Məhkəmə qərarları › İş №2(001)-3431/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3431/2022

06.05.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3431/2022 06.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində işə cəlb edilməklə “məcburi icra edilməsi üçün barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında 14 oktyabr 2021-ci il tarixdə mediasiya qaydasında bağlanmış barışıq sazişinin alimentin ödənilməsi hissəsində məcburi icra edilməsi üçün təsdiq edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Maraqlı şəxs onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs ərizəni qəbul etməyərək, bildirmişdir ki, onunla ərizəçi arasında bağlanmış barışıq sazişində digər məsələlərlə yanaşı birgə nikahdan olmuş uşağın saxlanılması üçün onun tərəfindən hər ay 175 manat sabit pul məbləğində alimentin ödənilməsi də nəzərdə tutulmuşdur. Lakin saziş imzalandıqdan sonra o, alimentin ödənilməsindən imtina etmişdir. Belə ki, o, rəsmi olaraq, əmək fəaliyyəti ilə məşğul olmur, hər hansı gəlirə malik deyil və bu səbəbdən sazişdə göstərilən məbləğdə alimenti ödəmək üçün maddi imkana malik deyil. Göstərilənlərin nəzərə alınmasını və ərizənin rədd edilməsini xahiş etmişdir. Məhkəmə, tərəfləri dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ərizəçi X4 ilə Maraqlı şəxs arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Ağamalıyev, arvada Ağamalıyeva soyadı verilmişdir. Tərəflərin birgə nikahından xx.xx.2020-ci il tarixdə X5 doğulmuşdur. Bundan sonra tərəflər arasında onların birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyündən, yəni ailə münasibətlərindən irəli gələn mübahisə yaranmış və bununla bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq mübahisə ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl tərəflər mediasiya prosesində iştirak etmişlər və bu prosesin nəticəsi olaraq xx.xx.2021-ci il tarixdə onların arasında barışıq sazişi bağlanmışdır. Həmin sazişə əsasən tərəflər birgə nikahdan olmuş uşağın anası Ərizəçi himayəsində saxlanılması, uşağın atası Maraqlı şəxs ilə həftənin altıncı və bazar günləri gün ərzində 5 saat olmaqla ünsiyyətdə olması və uşağın saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, atası Maraqlı şəxs tərəfindən hər ay 175 manat olmaqla sabit pul məbləğində alimentin anası Ərizəçi ödənilməsi barədə razılığa gəlmişlər. Bununla bağlı mediasiya prosesinə xitam verilmiş və bu barədə xx.xx.2021-ci il tarixdə “Mediasiya prosesinə xitam verilməsi barədə protokol” tərtib edilmişdir. Tərəflər arasında bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-620/2022 saylı qətnaməsi ilə pozulmuşdur. Hazırda ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs həmin saziş üzrə ödənilməsini üzərinə götürdüyü 175 manat sabit pul məbləğində alimenti ödəmədiyini iddia edir və sazişinin alimentin ödənilməsi hissəsində məcburi icra edilməsi üçün təsdiq edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Maraqlı şəxs tutulmasını tələb edir. Maraqlı şəxs ərizəni qəbul etmir, saziş imzalandıqdan sonra alimentin ödənilməsindən imtina etdiyini, rəsmi olaraq əmək fəaliyyəti ilə məşğul olmadığını, hər hansı gəlirə malik olmadığını və bu səbəbdən sazişdə göstərilən məbləğdə alimenti ödəmək üçün maddi imkana malik olmadığını bildirir və ərizənin rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə, mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər müddəalarını rəhbər tutub, qeyd edir ki, tərəflər arasında barışıq sazişi bağlandıqdan sonra Maraqlı şəxs həmin sazişin uşağın saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin ödənilməsi hissəsinin könüllü icrasından imtina etmiş və Ərizəçi hər hansı məbləğdə aliment ödəməmişdir. Halbuki, o, barışıq sazişi üzrə Ərizəçi ilə bu barədə razılığa gəlmiş və sazişin 2.1.1-ci yarımbəndində tərəflərin bu sənədin məzmununu və onun icra edilməsinin nəticələrini tam başa düşməsi barədə qeyd edilmişdir. Həmin saziş hazırda da qüvvədədir. Bu səbəbdən məhkəmə Maraqlı şəxs dəlillərini əsassız hesab edir və Maraqlı şəxs hərəkətlərini onun barışıq sazişinin könüllü icrasından imtina olunması kimi qiymətləndirərək, belə qənaətə gəlir ki, ərizə “məcburi icra edilməsi üçün barışıq sazişinin təsdiq edilməsi” hissəsində əsaslıdır və təmin edilməlidir. Maraqlı şəxs hər ay 175 manat sabit pul məbləğində alimentin tutulmasının məcburi icrası üçün barışıq sazişi təsdiq edilməlidir. "Dövlət rüsumu haqqında" Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə, ərizənin “dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməsi bilavasitə Maraqlı şəxs xx.xx.2021-ci il tarixdə bağlanmış barışıq sazişinin könüllü icrasından imtina etməsi ilə bağlı olmuşdur. Bunun üçün də Ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Bu səbəbdən məhkəmə ərizəni bu hissədə də əsaslı hesab edir və belə qənaətə gəlir ki, Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi Maraqlı şəxs onun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, tərəflərin birgə nikahdan olmuş xx.xx.2020-ci il təvəllüdlü X1 ilə bağlı Maraqlı şəxs hər ay 175 manat sabit pul məbləğində alimentin Ərizəçi xeyrinə tutulmasının məcburi icrası üçün onların arasında bağlanmış 14 oktyabr 2021-ci il tarixli barışıq sazişi təsdiq edilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü X1 ilə bağlı Maraqlı şəxs hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin Ərizəçi xeyrinə tutulmasının məcburi icrası üçün onların arasında bağlanmış 14 oktyabr 2021-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar