Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3653/2024 26.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Bayramov Tural Ural oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakları ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16- 5/7-13-575/24 saylı məktubu ilə xx.xx.2024-cü il tarixdə vəfat etmiş həyat yoldaşı X5 ölüm haqqında şəhadətnamənin verilməsinə dair müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında” Qaydalarının 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin sənədi ilə təsdiq edilməli, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən olunur. Onun tərəfindən təqdim olunmuş sənədlər əsasında arvadının ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, yəni ölümün qeydiyyata alınmasının mümkün olmadığına istinad edilməklə, ərizənin təmin edilməsindən imtina edilmişdir. Bununla əlaqədar Bakı şəhəri Binəqədi rayonunda yerləşən 10 saylı şəhər poliklinikasına etdiyi müraciət, həmin poliklinikasının baş həkimi R.Ə.Rzayevin xx-xx-2024-cü il tarixli 65 saylı məktubu ilə təmin edilməmiş və bildirilmişdir ki, ünvan 1 ünvanda yaşamış və 9 saylı TTYS-nin çağırış vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixində vəfat etmiş xx.xx.1974-cü il təvəllüdlü mərhum X1 rayonu 10 saylı şəhər poliklinikasına hər hansı bir xəstəliklə əlaqədar müraciət etməmiş və ambulator kartası yoxdur. Ölüm səbəbi məlum deyil (təqdim olunmuş xx.xx.2024-cü il tarixli Loğman Klinikasının epikrizində göstərilən diaqnoz ölüm səbəbi kimi göstərilə bilməz), bu əsasla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 05 saylı qərarına əsasən ölüm haqqında tibbi şəhadətnamənin Bakı şəhəri Binəqədi rayonu 10 saylı şəhər poliklinikası tərəfindən verilməsi mümkün deyildir. Bu səbəbdən də, o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2024-cü il tarixdə vəfat etmiş xx.xx.1974-cü il təvəllüdlü, mərhum X8 onun həyat yoldaşıdır. Onunla xx.xx.1994-cü il tarixdə rəsmi nikaha girməklə ailə həyatı qurmuş, ünvan 1 ünvanda yaşamışdır. Həyat yoldaşının “qarının ön divarının dəri sallanması” şikayətləri var idi. Bununla əlaqədar 2024-cü ilin yanvar ayında Loğman Klinikasına müraciət etmiş, Klinikada həyat yoldaşının əziyyət çəkdiyi xəstəliyin cərrahiyyə yolu ilə aradan qaldırmağın mümkün olduğu bildirilmişdir. Ərizəyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli epikrizdən göründüyü kimi həyat yoldaşı X3 üzərində həmin klinikada xx.xx.2024-cü il tarixdə “Abdominoplastika. Ön və arxa kolporafiya” cərrahi əməliyyat aparılmış və xx.xx.2024-cü il tarixdə əməliyyatın fəsadsız keçməsi, əməliyyat yarasının sağalması və müalicənin ambulator qaydada davam etməsi üçün o, evə yazılmışdır. xx.xx.2024-cü il tarixdə isə axşam saat 19:30 radələrində vəziyyəti ağırlaşmış, faktla əlaqədar TTYS-na çağırış etmiş olsalar da, TTYS-nin həkimləri gələnədək həyat yoldaşı vəfat etmişdir. Bu hal 9 saylı TTYS-nin xx.xx.2024-cü il tarixli çağırış vərəqəsi ilə də təsdiq olunur. Həyat yoldaşının təzə əməliyyatdan çıxması və artıq yaralı olması səbəbindən o, onun ölüm səbəbinin araşdırılması üçün yenidən xəstəxanaya aparılmasına razılıq verməmişdir. Bu səbəbdən də, mərhumun ölüm səbəbini müəyyən etmək mümkün olmamışdır. Mərhum həyat yoldaşı X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində yerləşən Pirşağı qəbirstanlığında dəfn etmişdir. Qeyd olunan hallar dəfn və yas mərasimində iştirak edən yaxın qohumları tərəfindən məhkəmə iclasında təsdiq oluna bilər. Bununla yanaşı, həyat yoldaşının ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi ona dəfn və yas mərasimi ilə bağlı ayrılmış müavinətlərin alınması üçün lazımdır. Ərizəçi yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən xx.xx.1974-cü il təvəllüdlü mərhum Mahmudova (Bayramova) Gülnarə Xanlar qızının xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil hər biri ayrı-ayrılıqda ərizəni müdafiə etməklə yanaşı, ərizədə göstərilən xüsusatları təsdiq etmişlər və ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin və onun nümayəndəsinin izahatlarına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı 08234886 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1974-cü il tarixdə Saatlı rayonunun Xanlarkənd kəndində doğulmuşdur. İş materiallarında olan “Bakı Baş Səhiyyə Mərkəzi” X17 10 nömrəli şəhər poliklinikası tərəfindən Ərizəçi ünvanlanmış 04 aprel 2024-cü il tarixli, 65 saylı məktubdan görünür ki, həmin poliklinika tərəfindən onun ərizəsinə baxılmış və ərizəsinə cavab olaraq bildirilmişdir ki, ünvan 2 ünvanında yaşamış və 9 saylı TTYS-nin çağırış vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixdə vəfat etmiş, xx.xx.1974-cü il təvəllüdlü mərhum X2 rayonu 10 saylı şəhər Poliklinkasına hər hansı bir xəstəliklə əlaqədar müraciət etməmiş və ambulator kartası yoxdur. Ölüm səbəbi məlum deyil (təqdim olunmuş xx.xx.2024-cü il tarixli Loğman Klinikasının epikrizində göstərilən diaqnoz ölüm səbəbi kimi göstərilə bilməz), bu əsasla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 05 saylı qərarına əsasən ölüm haqqında tibbi şəhadətnamənin Bakı şəhəri Binəqədi rayonu 10 saylı şəhər Poliklinkası tərəfindən verilməsi mümkün deyildir. İş materiallarında olan Loğman klinikası tərəfindən verilmiş 12 fevral 2024-cü il tarixli epikrizdən görünür ki, X7 qarının ön divarının dəri sallanması, Rektosele və Sistosele kliniki diaqnozu qoyulmuş, 29 yanvar 2024-cü il tarixdə ETN anesteziyası altında onun üzərində “Abdominoplastika. Ön və arxa kolporafiya” cərrahi əməliyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 04 aprel 2024-cü il tarixli 3-16-5/7-13-575/24 saylı məktubdan görünür ki, Ərizəçi xx.xx.2024cü il tarixdə vəfat etmiş arvadı X8 üçün ölüm haqqında şəhadətnamənin alınması barədə müraciətinə baxılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası”nın 8.5-ci bəndlərinə əsasən ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən ərizə təmin edilməmişdir. İş materiallarında olan Təcili və X11 Stansiyası tərəfindən verilmiş Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə X9 üçün çağırış edilmiş, həmin gün saat 20:00-da həkimə qədər ölüm, qadın cinsli meyit aşkar olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 372165 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Mahmudova (Bayramova) Gülnara Xanlar qızı arasında 21 dekabr 1994-cü il tarixdə nikah bağlanmış və 1033 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ərizəçinin xalası oğlu olmaqla yanaşı, onlarla qonşuluqda yaşadığını, xx.xx.1974-cü il təvəllüdlü X4 03 fevral 2024-cü il tarixdə vəfat etməsi faktını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ərizəçinin xalası oğlu olmaqla yanaşı, xx.xx.1974-cü il təvəllüdlü X4 03 fevral 2024-cü il tarixdə vəfat etməsi faktını təsdiq etmiş və dəfn mərasimində iştirak etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin normalarını rəhbər tutaraq hesab edir ki, xx.xx.1974-cü il təvəllüdlü Mahmudova (Bayramova) Gülnarə Xanlar qızının 03 fevral 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış və ərizəçi düzgün olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, xx.xx.1974-cü il təvəllüdlü Mahmudova (Bayramova) Gülnarə Xanlar qızının ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1974-cü il təvəllüdlü Mahmudova (Bayramova) Gülnarə Xanlar qızının 03 fevral 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Mahmudova (Bayramova) Gülnarə Xanlar qızının adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-3653/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3653/2024
26.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver