Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3451/2025 11.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi tərəfindən verilmiş “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş (açar sözlər: ev şəraitində ölüm faktı) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, Ərizəçinun iştirakı ilə, Ərizəçinun maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs olmaqla “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Xüsusi icraat üzrə tələbin mahiyyəti Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs qeyd edərək, “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1983-cü il tarixdə Ağsu şəhərində doğulmuş X1 xx.xx.1983-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1983-cü il tarixdə Ağsu şəhərində doğulmuş X1 xx.xx.1983-cü il tarixdə Ağsu rayonunda ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tərəfindən ərizə onunla əsaslandırılır ki, o, 23 Sentyabr 1980-ci il tarixdən X4 ilə nikahda olmuş, nikah həmin tarixdə qeydə alınıb. Birgə nikahdan 2 Yanvar 1983-cü ilde oğlu X5 dünyaya gəlib, lakin heç bir yaşı tamam olmamış, 30 Avqust 1983-cü ildə xəstəlikdən vəfat edib və Ağsu şəhər Şeyx Dursun qəbirstanlığında basdırılıb. Mərhumun həmin qəbirstanlıqda qəbri mövcuddur. Oğlu doğulduqdan az müddət sonra vəfat etdiyi üçün onun ölümü barədə ölüm şehadatnaməsi almamışlar. 2025-ci ildə həyat yoldaşı X4 vəfat edib. Həyat yoldaşının adına olan miras qalmış əmlakları öz adına keçirməyi və vərəsəlik şəhadətnaməsi almağm üçün notariat ofisinə müraciət etdikdə oradan bildiriblər ki, 30 avqust 1983-cü ilde vəfat etmiş övladı X6 ölüm fakti barədə zəruri sənədləri də teqdim etməlidir. Lakin ölüm şəhadətnaməsi olmadığından həmin sənədi notariusa təqdim edə bilmir. II. Ərizəçi və maraqlı şəxsin mövqeyi: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. III. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. - 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” - Bənd 4.1. “ölüm haqqında tibbi şəhadətnamə”' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. - 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X4 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına məlumat verir. - 4.3. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi: İş materiallarında olan seriya doğum haqqında arayışdan görünür ki, X5 xx.xx.1983-cü il tarixdə Ağsu şəhərində doğulmuşdur. İş materiallarında olan Ağsu rayon qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə ölümün qeydə alınmasından imtina edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, X5 xx.xx.1983-cü il tarixdə vəfat etmiş və Ağsu şəhər Şeyx Dursun qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində məhkəməyə bildirmişdir ki, ərizəçinin qardaşı arvadıdır. Ərizəçinin oğlu xx.xx.1983-cü il tarixdə vəfat etmişdir. Həmin vaxt o, ərizəçinin qardaşı ilə nişanlı idi. Uşağın ölməsi səbəbi ilə onun toyu iyul ayına kimi təxirə salınmışdır. Bir ildən sonra ərizəçinin yenidən oğlan uşağı dünyaya gəlmiş və həmin uşağın adı da Ruslan qoyulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində məhkəməyə bildirdi ki, ərizəçinin qonşusudur. Ərizəçini uşaqlıq vaxtından tanıyır. Ərizəçi oğlu xx.xx.1983-cü il tarixdə vəfat etdi, uşaq yaşı tamam olmamışdı. Həqiqətən də oğlan uşağının ölməsi faktını təsdiq edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1983-cü il tarixdə Ağsu şəhərində doğulmuş X1 xx.xx.1983-cü il tarixdə Ağsu rayonunda ev şəraitində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan, faktın digər yolla müəyyən edilməsi mümkün olmadığından həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1983-cü il tarixdə Ağsu şəhərində doğulmuş X1 xx.xx.1983-cü il tarixdə Ağsu rayonunda ev şəraitində ölməsi faktı müəyyən edilsin. X1 ölüm faktının qeydə alınması üçün əsasdır. Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №2(001)-3451/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3451/2025
11.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver