Məhkəmə qərarları › İş №2(001)-3562/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3562/2020

14.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3562/2020 14.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi (rəisi) X1 iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə və Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 1966-cı il təvəllüdlü X6 xx xxxxxxx 2019-cu il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X9 xx xxxx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. X9 ilə xx xxx 1990-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. E.Hidayətov xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək həbsdə olmuşdur. E.Hidayətovun şəxsiyyət vəsiqəsi olmamışdır və şəxsiyyət vəsiqəsiz yaşamışdır. xx xxxxxxx 2019-cu il tarixdə təcili yardımla xəstəxanaya aparılmışdır və həmin gün də xəstəxanada vəfat etmişdir. Lakin mərhumun şəxsiyyət vəsiqəsi olmadığından həkim ölüm haqqında tibbi şəhadətnamə verməmişdir və bu səbəbdən də ölüm haqqında şəhadətnamə alınması mümkün olmamışdır. E.Hidayətovun şəxsiyyət vəsiqəsi olmasa da, SSR vətəndaşının pasportu, həmçinin doğum haqqında şəhadətnaməsi və fotoşəkli olan Daxili İşlər Nazirliyi tərəfindən həbsdən azad edilərkən verilmiş arayış olmuşdur. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi, xx xxxx 1966-cı il təvəllüdlü X6 xx xxxxxxx 2019-cu il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X4 izahatında ərizənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 ifadəsində bildirmişdir ki, mərhum xx xxxx 1966-cı il təvəllüdlü X9 onun qaynı olmuşdur. O, xx xxxxxxx 2019-cu il tarixdə serroz xəstəliyindən Bakı şəhərində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. Mərhum xx xxxx 1966-cı il təvəllüdlü X9 xx xxxxxxx 2019-cu il tarixdə serroz xəstəliyindən Bakı şəhərində vəfat etmişdir. Mülki işin materiallarına əlavə olunmuş V–ЖГ saylı, 339253 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X2 arasında nikah xx xxx 1990-cı il tarixdə Kirov rayon VVAQ şöbəsində bağlanmış, № 517 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada Hidayətova soyadı verilmişdir. Mülki işin materiallarında olan AЗ seriyalı №1020837 nömrəli doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx xxxx 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. Mülki işin materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, VVAQ avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə əsasən xx.xx.1966-cı il təvəllüdlü X6 adına Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.1966-cı il tarixli 1560 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin xx xxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, həqiqətən X3 Qurd qapısı Ümumşəhər qəbiristanlığında xx.xx.2019-cu il tarixində dəfn olunmuş, qəbirüstü abidəsi var, üzərində “X3 8.İİİ.1966-18.X.2019” sözləri yazılmışdır. Mülki işin materiallarında olan fotoşəkildən görünür ki, xx.xx.1966-cı il təvəllüdlü X6 qəbirdaşında doğum tarixi 8.İİİ.1966, ölüm tarixi 18.X.2019 yazılmışdır. Mülki işin materiallarında olan Bakı şəhəri Maraqlı şəxsndən verilmiş xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, Ərizəçi ölüm faktını təsdiq edən tibbi sənəd olmadığı üçün X6 ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Eyni Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, X6 xx xxxxxxx 2019-cu il tarixdə Bakı şəhərində vəfat etməsi təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1966-cı il təvəllüdlü X6 xx xxxxxxx 2019-cu ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə xx.xx.1966-cı il təvəllüdlü X6 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar