Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3531/2022 23.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”-nə dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1982-ci il təvəllüdlü X10 xx.xx.2022-ci il tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində uzun sürən xəstəliyin nəticəsi olaraq, keçmiş əri X10 vəziyyəti pisləşmişdir. Bununla əlaqədar təcili tibbi yardıma dərhal müraciət edilmişdir, lakin təcili tibbi yardım gələnə kimi mərhum təxmin saat 02:18 radələrində artıq vəfat etmişdir. Bu barədə 1 saylı Təcili və X9 stansiyası tərəfindən “Ölüm haqqında Xəbərdarlıq vərəqəsi” təqdim edilmişdir. Ölüm faktını təsdiq edən tibbi şəhadətnaməsinin alınması üçün tərəfindən 35 saylı Poliklinikaya müraciət etmişdir. Sözügedən Poliklinika tərəfindən arayışın verilməsindən imtina edilmişdir. Səbəb kiçi, mərhumun hər hansı səbəbdən poliklinikaya müraciəti olmaması bildirilmişdir. X10 ölümün qeydiyyata alınması üçün Azərbaycan Respubikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxsnə müraciət edilmişdir. X5 xx.xx.2022-ci il tarixli 05LQ-579/13 nömrəli məktubu ilə qeydiyyatın aparılmasından imtina edilərək, ölüm qeydiyyatının ölüm faktının təsdiq edən tibbi şəhadətnaməsinin olmaması göstərilmişdir. Ölüm haqqında şəhadətnaməsinin verilməməsi və ölüm faktının qeydiyyata alınmaması üçün mirasın açılması mümkün deyil. Eyni zamanda mərhumla nikah münasibətlərini pozmalarına baxmayaraq mərhumla ortaq övladları X1 üçün hal-hazırda qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sosial ödənişlərin həyata keçirilməsi üçün atanın ölüm haqqında şəhadətnaməsi tələb olunur. Yuxarıda göstərilmiş sənədlər də olmadığından müvafiq olaraq övladının məişət şəraitinin ödənilməsi üçün lazımlı sosial ödənişi ala bilmir. Həmçinin Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad Bədələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 211 nömrəli arayış xx.xx.1982-ci il təvəllüdlü X10 Müşfiqabad qəsəbə qəbirstanlığında xx.xx.2022-ci il tarixində ərizəçi tərəfindən dəfn edilməsini təsdiq edir. Məhkəmə iclasında ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən ərizəçi izahatında bildirmişdir ki, X3 onun həyat yoldaşı olmuşdur. Onunla rəsmi olaraq boşansalar da, sonradan barışmış və ölənə qədər bir yerdə yaşamışlar. Mərhum uzun xəstəlikdən sonra xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Təcili yardım çağırsalar da, onlar gələnə qədər artıq vəfat etmişdir.Onun üçün bu faktın müəyyən edilməsi birgə nikahlarından olan uşağın sosial təminatı ilə bağlı məsələlərin həlli üçün gərəklidir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin maraqlı şəxsin nümayəndəsi xx.xx.2022-ci il tarixində məhkəməyə ərizə ünvanlayaraq, iddiaçının iddiasına etiraz edildiyini və işin həllinin məhkəmənin mülahizəsinə buraxıldığını bildirmişdi. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində bildirmişdir ki, X3 onun oğludur. Oğlu 21 fevral 2022-ci il tarixdə, gecə saat 02:00 radələrində yaşadığı evdə xərçəng xəstəliyindən ölmüşdür. 4 ay evdə müalicə almış, xəstəxanaya getməmişdir. Oğlu öləndə o da evdə olmuşdur. Oğlu keçmiş arvadı Ərizəçi ilə barışıb bir evdə yaşayırdı. Onun arvadı Təranə özünün qardaşı qızıdır. Hadisə vaxtı təcili yardım çağırmışlar, hətta polis əməkdaşları da gəlmişdir. Hazırda oğlu dəfn edilmiş və qəbir daşı düzəldilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qızıdır. Habil isə baldızının oğlu, həm də kürəkənidir. Habil 21 fevral 2022-ci il də gecə saat 02:00 radələrində rəhmətə gedib. Həmin vaxt o da evdə olmuşdur. Habil xərçəng xəstəliyindən əziyyət çəkirdi və həkim müalicəsindən imtina etmişdir. Hadisə vaxtı təcili yardım çağırmışlar, hətta polis də gəlmişdir. Mərhum Müşfiqabad qəbirstanlığında dəfn olunub. Ölünün qəbir daşı düzəldilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Nərimanov rayon VVADQ şöbəsi tərəfindən verilən 206 saylı, 27 iyun 2007-ci il tarixli nikah haqqında arayış görünür ki, X12 ilə Ərizəçi arasında 23 dekabr 2004-cü il tarixində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 dekabr 2004-cü il tarixində 789 № ilə qeyd edilmişdir. AZ-İ seriyalı, № 939946 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X11 06 iyul 2006-cı il tarixində Bakı şəhərində doğulmuşdur. X4, anası Ərizəçidır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-3594/2021 saylı qətnaməsindən görünür ki, Ərizəçi ilə X12 arasında xx.xx.2004-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon VVADQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 789 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş 06 iyul 2006-cı il təvəllüdlü X6 anası Ərizəçi yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X20 “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” X20 35 №-li Şəhər Poliklinikası tərəfindən Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Aynur xanım Musayevaya göndərilən 71 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında yaşamış, xx.xx.1982-ci il təvəllüdlü X3nun hər hansı bir səbəbdən poliklinikaya müraciəti olmadığı üçün müəssisə tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası qaradağ Rayonu Müşfiqabad Bələdiyyəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 211 saylı arayışdan görünür ki, X12 xx.xx.2022-ci il tarixdə rəhmətə getmişdir və Müşfiqabad qəsəbə qəbirstanlığında olunmuşdur. Dəfn xərcini həyat yoldaşı Ərizəçi çəkmişdir. Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilən 05LQ-579/13 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X10 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəsinin hazırda təmin olunması mümkün deyildir. Təcili və X9 Stansiyasının 21 fevral 2022-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X12 ünvan 2 ünvanında 21 fevral 2022-ci il tarixində 02:18 radələrində təcili tibbi yardım gələnə qədər vəfat etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və işin halları ilə müəyyən edilir ki, Ərizəçi mərhum X2 arvadıdır. Belə ki, Ərizəçi X12 arasında xx.xx.2004-cü il tarixində nikah bağlanmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 3594/2021 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Lakin tərəflər nikahları pozulsa da, barışmışlar və faktiki olaraq birlikdə yaşamağa davam etmişlər. X10 21 fevral 2022-ci il tarixində Bakı şəhərində vəfat etməsi iş materiallarından olan sübutlarla, şahid ifadələri ilə sübut olunur. Ərizəçi keçmiş ərinin vəfat etməsi ilə əlaqədar səhiyyə orqanlarından tibbi şəhadətnamə əldə edə bilmir. Həmin sənədin alınması ərizəçiyə keçmiş ərinin ölüm haqqında şəhadətnaməsini almaq üçün və birgə nikahlarından olan uşaqlarının saxlanılması üçün nəzərdə tutulan sosial yardımlardan faydalanması üçün lazımdır. Odur ki, Ərizəçi keçmiş əri 27 dekabr 1982-ci il təvəllüdlü X10 21 fevral 2022-ci il tarixində Bakı şəhərində vəfat etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından və ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətli fakt olduğundan ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 27 dekabr 1982-ci il təvəllüdlü X10 21 fevral 2022-ci il tarixində Bakı şəhərində ev şəraitində vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. 27 dekabr 1982-ci il təvəllüdlü X10 21 fevral 2022-ci il tarixində Bakı şəhərində ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3531/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3531/2022
23.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver