Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3599/2023 30.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçinin nümayəndəsi və vəkili X3, Maraqlı şəxsin nümayəndəsi və vəkili X2 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə mediasiya qaydasında bağlanılmış Barışıq Sazişinin 3-cü bəndinin icra edilməsi məqsədi üçün Barışıq Sazişinin məhkəmə qaydasında təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2002-ci il tarixində cavabdeh Maraqlı şəxs ilə Bakı şəhəri, Binəqədi rayonu, Leyla nikah evində rəsmi nikah bağlayaraq, AZ-ll 024067 qeydiyyata alınmış şəhadətnamə əsasında nikaha daxil olmuşdur. Onların bu nikahdandan yetkinlik yaşına çatmış xx.xx.2003-cü il təvəllüdlü Şirin-zadə Firuzə Seymur qızı və xx.xx.2009-cu il təvəllüdlü Şirin-zadə Ləman Seymur qızı övladları doğulmuşdur. Maraqlı şəxs ilə qanunvericiliyin tələbinə görə mediasiya sessiyasından keçərək, mediasiya prosesinin tətbiqi və mediasiya xidmətlərinin göstərilməsi barədə üçtərəfli müqavilə və xx.xx.2023-cü il tarixli Barışıq Sazişi imzalayaraq aşağıdakılar barədə razılığa gəlmişlər: 1. xx.xx.2002-ci il tarixdə Leyla nikah evində rəsmi nikah bağlanılmış, AZ-İİ 024067№ qeydə alınmış nikahın, barışıq üçün vaxt verilmədən məhkəmədə pozulmasına;
2. xx.xx.2009-cu il təvəllüdlü, Şirin-zadə Ləman Seymur qızının Ərizəçi yanında qalmasına; 3. Cavabdeh Maraqlı şəxs xx.xx.2009-cu il təvəllüdlü övladı Şirin-zadə Ləman Seymur qızının yetkinlik yaşına çatanadək saxlanması üçün 05 aprel 2023-cü il tarixindən başlayaraq hər ayın 5-10 aralığında 1500 (bir min beş yüz) manat alimenti xanımın şəxsi kart hesabına ödəməyi öhdəsinə götürür. 4. Tərəflər razılaşır ki, Azərbaycan Respublikası Bank Respublikanın ipotekasında olan **********3 qeydiyyat nömrəli, **********48-05301- 093031 reyestr nömrəli, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 1260-cı keçid, 29 A, 278 ünvanında yerləşən mənzil, Maraqlı şəxs adına olan evin həmin günə olan ipoteka borcu 31.600 (otuz bir min altı yüz) manat məbləği Ərizəçi razılığına əsasən atası X5 tərəfindən ödənilir. 5. Tərəflər razılaşır ki, Maraqlı şəxs Azərbaycan Respublikası Bank Respublikanın ipotekasında olan **********3 qeydiyyat nömrəli, **********48-05301-093031 reyestr nömrəli, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 1260-cı keçid, 29 A, 278 ünvanında yerləşən mənzilin məbləği tam ödənildikdən sonra Şirin-zadə Lalə İsrafil qızının razılığına əsasən qeyd olunan mülkiyyət atası X4 adına keçirilir. 6. Tərəflər razılaşır ki, Maraqlı şəxs Azərbaycan Respublikası Bank Respublikanın ipotekasında olan **********3 qeydiyyat nömrəli, **********48-05301-093031 reyestr nömrəli, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 1260-cı keçid, 29 A, 278 ünvanında yerləşən mənzil X4 adına keçirildikdən sonra çıxarış aldındığı gündən etibarən 10 (on) gün müddətində 85 000 (səksən beş min) manat Maraqlı şəxs bank hesabına keçirilsin. 7. Tərəflər razılaşır ki, gələcəkdə onlar arasında daşınan və daşınmaz əmlaklaəlaqədar olaraq,bir-birlərinə qarşı mülki iddiaları olmayacaq. Maraqlı şəxs tərəflər arasında bağlanılmış Barışıq Sazişinin 3-cü bəndinin şərtini pozmuşdur. Belə ki, hər ayın 5-10 aralığında 1500 (bir min beş yüz) manat alimenti kart hesabına ödəmək haqqında öhdəlik götürməsinə baxmayaraq, ödəməmişdir. Bununla bağlı tərəfə pretenziya qaydasında müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili ərizəni müdafiə edərək bildirdi ki, maraqlı şəxs mediasiya prosesində özü öz iradəsi ilə alimentin verilməsi ilə bağlı ərizəçi ilə razılığa gəlsə də, lakin sazişin icrası zamanı problemlər yaradır. Ona görə də hazırda məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi və vəkili barışıq sazişinin ərizədə göstərilən hissədə təsdiq edilməsinə etiraz etmədiyini bildirdi. Belə ki, barışıq sazişi tərəflər arasında könüllü bağlanmış, şərtlərini də özləri müəyyən etmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İİ 245547 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüldü Şirin-zadə Ləman Seymur qızının atası Maraqlı şəxs, anası Ərizəçidır; xx.xx.2023-cü il tarixdə, Bakı 13 saylı Mediasiya təşkilatı vasitəsi ilə Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış barışıq sazişindən görünür ki:
1. Tərəflər, xx.xx.2002-ci il tarixində aralarında bağlanmış (nikah şəhadətnaməsi AZ-İ 024067, 778 nömrə ilə qeydiyyata alınmış) nikahın pozulmasına, həmçinin məhkəmədə barışıq üçün vaxt verilməməsinə dair razılığa gəlirlər.
2. Tərəflər razılaşır ki, birgə nikahlarından doğulmuş - xx.xx.2009-cu il təvəllüdlü Şirin-zadə Ləman Seymur qızı anası Ərizəçi yanında (himayəsində) saxlanılsın.
3. Tərəflər razılaşır ki, İkinci tərəf Maraqlı şəxs birgə nikahlarından doğulmuş xx.xx.2009-cu ıl təvəllüdlü Şirin-zadə Ləman Seymur qızının yetkinlik yaşına çatanadək saxlanması üçün birinci tərəf Ərizəçi 05 aprel 2023-cü il tarixindən başlayaraq hər ayın 5- 10 aralığında 1500 (bir min beş yüz) manat alimenti xanımın şəxsi kart hesabına ödəməyi öhdəsinə götürür.
4. Tərəflər razılaşır ki, Azərbaycn Respublikası Bank Respublikanın ipotekasında olan ********** qeydiyyat nömrəli, **********148-05301-093031 reyestr nömrəli, ünvan 2 ünvanında yerləşən mənzil, Maraqlı şəxs adına olan evin həmin günə olan ipoteka borcu 31 600 (otuz bir min atı yüz) manat məbləği Ərizəçi razılığına əsasən atası X6 tərəfindən ödənilir.
5. Tərəflər razılaşır ki, Maraqlı şəxs l ikrət oğlu Azərbaycn Respublikası Bank Respublikanın ipotekasında olan ********** qeydiyyat nömrəli, **********148-05301-093031 reyestr nömrəli, ünvan 3 ünvanında yerləşən mənzilin məbləği tam ödənildikdən sonra Ərizəçi razılığına əsasən qeyd olunan mülkiyyət atası X4 adına keçirilir.
6. Tərəflər razılaşır ki, Azərbaycn Respublikası Bank Respublikanın ipotekasında olan ********** qeydiyyat nömrəli, **********148-05301-093031 reyestr nömrəli, ünvan 2 ünvanında yerləşən mənzil X4 adına keçirildikdən sonra çıxarış aldındığı gündən etibarən 10 (on) gün müddətində 85 000 (səksən beş min) manat Maraqlı şəxs bank hesabına keçirilsin.
7. Tərəflər razılaşır ki, gələcəkdə onlar arasında daşınan və daşınmayan əmlakla əlaqədar olaraq bir-birlərinə mülki iddiaları olmayacaq. Ərizəçi Maraqlı şəxs Fikət oğluna ünvanladığı pretenziya məktubundan görünür ki, barışıq sazişinin icra edilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət alınacağı barədə xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin məhkəməyə verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir; 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir; 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 3-cü bəndini təhlil edərək və Mülki Prosessual Məcəllənin 355-26.1-ci göstərilən barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün əsasların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, maraqlı şəxs barışıq sazişi üzrə aliment öhdəliyini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, barışıq sazişinin həmin hissədə məcburi icrasının təmin edilməsi məqsədilə məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, hazırki ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
Ərizə təmin edilsin. xx.xx.2023-cü il tarixdə, Bakı 13 saylı Mediasiya təşkilatı vasitəsi ilə Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış barışıq sazişi “Tərəflər razılaşır ki, İkinci tərəf Maraqlı şəxs birgə nikahlarından doğulmuş - xx.xx.2009-cu ıl təvəllüdlü Şirin-zadə Ləman Seymur qızının yetkinlik yaşına çatanadək saxlanması üçün birinci tərəf Ərizəçi xx.xx.2023-cü il tarixindən başlayaraq hər ayın 5-10 aralığında 1500 (bir min beş yüz) manat alimenti xanımın şəxsi kart hesabına ödəməyi öhdəsinə götürür” hissədə məcburi icra üçün təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Rəşad Qoşqarlı