Məhkəmə qərarları › İş №2(001)-3620/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3620/2022

16.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3620/2022 16.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X8 xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu, Gülüstan döngəsi 13, fərdi evdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X12 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Mərhum həyat yoldaşı xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu, Gülüstan döngəsi 13 –də yerləşən fərdi yaşayış evində vəfat etmişdir. Faktla əlaqədar olaraq Bakı şəhəri Təcili və X3 Stansiyasının 16 saylı bölməsi tərəfindən müvafiq ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Mərhum barəsində ölüm haqqında şəhadətnamə almaq üçün müvafiq orqana müraciət etmiş və ölüm faktını təsdiq edən tibb müəssəsinin müvafiq sənədi olmadığından xx.xx.2022-ci il tarixdə, 05/q-896/13saylı imtina məktubu verilmiş və məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Həmçinin bildirdi ki, bu faktın müəyyən edilməsi ona vərəsəlik hüququnun həyata keçirilməsi üçün lazımdır. Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin Maraqlı şəxs məhkəməyə ərizə göndərərək ərizənin təmin edilməsinə etiraz etmədiklərini, işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd etmişlər. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etməmiş və işə onu n nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 ifadəsində bildirmişdir ki, o, mərhum X8 anası və Ərizəçi qaynanasıdır. Oğlu şəkər və yüksək təzyiq xəstəliklərindən əziyyət çəkirdi. Mərhum oğlu xx.xx.2022-ci ildə Binəqədi rayonu, Gülüstan döngəsi 13 –də yerləşən fərdi yaşayış evində qəflətən ölmüş və onu Biləsuvar rayonunda yerləşən qəbirstanlıqda dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində bildirmişdir ki, mərhum X12 onun dayısıdır. Dayısı xx.xx.2022-ci il tarixdə yaşadığı evdə qəflətən rəhmətə getmiş və Biləsuvar rayonunda yerləşən qəbirstanlığında dəfn edilmişdir. O,dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. Bacısının həyat yoldaşı X12 şəkər və yüksək təzyiq xəstəliklərindən əziyyət çəkirdi və xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu, Gülüstan döngəsi 13 –də yerləşən fərdi yaşayış evində qəflətən rəhmətə getmişdir. O,dəfn və yas mərasimlərində iştirak etmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 325596 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə Ərizəçi arasında nikah 06 aprel 2019-cu il tarixdə bağlanmış, 817 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan AA0039775 №-li Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1970-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Təcili və X3 Stansiyasının 06 aprel 2022-ci il tarixli Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, həmin günü saat 19:08-də Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan döngəsi 13, fərdi ünvana X8 adına çağırış olmuş və çağırış yerinə gələndə, çağırış ünvanında kişi cinsli meyit aşkar olunmuşdur. İş materiallarında olan Cəbrayıl rayon İBH-nin Minbaşılı İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X1 rayonunda məcburi köçkünlər üçün salınmış 3 saylı qəsəbədə yerləşən məzarlıqda dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyi” Publik Hüquqi şəxs 35 №-li Şəhər Poliklinikasının 07 may 2022-ci il tarixli 107 №-li məktubundan görünür ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan döngə-13 ünvanında qeydiyyatsız yaşamış, Cəbrayıl rayonunda qeydiyyatda olmuş xx.xx.1970-ci il təvəllüdlü mərhum X2 rayonunda uzun illər yaşadığı üçün həmin rayonun ərazi üzrə poliklinikasında xəstəliklə bağlı qeydiyyatda olub, İ Qarabağ müharibəsi əlili olub. 35 nömrəli Şəhər Poliklinikasında xx.xx.2020-də “Covid- 19” diaqnozu ilə evdə müşahidədə olub xəstəliklə bağlı başqa müraciəti olmayıb. Ölümün səbəbi məlum olmadığından məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan Maraqlı şəxsndən verilmiş 16 aprel 2022-ci il tarixli məktubdan görünür ki, Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməsi olmadığı üçün X8 ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, xx.xx.1970-ci il təvəllüdlü X8 xx.xx.2022-ci il tarixdə, Bakı şəhərində vəfat etməsi faktı təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1970-ci il təvəllüdlü X8 xx.xx.2022-ci ildə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamə xx.xx.1970-ci il təvəllüdlü X8 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar