Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3393/2025 17.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsi, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞŞ/MT00225-nömrəli barışıq sazişinin 1ci bəndinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onunla Maraqlı şəxs arasında 30 noyabr 2019-cu il tarixdə borc müqaviləsi bağlanmışdır. Borc müqaviləsinin 1.1-ci bəndinə əsasən Ərizəçi 300000 (üç yüz min) manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu Maraqlı şəxs borc verməyi, Maraqlı şəxs isə borcu müqavilənin şərtlərinə uyğun olaraq ona, yəni Ərizəçi geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş 300000 manat məbləği o, yəni Ərizəçi tam həcmdə Maraqlı şəxs təqdim etmiş, Maraqlı şəxs isə 300000 manat məbləği ondan tam həcmdə təhvil almış, Maraqlı şəxs bundan sonra müqaviləni öz imzası ilə təsdiq etmişdir. Bundan sonra Maraqlı şəxs müxtəlif bəhanələrlə həmin borcu, yəni 300000 manat pul vəsaitini müqavilənin şərtlərinə uyğun olaraq ona təhvil verməkdən, qaytarmaqdan boyun qaçırmışdır. Borc verilmiş 300000 manat pul məbləğinin qaytarılması işi ilə bağlı o, Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, onun müraciətinə əsasən Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən X2 mediator təyin edilmişdir. O, və Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə mediasiya prosesində iştirak etmişlər və tərəflər arasında “Barışıq Sazişi” imzalanmışdır. Barışıq sazişinə əsasən: Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 30 noyabr 2019-cu il tarixli borc müqaviləsinə əsasən Maraqlı şəxs Ərizəçi 300000 manat məbləğində aldığı borc puldan 50000 manat hissəsini xx.xx.2025-ci il tarixdə, qalan 250000 manat hissəsini isə xx.xx.2025-ci il tarixdə ona, yəni Ərizəçi qaytarması barədə üzərinə öhdəlik götürməsi barədə razılığa gəlmişlər. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maraqlı şəxs borc aldığı pul məbləğini ödəməkdən boyun qaçırır. Onunla telefonla əlaqə saxlamış, ona “Get ver məhkəməyə” demişdir. Göründüyü kimi artıq barışıq sazişinin könüllü icrası üçün Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə etməklə yanaşı, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bununla yanaşı, ərizəçinin nümayəndəsi Nümayəndə tərəflərin yaxın dost münasibətlərində olduqlarını, tərəflər arasında borc müqaviləsinin olmasına baxmayaraq, maraqlı şəxs tərəfindən öhdəliklər yerinə yetirilmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli MŞŞ MT00225 nömrəli Barışıq sazişindən görünür ki, Ərizəçi, Maraqlı şəxs və mediator X2 arasında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə tərəflər sazişi imzalamaqla “1. “Tərəflər” Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 30 noyabr 2019-cu il tarixli borc müqaviləsinə əsasən Maraqlı şəxs Ərizəçi 300000 (üç yüz min) manat məbləğində aldığı borc puldan 50000 (əlli min) manat hissəsini xx.xx.2025-ci il tarixdə, qalan 250000 (iki yüz əlli min) manat hissəsini isə xx.xx.2025-ci il tarixdə Ərizəçi qaytarmağı Maraqlı şəxs öhdəsinə götürür. 2. Bu öhdəlik pozulduğu halda “Tərəflər” aidiyyatı üzrə məhkəməyə müraciət edə bilərlər” barədə razılığa gəlmişlər. İş materiallarında olan borc verən Ərizəçi ilə borc alan Maraqlı şəxs arasında bağlanmış 30 noyabr 2019-cu il tarixli borc müqaviləsindən görünür ki, müqavilə əsasən borc verən 300000 (üç yüz min) manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu borc alana verməyi, borc alan isə borc müqaviləsinin şərtlərinə uyğun olaraq borc verənə geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Maraqlı şəxs ərizədə qeyd etmişdir ki, Ərizəçi ilə aralarında bağlanılmış borc müqaviləsini özü imzalamış və ondan 300000 (üç yüz min) manat borc almışdır. Həmçinin mediasiyada aralarında razılıq əldə olunmuş və barışıq sazişi imzalanmışdır. Lakin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyektdə ciddi ziyana düşdüyündən Ərizəçi olan borcunu vaxtında, barışıq sazişində qeyd olunan tarixdə qaytara bilməmişdir. Söz verir ki, məhkəmə qətnaməsi icra olunarkən Ərizəçi olan borcunu hissə-hissə ona qaytaracaqdır. Bu səbəbdən Ərizəçi ərizəsinin təmin olunmasına və barışıq sazişinin təsdiq olunmasına heç bir etirazı yoxdur. Ərizəçi, Maraqlı şəxs və mediator X2 arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli MŞŞ MT00225 nömrəli barışıq sazişin 6-cı maddəsinə əsasən məlum olur ki, Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməmişdirsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü icra olunmalıdır. Həmin Sazişin 8-ci maddəsinə əsasən Sazişin könüllü icrasından imtina olunarsa Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mülki prosessual qanunvericilik “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçiyə barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilmə imkanı tanımışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında 30 noyabr 2019-cu il tarixdə borc müqaviləsi bağlanılmış, Maraqlı şəxs borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və bu səbəbdən Ərizəçi, Maraqlı şəxs və mediator X2 arasında mediasiya prosesi nəticəsində 04 fevral 2025-ci il tarixli MŞŞ MT00225 nömrəli barışıq sazişi imzalanmış, həmin sazişə əsasən tərəflər öz üzərilərinə sazişdə göstərilən öhdəliklər götürmüşlər. Məhkəmə tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1). Belə müqavilələrdən birini borc müqaviləsi təşkil edir. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür (maddə 442). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Digər tərəfdən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 10-cu və 12-ci bəndlərinə uyğun olaraq, mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir. Həmin Qanunun 3-cü maddəsində mediasiyanın tətbiq dairəsi təsbit edilmiş və mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; 3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28 və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Məhkəmə tərəflər arasında olan münasibətləri təfsir edərək, belə qənaətə gəlir ki, tərəflər arasında borcla bağlı mübahisə mövcud olduğundan, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mediasiya məhz mübahisələrin alternativ həlli üsullarından olmaqla yanaşı, yalnız ailə və əmək mübahisələri üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb edildiyindən, borc mübahisələri üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb edilmədiyindən, tərəflər arasında bağlanmış borc müqaviləsinin təsdiqlənməsi xahiş edilən barışıq sazişi mülki qanunvericiliyin tələblərinə zidd olduğundan təsdiq edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ərizənin təsdiq edilməsindən imtina edilməsini nəzərə alaraq hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi, Maraqlı şəxs və mediator X2 arasında mediasiya prosesi nəticəsində bağlanmış 04 fevral 2025-ci il tarixli MŞŞ MT00225 nömrəli Barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-3393/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3393/2025
17.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver