Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3455/2024 06.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, Ərizəçi iştirakı ilə, X5 23 yanvar 1985-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə 06 iyun 2024-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1985-ci il təvəllüdlü X5 Bakı şəhəri, Sabunçu rayon ərazisində xx.xx.2024-cü il tarixdə şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1985-ci il təvəllüdlü X10 onun əridir. Aralarında olan nikah xx.xx.2015-ci il tarixdə 1 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Mərhum əri yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 25-də yerləşən 26 saylı mənzildə vəfat etmişdir. Ona Sabunçu tibb PHŞ mərkəzi tərəfindən Həkimə qədər ölüm halını təsdiq edən akt da verilmişdir. X15 xx.xx.2024-cü il tarixdə işdə olarkən halı pisləşmiş və iş yoldaşlarının köməyi ilə yaxın ərazidə həkimə aparılmışdır. Artıq Pərvizin öldüyü deyilmiş və bu barədə akt da təqdim edilmişdir. O, mərhum əri Pərviz üçün ölüm haqqında şəhadətnamə almaqdan ötrü aidiyyatı qurumlara müraciət etsə də, müsbət cavab ala bilməmişdir. Onu da qeyd edir ki, X1 qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Bütün yuxarıda qeyd etdiklərinə əsasən əri Pərvizə ölüm haqqında şəhadətnamə ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edib, əri xx.xx.1985-ci il təvəllüdlü X5 Bakı şəhəri, Sabunçu rayon ərazisində xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, X15 onun qardaşıdır. Onlar Binə qəsəbəsi Quşçuluq adlanan yerdə bir yerdə qalmışlar. Ərizəçi ona zəng etdi ki, Pərviz keçinib. Mərhum xərçəng xəstəsi olmaqla, həm də ürəyinə stend qoyulmuşdur. X15 Badamdar qəbiristanlığında dəfn edilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, X15 onun iş yoldaşı olub. Belə ki, onlar hər ikisi mühafizə xidmətində çalışıblar. Pərvizin ölüm günü onlar bir yerdə olublar. Belə ki, hə ikisi məzuniyyətdə olublar, maşın yuma mərkəzində çay içərkən, qəfil Pərviz ona özünü pis hiss etdiyini bildirmiş, o, isə onu həkimə aparmaq istədikdə Pərviz qəfil yerə yıxılmışdır. Maşına mindirib Pərvizi xəstəxanaya çatdırmış, lakin onun həyatını xilas etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Ərizəçi qardaşıdır. X15 isə yeznəsidir. Pərviz Rəhimov ölümündən bir həftə əvvəl onlarda olub. Mərhum ürək xəstəliyindən əziyyət çəkirdi. 05 fevral 2024-cü il tarixdə anası ona zəng etmiş ki, Pərvizin vəziyyəti ağırdır, onu xəstəxanaya aparıblar. Bacısı Elnarə isə yolda xəstəxanaya gedərkən onunla əlaqə saxlamışdır. X15 Badamdar qəbiristanlığında dəfn edilib. Mülki iş materiallarında olan: - nikah haqqında şəhadətnamədən görünür ki, (mərhum) X2 Elnarə Baxşeyiş qızının əridir. - Həkimə qədər ölüm halını təsdiq edən Aktdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü X10 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. - Ambulator kartadan çıxarışdan görünür ki, X4 xroniki böyrək xəstəliyindən əziyyət çəkmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin 27 fevral 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, ərizəçiyə vəfat etmiş yoldaşı X5 ölümünün qeydiyyata alınması barədə xx.xx.2024-cü il müraciətə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli. 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası"- nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə, ölüm haqqında feldşer arayışı) ilə təsdiq edilməlidir. Ərizəçinin yoldaşının ölüm haqqında tibbi şəhadətnamə şöbəyə təqdim edilmədiyi üçün ərizənin təmin edilməsi imkanı xaricindədir. Olüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bakı şəhəri Badamdar Bələdiyyəsinin 28 fevral 2024-cü il tarixli, 63 nömrəli arayışından görünür ki, mərhum X11 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və o, Badamdar qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X5 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə hesab edir ki, Ərizəçi əri X5 vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməli və xx.xx.1985-ci il təvəllüdlü X5 Bakı şəhəri, Sabunçu rayon ərazisində xx.xx.2024-cü il tarixdə vəfat etməsinə dair hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1985-ci il təvəllüdlü X5 Bakı şəhəri, Sabunçu rayon ərazisində xx.xx.2024-cü il tarixdə ölməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-3455/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3455/2024
06.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver