383/2025

12.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3383/2025 12.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X12 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, X2 25 aprel 2018-ci il tarixdə ev şəraitində vəfat etmişdir. O, oğlunun dəfn mərasimi ilə bağlı tədbirlərlə məşğul olduğu üçün bugünə kimi ölüm haqqında şəhadətnamə ala bilməmişdir. X2 25 aprel 2018-ci il tarixdə Məşhəd şəhərində yerləşən “Behiçti Rizvan” qəbirsanlığında dəfn olunmuşdur. Bundan başqa Məşhəd şəhər X1 tərəfindən verilən arayışa əsasən həmin şəhərdə yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Oğlunun ölməsi barədə tibbi arayış olmadığından bügünə kimi onun ölməsi barədə ölüm haqqında şəhadətnamə almaq mümkün olmamışdır. O, vərəsəliklə bağlı ölüm haqqında şəhadətnamənin alınması məcburiyyəti yarandığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ölüm haqqında şəhadətnamə alınması üçün qeydiyyatda olduğu Maraqlı şəxsnə müraciət etmişdir. Həmin qurumdan ona bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli,145 saylı qərarı ilə təsdiq edimiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyatı» qaydalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir və X2nun adına ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə həmin fakt məhkəmə tərəfindən müəyyən edilməlidir. Ərizəçi göstərilənləri nəzərə alaraq, 15 yanvar 1991-ci il tarixdə doğulmuş ünvan 1 ünvanında qeydiyyatında olan X2nun ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, ərizədə göstərilən xüsusatları təsdiq edərək, ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 11 mart 2025-ci il tarixli məktubdan görünür ki, ərizəçinin müraciətinə həmin şöbə tərəfindən baxılmış və ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Oğlunun adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənin hazırda təmin edilməsi mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “Bakı Baş Səhiyyə Mərkəzi” X11 25 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, poliklinika tərəfindən vətəndaş Ərizəçi müraciətinə baxılmış və bildirilmişdir ki, onun 2019-cu ildə vəfat etmiş oğlu Rəşad Hüseynovun ölümünün üstündən uzun müddət keçdiyi üçün ona ölüm haqqında şəhadətnamə verməkdən imtina edilmişdir. İş materiallarında olan AZE seriyalı 15318589 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Məşəd Şəhər X1 tərəfindən verilmiş qəbiristanlıqda dəfnə icazə haqqında sənədin notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş Rəşad Hüseynova “Behiçti Rizvan” qəbiristanlığında, 10-1-15-3-1 nömrəli qəbrdə dəfn edilməsinə icazə verilmişdir. İş materiallarında olan X4 aid məzarın foto-şəklindən məlum olur ki, xx.xx.1991-ci il təvəllüdlü X7 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ərizəçinin qızı olmaqla yanaşı, qardaşı xx.xx.1991-ci il təvəllüdlü X3 Məşəd şəhərində ev şəraitində vəfat etməsi faktını təsdiq etmişdir. M.Əsədova eyni zamanda, qardaşının Məşəd şəhərinə ziyarətə getdiyini və qardaşının məzarını ziyarət etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ərizəçinin qızı olmaqla yanaşı, qardaşı xx.xx.1991-ci il təvəllüdlü X3 Məşəd şəhərində ev şəraitində vəfat etməsi faktını təsdiq etmişdir. S.Babayeva eyni zamanda, qardaşının Məşəd şəhərinə ziyarətə getdiyini və qardaşının məzarını ziyarət etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin normalarını rəhbər tutaraq hesab edir ki, xx.xx.1991-ci il təvəllüdlü X3 xx.xx.2018-ci il tarixdə Məşəd şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar olduğundan göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etdiyindən və bununla da, ərizə əsaslı olduğu üçün təmin edilməli, xx.xx.1991-ci il təvəllüdlü X3 ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1991-ci il təvəllüdlü X3 xx.xx.2018-ci il tarixdə Məşəd şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar