Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3704/2021 07.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə Ərizəçi atası 01.06.1946-cı il təvəllüdlü X1 04.03.2009-cu il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi atası 01.06.1946-cı il təvəllüdlü X1 04.03.2009-cu il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, onun atası 01.06.1946-ci il təvəllüdlü X4 04.03.2009-cu il tarixdə uzun müddət ürək-damar xəstəliyindən əziyyət çəkdiyi üçün vəfat etmişdir. Həmin gün evə çağırılmış Təcili və X7 Stansiyasiyası tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Lakin o vaxtlar həmin xəbərdarlıq vərəqəsini itmişdir. O, ərazi üzrə poliklinikaya tibbi şəhadətnamənin alınması üçün müraciət etsə də, cavab olaraq 01.06.1946-ci il təvəllüdlü X1 heç bir vaxt poliklinikaya müraciət etmədiyi, ona görədə olüm haqqında tibbi şəhadətnamə verilmədiyi bildirilmişdir. O, eyni zamanda atasının ölümünün qeydə alınması məqsədi ilə ərazi üzrə qeydiyyat şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin ona qeydiyyat şöbəsindən ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir kimi cavab verilmişdir. Ölüm akt qeydinin aparılması ona övladına məcburi köçkün statusu almaq, bəzi sənədlərin tərtib edilməsi üçün tələb olunur. Ona görə də 01.06.1946-ci il təvəllüdlü X1 04.03.2009-cu il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Füzuli RPŞ tərəfindən 17.06.2004-cü il tarixdə verilmiş AZE seriyalı 02076054 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Füzuli rayonu Dövlətyarlı kəndində qeydiyyatda olan X4 01.06.1946-cı il tarixdə Füzuli rayonu Dövlətyarlı kəndində anadan olmuşdur. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrinin İdarəetmə Birliyi PHŞ 25 nömrəli şəhər poliklinikasının 01.04.2021-ci il tarixli 80 saylı məktubundan müəyyən olunur ki, 01.06.1946-cı il təvəllüdlü X4 25 nömrəli şəhər poliklinikasına heç bir vaxt müraciət etməyib, ona görə də ölüm haqqında şəhadətnamə verilməmişdir. Beyləqan rayonu Şəfəq Bələdiyyəsinin 26.04.2021-ci il tarixli 33 saylı arayışından müəyyən olunur ki, 01.06.1946-cı il təvəllüdlü X4 04.03.2009-cü il tarixdə ölmüş, Beyləqan rayonu Şəfəq Bələdiyyəsinin ərazisindəki Cərciz Peyğəmbər ziyarətgahında yerləşən qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, atası Füzuli rayonu Dövlətyarlı kəndində anadan olmuş 01.06.1946-cı il təvəllüdlü X4 04.03.2009-cu il tarixdə vəfat etmiş və Beyləqan rayonu Şəfəq Bələdiyyəsinin ərazisindəki Cərciz Peyğəmbər ziyarətgahında yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, qaynatası Füzuli rayonu Dövlətyarlı kəndində anadan olmuş 01.06.1946-cı il təvəllüdlü X4 04.03.2009-cu il tarixdə vəfat etmiş və Beyləqan rayonu Şəfəq Bələdiyyəsinin ərazisindəki Cərciz Peyğəmbər ziyarətgahında yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, atası Füzuli rayonu Dövlətyarlı kəndində anadan olmuş 01.06.1946-cı il təvəllüdlü X4 04.03.2009-cu il tarixdə vəfat etmiş və Beyləqan rayonu Şəfəq Bələdiyyəsinin ərazisindəki Cərciz Peyğəmbər ziyarətgahında yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bakı şəhəri Maraqlı şəxs 07.04.2021-ci il tarixli 05/q-808/15 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktının tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməsi, atası X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınmasının mümkün olmadığı Ərizəçi bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla 01.06.1946-cı il təvəllüdlü X1 04.03.2009-cu il tarixdə ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. Füzuli rayonu Dövlətyarlı kəndində anadan olmuş 01.06.1946-cı il təvəllüdlü X1 04.03.2009-cu il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-3704/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3704/2021
07.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver