Məhkəmə qərarları › İş №2(001)-3395/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3395/2024

06.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3395/2024 06.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, Ərizəçi iştirakı ilə, X8 23 yanvar 1985-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə 06 iyun 2024-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X22 1969-cu ildə doğulmuş, xx.xx.1987-ci ildə vəfat etmiş, ölüm haqqında təsdiq edici sənəd verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonunda xx.xx.1969-cu ildə anadan olmuş bacısı X22 xx.xx.1987-ci il tarixində Binəqədi rayon Biləcəri qəsəbəsi 3cü Dağlıq küçəsi ev 16-da vəfat etmiş, dəfn edilməsi üçün Azərbaycan Respublikası Siyəzən rayonu Yeni Kənd kənd qəbirstanlığına aparılaraq orada dəfn edilmişdir. X14 həqiqətən vəfat etməsi barədə qonşuların iştirakı ilə tərtib edilmiş aktı, həmçinin Siyəzən rayon Yeni Kənd kənd qəbirstanlığında dəfn edilməsi barədə qohumların iştirakı ilə tərtib edilmiş aktı və X14 məzarının çəkilmiş foto şəkillərini də təqdim edir. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat X1 ölüm haqqında akt qeydiyyatı olmadığı barədə 17 mart 2018-ci il sənədini də təqdim edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, X5 onun bacısıdır. Mərhum bacısı 1987-ci ildə rəhmətə gedib. Ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, mərhum Ayna Ağayeva anadan gəlmə xəstə idi. Onunla üzbə-üz evdə yaşayıb, qonşu olublar. X5 1987-ci ildə rəhmətə gedib. Dəfnində iştirak edib və mərhum Siyəzən rayonunda dəfn edilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, mərhum Ayna Ağayeva anadan gəlmə xəstə idi. Biləcəri qəsəbəsi 3-cü dağlıqda yaşayıblar, qonşu olub. X5 1987-ci ildə rəhmətə gedib. Dəfnində iştirak etmişdir. Mülki iş materiallarında olan: - nikah (evlənmək) haqqında şəhadətnamədən görünür ki, X27 ilə X6 30 noyabr 1966-cı ilə evlənmişlər. - doğum haqqında şəhadətnamədən görünür ki, (mərhum) X22 28 fevral 1969-cu ildə anadan olub. Şəhadətnamənin ata qrafasında X27, ana qrafasında X9 qeyd edilmişdir. - doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi 06 avqust 1972-ci ildə anadan olub. Şəhadətnamənin ata qrafasında X27, ana qrafasında X9 qeyd edilmişdir. - Maraqlı şəxs tərəfindən verilmiş 17 mart 2018-ci il tarixli arayışdan görünür ki, arxiv məlumatları 1984-1987-ci illərə ilkin, 1988-1994-cü illərə dair isə bərpa akt qeydləri üzrə yoxlanılmış və X22 barəsində Bakı şəhəri Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar edilməmişdir. - Siyəzən rayon Yenikənd Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 40 nömrəli arayışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində 1969-cu il tarixə anadan olmuş X22 xx.xx.1987-ci il tarixdə vəfat etmiş və Siyəzən rayon Yenikənd qəbiristanlığında dəfn edilmişdir. - X2 qonşuları X4, X10, X17, X18 və X11 tərəfindən imzalanmış aktdan görünür ki, Biləcəri qəsəbəsində 3-cü Dağlıq küçəsi ev 16-da yaşamış 1969-cu il tarixində anadan olmuş X22 həqiqətən göstərilən ünvanda xx.xx.1987-ci il tarixində vəfat etmiş və dəfn etmək üçün Siyəzən rayon Yeni Kənd kənd qəbirstanlığına aparılmışdır. X2 qohumları X15, X12, X19, X7 və Ərizəçi tərəfindən imzalanmış aktdan görünür ki, Bakı şəhəri Binəqədi rayon Biləcəri qəsəbəsində 1969-cu il tarixində anadan olmuş və Biləcəri qəsəbəsi 3-cü Dağlıq küçəsi ev 16-da yaşamış X22 xx.xx.1987-ci il tarixində həmin ünvanda vəfat etmiş ünvan 1 öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X8 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə hesab edir ki, Ərizəçi bacısı X14 vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilərək, 28 fevral 1969-cu il təvəllüdlü X14 xx.xx.1987-ci ildə vəfat etməsinə dair hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 28 fevral 1969-cu il təvəllüdlü X14 xx.xx.1987-ci ildə ölməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar