Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3486/2022 22.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Ərizəçi xx.xx.1971-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi xx.xx.1971-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, ürək xəstəsi olan əri X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində yaşadıqları evdə vəfat edərək Binəqədi kənd qəbiristanlığında dəfn edilmişdir. Ölüm şəhadətnaməsi üçün 10 gün müddətində müraciət edilməli olduğu halda vaxtı ötürmüş, bu səbəbdən ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Belə ki, Maraqlı şəxs ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ölüm haqqında şəhadətnamə ona birgə nikah dövründə əldə etdikləri evin sənədləşdirilməsi üçün tələb olunur. Ona görə də, xx.xx.1971-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Bakı şəhəri Nərimanov rayonu VVAQ şöbəsi tərəfindən verilmiş Vİ-JQ № 331796 saylı xx.xx.1993-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 ilə Ərizəçi xx.xx.1993-cü il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 111 saylı qeyd aparılmışdır. Binəqədi rayonu X1 xx.xx.2022-ci il tarixli 384 saylı məktubundan müəyyən olunur ki, X4 xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu Binəqədi qəsəbəsinin kənd qəbiristanlığında dəfn edilmişdir. 15 nömrəli Şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli 92 saylı məktubundan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayon Biləcəri qəsəbəsi Yeni yaşayış massivi ünvanında yaşamış və xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 15 saylı Şəhər poliklinikasına heç bir müraciəti qeydə alınmadığından və adına ambulalor karta açılmadığından ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, ürək xəstəsi olan qardaşı xx.xx.1971-ci il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixdə yaşadığı evdə ölmüş və Binəqədi rayonu Binəqədi qəsəbəsinin kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahidlər X6 oğlu ürək xəstəsi olan atası xx.xx.1971-ci il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixdə yaşadığı evdə ölmüş və Binəqədi rayonu Binəqədi qəsəbəsinin kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X2 qonşusu xx.xx.1971-ci il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixdə yaşadığı evdə ürək xəstəliyindən ölmüş və Binəqədi rayonu Binəqədi qəsəbəsinin kənd qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 05/q 927/13 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktının məhkəmə tərəfindən müəyyən edildiyi, X3 adına ölüm haqqında tibbi şəhadətnaməni təqdim etmədiyinə görə ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi Ərizəçi bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla xx.xx.1971-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə ölməsi faktı müəyyən olunduğundan, yaşadığı evin sənədləşdirilməsi üçün tələb olunan ərinin ölümünü təsdiq edən sənədi ərizəçi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.1971-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-3486/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3486/2022
22.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver