Məhkəmə qərarları › İş №2(001)-3652/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3652/2023

02.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3652/2023 02.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçinın nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-cu il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X10 xx.xx.2022-cü il tarixdə yaşadığı ünvan 1 ünvanında halı pisləşmiş, təcili yardım gələnə kimi mərhum ürək tutmasında keçinmişdir. Bu barədə Bakı şəhəri Təcili və X9 stansiyasının 9 saylı bölməsi tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Mərhum X1 qəbiristanlığında dəfn olunmuşdur. Dəfn mərasimi ilə bağlı tədbirlərlə məşğul olduqları üçün ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Ölümün qeydə alınması ilə bağlı Bakı şəhəri Maraqlı şəxsnə rəsmi ərizə ilə müraciət etmiş, lakin müsbət nəticə əldə etməmişdir. Ölüm haqqında şəhadətnamənin başqa qaydada alınması qeyri-mümkün olduğundan məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi-vəkili Vəkil ərizəni müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onun (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X4 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizə təmin edilməmişdir. - Bakı Baş Səhiyyə Mərkəzi PHŞ 10 nömrəli Poliklinikanın xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X4 adına 10 saylı şəhər poliklinikasında ambulator kartı olmasına baxmayaraq hər hansı bir xəstəliklə əlaqədar müraciəti olmamış və ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün xx.xx.2023-cü il tarixdə poliklinikaya müraciət edilmişdir. Qeyd edilən səbəblərə görə ölüm haqqında şəhadətnamin verilməsi imtina edilmişdir. - Bakı şəhər Təcili və X9 Stansiyası 9 saylı bölmə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə saat 17:20-də X4 adına təcili tibbi yardım çağırışı olmuş, xəstəyə həkimə qədər kişi cinsli meyit diaqnozu qoyulmuşdur. - Beyləqan rayon İcra Hakimiyyəti "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən, Beyləqan rayon X6 qəbiristanlığında X2na məxsus (xx.xx.1959-xx.xx.2022) yazılmış baş daşı mövcuddur. Məhkəmənin iclasında iştirak edən şahidlər X5 və X13 eyni məzmunlu izahat verərək, X4 xx.xx.2022-ci il tarixdə vəfat etdiyini təsdiq etdilər. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndini, MPM-nin 307.1, 307.2.8 və 308-ci maddələrini nəzərə alaraq qeyd edir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki işin materiallarından da görünür ki, ərizəçi İ.Balaşovun ölümünün qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin İ.Balaşovun ölüm faktı müvafiq sənəd ilə təsdiq olunmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Buna görə də ərizəçi ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmçinin qeyd olunmalıdır ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə məhkəmə o zaman hüquqi əhəmiyyəti olan faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, ölüm haqqında akt qeydini aparmalı olan yeganə orqan qeydiyyat şöbəsi X4 ölüm haqqında akt qeydini aparmaqdan və ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X4 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin X4 ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində ərizəçi İ.Balaşovun ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X4 xx.xx.2022-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikaı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1959-cu il tarixdə anadan olmuş X4 xx.xx.2022-ci il tarixdə ölməsi (vəfat etməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar