Məhkəmə qərarları › İş №2(001)-3490/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3490/2025

23.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3490/2025 23.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X16 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, Ərizəçi X5 iştirakı ilə X6 22 mart 2025-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə X5 xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təsviri hissə X10 ərizə ilə məhkəməyə müraciət edərək 06 noyabr 1971-ci il təvəllüdlü X13 22 mart 2025-ci il tarixdə Quba rayonu Qənidərə kəndində vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmiş, ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum qardaşı X13 xx.xx.2025-ci ildə vəfat etmişdir. Mərhum qardaşı xx.xx.2025-ci ildə Binəqədi rayonu 7-ci mikrorayonda yerləşən qəbiristanlığında dəfn olunmuşdur. Lakin yaşadığı ərazi üzrə poliknika qeydiyyatına düşmədikləri üçün poliknika ölüm haqqında tibbi şəhadətnaməni verə bilməmişdir. Ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı Binəqədi rayon Qeydiyyat Şöbəsinə müraciət edilmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması barədə 05 aprel 2025-ci il tarixdə 65 nömrəli məktub verilmişdir. Məhkəmə iclasında ərizəçi X10 ərizədə göstərilənləri təsdiq edərək, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək maraqlı şəxsə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Təcili və X7 Stansiyası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, ünvan 1i ünvanına çağırış əsasında gedilmiş və X6 həkimə qədər ölümü qeydə alınmışdır. Bakı şəhəri Xətai rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi 2 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli, 13 saylı arayışından görünür ki, X13 Bakı şəhəri Xətai rayonun 2 saylı MKİS-in ərazisində yerləşən Orxan İsmayılov küçəsində 51E nömrəli mənzildə qeydiyyatsız yaşamışdır. xx.xx.2025-ci il tarixli aktdan (qohumlar tərəfindən tərtib edilmiş) görünür ki, X2 rayonu 7 mikrorayonda yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Binəqədi Rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışına əsasən xx.xx.2025-ci il tarixdə vəfat etmiş X2 rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6 ünvanında yerləşən “7 mikrorayon qəbirstanlığında” dəfn olunmuşdur. xx.xx.1971-ci il tarixli ı-jq№250874 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 7 saylı Bakı Asan Xidmət X14 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubda müəyyən olunur ki, xx.xx.1971-ci il təvəllüdlü X8 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmədiyi üçün ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Bakı şəhəri 38 saylı Polklinikasının xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, X1 qeydiyyatda olmayıb. Məhkəmə iclasında ifadə verən şahidlər X15 və X3 Emin Müstəqi oğlunun xx.xx.2025-ci il tarixdə öz əcəli ilə, ürək tutmasından ev şəraitində, Quba, Qənidər kəndinndə yerləşən həyət evlərində vəfat etməsini və 7 mikrorayon qəbirstanlığında dəfn edilməsini bildirdilər. Tətbiq edilən hüquq: Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8 maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. 308 və 311-ci maddələrinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 309.1-cü maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi X5 ərizəsi təmin edilməli, tədqiq edilmiş sənədlərlə tam sübuta yetirildiyindən X13 22 mart 2025-ci il tarixdə Quba rayonu Qənidərə kəndində vəfat etməsi faktı müəyyən edilməli, məhkəmə xərcləri isə ərizəçinin özünə aid edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏTETDİ: Ərizə təmin edilsin. 06 noyabr 1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş X6 22 mart 2025-ci il tarixdə Quba rayonu Qənidərə kəndində (ev şəraitində) ölməsinə dair hüquqi fakt müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. X19

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar