Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3604/2023 11.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçi, onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1989-cu il təvəllüdlü X6 xx.xx.1991-ci il tarixdə ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum oğlu xx.xx.1989-cu təvəllüdlü X8 xx.xx.1991-ci il arixdə vəfat etmişdir. X3 xx.xx.1991-ci il tarixdə Sabunçu rayon Balaxanı qəsəbəsində yerləşən qəbrirstanlıqda dəfn edilmişdir. Onun dəfn edilməsi barədə Sabunçu rayonu Balaxanı Bələdiyyəsi tərəfindən xx.xx.2023-ci il tarixdə arayış verilmişdir. Tərəfindən ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət edilmişdir, verilmiş cavabda ölümü təsdiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən ərizənin təmin edilməsinin mümkün olmaması göstərilmişdir və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Uşağın sağlığında poliklinikaya müraciət etməmiş və bu səbəbdən də həkimin tibbi şəhadətnaməsinin alınması mümkün olmamışdır, klinikaya müraciət olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. 04 yanvar 1989-cu təvəllüdlü X6 vəfat etməsini və dəfn edilməsini şahidlər məhkəmədə təsdiq edə bilərlər. Məhkəmə iclasında iştirak edən ərizəçi və onun nümayəndəsi (vəkili) ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Həmçinin ərizəçi ona verilmiş suala cavab olaraq bildirdi ki, X6 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində ev şəraitində vəfat etmişdir. İş üzrə maraqlı şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid Əli-zadə Şəhla Zeynətulla qızı bildirdi ki, ərizəçi onun qohumufur. X8 onkoloji xəstəlikdən əziyyət çəkirdi. Ramil Bakı şəhərində yaşadığı ünvanda ev şəraitində vəfat etmişdir. O, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmədə şahid X2 ifadəsində göstərdi ki, ərizəçi onun bibisinin gəlnidir. X8 onkoloji xəstəlikdən əziyyət çəkirdi. Ramil 2 yaşında Bakı şəhərində yaşadığı ünvanda ev şəraitində vəfat etmişdir. O, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmədə şahid Əli-zadə Telman Məmməd oğlu ifadəsində göstərdi ki, ərizəçi onun yaxın qohumudur. X8 onkoloji xəstəlikdən əziyyət çəkirdi. Ramil 2 yaşında Bakı şəhərində yaşadığı ünvanda ev şəraitində vəfat etmişdir. O, dəfn və yas mərasimində iştirak etmişdir. X1 dəfn olunub. Məhkəmə proses iştirakçılarının izahatını və şahidləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: XİV-ЖГ 374237 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü X6 atası Çingiz Əzimov, anası isə Səidə Əzimovadır. Bakı şəhəri Yasamal rayonu qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X6 barəsində Bakı şəhəri Yasamal rayonu qeydiyyat şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Bakı şəhəri Maraqlı şəxs vəkilə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X6 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığından, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Balaxanı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X8 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində vəfat edib və Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən qəbirstanlıqda anası Ərizəçi maddi vəsaiti hesabına dəfn edilmişdir. Qəbirdaşının fotoşəklindən müəyyən olunur ki, xx.xx.1989-cu il təvəllüdlü X8 xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. Məhkəmə araşdırması zamanı ərizəçinin, şahidlərin izahatı və işin materialları ilə həqiqətən xx.xx.1989-cu il təvəllüdlü X6 xx.xx.1991-ci il tarixdə vəfat etməsi faktı sübut olunur. Lakin Bakı şəhəri Maraqlı şəxs məktubla ölüm haqqında qeydiyyat aparmaqdan imtina etdiyindən ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Şərh edilənləri məhkəmə hesab edir ki, xx.xx.1989-cu il təvəllüdlü X6 Bakı şəhərində xx.xx.1991-ci il tarixdə ev şəraitində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1989-cu il təvəllüdlü X6 Bakı şəhərində xx.xx.1991-ci il tarixdə ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-3604/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3604/2023
11.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver